MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

54

4.  Turanbank 



5.  Rabitəbank 

6.  Bank Standart 

7.  Əmrahbank 

 

Bu  banklardan  yalnız  5-i  İslam  İnkişaf  Bankının  20  milyon  ABŞ  dolları 



maliyyə xəttindən istifadə edir. Azərbaycan üzrə İslam İnkişaf Bankının büdcəsi 

150 milyon dollara yaxınlaşır. Bir neçə ildən sonra kredit hesabına bu məbləğin 

200  milyonadək  yüksələcəyi  proqnozlaşdırılır.  İslam  İnkişaf  Bankının  strukturu 

olan  İslam  İnkişaf  Koorporasiyası  Azərbaycan  investisiya  şirkəti  ilə  birgə  bir 

neçə layihəni gerçəkləşdirmək iqtidarındadır.Bunlar aşağıdakılardır : 

-  qeyri-neft sektoruna investisiyaların yatırılması ; 

-  yolların, kommunikasiya qovşaqlarının təmiri və tikintisi; 

-  iqtisadiyyatın müxtəlif sahələrində birgə araşdırmaların aparılması ; 

-  investorlar şəbəkəsinin genişləndirilməsi ; 

-  tərəflərin birgə investisiya şirkəti layihəsi və s. 

Tərəflərin  birgə  investisiya  şirkəti  yaratmaq  planı  İslam  İnkişaf  Bankı 

tərəfindən  irəli  sürülüb.  Birgə  investisiya  şirkətinin  səhmlərinin  10  %  -i 

Azərbaycan  investisiya  şirkətinə  məxsus  olacaq.  Birgə  investisiya  şirkətinin 

nizamnamə  kapitalı  90-  100  milyon  ABŞ  dolları  məbləğində  olması  nəzərdə 

tutulur. 

İslam  İnkişaf  Bankı  1992-ci  ildən  bu  günə  kimi  davam  edən  əməkdaşlıq 

dövründə  Azərbaycanda  ümumi  dəyəri  250  milyon  dollar  olan  26  layihəni 

maliyyələşdirib.  Bankın  Azərbaycanda  həyata  keçirdiyi  sosial  xarakterli 

layihələrdən  biri  də  Azərbaycanda  məcburi  köçkünlərin  sosial  vəziyyətlərinin 

müdafiəsi  üçün  uzunmüddətli  kreditlərin  verilməsidir.  Kreditin  məbləği 

10,270,000  dollar  təşkil  edir  və  Azərbaycan  höküməti  bu  layihəyə  4,270,000 

dollar  həcmində  məbləğ  ayırmışdır.  Kredit  müddəti  25  ilə  kimi  uzaldılacaq  və 

layihə müddəti 3 ildir. Layihənin əsas məqsədi yenidənqurma və çirkab sulardan 

təmizlənmə və tibbi xidmətin göstərilməsidir.  




 

55

İslam  İnkişaf  Bankı  digər  böyük  təşkilatlar  ilə  Azərbaycanda  bir  çox 



layihələrin  maliyyələşdirilməsinə  kömək  etmiş  və  infrastruktur  layihə  və 

proyektlərin  həyata  keçməsində  Azərbaycan  höküməti  ilə  yaxından  iştirak 

etmişdir.Azərbaycanın böyük Şərq- Qərb magistralının və bu magistrala birləşən 

ətraf    yolların  düzəldilməsi  çərçivəsindəki  layihəyə  aşağıdakı  qurumlar  yardım 

etmişdir : 

-  Asiya İnkişaf Bankı ; 

-  İslam İnkişaf Bankı ; 

-  Səudi İnkişaf Fondu ; 

-  Azərbaycan höküməti ; 

Asiya  İnkişaf  Bankı    52  milyon  dollar  dəyərindəki  yeni  kredit  paketi 

vasitəsilə Azərbaycanın böyük Şərq- Qərb magistralının son iki bölməsini və bu 

magistrala  birləşən  ətraf  yolların  düzəldilməsinə  kömək  edəcək.



 

Layihədə 

magistralın  Yevlax-Gəncə  və  Qazax-Gürcüstan  sərhəd  bölmələrindəki  ikixətli 

yolun  127  km-ni,  həmçinin  bu  yola  birləşən  ətraf  yolların  65  km-ni 

təkmilləşdirmək nəzərdə tutulur. Bu layihə eyni zamanda ölkənin yol sektorunda 

fəaliyyət  göstərən  təsisatlarının  gücləndirilməsi  yoluyla  siyasi  islahatları  və 

təkmilləşdirilmiş idarəetməni də dəstəkləyəcək.  

          Layihə  700,000  əhalisi  olan  altı  rayonu  əhatə  edir  ki,  bu  əhalinin 

təqribən  37%-i  2003-cü  ildə  yoxsulluq  içində  yaşayırdı.  Layihə  ərazisində 

yaşayan insanların təxminən 87,000-i məcburi köçkünlər və qaçqınlardır ki, onlar 

daha  yoxsul  və  əsas  xidmətlərdən  istifadə  etmək  üçün  yol  nəqliyyatından  və 

hökumətin və yardım agentliklərinin köməyindən asılıdırlar.  

         Ətraf  yollar  komponenti  21  qonşu  kənddə  yaşayan  təxminən  29,000 

insanın  Bakı  və  digər  ərazilərdəki  işlərdən,  bazarlardan  və  sosial  xidmətlərdən 

daha  yaxşı  istifadə  etmələrinə  imkan  yaradacaqdır.  Ətraf  yollar  yerli  insanlarla 

aparılan  geniş  məsləhətləşmələrə  əsaslanaraq  seçilmişdir.  Layihə  həyata 

keçdikdən sonra bu ərazilərdə nəqliyyat, ticarət, sərmayə qoyuluşu genişlənəcək, 

yeni  iş  və  gəlir  imkanları  yaradacaq,  yerli  insanların  bazarlardan  və  sosial 

xidmətlərdən  istifadəsinin  yaxşılaşdıracaq.  Həmçinin  bu  magistral  regional 



 

56

əməkdaşlığı da artıracaq, belə ki bu magistral Asiya və Avropa arasındakı tranzit 



keçid üçün yol olmaq potensialına malikdir. 

Asiya magistral şəbəkəsinin bir hissəsi və Azərbaycanın xarici ticarət üçün 

əsas  yollarından  biri  olan  Şərq-Qərb  magistralı  Xəzər  Dənizi  və  Qara  Dənizi 

birləşdirən nəqliyyat yoludur.  

       Azərbaycan  əmtəənin  və  insanların hərəkətini  asanlaşdıracaq 

beynəlxalq nəqliyyatı daha da genişləndirmək üçün bir sıra beynəlxalq tranzit və 

nəqliyyat  müqavilələri  və  konvensiyaları  imzalamışdır.  Buna  baxmayaraq, 

Azərbaycanın  Gürcüstanla  sərhədindəki  yolların  pis  vəziyyəti,  tələblərə  cavab 

verməyən  sərhəd  xidməti  və  məhdud  imkanlar  xarici  nəqliyyatı  və  ticarəti 

əngəlləyir.  

        Yollarda  maşınlara  qoyulan  məhdudiyyətlərin  zəif  şəkildə  həyata 

keçirilməsi  yolların  səthinə  və  körpülərə  ciddi  şəkildə  ziyan  vurmuşdur.  Eyni 

zamanda,  yollara  göstərilən  texniki  xidmət  vəsait  çatışmazlığı  və  təsisatların 

zəifliyi və effektivsizliyi səbəbiylə çətinləşmişdir.  

           Layihə  yollara  göstərilən  texniki  xidmətin  yenidən  təşkil 

olunmasına,  diqqət  verilməsi  lazım  olan  prioritet  sahələrin  təyin  edilməsinə  və 

alternativ  maliyyə  mənbələrinin  tapılmasına  kömək  edəcəkdir.  O  həmçinin 

həddən  artıq  yüklənmə  probləmini  həll  etmək  və  buna  nəzarəti təkmilləşdirmək 

üçün  maşınların  çəkisini  ölçən  məntəqələrin  yaradılması  və  fəaliyyət 

göstərməsində Yol Nəqliyyatı Xidmət Departamentinə köməklik edəcəkdir.  

         Artan  yol  qəzaları  problemini,  həmçinin  təhlükəsizlik  tədbirləri  və 

xidmətlərinin, qaydaların zəif şəkildə həyata keçirilməsi məsələlərini həll etmək 

üçün layihə yol təhlükəsizliyi proqramını da icra edəcəkdir. Bu yol təhlükəsizliyi 

ilə  bağlı  qanunları  təkmilləşdirəcək,  qəzalara  nəzarəti  gücləndirəcək,  heyətlərin 

təlimini  təmin  edəcək  və  yolların  təhlükəli  hissələrinin  təyin  edilməsinə  kömək 

edəcəkdir.   

AİB-nin  maliyyə  vəsaiti  layihənin  ümumi  $93.2  milyonluq  xərcinin 

55.8%-i  təşkil  edir.  İslam  İnkişaf  Bankı  ($10.4  milyon),  Səudi  İnkişaf  Fondu 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə