MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

40

Yaponiyada  islam  qaydalara  görə  qiymətləndirilir.  Halbuki  ölkəmiz  formasından 



başqa,  düşüncə  baxımından  da  bu  fondları  lazımınca  qiymətləndirə  biləcək 

bazardır. Əhalisinin  gənc  və dinamik olması, sahibkar bacarığının artması, sənaye 

istehsalının  həcmi,  idxal  və  ixrac  məhsullarının  tərkibi,  sırf  xarici  mənbəyə  olan 

tələbat, Avropa Birliyi ilə əlaqələri bazarın gələcəkdəki vəziyyəti haqqında ümidlər 

verir. 

İslam  bankların  müddətli  və  ya  müddətsiz  olaraq  yığdıqları  fondların 



idarəetmə  mexanizmləri  ənənəvi  banklardan  həm  hüquqi,  həm  də  mahiyyətcə 

fərqlənir. Lakin islam hesabların vaxt tənzimləmələrinin müddətli əmanətlərə, cari 

hesabların  isə  müddətsiz  əmanətlərə  oxşar  olması,  ənənəvi  banklarla  olan  rəqabət 

məsafəsini azaltmaqda və təşkilatlar üçün aktiv-passiv müddətlərinin uyğunluğunu 

təmin  etməkdə  problem  kimi  qalmaqdadır.  Digər  tərəfdən,  fond  yığmaq  və 

fonddan  istifadə  prinsipləri  və  islahatlarından  başqa,  xarici  əməliyyatlar,  veksel, 

zəmanət  məktubu,  fərdi  kreditlər,  çeklərin  tərtib  edilməsi,  alternatif  paylaşdırma 

kanalları,  kredit  kartları,  P.O.S.  sistemləri  hər  iki  bank  fəaliyyəti  növü  üçün 

oxşardır  və  bu  oxşarlıqlar  rəqabətdə  daha  çox  islam  bankların  əleyhinə  işləyir. 

İslam  bankların  özünəməxsus  yeni  məhsullar  inkişaf  etdirə  bilməməsi,  özlərini 

böyük açıq sahədə rəqabətə sürükləyir.  

İslam  bankların  ənənəvi  banklara  rəqib  olması,  sektordakı  payları  10  %-i 

keçdikdən  sonra  qiymətləndirilə  bilən  mövzudur.  İslam  bankların  qət  etməli 

olduğu  uzun  məsafə  mövcuddur.  Ancaq  sürətli  və  aqressiv  inkişaf  siyasətindən 

daha  çox,  davam  etdirilə  bilən,  sağlam  və  mütəmadi  inkişaf  siyasətinə  üstünlük 

verilməlidir.  Bazara  yeni  iştirakçıların  daxil  olması  stimullaşdırılmalı,  islam 

banklar daha geniş kütlələrə çatdırılması təmin edilməlidir.  

Bank  fəaliyyətindən  kənarlaşmanın  bir  səbəbi  iqtisadi  tənəzzüldürsə,  digər 

bir səbəbi  faizin  haram olduğuna  inanan bir cəmiyyətin  iqtisadi  həyatını,  müxtəlif 

vasitələr  axtarmaq  əvəzinə  uzun  illər  tamamilə  faiz  vasitəsilə  istiqamətləndirmək 

cəhdindəki  təkidi  olmuşdur.  Türkiyədə  əhalinin  əksəriyyəti  «bank»  və  «kredit» 

terminlərini  mənfi  qavrayır.  Hətta  türk  filmlərində  «evin  ipotekaya  qoyulmaqla 

kredit  üçün  müraciət  etmək  müflisləşmə  kimi»  təqdim  edilir.  Hal-hazırda 



 

41

iqtisadiyyata daxil olmayan passiv  mənbələr, böyük nisbətdə qeydiyyatdan kənara 



çıxmalar, bank sektorunun tələb etdiyi geniş və hələ ki, işlənməmiş xidmət sahələri 

də  nəzərə  alındıqda  ümumilikdə  bank  sektorunun  kifayət  qədər  təkmilləşmədiyi 

aydın olur.  

Bu şəraitdə  islam banklar  hal-hazırda ənənəvi  banklara  rəqib olmaqdan çox 

uzaqdır.  İslam  banklar  özlərini  ənənəvi  banklara  rəqib  deyil,  maliyyə  sisteminin 

tamamlayıcı  ünsürlərindən  biri  kimi  tanıtsa  da  və  bu  həqiqətən  belə  də  olsa, 

ənənəvi  banklara  hər  biri  ciddi  rəqib  kimi  görünür.  İslam  bankların  ümumilikdə 

bank  sistemi  daxilindəki  payının  son  dərəcə  məhdud  olması  da  bu  baxış  bucağını 

dəyişdirmir.  Həm  yerli,  həm  də  fəaliyyət    göstərən  xarici  banklar,  istər  fond 

yığmaq  baxımından,  istərsə  də  fondlardan  istifadə  baxımından  islam  bankların 

müştəriləri üçün müraciət etmənin dolayı yollarını axtarırlar.

 

İslam  bankları  öz  iş  prinsiplərinə  görə  klassik  banklardan  fərqlənir.Belə 



ki,onlar  əməliyyatları  faizsiz  aparır  və  islam  iqtisadiyyatı  qarşısında  duran 

vəzifələrin  icrasında  fəal  iştirak  edirlər.Dünyada  150-yə  yaxın  maliyyə  qurumu 

islam  dəyərlərinə  üstünlük  verməklə  fəaliyyət  göstərirlər.  İslam  prinsipləri  ilə 

işləyən  banklar  fəaliyyət  göstərdikləri  yerlərdən  asılı  olaraq  aşağıdakı  kimi 

təsnifləşdirilir: 

1) Müsəlman ölkələri ; 

2) Qeyri-müsəlman ölkələri ; 

İslam  prinsipləri  ilə  işləyən  bankların  mövcud  olduğu  müsəlman  ölkələrinə 

aiddir-  Səudiyyə  Ərəbistanı,  Birləşmiş    Ərəb  Əmirlikləri,  İndoneziya  

Respublikası,  Türkiyə  Cümhuriyyəti,  İran  İslam  Respublikası,  Küveyt, 

Malaziya,Azərbaycan və s. 

İslam  prinsipləri  ilə  işləyən  bankların  mövcud  olduğu  qeyri-müsəlman 

ölkələrinə  aiddir  -    Böyük  Britaniya,  Filippin,  Danimarka,  Amerika  Birləşmiş 

Ştatları,  Kanada,  Avstraliya,  Almaniya  Federativ  Respublikası,  İsveçrə  və  s. 

Dünyanın bir çox ölkələrində islam bankçılığı böyük uğur qazanmış və müsəlman 

olmayan bir çox ölkələrin tanınmış nəhəng bankları müştərilərlə islam qanunlarına 

uyğun xidmət etmək üçün xüsusi şöbələrə malikdirlər. 



 

42

Faizsiz  maliyyə    və  xidmət  təqdim  edən  təşkilatların  meydana  gəlməsi  və 



inkişafı dünyada yeni bir ehtiyacın nəticəsi olaraq görülür. Buna görə də dünyanda 

məşhur  olan:  Citicorp,  Goldman  Sachs,  HSBC,  Morgan  Stanley,  Standart 

Chartered, Banque National da Paris, ABN Ambro, Bank of America, Key Qlobal, 

Sociate  Generala  kimi  təşkilatlar  bu  sektorda  fəaliyyətə  başladılar.  İndiki  vaxtda 

isə Commerzbank kimi Alman banklarının da faizsiz bankçılıq məhsulları  təqdim 

etmə  mövzusunda  addımlar  atılmış  və  hətta  Müsəlman  əhaliyə  sahib  hər  ölkədə 

faizsiz maliyyə məhsullarına qarşı bir meyl olduğu görülür. "Murabaha" və  "icarə" 

(leasing) kimi alətlərin  beynəlxalq bankçılıq sistemində özünə yer tapa bilməsi, bu 

inkişafların əhəmiyyətli bir göstəricisi sayılır. 

Dünyanın  bir  çox  iri  bankları  müştərilərlə  islam  qayda-qanunlarına  uyğun 

xidmət  etmək  üçün  xüsusi  şöbələrə  malikdirlər.Bu  banklara  aşağıdakıları  misal 

göstərmək olar :  

1. Sitibank 

2. UBS 


3. HSBC 

4. Commerzbank  

5. Europe Arab Bank Plc,London 

6. İslamic Bank of Britain 

7. ABS İnternational Bank, London 

8. BADR bank, Russia 

9. Deutsche Bank və s. 

 

2001-ci  ildə  HSBC-nin  həyata  keçirdiyi  İslam  qayda-qanunlarına  uyğun 



əməliyyatların  həcmi  1,75  milyard  dollar  olmuşdur  və  bank  eyni  il  ilk  "İslami 

Varlığa  Söykənən  Sekuritizasion"  əməliyyatını  reallaşdırmışdır.  Orta  şərq  və 

Pakistan,  Malaziya,  Banqladeş  kimi  ölkələrdə  sahib  olduğu  iştiraklar  və  məşhur 

şöbə  şəbəkəsi  bankın  bu  sahədəki  "know-how"-unu  hər  keçən  gün  artırmasını 

təmin etməkdədir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə