MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 

34

                     Fəsil 2. İslam bankçılıq fəaliyyətində yeni meyllər  



 

                       2.1. İslam bankçılıq fəaliyyətinin müasir vəziyyəti  

 

Dünyada  islam  maliyyə  sisteminin  əhəmiyyəti  getdikcə  artır.  Təkcə  İslam 

ölkələrində deyil, müsəlman əhalinin çox olduğu Avropa ölkələrində də bu sistemə 

maraq  yüksələn  xətt  üzrə  inkişaf  edir.  Həmçinin  Qərb  sənaye  ölkələrinin  bir  sıra 

kommersiya banklarının əməliyyat fəaliyyətinin yeni istiqaməti onlar tərəfindən öz 

ölkələrinin müsəlman müştərilərinə islam adətlərinə və islam iqtisadi doktrinasının 

prinsiplərinə  tam  uyğun  şəkildə  maliyyə  və  investisiya  xidmətlərinin  göstərilməsi 

olmuşdur.  

Qərb  ölkələrində    islam  banklarının  kredit  bazarlarına  uyğunlaşması  üzrə 

kifayət  qədər  effektiv  üsullardan  biri  onların  müsəlman  müştərilərə  ilk  növbədə 

həmin  ölkələrdə  yaşayış  evlərinin  və  digər  daşınmaz  əmlakın  əldə  edilməsi 

məqsədilə  borca  investisiya  ehtiyatlarını  verən  xüsusiləşdirilmiş  tikinti  təşkilatı 

(building society) qismində əməliyyat fəaliyyəti olmuşdur. Əməliyyat fəaliyyətinin 

bu  cür  istiqamətləndirilməsi  məsələn,  Şimali  Amerikada  (Miçiqan  və  Ontario) 

yerləşən,  müştərilərinin  kiçik-pərakəndə  maliyyələşdirilməsi  üzrə  ixtisaslaşan  və 

qabaqcıl  islam  maliyyə  institutu  olan  “Ferst  Ras  Faynenşnl  Servisiz”  bankında 

yüksək effektiv olmuşdur.  

Ümumiyyətlə,    Avropada  islam  bankçlığın  təməlini  qoyan  “mudaraba”  və 

“müşərəkə” aktları, “Commenda” və “Societa” adı altında istifadə edilir. Mudaraba 

əqdi öncə İtalyanlar, daha sonra da İspaniyalılar arasında önəmli prinsiplərdən biri 

olmuşdur.  Mudaraba  ortaqlığı  üsulu  X  əsrdən  etibarən  “Commenda”  adı  ilə 

Avropaya  keçmişdir.  İntibah  və  reformasiya  hərəkatları  sonrasında  islam 

maliyyələşdirmə qurumu olaraq dostluq cəmiyyətləri (friendly societes) və yardım 

cəmiyyətlərinin(benefit societes)  yaranmasına səbəb olmuşdur.  

Xüsusilə ingilis bankçılığında önəmini hələ də qoruyan və qismən mənfəətin 

bölüşdürülməsi  əsasına  görə  çalışan  trastların  (Investment  Trust)  islam  bank  ilə 

bənzərlik və yaxınlığına bir sübutdur.  



 

35

2001-ci  ildə  HSBC-nın  həyata  keçirdiyi  islam  əməliyyatların  həcmi  1,75 



mlrd  dollar  təşkil  ütmişdir.  2000  filialı  olan  “LLoyds  TSB”  2005-ci  ildən 

müsəlman  icması  üçün  nəzərdə  tutulmuş  proqramı  həyata  keçirir.  Ənənəvi 

xidmətlərlə yanaşı, bank şəriət normalarına uyğun bank məhsulları da istehsal edir. 

İslam  prinsiplərinə  uyğun  yaşamaq  istəyən  əmanətçilərə  ödəmə  hesabları,  tələbə 

kartları,  ipoteka  krediti,  sərmayə  fondları  təklif  olunur.  2007-ci  il  aprelin  3-dən 

bankda əməliyyatları şəriət qanunları əsasında aparan hüquqi şəxslər üçün hesablar 

açılıb.  Bu  hesabların  üstünə  faiz  gəlmir  və  həmin  vəsaitlər  müəyyən  fəaliyyət 

növlərinə,  o  cümlədən  oyun  biznesinə  və  ya  alkoqol  istehsalına  sərmayə  kimi 

qoyulmur.   

Qeyri-müsəlman,  o  cümlədən  Qərb  ölkələrində  təsis  edilmiş  bir  çox  islam 

bankları  yerli  kredit  bazarlarında  qəbul  edən  xarici  dövlətlərin  yerli  maliyyə 

idarələri  ilə  uğurlu  rəqabət  aparmaq  qabiliyyətində  idilər;  bu  gün  həmin  banklar 

Avstraliyada,  Hindistanda,  Böyük  Britaniyada,  ABŞ-da,  Tailandda,  Danimarkada 

və bəzi digər dövlətlərdə sabit fəaliyyət göstərirlər.  

1995-ci ildə islam bank işi və maliyyə məsələlərinə həsr edilmiş beynəlxalq 

konfransda  (Toronto  ş.)  500  mindən  çox  müsəlmanların  yaşadığı  Kanadada  islam 

bank işinin sabit inkişafı üçün geniş potensial imkanlar müəyyən edilmişdir. Məhz 

həmin  səbəblərə  görə  həmin  ölkədə  özünün  bütün  tranzaksiyalarını  və 

əməliyyatlarını  bütövlüklə  şəriət  adətlərinə  uyğun  həyata  keçirən  islam  bank 

maliyyə  institutlarının  investisiya  fəaliyyəti  üçün  obyektiv  ilkin  şərait  formalaşır. 

1985-ci  ildən  etibarən  Cenevrə  şəhərində  (İsveçrə)  çox  sayda  bir  sıra  islam  ərəb 

investisiya  bankları  sabit  fəaliyyət  göstərir.  Qəbul  edən  qeyri-müsəlman  ölkələr 

adətən onların ərazisində islam banklarının və maliyyə institutlarının təsis edilməsi 

və onların inkorporasiyası (tərkibinə daxil edilməsi) ilə bağlı müəyyən çətinliklərlə 

üzləşirlər.  Buna  baxmayaraq,  həmin  ölkələrdə  milli  bank  nəzarəti  orqanları  həm 

islam,  həm  də  ənənəvi  kommersiya  banklarının  lisenziyalaşdırılmasına  dair 

yanaşmasında,  ilk  növbədə  həmin  kredit  institutlarının  qüvvədə  olan  milli  bank 

qanunvericiliyinin  əmanətçilərin  maraqlarının  müdafiəsi  və  təmin  edilməsinə  aid 

hissəsinin bütün  tələblərinə cavab  verib-verməməsini  müəyyənləşdirərkən bərabər 



 

36

qərəzsiz  olmalıdırlar.    Qəbul  edən  ölkələrin  bank  nəzarəti  orqanları  ilk  növbədə 



ölkədə  daimi  əməliyyat  fəaliyyətinə  dair  lisenziyanın  alınmasına  iddia  edən  islam 

bankının  kifayət  həcmdə  ilkin  nizamnamə  kapitalına,  satıla  bilən  aktivlərə  malik 

olub-olmadığına  və  fəaliyyəti  zamanı  investisiya,  həmçinin  depozit  risklərinin 

bütün  növlərinə  lazımi  cari  nəzarəti  həyata  keçirib-keçirmədiyinə  əmin 

olmalıdırlar.  İslam  banklarının  qəbul  edən  qeyri-müsəlman  ölkələrinin  bütün  bu 

tələblərinə cavab verməsi onlar tərəfindən həmin ölkələrin yerli kredit bazarlarında 

istənilən,  həm  depozit,  həm  də  investisiya  əməliyyatlarının  aparılması  zamanı 

mövcud çətinlikləri aradan qaldırmır.  

Ümumiyyətlə,  dünya  təcrübəsinin  göstərdiyi  kimi  gec  və  ya  tez  ölkənin 

maliyyə sistemi islam bankçılıq institutlarla fəaliyyətinə rast gəlinəcəkdir. 



 

Bank sistemi Türkiyə maliyyə sisteminin ən böyük hissəsi olmaqla, maliyyə 

kapitalının 51,3  faizini özündə cəmləmişdir. Maliyyə sistemində banklarla  yanaşı, 

sığorta  və  digər  maliyyə  qurumları  da  inkişaf  etməkdədir.  Lakin  bu  inkişaf  digər 

ölkələrlə  müqayisədə  olduqca  aşağı  səviyyədədir  və  gələcəkdə  inkişaf  etməsinə 

ümid edilir. 

Türk bank sistemi 3 əsas bank qrupundan ibarətdir: ticarət bankları, inkişaf-

investisiya  bankları  və  katılım  (iştirakçı)  vəya  islam  banklardır.  Bu  banklar 

sərmayə  mənbəyinə  görə  -  dövlət,  özəl  və  xarici    sərmayəli  banklar  olmaqla  3 

qrupa bölünür.  

1985-ci ildən başlayaraq Türkiyədə fəaliyyət göstərən islam banklar maliyyə 

sektoru  daxilində  yavaş  da  olsa,  getdikcə  əhəmiyyəti  artan  təşkilatlardır.  Təsis 

məqsədi  ilə    icra  etdikləri  funksiyaları  üst-üstə  qoyduqda  islam  bankların  iyirmi 

beş  illik  müddət  ərzində  iqtisadi  və  ictimai  strukturda  çox  əhəmiyyətli  funksiyanı 

icra etdiyi görünür.  

Vaxt  keçdikcə  təsdiq  edilmişdir  ki,  bu  təşkilatlar  iqtisadi  və  ictimai  sahədə 

əhəmiyyətli  bir  boşluğu  doldurur.  Türkiyədə  kapital  mənbələrinin  çatışmazlığı  və 

mütəmadi  olaraq  xaricdə  mənbə  axtarışları  islam  bank  fəaliyyətinin  Türkiyədə 

tətbiqinə başlanmasının əsası olmuşdur.  



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə