MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   2   3   4   5   6   7   8   9   ...   24

 

4

önündə olan belə bir faktla üzləşməkdəyik ki, çağdaş zəmanəmizin bir çox elmi və 



texniki nailiyyətləri bilavasitə Qərb alimlərinin adıyla bağlıdır. Günümüzdə bu bir 

gerçəklik  olaraq  hamı  tərəfindən  qəbul  edilir.  Lakin,  elmin  inkişafı  tarixindən  bu 

da məlumdur ki, Qərbdə Renessans dövründən sonra inkişafa qədəm qoyan Avropa 

ölkələrinin elmi bazaları, mənbələri əsas etibarilə müsəlman Şərqinin orta əsrlərdə 

əldə etmiş nailiyyətləri olmuşdur. Tarixin şahid olduğu kimi, İslam mədəni bölgəsi 

həmin  dövrlərdə  elm  və  mədəniyyət  sahəsində  aparıcı  rol  oynayırdı.  Bankçılıq 

inama,  güvənə  söykənən  bir  qurum  olduğu  üçün  Miladdan  öncəki  dövrlərdə 

bankçılıq baxımından ən  güvənli,etibarlı  yerlər  məbədlər, kilsələr  və din adamları 

idi. Qədim Yunan məbədlərində toplanmış sərvətlər, qızıl və gümüş faiz , qazanc, 

gəlir gətirən işlərə yatırılmışdır. Avropada XII əsirdən sonra ticarətdə, XIX əsirdən 

etibarən  isə  sənayedə  sürətli  inkişafın  başlanması  bank  və  bank  qurumlarının  da 

inkişafını  sürətləndirmişdir.  İslam  ölkələrinin  bu  ölkələrlə  iqtisadi  və  ticarət 

münasibətləri  nəticəsində  bank  fəaliyyəti  İslam  aləminə  də  yayılmışdır.  Amma 

İslamda  faiz  haram  sayıldığı  üçün    bu  banklarda  faiz  əməliyyatları  həyata 

keçirilmirdi.  Belə  bir  bankçılığın,  yəni  faizsiz,  faiz əməliyyatlarından  xaric,  İslam 

dini baxımından qanuni sayılan başqa əməliyyatları aparan İslam bankının qurulub, 

qurulmayacağı,  qurularsa  hansı  ölçü  və  sərhədlər  içində  çalışa  biləcəyi 

xüsusiyyətləri    müsəlman  iqtisadçılar  tərəfindən  araşdırılmaya  başlamış,  tətbiq 

qayda  və  qanunları  ,  normativ  hüquqi  aktları  hazırlanmağa  başlanılmışdır.  Tarix 

boyunca  insanlar,  qarşılaşdıqları  məsələləri  həll  etmək  məqsədiylə  yeni  həllər 

axtarmışlar  və  fərqli  nəzəriyyələr  inkişaf  etdirmişlər.  Mövcud  təşkilatların 

qarşılaşılan problemlərin həllində qeyri-kafi qalması, yeni təşkilatların qurulmasını 

qaçınılmaz etməkdədir. İndiki vaxtda qarşılaşılan iqtisadi problemlərin əhəmiyyətli 

bir  hissəsinin,  yuxarıda  da  işarə  edildiyi  kimi,  mövcud  bank  və  kreditləşmə 

sistemindən qaynaqlandığını dərhal qəti qəbul etməsi, bu sahədə alternativ həllərin 

ortaya qoyulmasını qaçınılmaz etməkdədir. Müsəlman ölkələrində müxtəlif iqtisadi 

inkişaf  modelləri tətbiq olunsa da,   vahid  islam  ideologiyası  nəzərə alınmazsa,heç 

vaxt islam prinsipləri ilə işləyən bir iqtisadi sistemin yüksək nəticə qazanması baş 

tutmayacaqdır.  Lakin  İslam  iqtisadiyyatının  prinsiplərinin  ümumi  xarakter 



 

5

daşıması,  onun  iqtisadi  inkişafın  əsasında  durması  vahid  islam  inkişaf  modelini 



formalaşdıracaqdır.  

İslam  iqtisadiyyat  modelinin  əsasları,  müsəlman  cəmiyyətlərinin  həyat 

standartları ilə formalaşmış qaydalardan və onların iqtisadi sahədə mənimsədikləri 

və  tətbiq  etdikləri  prinsip  və  üsullardan  qaynaqlanır.  İslamın  nəzərdə  tutduğu 

iqtisadi modelin əsasları bilinmədən, islam bankçılığın tam mənada başa düşülməsi 

və sistemdən gözlənilən faydanı əldə etmək mümkün olmaz.  

İslam banklarının yaranması üçün maddi zəminləri 1973-cü ilin neft böhranı 

yaratmışdır  ki,  bu  zaman  neftin  qiymətlərinin  kəskin  artması  nəticəsində  yaxın  

Şərq  ölkələrinə  neftdən  gələn  dollarlar  axını  ilə  əlaqədar  olmuş  və  bu  isə  öz 

növbəsində islam banklarına geniş əmanət hovuzu yaratmaq imkanını vermişdir.  

Son  on  il  ərzində  İslam  banklarının  aktivlərinin  artım  tempi  ildə  təxminən 

10-15%  təşkil  edib  və  güman  edilir  ki,  gələcəkdə  bu  tendensiya  qorunub 

saxlanılacaq. Lakin İslam bankçılığının ənənəvi maliyyə sistemində tətbiq edilməsi 

prosesinin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda  tətbiqi öyrənilməkdədir. 

Azərbaycanda  bütün  iqtisadi  institutlarda  geniş  miqyaslı  və  əsaslı  bazar 

dəyişiklikləri  aparılmaqda,  özəlliklə  də  Azərbaycan  maliyyə  bazarında  İslam  

bankçılıq sisteminin tətbiqi ictimai müzakirə mövzusudur.  

Azərbaycanda  İslam  bankçılıq  modelinin  tətbiqi  ucuz  və  uzun  müddətli 

maliyyə  mənbələrinin  cəlb  edilməsinə  yol  aça  bilər  və  investiyasının  gəlirlik 

səviyyəsini  artırmağa  imkan  verə  bilər.  Həmçinin,  Azərbaycanda  İslam  bankçılıq 

modelinin tətbiqi ölkəni İslam dünyasının maliyyə mərkəzinə dönüştürə bilər.  

İslam bankçılıq  modelinin mövzusu ilə bağlı problemlərin tədqiqi sahəsində 

Azərbaycan  iqtisadçı  alimləri  bir  sıra  elmi  əsərlər  nəşr  etdirmişlər,  o  cümlədən  

M.Meybullayev,  Z.F.Məmmədov,  R.Atakişiyev  və  başqalarının  əsərlərini  xüsusilə 

qeyd etmək olar və tədqiqatları diqqətə layiqdir.  

2000-ci  illərdə  İslam  bankını  açmaq  cəhdləri  Azərbaycan    da  həyata 

keçirilmişdir.  Beləliklə,  İslam  maliyyə  institutlarının  öyrənilməsi  dünya  iqtisadi 



 

6

ədəbiyyatda  kifayət  qədər  aktual  mövzudur,  həmçinin,  ölkəmizdə  və  xaricdə 



iqtisadi agentlər üçün praktiki maraq kəsb edir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə