MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

19

 



1) İslam bankları hökümət sektorunda (Pakistan,İran,Sudan); 

 

2) İslam bankları qarışıq sektorda,yəni burada həm ənənəvi bankçılıq,həm də 



islam bankçılığı fəaliyyət göstərir.(Türkiyə,Misir,İordaniya, Malaziya) 

 

3) Bank olmayan maliyyə institutları (Banqladeş,Hindistan) 



 

İslam bankçılığını hər bir ölkə Quran və Sunnət ilə yanaşı öz qanunları ilə də 

tənzimləyir.Belə ki,hər bir ölkənin praktikasında bunlar fərqlənir. 

İslam Bank sistemi öz fəaliyyət sistemini əsasən üç prinsip üzərində qurur:  

1. Mudaraba. 

2. Muşərəkə.   

3. Murabaha. 

 Əsasən  hüquqi  mahiyyət  daşıyan  bu  məfhumlar  bank  işinin  tənzim-

lənməsində  əsas  götürülür.  Bütün  iqtisadi  fəaliyyət  islam  hüquq  normaları  ilə 

tənzimləndiyindən,  bank  sistemi  də  belə  normaya  ciddi  məruz  qalır.  Çünki  bank 

fəaliyyəti  kreditləşmə  ilə  əlaqədar  olduğundan  və  onun  işində  lap  cüzi  də  olsa, 

sələmin  faizini  açıq  əks  etdirməlidir.  Mudaraba-islam  bank  fəaliyyətində  əsas 

götürülən  bu  prinsip  bu  və  ya  digər  işin  görülməsi  və  ya  layihənin  hazırlnması 

üçün  ideyanın,  fəaliyyətin  birləşməsi,  ortaq  bir  işin  və  ya  ticarətin  aparılması 

reallaşır.  Burada  bir  sözlə  desək,  bir  tərəfdən  pul  qoyulur,  digər  tərəfdən  əmək. 

Bank  və  onunla  tərəfdaşlıq  qurmaq  istəyən  şəxs  müştərək  razılaşma  yolu  ilə  hər 

hansı  layihəni,  mənfəət  və ziyanın bölgüsünü əvvəlcədən  gəldikləri sövdələşməyə 

uyğun olaraq həyata keçirirlər. 

Mudaraba  ortaqlığı  zamanı  pul  qoyan  tərəfə  “Rəbbultal”,  əməyini,  ideyasını, 

fəaliyyətini qoyan tərəfə isə “mudarib ”, “amil”, “kirad” və ya “mukarada” deyilir. 

Müdarabə müqaviləsinin əsas özəllikləri  aşağıdakılardır: 

•  Sərmayə  sahibi  olan  adam  ilə  əməyini,bacarıq  və  təcrübəsini  ortaya  qoyan 

şəxsin mənfəət/zərərə ortaq olmaları; 



 

20

• Tərəflərin mənfəət/zərər paylarının dəqiq bəlli olmaması və mənfəət/zərərin 



tərəflər arasında əvvəlcədən təyin olunmuş bir nisbətdə bölünməsi; 

• Zərərin  tamamilə sərmayədara aid olması; 

• Sərmayənin əməyini qoyan tərəfindən idarə olunması; 

•  Sərmayədarın isə yalnız yoxlama səlahiyyətinə sahib olması; 

•  Burada sərmayə qızıl,gümüş,pul şəklində olmalıdır. 

İslam  bank  işinin  ikinci  mühüm  prinsipi  müşərəkədir.  Müşərəkə  iki  tərəfin 

ortaqlığa  girməsi  deməkdir.  Müşərəkə  prinsipində  hər  hansı  bir  layihənin  həyata 

keçirilməsində partnyorla bankın əməkdaşlığa girməsi nəzərdə tutulur. Hər iki tərəf 

payçı  kimi  iştirak  edir.  Belə  şəraitdə  partnyor  bankın  malını  tədricən  satın  almaq 

imkanına  malik  olur  və  mənfəətdən  pay  qoyulmuş  sərmayəyə  görə  deyil,  ümumi 

faydaya görə bağlanmış sazişə əsasən götürülür. 

Murabaha  prinsipində  klassik  islam  hüquqi  anlayışı  özünü  büruzə  verir.  O, 

əsasən  satın  alınan  bir  şeyin  üzərinə  iş  görməyi  əlavə  etməklə,  bir  başqasına 

satılmaqsını  ifadə edir.  Komisyon  qaydası ilə alınan  mallar sərmayəsinə  və ondan 

aşağı  qiymətə  də  satıla  bilər  .  Bu  o  zaman  baş  verir  ki,  alınan  malın  nə  qədər  iş 

əlavə  etmək  mümkünlüyünün  müəyyən  olunacağı  şəraitdə  baş  verir.  Banka  bu  və 

ya  digər  malın  alınmasını  sifariş  edən  partnyor  həmin  malı  bank  vasitəsilə  alır. 

Həmin  malı  alan  tərəfdaş  onu  reallaşdıra  bilmədikdə,  bank  onu  geri  satın  alır, 

müəyyən  bir  iş  əlavə  etməklə  onu  təkrar  satır.  İslam  bank  işində  əməliyyatların 

aparılması  zamanı  yalnız  verilən  borclara  görə  çox  aşağı  hədlərinin  inzibati 

xidməti tutulur. 

İslam bankları öz gəlir və mənfəətlərini aşağıdakı fondların istifadəsindən əldə 

edir, bunlara aiddir: 

• Mudaraba 

• Muşarəkə 

• Murabaha 

• İcara  

• İcara va İqtina (İcarə alınması) 

•Muşarəkə Mutanaqisa 



 

21

•Borc xidmətinə qarşılıq kredit 



•faizsiz kredit.  

 

İslam  bank  əməliyyatları  və  müqavilələr    Fiqh-Əl-Muammalat  (İslam  qayda 



və qanunları) əsasında aparılır. 

 

 

 

 

 



Şəkil 1.islam bankçılığında bağlanan əsas müqavilələr. 

 

Faizsiz fond toplama üsulları 2 əsas qrupa bölünür: 

•Cari hesablar; 

• qatılma hesabları;  

İslam bankçılığında fond toplama formaları yuxarıda da göstərildiyi kimi cari 

və qatılma hesabları olaraq iki yerə ayrılır. 

-  Cari  hesablar:  İslam  bankçılığında  hüquqi  və  fiziki  şəxslər  tərəfindən 

açılan,istənilən  zaman  tam  və  ya  qismən  geri  çəkilmə  xüsusiyyəti  daşıyan,  

qarşılığında  faiz  və  dividentlər  ödənməyən  hesablara  cari  hesab  deyilir.  Bu 

hesablar müştərinin istəyi ilə milli və ya hər hansı bir dönərli valyutada açıla bilər. 

Cari  hesablarla  əməliyyatların  aparılması  məsuliyyəti  və  tərəflərə  verəcəyi  fayda 

ölkə  qanunları  və  bank  tərəfindən  tənzimlənir.  Müddətsiz  əmanətlər  kimi  cari 

hesablarda olan vəsaitlər də islam bankçılığını həyata keçirən banklar üçün xərcsiz 

qaynaqlardır.  Bu  cür  passiv  əməliyyatların  bütün  passiv  əməliyyatlar  içərisindəki 

payının  artırılması  iştirakçı  bankların  xərcini  aşağı  salacaq  və  nəticədə  bu 

vəsaitlərdən səmərəli istifadə etməklə öz gəlirlərini artıracaqlar. 

- Qatılma hesabları - islam bankçılığını həyata keçirən banklarda  hər hansı bir 

işin  görülməsində gəlir  və zərərə şərik olmaq formasında açılan  hesablara qatılma 

hesabları  deyilir.  Əmanətini  faizsiz  banka  yatırdaraq  qatılma  hesabı  açdıran  şəxs 

MÜQAVİLƏLƏR 

Muavadat  

(Ödənişlər haqqında müqavilə) 

Muşarakat  

(Tərəfdaşlıq müqavilələri)

 

Tabarruat 

(Xeyriyyə müqavilələri



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə