MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

37

İslam  banklar  ölkəmizdə  maliyyə  vasitələrinin  formasını  dəyişdirmək  



baxımından da əhəmiyyətli mənfəət və sərvət kimi qəbul edilməlidir. Bu gün istər 

fond  toplamaq,  istər  fondlardan  istifadə  və  istərsə  də  digər  bank  xidmətləri 

sahəsində  xidmət  göstərmək  forması,  məhsulun  müxtəlifliyi,  ixtisaslaşmış  işçi 

heyət  və  texnoloji  bacarığı  ilə  formalaşan  rəqabət  şəraiti  sayəsində  maliyyə  və 

iqtisadi sektorun inkişafına, dərinləşməsinə, sabitliyinə və böyüməsinə əhəmiyyətli 

kömək göstərirlər.  

 İslam  bank  fəaliyyəti  üsulları  müxtəlif  növ  və  xarakterdə  olmaqla  Osmanlı 

dövründə də geniş tətbiq edilmişdir

*

.  


İslam bankların Türkiyədə  ilk ciddi  imtahanı 1994-cü  ildə  yaşanan  maliyyə 

böhranı  olmuşdur.  1994-cü  ildə  Türkiyə  tarixində  ən  böyük  cari  kəsir  ilə 

üzləşilmişdir. Dövlətin borc tələbatının kəskinləşməsi  və  faiz  nisbətlərinin  yüksək 

olması həmin dövrün ən bariz xüsusiyyətlərindəndir. Başqa sözlə, ikiqat kəsir kimi 

ifadə  edilən  cari  kəsir  və  büdcə  kəsiri  hökumətin  borcları  ödəmək  gücünə  olan 

inamsızlığı ilə birləşdi.  

2001-ci  il  Türkiyədə  həm  ənənəvi  bank  sektoru,  həm  də  islam  banklar 

(xüsusi  maliyyə  təşkilatları)  üçün  həqiqətən  mühüm  dönüş  nöqtəsi  olmuşdur. 

Əvvəllər  də,  1994-cü  ildəki  maliyyə  böhranı  daxil  olmaqla,  irili-xırdalı 

böhranlardan  keçən  islam  bank      sistemi,  ənənəvi  bank  sistemi  kimi  olmasa  da 

2001-ci ilin iqtisadi böhranında ciddi şəkildə dağıldı.  

Bank  sektorunda  2000-ci  və  2001-ci  illərdə  böhranlara  səbəb  olan  struktur 

zəifliyi  onun  yenidən  qurulması  zərurətini  doğurmuş  və  bunun  üçün  aşağıdakı 

tədbirlər həyata keçirilmişdir: 

1. 

dövlət banklarının reabilitasiyası; 



2. 

özəl bankların gücləndirilməsi; 

3. 

zəif bankların   çeşidlənməsi; 



4. 

tənzimləyici və nəzarət çərçivəsinin optimallaşdırılması; 

                                                

*

  Osmanlı  imperatorluğunun  maliyyə  işlərində  vəsait  fondları  ilə  yanaşı  «sənətkarların  təsis  etdiyi  sənətkar 



fondları, yetimlərin malının şəriətə əsasən qorunması və qiymətləndirilməsi üçün təsis edilən yetimlərə vəsait verən 

fondlar, yeniçərlər üçün təsis edilən orta fondlar, müəyyən məhəllə və ya kənd üçün təsis edilən vergi fondları digər 

bank fəaliyyətləridir».  

 



 

38

5. 



məhdud əmanət sığortasına keçid; 

6. 


dövlət borclarının gözdən keçirilməsi və azaldılması. 

Sektorun  iştirakçılarından  İhlas  Finans  Kurumunun  fəaliyyətləri  Bank 

Fəaliyyətini  Nizamlama  və  Yoxlama  Komissiyası  (BFNYK)  tərəfindən 

dayandırılmışdır.  

Həqiqətən  də  sektorun  iştirakçılarıdan  biri  və  ən  böyüyü  olan  İhlas  Finans 

Kurumu  2001-ci il iqtisadi böhranı gedişində ödəniş qabiliyyəti böhranına düşmüş 

və  nəticədə  BFNYK  tərəfindən  fəaliyyətlərinə  son  qoyulmuşdur.  Bu  hal  digər 

xüsusi  maliyyə  təşkilatlarının  müştərilərinin  də  panikaya  düşməsinə  səbəb 

olmuşdur. Digər xüsusi maliyyə təşkilatlarının müştəriləri də bütün pul vəsaitlərini 

dərhal götürmək üçün təşkilatlara axın etdi.  

Müştərilərin  xüsusi  maliyyə  təşkilatlarından  kütləvi  pul  vəsaiti  götürmək 

tələbi  təxminən  beş  ay  davam  etmiş  və  bu  prosesdə  təşkilatlar  yığılan  fond 

baxımından  təxminən  50  %  nisbətində  azaldı.  Həmin  dövrdə  müştərilərin  pul 

vəsaitlərini götürmək tələbinin qarşısını ala biləcək yeganə tədbir bu təşkilatlardakı 

fondlar  üçün  də  ənənəvi    banklardakına  oxşar  dövlət  təminatı  mexanizminin 

yaradılması idi.  

İslam  bankların  gətirdiyi  ən  əhəmiyyətli  yenilik,  zəif  və  çətin  olsa  da, 

iqtisadiyyat sahəsində müxtəlif aspektlərdə düşünməyi öyrətmək olmuşdur.  

İslam bank  fəaliyyətində əmanətlər ticarət  və sənaye  fəaliyyətlərində  iştirak 

edərək  istehsal  amili  xarakterini  alır.  Bu  şəkildə  əlavə  dəyər  formalaşdırılaraq 

əmanətlərin  də  həcmi  artır.  İqtisadiyyat  sahəsindən  kənarda  qalan  əmanətlər  həm 

ölkə üçün, həm də əmanətçilər üçün itkidir. Bundan başqa pul vəsailərinin kənarda 

toplanması  da  islam  iqtisadiyyat  modelinin  prinsiplərinə  uyğun  gəlmir.  Kapitala 

çevrilən  əmanətlər  milli  gəlirin  artması,  bu  artım  isə  cəmiyyətin  rifahına  kömək 

deməkdir.  

Əmanətlərin  real  iqtisadiyyatdan  kənarda  veksel,  fond,  repo  kimi  sahələrdə 

və  faiz  təminatları  ilə  qiymətlənidirilməsi,  əmanətçiləri  ətalətə  sürüklədiyi  kimi 

sahibkarı da istehsal və işləməkdən yayındırır. Xüsusilə böhran dövrlərində sənaye 

təşkilatları daha yüksək faizə yönələrək gəlirlərinin böyük bir hissəsini faiz yolu ilə 



 

39

əldə  edir.  İstehsala  əsaslanmayan  iqtisadiyyat  borc  üzərində  qurulur  və  kiçik  bir 



azlıq  rifah  içində  yaşadığı  halda  geniş  kütlələr  yoxsulluqla  mübarizə  etməyə 

məcburdur.  Xüsusilə  israfçılığın  geniş  yayıldığı  dövlət  təşkilatlarının  bazardakı 

mənbələrə  yüksək  faizlə  ortaq  olması,  istehsal  edən  və  işləyən  sahibkarın  mənbə 

imkanlarını daraldır. Dövlətin borc götürmək tələbatı prinsip kimi islam bankların 

maraq  dairəsindən  kənardadır.  İslam  banklar  hər  daimi  real  iqtisadiyyatı,  istehsal 

və  ticarəti  maliyyələşdirdiyi  üçün  böhranların  dağıdıcı  gücünü  azaldır.  Hətta 

böhran dövrlərində belə  müştərilərinə kömək etməkdə davam edir.  Fondlarını  heç 

bir  başqa  sahədə  qiymətləndirmir.  Buna  görə  də  böhran  dövrlərində  (bəlkə  də 

şirkətlərin mənbəyə ən çox tələbatı olduğu bu dövrlərdə) müştərilərinin fondlardan 

istifadə etməsini davam etdirir.                                   

Fondlardan  istifadə  edən  müştərilər  üçün  yeni  açılış,  yeni  fürsət  deməkdir. 

İslam bankaların ənənəvi banklarla rəqabəti ənənəvi banklara yanaşmalara da təsir 

göstərir.  İslam  bankla  işləməyi  üstün  tutan  bir  çok  kredit  müştərisinə  ənənəvi 

banklar  tərəfindən  gəlirli  satış  kreditinə  oxşar  təkliflər  edilir.  Qiymət  və  kreditin 

verilmə  prosesi,  təminat  şərtləri  baxımından  da  islam  banklar  ənənəvi  banklara 

təsir  göstərir.  Bu  vəziyyət,  fondlardan  istifadə  edən  müştərilər  üçün  daha 

keyfiyyətli xidmət deməkdir.  

Qeyri-müəyyən  faizlərdən  və  yüksək  faizlərə  girməkdən  çəkindiyi  üçün 

kapital qoyuluşunu  həyata keçirə bilməyən sahibkarlar  üçün  də  islam  banklar çox 

gözəl gəlir-ziyan ortağıdır.        

İslam  banklar  neftlə  zəngin  körfəz  ölkələrindəki  artıq  fondları  cəlb  edə 

biləcək  mühüm  potensiala  və  imkana  malikdir.  Fondlarını  islam  prinsiplərə  görə 

qiymətləndirmək  istəyən  bu  ölkələrin,  Türkiyədə  həyata  keçirəcəkləri  gəlirli  satış

  

 



və ya gəlir-ziyan kapitalları üçün islam banklardan vasitəçi kimi istifadə edərək və 

ya  bilavasitə  Türkiyədə  islam  bank  təsis  edərək  və  ya  səhmdar  kimi  verəcəyi 

mühüm  potensialı  mövcuddur  və  bu  potensialın  hal-hazırda  cüzi  bir  hissəsi  əldə 

edilmişdir.  

Neftlə  zəngin  Körfəz  ölkələrinin  çox  böyük  məbləğə  malik  fondları  başda 

İngiltərə  olmaqla,  Avropa  ölkələrində,  Amerika  Birləşmiş  Ştatlarında,  Çində, 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə