MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 

46

vasitəsilə  xidmət  göstərir    və  Avropada,  Asiya-Sakit  Okeanı  regionunda, 



Amerikada, Yaxın Şərqdə və Afrikada nümayəndəlik və şöbələri fəaliyyət göstərir. 

 

 



 

 

 



 

 

 



 

   


 

 

 



        

       


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

47

2.2. İslam İnkişaf Bankının strukturu və layihələri. 

 

Öz miqyası və əməliyyatların aparılması xarakterinə görə İslam İnkişaf Ban-



kının  (İİB)  müsəlman  dünyasında  çox  böyük  rolu  vardır.  Müsəlman  ölkələrinin 

iqtisadi  inteqrasiyasında,  onların  sosial-iqtisadi  cəhətdən  zəif  inkişafının  aradan 

qaldırılmasında,    islam    sivilizasiyasının  qərarlaşmasında  İslam  İnkişaf  Bankı 

müstəsna  rol  oynayır.  Düzdür,  İİB-nin  müsəlman  ölkələrinin  iqtisadi  əlaqələn-

dirilməsində xüsusi rolu olsa da, lakin 1969-cu ildə Səudiyyə Ərəbistanının kralı 

Feysəlin təklifi və Misirin  prezidenti Nasirin dəstəyi ilə Rabatda İslam Təşkilatı  

Konfransı (İTK) təsis edilmişdir ki, burada da hazırda 

 

55 ölkə təmsil olunur. 



İslam  İnkişaf  Bankı  (İİB)  bütün  islam  bankları  üçün  istiqamətverici  rolunu 

oynayan  beynəlxalq  təşkilatdır.  İİB  islam  konfransı  iştirakçıları  olan  ölkələr 

tərəfindən yaradılmışdır. Bankın nizamnamə kapitalı 2 milyard SDR məbləğində 

müəyyən  edilmişdir.Qeyd  edək  ki,bu  məbləğ  bankın  üzvü,  İslam  Konfransının 

iştirakçısı  olan 43 ölkə tərəfindən tamamilə ödənilmişdir. 

İİB  maliyyələşdirməyə  ehtiyacı  olan  inkişaf  etməkdə  olan  ölkələrə 

himayədarlıq  siyasəti  yeridir.  Bu  himayədarlıqda  islam  üçün  səciyyəvi  olan 

xeyriyyəçilik  mühüm  yer  tutur.  Bank  xidmətini  benefisiarları  34  ölkədir  ki, 

onların 13-ü geridə qalmış ölkələrdən sayılır. 

Hərtərəfli 

inkişaf 

proqramlarını 

həyata 

keçirən 


böyük 

maliyyə 


institutlarından  olan  İslam  İnkişaf  Bankının  mərkəzi  Səudiyyə  Ərəbistanının 

Ciddə şəhərində yerləşir.İslam inkişaf  Bankı rəsmi fəaliyyətə 20 oktyabr 1975-ci 

ildə,hicri-qəməri  təqvimi  ilə  15  Şəvval  1395-ci  ildə  başlamışdır.İslam  İnkişaf  

Bankının əsas səhmdarları aşağıdakı ölkələrdir: 

• Səudiyyə Ərəbistanı 

• Sudan 


Küveyt 

• Liviya 

• Türkiyə 

• İran  



 

48

• Misir 



Pakistan 

Birləşmiş Ərəb Əmirlikləri 

• İndoneziya 

İslam İnkişaf Bankının başlıca məqsədləri aşağıdakılardır: 

• İslam ölkələrinin iqtisad maliyyələşdirilməsini təmin  etmək; 

• Faizsiz  bankçılıq  sistemini  gerçəkləşdirmək

•  Üzv  ölkələrin  iqtisadi  və  sosial  inkişafını  şəriət  və  islam    hüququna 

uyğun olaraq həyata keçirmək; 

  İslam  inkişaf  Bankına  hal-hazırda  56  üzv  ölkə  daxildir  və  üzv  ölkələr 

durmadan  artmaqdadır.İİB-na  üzv  ölkələr  və  onların  kapitaldakı  payı  və  ya 

üzvlük  haqqı  aşağıdakı  kimidir  (Məbləğlər  milyon  İslam  dinarı  ilə 

göstərilmişdir): 

 1) Əfqanıstan İslam Respublikası    -     9.93      (ümumi miqdarın 0.12%-i) 

 2) Albaniya Respublikası                 -     4.96      (ümumi miqdarın 0.06%-i) 

3) Əlcəzair                                        -     246.67   (ümumi miqdarın 2.88%-i) 

 4) Azərbaycan Respublikası            -      9.77      (ümumi miqdarın 0.11%-i) 

 5) Bəhreyn Krallığı                          -     13.90     (ümumi miqdarın  0.16%-i) 

 6) Banqladeş Xalq Respublikası     -     182.17     (ümumi miqdarın 2.13 5-i) 

 7) Benin Respublikası                       -     9.77        (ümumi miqdarın 0.11%-i) 

 8) Misir Ərəb Respublikası             -     686.84    (ümumi miqdarın  8.01%-i) 

 9) İndoneziya Respublikası             -     406.49    (ümumi məbləğin 4.74%-i) 

10) İran İslam respublikası               -     694.51   (ümumi məbləğin 8.11%-i) 

11) Malaziya                                     -     157.93    (ümumi məbləğin 1.84%-i) 

12) Pakistan İslam Respublikası      -      459.21    (ümumi məbləğin 5.36%-i) 

13) Səudiyyə Ərəbistanı Krallığı     -    1.979.74 (ümumi məbləğin 23.10%-i) 

14) Türkiyə Cümhuriyyəti               -      626.24    (ümumi məbləğin 7.31%-i) 

15) Birləşmiş Ərəb Əmirlikləri        -     561.84    (ümumi məbləğin 5.56%-i)   

 və s. 



 

49

         Bankın  məqsədi  Şəriət  prinsiplərinə  müvafiq  olaraq  birgə,fərdi  olaraq 



həmçinin  iqtisadi  inkişafa  və  üzv  dövlətlərin  və  Müsəlman  cəmiyyətlərinin 

(birliklərin)  sosial  irəliləyişlərinə  İslam  qayda-qanunu  çərçivəsində  imkan 

yaratmaqdır.  

İslam İnkişaf Bankı qrupuna daxildir: 

      • İslam İnkişaf Bankı 

      • İslam Təhdqiqat və Təlim İnstitutu; 

      • İnvestisiya və ixrac kreditlərini sığortalayan İslam Koorporasiyası; 

      • Özəl sektorun inkişafı üçün İslam Koorporasiyası; 

      • İslam Maliyyə Bazarı Koorporasiyası; 

1996-cı  ildə  layihələrin,texniki  yardımın,ticarət  əməliyyatlarının  və  xüsusi 

hesablardan əməliyyatların məbləği əvvəlki ilə nisbətən 17% artaraq,1671 milyon 

dollar təşkil etmişdir. 

   Xüsusi  hesablar  geridə  qalmış  ölkələrin  güzəştli  maliyyələşdirilməsi  üçün 

açılır.  Belə  ki,bankın  adi  hesablarından  belə  maliyyələşdirmə  həyata  keçirmək 

mümkün  deyildir.  Həmin  ölkələr  üçün  layihələr  1996-cı  ildə  bütün  layihələrin 

ümumi  məbləğinin  25%-ni    təşkil  etmişdir.  Qeyd  edək  ki,bu  göstərici  artmağa 

meyillidir. 

    1996-cı  ildə  İslam  İnkişaf  Bankı  iqtisadiyyatın  bölmələrinə  aşağıdakı 

nisbətdə  xidmət  etmişdir:  təhsil  və  səhiyyə  -  26%,  kommunal  xidmətlər  -26%, 

kənd təsərrüfatı – 24%, nəqliyyat və rabitə - 18%, sənaye 6%. 

İslam İnkişaf  Bankı bir çox beynəlxalq layihələrdə uğurla iştirak edir.Bank 

beynəlxalq informasiya  şəbəkəsinin,telekommunikasiya  sistemlərinin inkişafında 

fəal iştirak edir. 

İslam  İnkişaf    Bankı  İslam  Konfransı  iştirakçılarının  görüşlərini  təşkil  edir, 

Ümumdünya Ticarət Təşkilatına daxil olmaq istəyən ölkələrə yardım məqsədi ilə 

qabaqcadan danışıqlar aparır. 

İslam  İnkişaf  Bankının  layihələrindən  biri  “İnvestisiyaların  və  ixrac 

kreditlərinin  sığortalanması  üzrə islam  koorporasiyası”-dır.Bu  qurumun  məqsədi 

üzv  ölkələr  arasında  ticarəti  və  investisiya  əməkdaşlığını  inkişaf  etdirməkdir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə