MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   2   3   4   5   6   7   8   9   ...   24

 

10

ehtimalını  istisna  etmir.  Milli  kredit-bank  sektorunun  tam  islamlaşdırılması 



əsasında  bank  islahatlarının  olduqca  ciddi  problemi  ondan  ibarətdir  ki,  dövlət 

(“milliləşdirilmiş”)  banklarının  yerli  xüsusi  borc  alan  müəssisələrin  idarə  etmə, 

əməliyyat  və investisiya  fəaliyyətinə real  müdaxiləsi Pakistanda onsuz da olduqca 

ağır olan korrupsiya problemini gücləndirə bilər. Tam islamlaşdırılmış maliyyə və 

kredit-bank strukturunun effektiv fəaliyyətinin real perspektivləri əsasən həmçinin 

hökumətin  ölkədə  bütün  təsərrüfat  və  investisiya  fəaliyyətini,  bu  zaman  fərdi 

investorların  islam  banklarına  qarşı  etibarını  sarsıtmadan,  islam  əsasa  real  keçirə 

bilib-bilməyəcəyindən asılı olacaqlar.  

İranda,  Pakistanda  və  Sudanda  istisna  olmadan  bütün  islam  dövlətlərində 

milli 


banklar  öz 

fəaliyyətində  ənənəvi  bankçılıq  prinsiplərini  rəhbər 

tutmaqdadırlar.  Məsələn,  Bəhreyndən  sonra  müsəlman  dünyasının  ikinci  maliyyə 

mərkəzi  hesab  olunan  Malayziyada  islam  bankları  ənənəvi  banklarla  paralel 

fəaliyyət göstərir.  

2000-ci    ilin  dekabr  ayının  sonunda  Malayziyanın  Labuan  adasında 

Səudiyyə  Ərəbistandan,  Küveytdən,  Malayziyadan  və  digər    müsəlman  

ölkələrindən  bankirlərin  müşavirəsi  keçirilmişdir  və  İslam  maliyyə  bazarının 

yaradılması  haqqında qərar qəbul  edilmişdir. Onun ticarət  meydanları  Bəhreyndə 

və Labuanda yerləşməkdədir.  

Son illər bütün dünyanın diqqətini daha çox cəlb edən islam bank fəaliyyəti, 

inkişaf kursunu sürətləndirərək davam edir. İFSL-yə (Beynəlxalq Maliyyə xidməti 

London) görə 1990-cı illərdə ən çox 150 milyard dollar təşkil edən islam fondların 

2009-cu  ildə 1  trilyon dollara  yaxın olacağı  güman edilir.  Bu  gün beş qitədə 80-ə 

yaxın  ölkədə  fəaliyyət  göstərən  islam  maliyyə  təşkilatı  və  bankları  sayı  300-dən 

artıqdır.  Son  beş  ildə  orta  olaraq  23,5  %  nisbətində  artım  olan  sektorun  2013-cü 

ildə 1,5 trilyon dollara yüksələcəyi nəzərdə tutulur. Dünyadakı  müsəlman əhalinin 

2,5  milyard olduğu  nəzərə alınarsa, 2020-ci  ildə  islam bank  fəaliyyəti  həcminin  4 

trilyon dollara yüksəlməsi gözlənilir. 

Bu  sahə  yuxarıda  da  qeyd  etdiyimiz  kimi  illik  15-20%  kimi  əla  templərlə 

inkişaf edir. İslam banklarının ənənəvi banklar kimi  maliyyə sektoruna yox, məhz 



 

11

real  sektora  xidmət  etməsi  çox  mühüm  bir  faktordur.  Buna  görə  də  artıq  qeyri  –



İslam ölkələrində də (İngiltərə,ABŞ,Sinqapur və s) belə banklar təqdir olunmaqda 

və yaradılmaqdadır.  

Beləliklə,  biz  qeyd  etdik  ki,  hal-hazırda  islam  maliyyə  institutları  dünya 

maliyyə sistemində getdikcə daha böyük rola malik olurlar. Eyni zamanda ənənəvi 

islam  maliyyə  məhsulları  onların  həmçinin  adi  banklar  tərəfindən  nisbətən  asan 

təklif  edilə  biləcəyi  şəkildə  uyğunlaşdırıla  bilər.  Həmçinin  islam  banklarının 

ənənəvi  bank  bazarlarına  çıxışı  çox  vaxt  həm  bankların  özlərinin  uyğunlaşması, 

həm  də  bank  fəaliyyətinin  qanunvericilik  tənzimlənməsilə  əlaqədar  müəyyən 

çətinliklərlə bağlı olur.  

İslam  maliyyə  müəssisələri  həm  tələbatın  artması,  həm  də  bir  neçə 

müsəlman  ölkələri  tərəfindən  kifayət  qədər  maliyyə  resursların  yığılması 

nəticəsində  dünyada  kifayət  qədər  geniş  yayılmışdır.  Çox  ehtimal  ki,  islam 

banklarının  inkişafında  mövcud olan tendensiyalar qalacaq, çünki  nefti  ixrac edən 

ölkələr  xeyli  gəlir  almağı  davam  edirlər,  islam  dövlətlərinin  maliyyə  bazarları 

inkişaf etməkdədir, qərb şirkətlər isə xarici investorların cəlb olunmasında rəqabət 

aparırlar. 

Bunun 

hamısı 


islam 

banklarının 

fəaliyyət 

göstərməsinin 

xüsusiyyətlərinin  dərindən  öyrənməsi  və  onların  ənənəvi  maliyyə  bazarlarına 

çıxarılması üçün zəmin yaradır. 

Belə  ki,  dünyada  İslam  bankçılığı  prinsipləri  əsasında  fəaliyyət  göstərən 

bank  təşkilatlarının  məcmu  aktivləri  2010-cu  ildə  1  trilyon  ABŞ  dolları  həddini 

üstələyib. Analitiklərin fikrincə, qlobal maliyyə böhranının davam etməsi fonunda 

İslam  bankçılığına  tələbat  artır,  çünki  məhz  bu  prinsiplər  əsasında  fəaliyyət 

göstərən bank təşkilatları daha yüksək dayanıqlıq nümayiş etdirib.  

İslam  qaydalarına  (Fiqh-Əl  Muamalat)  görə,  bankların  faiz  verməsi 

qadağandır. Hal-hazırda müsəlman ölkələrindən olan İranda, Sudanda, Malaziyada, 

Bəhreyndə, Körfəz ölkələrində və dünyanın müxtəlif yerlərində İslam qaydaları ilə 

fəaliyyət  göstərən  banklar  mövcuddur.  Bəzi  iqtisadçılar  ilk  İslam  bankları 

yaradılanda  faizsiz  işlədiyi  üçün  onların  tez  iflas  edəcəyini  düşünürdülər.  Ancaq 




 

12

dünya maliyyə böhranı vaxtı İslam banklarının iflas əvəzinə depozitlərini artırması 



sübut edir ki, onların fəaliyyət davamlılığı digər banklarla nisbətdə daha güclüdür. 

Müasir  ənənəvi  banklarla  rəqabət  aparan  ilk  islam  bankları  1950-1960  –cı 

illərdə  Pakistanda  yaranıb.İslam  bankçılığı  prinsipləri  ilə  fəaliyyət  göstərən 

bankların tez bir zamanda sürətli inkişafı digər müsəlman ölkələrində də bu sahəyə 

marağı  artırdı.  1960-cı  ildə  Misirdə  və  Malaziyada,  1970-ci  illərdə  isə  əsas 

kapitalını  neft  pulları  təşkil  edən  Körfəz  ölkələrində  İslam  şəriəti  ilə  işləyən 

banklar fəaliyyətə başladı. Keçən əsrin axır on illiklərində isə təxminən 30-a yaxın 

belə bank fəaliyyətə başladı. 

1979-cu  ildə  dünyada  ilk  dəfə  olaraq  Pakistanda  İslami  qaydalarla  işləyən 

dövlət bankı açıldı.  Bu  proses 1985-ci  ilə  qədər davam  etdi.  Belə ki, 1983-cü  ilin 

iyul  ayında  Malaziyada,  sentyabr  ayında  isə  Sudanda  dövlət  səviyyəsində  İslam 

qanunları  ilə  işləyən  banklar  yaradıldı.Şah  dövrü  devrildikdən  sonra  İslam 

inqilabının  qalib  gəldiyi  İran  Respublikasında  da  1984-cü  ilin  mart  ayında  "Bank 

Qanunları"-nın  layihəsi  hazırlandı  və  "İran  Dövət  Bankı"  yaradıldı.Artıq  1985-ci 

ildə dünyada islam prinsipləri ilə işləyən 50-dən çox İslam bankı var idi. 

1990-cı  il  fevral  ayının  26-da  Bəhreyndə  İslam  Maliyyə  Təşkilatı  təsis 

edildi.Bu  artıq  dünya  bank  sistemində  islam  bankçılığının  özünü  doğrultduğunu 

göstərirdi.Bundan  sonra  1991-ci  ildə  İndoneziyanın  ilk  İslam  bankı  “Muamalat 

Bank”quruldu.2000-ci  ilə  kimi  isə  təxminən  200-ə  yaxın  İslam  Maliyyə  Təşkilatı 

yaradıldı.Onların 40%-i Şərqdə,20%-i Afrika ölkələrində,qalan 40%-i isə Amerika 

və  Avropa  ölkələrində  idi.Bu  islam  bankları  ənənəvi  banklardan  fərqlənir.Klassik 

bankların  gəlirlərinin  formalaşmasında  faizli  gəlir  gətirən  aktivlər  üstünlük  təşkil 

etdiyi  təqdirdə,islam  bankları  əməliyyatları  faizsiz  aparır  və  islam  iqtisadiyyatı 

qarşısında  duran  vəzifələrin  icrasında  fəal  iştirak  edirlər.İslam  bankları  öz 

ölkələrində  adi  banklarla  yanaşı  dayanıqlı  mövqe  qazanmışlar.Məsələn,  Türkiyə 

Cümhuriyyətində  Özəl  finans  Qurumları  kimi  tanınan  islam  bankçılıq  prinsipləri 

ilə işləyən banklar tez bir zamanda inkişaf etmiş və sürətlə inkişaf etməkdədir. 

  

 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə