MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

43

İndiki  vəziyyəti  hələ  də  dünyada  135  müəssisə  "faizsiz"  maliyyə  quruluşu 



xüsusiyyətində  çalışmaqdadır  və  təxminən  150  milyard  dollardan  çox  bir  qaynağı 

işləməkdədir.  Hər  il  nəşr  olunan  statistik  məlumatlardan  aydın  olduğu  üzrə 

dünyada  ən  böyük  1000  bank  arasında  iştirak  edən  banklardan  89  ədədi  hələ  də 

İslam  ölkələrində  qurulmuş  olan  və  faizsiz  sistemdə  fəaliyyət  göstərən  maliyyə 

təşkilatlarıdır.  Dünyanın  ən  böyük  bankları  (HSBC,Citibank,Commerzbank  və  s.) 

bu  sistemə  yaxın  maraq  duymaqda  olduqlarını  ifadə  edərək  bu  inkişafın  içində 

iştirak  etməyə  səy  göstərməkdədirlər.  Bu  maraq,  həqiqətən  bu  sistemdə  fəaliyyət 

göstərən  xüsusi  banklar  qurmaq  və  şöbələr  açmaq  şəklində  olduğu  kimi  ayrıca 

mövcud  faizsiz  banklarla  ortaq  şəkildə  bəzi  proyektlərə  qatılmaq  metoduyla  da 

həyata keçirilməkdədir. 

Faizsiz  maliyyə  sisteminə  dünyanın  demək  olar  ki,hər  yerində  maraq 

göstərilmişdir. İslam bankçılığı, ancaq, faizin "haram" edilmiş olması yalnız İslam 

dinində    deyil  ,  bütün  səmavi  dinlərdə  qəbul  olunduğu    üçün,  əsl  mədəniyyət 

elementlərinə  getdikcə daha çox  maraq duyan  və köklərindəki dəyərləri kəşf edən 

bütün  cəmiyyətlərdə  faizsiz  bankçılıq  anlayışı  xüsusi  və  hörmətli  bir  yer 

qazanmaqdadır.  

Müasir  kommersiya  bank  sistemi  təxminən  dünyanın  bütün  ölkələrində  

inkişaf  etdirilir  və  Avropada  praktikalarda  modelləşdirilir.Belə  ki,Böyük 

Britaniyada son illər buna çox fikir verilir.Bu sistemin fəlsəfi kökləri depozitlərdə  

qayıtmanın  normasına  (dərəcəsinə)  nəzərən  əmanətçilər  və  əminlik  üçün  kapital 

əminliyinin  əsas  prinsiplərinin  ətrafında  fırlanır.  Ardıcıl  əmanətçilər  üçün  bu 

prinsiplərə  sərəncam  vermək  üçün  və  bank  sistemi  Mərkəzi  Banklarının  bu 

bankların    fəaliyyətinə  zəmanət  vermək  müşahidənin  və  yoxlamanın  (idarə 

etmənin)  gücləri  (hakimiyyətləri)  ilə  verilmişdir.  Bütün  banklar  Mərkəzi  Bank 

qaydalarına  uyğun  fəaliyyət  göstərməlidir.  İslam  bankları  qeyri  -  müsəlman 

ölkələrində işləmək üçün uzun bir tarixi yol keçmişdir.İslam prinsipləri ilə işləyən 

bankların  digər  müsəlman  olmayan  ölkələrdə  islam  qaydaları  ilə  çalışması    bəzi  

çətinliyə  gətirib  çıxarırdı.Amma  tezliklə  belə  məsələlər  müsəlman  və  avropa 




 

44

alimləri,bank  sahəsində  fəaliyyət  göstərən  ixtisaslı  kadrlar  tərəfindən  zaman  - 



zaman öz həllini tapmaqdadır. 

Ölkələrin iqtisadi və sosial baxımdan inkişafını təmin etmək və dünyanın hər 

bir yerində olan islam banklarının əlaqələrini təmin etmək məqsədi ilə Beynəlxalq 

İslam  Bankları  Cəmiyyəti  yaradılmışdır.Beynəlxalq  İslam  Bankları  Cəmiyyəti  

(BİBC)  şahzadə Məhəmməd əl-Feysəl əs-Səudun (Səudiyyə Ərəbistanı) təşəbbüsü 

ilə 1978-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə yaradılmışdır.Beynəlxalq 

İslam Bankları Cəmiyyətinin (BİBC) məqsədi aşağıdakılardır :  

-  İslam prinsiplərinin bank işinə şamil edilməsi ; 

-  Milli islam banklarına texniki yardım göstərilməsi ; 

-  Yeni layihə və proyektlərin birgə hazırlanması ; 

 

Beynəlxalq İslam Bankları Cəmiyyətinə aşağıdakılar daxildir :  



•  Sudanın İslam bankları ; 

• Bəhreyinin İslam bankları ; 

• İordaniyanın İslam bankalrı ; 

• İranın İslam bankları ; 

• Feysəl İslam bankı (Misir) ; 

• Küveyt Maliyyə Evi (Küveyt) 

 

Al Baraka Bank Qrupu Bəhreyn Fond Birjasında və NASDAQ Dubay Fond 



birjasının  üzvü olan  Bəhreyn  Aksioner Cəmiyyətidir.Bu aparıcı  beynəlxalq  İslam 

Bankı  sosial  vəziyyətin  yaxşılaşdırılması,iqtisadiyyatın  prioritet  sahələrinə 

investisiyaların  yatırılması  üçün  qısa  və  uzun  müddətli  kreditlər  verir.

 

Al  Baraka 



Bank  Qrupu  müxbir  bankçılıq  həyata  keçirir,  korporativ  xidmətlər  və  kapital 

qoyuluşu  bank  işi  və  xəzinə  xidmətləri  ciddi  Şəriət  prinsiplərinə  uyğun  olaraq 

aparılır.  

Tam  aksiya  (aktiv)1.52  milyard  ABŞ  dolları  həcmini  təşkil  edir,  ABBG-ın 

nizamnamə kapitalı 1.5 milyard ABŞ dollarıdır.  



 

45

Al-Baraka Bank Qrup bankçılıq sahəsində  geniş coğrafi iştiraka malikdir və 



12 ölkədə nümayəndəliklərə ,ofislərə malikdir .Bank 300-dən çox filial və şöbədən 

öz müştərilərinə xidmət göstərir.Al Baraka Bank Qrupuna daxildir : 

1.  İordaniya İslam Bankı (İordaniya) 

2.  Əl Baraka İslam Bank (Bəhreyn) 

3.  Əl Baraka İslam Bank (Pakistan)  

4.  Banque Əl Baraka D'Algerie (Əlcəzair) 

5.  AlBaraka Bankı (Sudan ) 

6.  Əl Baraka Bankı (Cənubi Afrika) 

7.  Əl Baraka Bankı (Livan ) 

8.  Tamweel Əl- Tunisi Əl Saudi ( Tunis) 

9.   Misir Səudiyyə Ərəbistanı Maliyyə Bankı (Misr) 

10.  Əl Baraka Türk İştiraklı Bank (Türkiyə) 

11.  Əl Baraka Bankı (Suriya) (formalaşmaqdadır) 

12.  İndoneziyadakı Al Baraka Bank Qrupunun nümayəndələr ofisi və s. 

Dünyada ən böyük islam banklarından biri də Al-Rajhi Bankıdır.Xüsusilə də 

Orta  Şərqdə  öz  müştəri  sayına,  filiallarının  sayına,  şəbəkə  böyüklüyünə  və 

xidmətlərinin  sayına  görə  ən  böyük  bankdır.Orta  Şərqin  ən  böyük  banklarından 

sayılan  Al-Rajhi  Bank  450-dən  çox  filiala,2000-dən  çox  ATM,15000  POS 

terminala  və  öz  müştərilərinə  30-dan  çox  İslam  bank  məhsulları  təqdim  edir.Al-

Rajhi  Bank  2008-ci  ilin  birinci  rübündə  rekord  xalis  gəlir  göstəricisinə  malik 

olmuşdur (427.2 milyon ABŞ dolları). 

Amanah  HSBC  HSBC  Bank  Qrupunun  islam  bankçılığını  həyata  keçirən 

bölməsidir.Amanah  HSBC    bütün  dünyada  İslam  bank  işinin  aparılması  məqsədi 

ilə  1998-ci  ildə  quruldu.HSBC  Amanah  Yaxın  Şərq,  Asiya-Sakit  Okeanı 

regionunda,  Avropada,  Amerikada  islam  bank  prinsipləri  ilə  öz  müştərilərinə 

xidmət  göstərir,beynəlxalq  səviyyədə  bank  ən  böyük  İslam  bank  komandasını 

təmsil  edir.

 

HSBC  Qrupu  dünyanın  ən  böyük    bank  işi  və  maliyyə  xidmətləri 



göstərən    təşkilatlarından  biridir.Mərkəzi    Londonda  yerləşən  HSBC  beynəlxalq 

şəbəkəsi  77  ölkədə  demək  olar  ki  110  milyon  müştəriyə  təxminən  10  000  ofis 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə