MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   2   3   4   5   6   7   8   9   ...   24

 

16

hesablamalarına  görə  islam  maliyyə bazarının pul dövriyyəsi 3  ildən sonra 2 dəfə 



artaraq  1400  milyard  dollara  çatacağı  proqnozlaşdırılır.İslam  bankçılığı  üzrə 

aktivlər,depozitlər 

və 

maliyyə 


göstəriciləri 

Bank 


Negara 

Malaziyanın 

hesablamalarına görə aşağıdakı kimi olmuşdur: 

 

Cədvəl 4: Özəl Finans Qurmları ststistik göstərici. 

 

 

İlin əvvəlindən sonuna 



kimi 

% dəyişimi 

 

2006 


2007 

2006 


2007 

Cəmi aktivlər: 

Bütün maliyyə qurumları 

İslam bankçılığı 

 

10133 


(3962) 

 

17881 



(5202) 

 

63.5 



(22.0) 

 

76.5 



(31.3) 

Cəmi depozitlər: 

Bütün maliyyə qurumları 

İslam bankçılığı 

 

7264 


(3283) 

 

9895 



(3223) 

 

47.5 



(19.6) 

 

36.2 



(-1.8) 

Cəmi maliyyələşmə: 

Bütün maliyyə qurumları 

İslam bankçılığı 

 

6143 


(2400) 

 

10750 



(3351) 

 

75.9 



(22.1) 

 

75.0 



(39.6) 

Maliyyələşmə-depozit 

dərəcəsi % 

Bütün maliyyə qurumları 

İslam bankçılığı 

 

 



 

84.6 


 

(73.1) 


 

 

108.6 



 

(104.0) 


 

 

12.7 



(- 0.7) 

 

 



24.1 

 (30.9) 


 

   İstinad: Bank Negara Malaziya–2007

 



Son  illər  islam  banklarının  aktivlərinin  artmasında  yüksək  temp  müşahidə 

olunur.Belə  ki,islam  bankları  aktivləri  son  illər  15  %  böyüməkdədir  və  2008-ci  il 

ABŞ-da  yaranan  və  tezliklə  bütün  dünyanı  bürüyən  maliyyə  böhranı  zamanı  bir 

çox banklar öz mənfəət illərini zərərlə başa vurduğu halda islam bankları mənfəətlə 

çıxmışlar. 

 



 

17

 



 

Qlobal səviyyədə İslam maliyyə aktivləri 

 

 

 



Illər 

2006  2007    

Kommersiya bankları 

397 


537    

Investisiya bankları 

66 

85    


Sukuk istiqrazları 

42 


80    

Fondlar 


16 

17    


Takaful 

10 


10    

Total  


531 

729    


  

  

  



  

İstinad: IFSL estimates based on The Banker, 

Enrst & Young,  

  

  



  

World Islamic Funds & Capital Markets 

Conference 

  

  



  

   


2007-ci  ildə Malaziyanın bankçılıq sahəsində takaful sənayesinin aktivlərinin 

cəmi  2.8  mld  ABŞ  dolları  təşkil  etmişdir.Takaful  aktivləri  2003-2007-ci  illərdə 

27%  -lik  artımla  inkişaf  etdi.Asiya  Bank  Tədqiqat  Qrupuna  istinadən  dünyada  75 

ölkədə  300-ə  qədər  İslam  maliyyə  təşkilatı  vardır.Dünyanın  100  ən  böyük  islam 

bankı  26.7%  illik  aktiv  artım  tempinə  malikdir  və  qlobal  İslam  Maliyyə  sənayesi 

illik  15-20%  artıma malikdir. 

İslam  iqtisadiyyatı  və  bankçılığı  ötən  əsrin  70-ci  illərindən  nəzərəçarpacaq 

yüksəlişə  nail  olub  və  indi  də  bu  sahədə  davamlı  inkişaf  dinamikası  müşahidə 

olunur.  İslam  maliyyə  sistemində  təkcə  İslam  Maliyyə  İnstitutları  deyil,  həmçinin 

onların  bazarda  özünəməxsus  yer  tutan  müqavilələr  üzrə  tərəfdaşları  da  yaxından 

iştirak  edir.  Bundan  başqa,  bir  çox  müsəlman  ölkələri  iqtisadi  və  maliyyə 

qurumlarını İslam  maliyyə əsaslarına tam  uyğunlaşdırılmış şəkildə transformasiya 

olunurlar. İndi bəzi MDB dövlətləri də İslam  maliyyə biznesində  həyata keçirilən 

layihələrə  ciddi  maraq  göstərir.Hal-hazırda  İslam  maliyyə  təsisatlarının  80%-dən 

çoxu Fars körfəzi ölkələrinin payına düşür, maliyyə fondlarının 42%-dən çoxu isə 

Fars körfəzi, Cənub və Cənub-Şərqi Asiya ölkələrində təmərküzləşmişdir. 



         

İslam  bank  sistemi  birmənalı  olaraq  bu  və  ya  digər  layihənin  həyata 

keçirilməsi üçün faizsiz kreditləşməni həyata keçirir. Bununla yanaşı, xarici ticarət 

əməliyyatlarını maliyyələşdirməklə əldə olunan mənfəətdə iştirak edir. İstər faizsiz 

kreditləşmənin  aparılmasında,  istərsə  də  mənfəətdə  iştirakda  əldə  olunan  pay 

əməliyyatların  sonunda  müəyyənləşdirilir.  Bir  qayda  olaraq  banklar  daha  çox 




 

18

ticarətlə  bağlı  idxal-ixrac  əməliyyatlarını  maliyyələşdirirlər.  Burada  onların 



əməliyyatda  iştirak  etməklə  əldə  olunan  mənfəətin  payı  faiz  kimi  deyil,  ticarət 

mənfəəti  kimi  görünür.  İslam  bankının  klassik  bank  sistemindən  fərqi  onun 

mənfəətdən  əldə  etdiyi  payın  aparmış  olduğu  əməliyyatların  sonunda  muəyyən 

etməsi  ilə  əlaqədardır.  Beləliklə  də,  o,  əvvəlcədən  müəyyən  edilən  faizdən, 

ribadan, sələmdən tam uzaqlaşa bilir. 

İslam  bankçılığında  faiz  alıb  vermək,  haram  olan  məhsulların  istehsalı  və 

xidməti sektorlarına (qumar, tütün və spirtli içki kimi) kredit verilməsi qadağandır. 

. Pulun  mahiyyəti,  funksiyası  və tədavülü  islam  iqtisadiyyatında olduqca çevik  və 

ciddi  yer  tutur.  Əsrlər  boyu  pulun  sələmə,  ribaya  verilməsi  qadağalarını  əsas 

götürən  müsəlman  ölkələri  ondan  səmərəli  istifadə  mexanizmini  həll  edə 

bilməmişdilər.  Düzdür,  keçən  əsrin  sonunda,  1899-cu  ildə  Misir  müftisi 

Məhəmməd Əbdo ilk dəfə olaraq pulun banklarda yığılması və ondan mənfəət kimi 

pay  alması  haqqında  fətva  vermişdir.  Lakin  müsəlman  ölkələrində  bu  fətva 

birmənalı  qəbul  edilməmişdir.  Yalnız  1975-ci  ildə  Ciddədə  Kral  Əbdüləzizin  tə-

şəbbüsü  ilə  açılan  İslam  İnkişaf  Bankı  (İİB)  islam  dünyasında  kreditləşmə 

prosesinin  mahiyyətini  işıqlandırdı.  Onun  sonrakı  fəaliyyəti,  xüsusən  İslam 

Konfransı  Təşkilatının  (İKT)  üzvü  olan  ölkələr  arasında  maliyyə-kredit,  eləcə  də 

iqtisadi inteqrasiya əlaqələrinin formalaşmasına ciddi təsir göstərdi. Düzdür, ondan 

bir  il  əvvəl,  1974-cü  ildə  təsis  edilmiş  və  Misirdə  fəaliyyət  göstərməyə  başlamış 

Nasir  Sosial  Bankı  da  islam  təmayüllü  kreditləşmə  ilə  məşğul  olmağı  qarşıya 

qoymuşdur.  Lakin İİB öz  fəaliyyəti  ilə  istər  müsəlman, istərsə də qeyri-müsəlman 

ölkələrində öz nüfuz dairəsini genişləndirə bilmişdir. 

   Bundan  əlavə,  müsəlman  ölkələrində  islam  əsaslı  ticarət  bankları  da 

fəaliyyət göstərir.Ümumiyyətlə, İslam bank sistemini 3 qrupa bölmək olar: 

1. İslam İnkişaf Bankı (İİB);  

2. Sosial səpkili islam bankları (SİB); 

3. İslam əsaslı ticarət bankları (İTB). 

İslam 


bankçılığı 

hər 


ölkənin 

bank 


sektorunda 

öz 


təşkilati 

quruluşuna,fəaliyyətinə görə fərqlənir və müxtəlif formalara bölünür: 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə