MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   16   17   18   19   20   21   22   23   24

 

63

• Azərbaycan Respublikasının Banklar haqqında mövcud qanunu. Bu qanuna 



görə  Banklar  ticarət  fəaliyyəti  ilə  məşğul  ola  bilməzlər,ona  görə  İslam  Bankçılığı 

praktikasında  ən  çox  tətbiq  olunan  Murabaha  maliyyələşmə  üsulunun  və  digər 

əməliyyatların tətbiqi mümkünsüz olur. 

• İndiki anda inanclarını praktikada da tətbiq edən insanların  azlığı. Bu fakt 

İslam Bankçılığı üçün geniş bazar yaranması imkanlarını məhdudlaşdıra bilər. 

•  Azərbaycanda  İslam  Maliyyəsi  üzrə  biliklərə  malik  mütəxəssislər  çox 

azdır. Bu sahə üzrə ciddi kadr çatışmazlığı var. Universitetlərdə İslam Maliyyəsi və 

 Bankçılığı demək olar tədris olunmur.  

Zənnimcə Azərbaycanda bu sahənin tətbiqi və inkişafı üçün əsas tədbirlər 

aşağıdakılardır:  

• İslam Bankları haqqında ayrıca qanun qəbul olunmalıdır. 

•İslam Maliyyə Sisteminin tətbiq edildiyi dövlətlərin təcrübələri  öyrənilməli 

və  Azərbaycan  üçün  özünün  spesifikası  nəzərə  alınmaqla  ən  uyğun  olan  model 

seçilməlidir.Bu 

məqsədlə 

Azərbaycan 

Mərkəzi 

Bankının 

tərkibində 

mütəxəssislərdən ibarət xüsusi qrup yaradılmalıdır.   

•  Universitetlərin  tədris  proqramına  İslam  Maliyyəsi  dərsləri  daxil  edilməli 

və ayrıca İslam Maliyyəsi ixtisasları yaradılmalıdır. 

• Başlanğıc illər üçün İslam Bankları üçün vergi güzəştləri olmalıdır. 

• İslam Bankları üçün xüsusi Mühasibat direktivləri hazırlanmalıdır. 

• Cəmiyyətdə geniş miqyasda   İslam Maliyyə Sisteminə dair  marifləndirmə 

işləri aparılmaldır.  

 Nəzərə  alsaq  ki,  Azərbaycanda  həm  vətəndaşların,  həm  də  bankların 

ənənəvi  formada  hissəli  ödənişlərlə  bağlı  praktiki  vərdişləri  və  təcrübələri  var, 

onda zənnimcə  ilkin olaraq  xüsusilə Murabaha  və İjara  maliyyələşmə  üsullarının 

tətbiqi Azərbaycan bazarı üçün  münasib olardı. 

 Həm  sahənin  inkişafını,həm  portfellərin  diversifikasiyası  arzusunda  olan 

təşkilatları,fiziki  şəxsləri,  həm  də  Azərbaycanda  İslam  inancını  həyatında  tətbiq 

edərək  ənənəvi  bankların  xidmətlərindən  yararlanmayan  vətəndaşların  ehtimal 



 

64

olunan  artımını  nəzərə  alaraq  İslam  Bankçılığının  Azərbaycanda  da  tətbiqi 



məqsədəuyğun  olardı. 

         Hal-hazırda  islam  bankları  dünyanın  bir  çox  ölkələrində  fəaliyyət 

göstərir.Bəzi ölkələr bank sistemlərini tamamilə islamlaşdırmışdırlar.Bunlara misal 

olaraq,İran  İslam  Respublikası  və  Pakistanı  göstərmək  olar.Bir  çox  ölkələrdə  isə 

bank  olmayan  islam  maliyyə  qurumları  fəaliyyət  göstərirlər.onlardan  bir  neçəsi 

aşağıdakılardır: 

- Avstraliya İslam İnvestisiya Kompaniyası –Melburn; 

- Nassau İslam İnvestisiya Kompaniyası – Baham adaları; 

- Bəhreyn Albaraka İslam İnvestisiya Bankı – Manama; 

- danimarka Beynəlxalq İslam Bankı – Kopenhagen; 

- Misir Ərəb İnvestisiya Bankı – Qahirə; 

- Luxembourg İslamic Finance House Universal holding; 

- İsveçrə İslam İnvestisiya Kompaniyası – Jeneva; 

- Turkey Albaraka Turkish Finance House – İstanbul; 

- Albaraka International Ltd, -London; 

- Al Rajhi Company for İslamic İnvestment- London; 

- İslamic Finance House Public Ltd.- London. 

İslam  prinsipləri  ilə  işləyən  banklarla  Azərbaycanın  əməkdaşlığı  son  illər 

ərzində yüksələn qrafik üzrə artmışdır. 

 

 

 



 

 

 

 

 

 

 

 




 

65

 



 

      Fəsil 3. İslam  Bank   İnstitutlarının fəaliyyətində yeni istiqamətlər  

 

İslam  bankinqinin  genişlənməsi  ilə  əlaqədar  olaraq  dünyada  islam  maliyyə 

institutlarının  işində  tətbiq  edilə  biləcək  standartların  işlənib  hazırlanması  olan 

AAOIFI yaradılmışdır.  İslam Bankçılğı üçün  hələ də vahid beynəlxalq standartlar 

müəyyən  olunmayıb.  Baxmayaraq  ki,  İslam  Maliyyə  İnstitutları  (İMİ)  üçün 

mühasibatlıq 

və 

audit 


standartlarını, 

kapital 


adekvatlığı 

direktivlərini 

müəyyənləşdirən  AAOIFI  (Accounting  and  Auditing  Organisation  for  Islamic 

Financial Institutions)  və IFSB (Islamic  Financial Services Board) kimi təşkilatlar 

var, lakin bu standartlar hələ də bütün  İMİ üçün məcburi xarakter daşımır. Çünki 

müxtəlif  məzhəblərin  müxtəlif  maliyyə  alətlərinə  (maliyyələşmə  üsullarına) 

baxışları müxtəlifdir. Bu da təbii olaraq vahid standartların yaranmasına maneçilik 

törədir.  Şəriət  konvergensiyası  İslam  Maliyyə  Sisteminin  genişlənməsi  qarşısında 

duran  növbəti  böyük  baryerdir.  Malayziya  üçün  halal  hesab  edilən  Bai  Al  Dayn 

(borcun üçüncü bir tərəfə satılması) və Bai Al İnah ərəb dövlətlərində haram hesab 

edilir  .Qeyd  edək  ki,  Malayziyada  Bai  Al  Dayn  əsasında  borcu  təmsil  edən  (debt 

based)  sukuklar  (İslam  istiqrazları)  təkrar  bazarda  rahatlıqla  tranzaksiya  olunur. 

Lakin  AAOIFI  (Accounting  and  Auditing  Organisation  for  Islamic  Financial 

Institutions)  öz  müvafiq  standartında  borcu  təmsil  edən  (debt  based)  sukukların  

təkrar  fond  bazarında  tranzaksiyasını  haram  hesab  edir.  Bu  standarta  görə  yalnız 

payı  təmsil  edən  (equity  based)  sukukların  təkrar  bazarda  tranzaksiyası 

mümkündür.  Digər  bir  böyük  fərq  Malayziyada  İslam  banklarının  cari  hesablara 

görə hədiyyə adı altında ödəniş etməsidir. Lakin ərəb dövlətlərində bu haram hesab 

olunur.  Çünki  cari  hesablar  (tələb  depozitləri)  borcu  təmsil  edir  və  Məhəmməd 

peyğəmbərin  də  dediyi  kimi  borcda  hər  bir  artım,  fayda  ribadır  .Ona  görə  yalnız 

investisiya  hesabları  üzrə  mənfəət  və  zərərin  bölüşdürülməsi  prinsipi  ilə  ödəniş 

etmək  olar.  Malayziyada  isə  şəriət  alimləri  bunu  əvvəlcədən  sabit  bir  faiz  təklif 

olunmadığı və əlavə ödənişə bank tərəfindən təminat verilmədiyi üçün halal hesab 

edir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə