MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 

31

2.  Müddətli depozitlər  -pulun geri çəkilmə tarixi bəlli olur. 



Bank cəlb etdiyi əmanətləri bu növlərinə görə qruplara ayıraraq müddətlərinə 

uyğun  yatırımlara  yönəldir  və  sonda  əldə  ediləcək  xalis  gəlir  bankla  əmanət 

sahibləri arasında müqavilə şərtlərinə görə bölüşdürülür. 

Son dövrlər İslam bankçılığı dünya maliyyə sektorunda sürətlə yüksəlir. Belə 

ki,  dünyada  fəaliyyət  göstərən  200-dən  çox  İslam  Maliyyə  qurumlarının 

aktivlərinin  həcmi  350  milyard  dollar  həcmindədir.İslam  bankçılığının  mahiyyəti 

özünü onun fəaliyyət xüsusiyyətlərində göstərir: 

1.  Faizsizdir  –  bu  bankların  digər  banklardan  ən  önəmli  fərqi  öz 

fəaliyyətlərində  faizə  yer  verməmələridir.  Yəni  cəlb  etdikləri  vəsaitlərə  görə  faiz 

ödəməzlər, yerləşdirdikləri vəsaitlərdən, aktivlərdən faiz götürməzlər. 

2.  Ticarətlə  sıx  bağlıdır  (Trade-related)  –  islamda  faizin  haram,ticarətin  və 

gəlirin  halal  olması  İslam  bankçılığında  müştəri  ilə  bank  arasında  ticarət 

xüsusiyyətli  işlərin  görülməsinə  böyük  əhəmiyyət  verilir.  Pul  ticarəti  islamda 

haram  olduğuna  görə  gəlir  əldə  etmək  üçün  mal  və  əmtəə  ticarətindən  istifadə 

edilir. 

3.  Sərmayə  bağlantılıdır  (Equity  Related)  –  islam  bankçılığının  gəlir-zərər 

ortaqlığı  (mudaraba)  və  sərmayə  iştirakı  (muşaraka)  bu  bankların  yerinə  yetirdiyi 

əsas  funksiyalardandır.  İslamda  sərmayə  sahibi  təşəbbüskarın,  iş  görənin  bacarığı 

və  çalışması  sayəsində  qazanılan  gəliri  onunla  bölüşür.  Sərmayənin  və  görüləcək 

işdən gələn gəlir əvvəldən müəyyənləşir, ancaq burada naməlum qalan məbləğdir. 

4.  Yatırımlar,  investisiyalar  əxlaqa  uyğun  sahələrə  yönəldilməlidir  (Ethical  

investments)  –  İnvestisiyalar  İslam  dininin  qadağan  etmədiyi  sahələr  çərçivəsində 

gerçəkləşməlidir.  Bu  məzmunda  İslami  investisiya  silahlanma,  qumar,  alkoqol 

sahələri  istisna  olmaqla  fayda  verici,  cəmiyyətin  bütün  üzvlərinin  iştirakını  təmin 

edən, inkişaf üçün zəruri olan sahələrə yönəldilməlidir. 

 Bir sıra ədəbiyyatlarda İslam iqtisadiyyatı kapitalist və sosialist iqtisadiyyatın 

alternativi  kimi  təhlil  edilir.  Alternativliyin  tərəfdarları  qeyd  edirlər  ki,  İslam 

iqtisadi  modelində  təsərrüffatçılığın  kapitalist  və  sosialist  sistemlərinin  nöqsanları 

aradan  qaldırılır.  Şübhəsiz  ki,  İslam  iqtisadiyyatında  bütün  iqtisadi  kateqoriyalara  



 

32

(pul,sərmayə,istehsal,istehlak  və  s.)  insanlar  tərəfindən  islam  etik  dəyərlər 



prizmasından baxılmışdır. İslam bank işinin əsas məqsədi iqtisadi münasibətlərdən 

sələmin,  faizin  birmənalı  olaraq  silinməsindən  və  maliyyə-kredit  sisteminin  təmin 

olunmasından  ibarətdir.  Buna  görə  də  müsəlman  dövlətlərində  islam  banklarının 

açılması  oradakı  müsəlmanların  faiz  bəlasından  qorunmasına  səbəb  olacaq.  İslam 

bankları  islam  dəyərləri  çərçivəsində  fəaliyyət  göstərdiyindən,  onların  işlək 

mexanizmi  bir  çox  ölkələrin  iqtisadiyyatı  üçün  eyni  mahiyyət  daşımır.  Çünki 

iqtisadiyyatlarında faizin mövcud olduğu ölkələrdə islam bank vəsaitlərinin tətbiqi 

müəyyən  məhdudiyyətlərlə üzləşir. Bu  vəsaitlər elə sahələrə tətbiq olunmalıdır ki, 

onlar gəlir forması kimi faizlə cəlb olunan sahələr olmasın.  

İslam  bank  işi  müsəlmanların  iqtisadi  fəaliyyətini  aktivləşdirən  sahə  kimi, 

onların  bir  sıra  ehtiyaclarının  ödənilməsi  mənbəyi  kimi  fəaliyyət  göstərir.  İslam 

bankçılığı  islam  mənəvi  dəyərlər  meyarı  saxlanmaqla,islam  bank  sisteminin 

fəaliyyətində  iqtisadi  artım,milli  iqtisadiyyat,  məcmu  tələb,  infilyasiya,  işsizlik, 

sabit  qiymət  səviyyəsi  və  s.  göstəricilərlə  əlaqədar  tənzimləmək  zərurəti  meydana 

gəlir. 

İslam iqtisadiyyatına həsr olunmuş işləri analiz edərkən, islama  müvafiq olan 



təsərrüfat  sisteminin  yaranma  probleminə  baxışlardan  asılı  olaraq,  ən  azı  3  qrup 

tədqiqatçıların yanaşma prinsiplərini görə bilərik: 

1) I qrup nümayəndələri (“konservatorlar”-köhnəlik tərəfdarları) hesab edirlər 

ki,  Quranda  və  Sünnədə  əsaslı  surətdə  əsas  iqtisadi  mövqelər  tərtib  edilmişdir  və 

ona  görə  də  xüsusi  “İslam  iqtisadiyyatı”  adlı  intizam  hazırlamağa  ehtiyac 

görülmür. 

2)  II  qrupu  isə  əsasən  ilahiyyatçılar  və  hüquqşünas  -  ənənəçilər  təşkil  edir. 

Onlar  üçün  islam  iqtisadiyyatı  –  yalnız  Quranı  deklamasiya  elminə,  fiqh 

(müsəlmalıqda  hüquq  elmi)  və  başqa  elmlərə  bərabər  tutulan  islam  elmlərindən 

biridir.  Bu  qrupun  tərəfdaşları  belə  hesab  edirlər  ki,  islam  iqtisadiyyatı  bütün 

insanların deyil, müsəlman icmasının maraqları daxilində inkişaf etməlidir. 

3)  III  qrupa  aid  edilən  alimlər  hesab  edurlər  ki,  islam  iqtisadiyyatı  –  dünya 

ictimai  iqtisadi-siyasi  fikrinin  istiqamətlərindən  biridir.  Bu  qrupa  islam 



 

33

iqtisadiyyatını  kapitalist  iqtisadiyyatın  alternativi  kimi  təhlil  edən,həmçinin  daha 



çox mülayim nöqteyi-nəzərlərə tərəfdar olan və islam iqtisadiyyatını Qərb iqtisadi 

elminin kontestində tədqiq edən şəxsləri aid etmək olar. 

Alternativliyin  tərəfdarları  qeyd  edirlər  ki,  islam  iqtisadi  modelində 

təsərrüfatçılığın  kapitalist  və  sosialist  sistemlərin  nöqsanları  aradan  qaldırılır.  Bu 

əsasən  islamda,  kapitalizmdə  olan  xüsusi  mülkiyyətin  mütləqiyyəti  haqqında 

tezisdə  özünü  büruzə  verir.  Əlbəttə,  kapitalizmdə  olan  mülkiyyətin  mütləqiyyəti 

haqqında tezis bizim  fikrimizcə, onun  islama  münasibətinin  müqayisəsində elə də 

düzgün  deyildir.  Həqiqətən  də  islamda  sərdarlıq  ideyası  hökm  sürür.  Belə  ki, 

dünyada  olan  bütün  sərvət  və  nemətlər  Allaha  məxsusdur,  insan  isə  onun  əlində 

olan vəsaitlərin, həmçinin intellektual vəsaitlərin yalnız etibarlı idarəedicisidir. 

Lakin burada söhbət  insanla Allah arasındakı əlaqələrdən  gedir. İnsanların bir-biri 

arasındakı  münasibətlərdə  isə  mülkiyyət  hüququ  İslam  iqtisadi  sistemində 

Qərbdəkindən heç də az qorunmur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə