MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 

25

etmək  zəruriliyi  arasında  real  kompromis  tapmağa  çalışırlar.  İslam  bankları 



həmçinin  qəbul  edən  ölkələrdə  xarici  banklarla  və  TMB-la  qarşılıqlı 

əməliyyatlarda  (xüsusilə  banklararası  kreditləşmə  zamanı)  faiz  ödəmələri 

təcrübəsindən  uzaq  olmağın  mümkünsüzlüyü  ilə  rastlaşırlar.  Məlumdur  ki, 

məsələn, ölkəsində istənilən faiz haqlarının tam və qəti surətdə qadağan olunduğu 

İran  90-cı  illərin  sonunda,  bu  cür  borclar  üzrə  yüksək  bazar  faizini  ödəyərək, 

ölkəyə 


əhəmiyyət 

baxımından 

birinci 

dərəcəli 

malların 

idxalının 

maliyyələşdirilməsi  məqsədilə  bir  sıra  qərb  banklarından  Avro  və  dollarla  borc 

almağa  dəfələrlə  məcbur  olmuşdur.  Həqiqətən,  beynəlxalq  xüsusi  kapitallar 

bazarında fəaliyyət göstərən xüsusi kommersiya banklarından bu növ valyuta borc 

almaları  zamanı  borc  alandan  həmişə  böyük  məbləğdə  müəyyən  olunmuş  yaxud 

hal-hazırda  “üzən”  bazar  faizi  tutulur.  Müəyyən  hallarda  və  vəziyyətlərdə  faiz 

haqlarının  ödənilməsinə  nisbətən  daha  “dözümlü  münasibətin”  müasir  islam 

iqtisadi  doktrinası  üçün  ümumilikdə  səciyyəvi  olmasına  baxmayaraq  islam 

tədqiqatçılarının 

bu 

problemə 



yanaşmasının 

müəyyən 


əsaslılığını 

və 


qanunauyğunluğunu  qəbul  etmək  lazımdır.  Belə  ki,  onlar  xüsusilə  qeyd  edir  ki, 

borc  faizi  (o  cümlədən  beynəlxalq  xüsusi  kapitallar  bazarından  valyuta  borcları 

üzrə)  kimi  maliyyə  vasitəsindən  istifadə  hər  zaman  çox  saylı  qeyri-müəyyən, 

həmçinin  sırf  subyektiv  amillərin,  o  cümlədən  olduqca  ehtikar,  xüsusi  təsir 

etmələrin  obyektiv  təsirinə  məruz  qalır.  Bu  tam  həcmdə  beynəlxalq  xüsusi 

kapitallar  bazarında  bazar  valyuta  borcları  üzrə  və  qəbul  edən  ölkələrdə  xarici 

banklarla  və  TMB-la  banklararası  kreditləşmə  üzrə  “üzən”  faiz  dərəcələrinin 

müasir  istifadə  təcrübəsinə  aiddir.  Bundan  başqa  islam  təsərrüfat  və  maliyyə 

strukturları  tərəfindən  borc  faizindən  istifadə  mexanizmindən  imtina  obyektiv 

olaraq  islam  tədqiqatçılarına  müasir  islam  iqtisadi  doktrinası  çərçivəsində  çox 

amilli  sistemli  iqtisadi  təhlilin  əsas  kateqoriyası  qismində  Quranın  tələblərinə  və 

şəriət  adətlərinə  əhəmiyyətli  olaraq  daha  uyğun  olan  “kapitalın  effektivliyi”,  yəni 

“kapitalın  istifadəsinin  effektivliyi”  yaxud  “investisiya  ehtiyatlarının  istifadəsinin 

effektivliyi”  kateqoriyasını  istifadə  etməyə  imkan  verir.  Bu  gün  islam 

tədqiqatçılarının  qəbul  etdiyi  əsas  yanaşmalara  uyğun  olaraq  bu  kateqoriya  onu 



 

26

bildirir ki, investorlar yeni kapital qoyuluşlarını həyata keçirərkən bilavasitə olaraq 



ilk  növbədə  milli  iqtisadiyyatın  bu  və  ya  digər  sahə  və  sektorlarında  mənfəətin 

mümkün səviyyəsinə (gəlir normasına) əsaslanaraq nəticədə investisiya sahibkarlıq 

və  maliyyə  kapitallarının,  potensialı  konkret  müsəlman  ölkəsində  kapitalın  daxili 

bazarı  ilə  daha  yüksək  (“maksimal  müsbət”)  qiymətləndirilən  təsərrüfat  sahə, 

sektor və seqmentlərinə, sabit köçməsini obyektiv şəkildə təmin edirlər.  

Faiz  əvəzinə  islam  bankları  əmanətçiyə  pullarını  investisiya  etdiyi 

müəssisənin  gəlirlərində  iştirak  hüququnu  təklif  edə  bilər.  Bir  mütləq  şərt 

mövcuddur - əmanətçi mümkün olan zərərləri də paylaşmalıdır.  

İslam  modeli  üzrə  maliyyələşdirmə  real  sektorun  bank  kapitalının 

maraqlarından  asılılığını  məhdudlaşdırmaq  imkanını  verir  ki,  bu  da  borc  faizinə 

əsaslanan  sistem  üçün  xasdır.  Pul  aktivləri  real  sektorda  investisiya  imkanlarına 

cavab  kimi  yaradılır,  bu  səbəbdən,  məhz  real  sektor  maliyyə  sektorunda  gəlir 

tarifini  müəyyən  edir,  əksinə  deyil.  Beləliklə,  artıq  banklar  real  iqtisadiyyatın 

inkişaf  tempini  müəyyən  etməyəcək,  istehsalat  sektoru  özü    üçün  əlverişli 

investisiya iqlimini yaratmağa başlayacaq.  

İslam  bankçılığı  -  bankçılıq  və  bank  fəaliyyətinin  İslam  qayda-qanunları 

(Şəriət),  prinsipləri  ilə  tənzimlənən  formasıdır.  İslam  bankçılığının  əsas  məğzini, 

mahiyyətini  faizin  olmaması  təşkil  edir  ki,  bu  da  onu  klassik  banklardan 

fərqləndirir.  Bəzən  elə  bu  səbəbə  görə  İslam  bankçılığını  faizsiz  bankçılıq  da 

adlandırırlar. Faizsiz bankçılığın kökü e.ə 2123 - 2081-ci illərdə hakimiyyətdə olan 

Babilistan  kralı  Hammurapinin  dövrünə  gedib  çıxır.  Faizsiz  bankçılıq  müxtəlif 

bank  əməliyyatlarını    faizsiz  yerinə  yetirən  bankdır.  Faiz  almaq  və  vermək  Allah 

tərəfindən Qurani Kərimdə bir neçə ayə ilə haram qılınmışdır. Bu səbəbdən faizsiz 

bankçılıq  prinsiplərinə  sadiq  bank  sistemi  müsəlmanlar  üçün  daha  cazibəli 

görünür.  İlk  dəfə  İslam  iqtisadiyyatı  termini  Hindistandan  olan  müsəlman  alimi 

M.A.Gilaninin “İslam iqtisadiyyatı” kitabında işlənmişdir. Gilani bu kitabda islama 

aid  olan  hansısa  ideal  iqtisadi  sistem  haqqında  yazmışdır.  “İslam  iqtisadiyyatı” 

kitabının  nəşrindən  on  beş  il  sonra  dünyada  ilk  islam  maliyyə  institutları-yəni 

banklar  yaranmağa  başladı.  1975-ci  ildə  ilk  müasir  islam  kommersiya  bankı, 



 

27

Dubay İslam Bankının qurulmasından etibarən sürətlə artan islam banklarının sayı 



300-ü,  aktivlərinin  həcmi  isə  250-  milyardı  ötmüşdür.  Eyni  zamanda  bütün 

maliyyə sövdələşmələri real iqtisadi fəaliyyətə əsaslanmalıdır. 

Məşhur Səudiyyə iqtisadiyyatçısı Ömər Çapranın fikrincə, İslam iqtisadiyyatı 

nadir  vəsaitlərin  bölünməsini  vasitəsilə,  islam  dininin  müvafiqliyi  ilə,fərdi 

azadlıqları(sərbəstlikləri) pozmadan və davamlı makroiqtisadi və ekoloji disbalans 

yaratmadan , insanlara müvəffəqiyyət qazanmağa kömək edir.  

 İslam  bankçılıq sistemi  möminlərə öz  vəsaitlərini  müəyyən  işlərə  investisiya 

etmək  və  maliyyə  xidmətlərindən  faydalanmaq  imkanlarına  halal  şəkildə  şərait 

yaradır. 

İslam bankçılığının mahiyyəti ondan ibarətdir ki, Qurani –Kərimə və Sünnəyə 

uyğun  olaraq  faizsiz  bankçılıq  fəaliyyəti  göstərsin  və  insanlar  arasında  daha 

ədalətli,  islam  qanunları  ilə  maliyyə,  pul-kredit  sahəsində  öz  fəaliyyətini  qursun. 

Bir cəmiyyətin iqtisadi, hüquqi, əxlaqi, mədəni, dini, siyasi, ənənə və adətləri kimi 

müxtəlif  dəyərləri  vardır.  Bunlar  ümumiyyətlə  sistemli  və  bir-biri  ilə  qarşılıqlı 

təsirdədirlər.  Bir  cəmiyyətin  inkişafı  dedikdə,    bütün  bu  saydığımız  sahələrdə 

inkişaf,  tərəqqi  başa  düşülür.  Bu  gün  müasir  elm  baxımından  dərhal  bunu  qəbul 

etmək lazımdır ki, iqtisadi inkişaf əsasən millətin digər bütün sahələrdə inkişafının 

bir nəticəsidir. Yəni bundan bir əsr əvvəlində iddia edildiyi kimi iqtisadi cəhətdən 

inkişaf etmək hər şeyin təməli deyil. Vəziyyət belə olunca iqtisadi inkişafda maddə 

ilə  birlikdə  məna  üzərinə  əyilmək,  cəmiyyətin  iqtisadi  dəyərləri  ilə  birlikdə 

mədəni,  əxlaqi  və  ictimai  dəyərlərini  araşdırmaq  və  əxlaqi  mövzuları  ələ 

aldığımızda, istər istəməz dinin, adət-ənənənin üzərində dayanmaq lazımdır. 

İslam  bankçılığında  da  klassik  banklarda  olduğu  kimi  fiziki  və  hüquqi 

şəxslərdən depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və 

öz  hesabına  kreditlərin  verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və 

hesablaşma  -  kassa  əməliyyatlarını  məcmuu  halda  yerinə  yetirir.  İslam  bankçılığı 

kreditdən  faiz  tələb  etmir.  İslam  bankı  ev,  maşın  və  s.  üçün  kredit  verirsə,  bunu 

lizinq  kimi  edir  və  ya  sahibindən  satın  alıb  kirayə  verir.  Əgər  şirkətlərə  kredit 

verirsə,  şirkətin  bu  vəsait  müqabilində  əldə  etdiyi  gəlirindən  əvvəlcədən 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə