MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   16   17   18   19   20   21   22   23   24

 

66

Lakin fərqlilik yalnız ərəb dövlətləri və Malayziya arasında deyil, hətta ərəb 



dövlətlərinin öz  daxilində də  müşahidə  olunmaqdadır.  Bir alim  üçün  haram  hesab 

edilən  maliyyə  aləti  digəri  üçün  halaldır.  Burada  mənfəət  və  zərərin 

bölüşdürülməsinə  yanaşmadan  tutmuş  ixtilaflı  Tavarruq  alətinə  qədər  müxtəlif 

alimlərin  müxtəlif  rəyi  var.  Bu  məsələdə  alimlərin  iqtisadiyyat  və  maliyyə 

biliklərinin  yetəri  səviyyədə  olmaması  da  həlledici  rol  oynayır.  Amma  bu  sahədə 

Pakistan Mərkəzi bankı ilahiyyatçıların maliyyə treninqlərini təşkil edərək maraqlı 

və önəmli addım atıb. Belə addımlar digər dövlətlərdən də gözlənilir. 

Həmçinin  standartlar,  qanunvericilik  və  insan  kapitalı  ilə  əlaqəli 

problemlərlə yanaşı İslam Maliyyə Sistemində ənənəvi maliyyə sistemində olan bir 

sıra  maliyyə  alətləri  və  məhsullarına  alternativlərin  və  ekvivalent  alətlərin 

olmaması  strateji  planda  və  ya  növbəti  onillikdə  İslam  Maliyyəsinin  indiki  artım 

tempini  və  diversifikasiya  imkanlarını  əhəmiyyətli  dərəcədə  məhdudlaşdıra  bilər. 

Xüsusilə  də  yaxın  gələcəkdə  dünya  iqtisadiyyatı  və  maliyyə  bazarlarının  bum 

tsiklini  bərpa  etdiyi  təqdirdə  bu  hal  daha  da  sürətlənə  bilər.  Lakin  hələlik  yaxın 

gələcəkdə  dünya  iqtisadiyyatının  və  maliyyə  bazarlarının  bu  səviyyəyə  çatması 

haqqında  nikbin  proqnozlar  yox  səviyyəsindədir.  Məhz,  haqqında  danışdığımız 

alternativ  maliyyə  məhsullarının  olmaması  hal-hazırda  da  risklərin  və  likvidliyin 

idarəedilməsi  sahəsində  İslam  Maliyyə  İnstitutlarının  fəaliyyətində  problemlər 

yaradır.  Çünki  maliyyə  derivativlərindən  istifadə  etmək  eləcə  də  dövlət  qiymətli 

kağızlarında  sərbəst  nağd  vəsaitləri  saxlamaq  İslam  Maliyyə  Sistemində  qadağan 

edilir.  Likvidliyin  təmin  olunması  məqsədi  ilə  dövlət  qiymətli  kağızlarına 

alternativ İslam Sukuklarının təqdim edilməsi istiqamətində müəyyən işlər görülüb 

və hələ də davam edir. 

İslam bank işinin fəaliyyətində  maliyyə stabilliyin təmin olunması vacibdir. 

Birinci, islam bazarları inkişaf etdikcə və ənənəvi banklar ilə əlaqənin artırması ilə 

daha  çox  məna  əldə  edir.  İkinci,  islam  maliyyə  müəssisələrində  heclənmə 

üsullarının  çatışmamazlığı  riskin  toplanmasına  səbəb  olur.  Bunun  nəticəsində, 

ənənəvi  maliyyə  sistemi  çərçivəsində  islam  maliyyə  müəssisələrinin  idarə 




 

67

olunmayan  inkişafı  onun  sabitliyinin  azalması  və  maliyyə  qeyri  stabilliyin 



artmasına gətirib çıxarır. 

İslam  Banklarını  depozitlər  üçün  sığorta  sisteminin  demək  olar  ki, 

olmamasına  görə  də  tənqid  edirlər.  Bu  sahədə  Malayziya,  Türkiyə  və  İordaniya 

müəyyən  işlər  görüblər.  Malayziyada  hətta  investisiya  depozitlərinin  də 

sığortalanması  fondunu  yaradıblar.  Amma  zənnimcə  yalnız  cari  hesabların  (tələb 

depozitlərinin)  sığortalanması  şəriətə  daha  müvafiq  olardı.  Çünki  bu  depozitlər 

borcu  təmsil  edir  ki,  İslam  dini  də  borcun  mütləq  qaytarılmasını  əmr  edir. 

İnvestisiya  depozitlərinin  isə  riskə  məruz  qalmasına  və  hətta  investisiyanın 

tamamilə  itirilməsinə  qarşı  sığorta  mexanizminin  yaradılmasını  məqbul  hesab 

etmirəm.  İnvestisiya  hesabları  üzrə  sığorta  mexanizminin  yaranmasına  sərf  edilən 

səylərin  və  resursların  Bankın  fəaliyyətinin  genişlənməsinə  yönəldilməsi  daha 

məqsədə  uyğun  olardı.  Bu  məhz  İordaniyada  da  belədir.  Burada  tələb  depozitləri 

sığortalanır  lakin  investisiya  hesablarının  sahibləri  (investment  account  holders) 

bankın iflası halında təminatlı kreditorlar kimi deyil səhmdarlar kimi çıxış edirlər. 

Bank  əmanətlərinin  sığortalanması  üzrə  beynəlxalq  Assosiasiyasının  (The 

International Association of Deposit Insurers – IADI, 200666) əsasən, əmanətlərin 

sığortalanmasına  dair  islam  sxemini  istifadə  etməzdən  əvvəl  bir  sıra  problemləri 

həll etmək lazımdır: 

 

sığorta  sxeminin  təsiri  sahəsini  müəyyən  etmək  və  həmin  sxemin 



bütün  islam  depozitlərinin    və  yaxud  yalnız  tələbli  depozitləri  əhatə  etməli  olub-

olmadığı barədə suala cavab verməlidir; 

 

haqq  və  sığorta  pulu  vasitələrinin    investləşdirilməsi  siyasətini 



müəyyən etmək; 

 

müflisləşmiş  bankların  əmanətçilərinə  vəsaitlərin  qaytarılması 



prosedurunu aydın şəkildə müəyyən etmək.  

Hal-hazırda  islam  banklarının  fəaliyyət  göstərdiyi  əksər  ölkələrdə 

depozitlərin  islam  sığortasının  dəqiq  sistemi  mövcud  deyil.  Bunun  əvəzinə  bəzi 

ölkələr əmanətçilərin bank əmanətlərinin qəbul edilmiş sığorta sistemindən istifadə 

etməsi  vasitəsilə  müdafiəsindən  istifadə  etməyi  üstün  tuturlar  ki,  bu  da  öz 



 

68

növbəsində  şəriət  qanunlarına  uyğun  olmamasının  potensial  imkanını  yaradır, 



çünki  depozitlərdəki  vəsaitlər  faizli  gəlir  gətirən  aktivlərə  investisiya  şəklində 

qoyula bilər.  

Beləliklə,  islam  institutunun  effektiv  fəaliyyətinin  təmin  edilməsi  üçün 

depozit təkafülünün, yəni əmanətlərin islam sığorta sisteminin işlənib hazırlanması 

tələb olunur. İlk dəfə belə sığorta sistemi 2003-cü ilin iyul ayında Türkiyədə tətbiq 

edilməyə  başladı.  Malayziyada  2008-ci  il  üçün  ənənəvi  və  islam  depozitlərinin 

sığortası üçün oxşar sistemin tətbiq edilməsi planlaşdırılır. Bu sxemə əsasən islam 

əmanətlərindən  olan  sığorta  pulu  hesaba  alınır  və  ənənəvi  əmanətlərdən  olan 

sığorta pulundan ayrıca investisiya şəklində qoyulur. Burada həmçinin qeyd etmək 

lazımdır  ki,  bir  halda  ki,  bütün  islam  depozitlərinin  Malayziya  sığorta  sxeminin 

təsiri  sahəsində  olacaqlar  (Müdarabə  və  digər  əmanətlər  əsasında  əmanətlərə 

bölünmə  nəzərə alınmamaqla)  həmin sistemə  müdarabənin daxil edilməsi  insafsız 

davranışla  bağlı  xeyli  risklərin  yaranmasına  gətirib  çıxara  bilər.  Bundan  əlavə, 

sığorta  zamanı  müdarabə  prinsipi  pozulur  ki,  buna  əsasən  əmanətçi  həm  maliyyə 

institutunun  həm  gəlirləri,  həm  də  ki  zərərlərində  iştirak  edir.  Lakin,  əgər 

əmanətlərin  əksəriyyəti  müdarabəyə  əsasən  həyata  keçiriləcəksə,  müdarabənin 

islam  sığortası  sisteminin  təsiri  hüdudundan  kənara  çıxarılması  bank  sisteminin 

sabitliyi  və  əhalinin  bank  sisteminə  qarşı  etimadının  səviyyəsini  qaldırmaq 

iqtidarında olan təkafülün təsirini azalda bilər. 

Bir  çox  hallarda  bank  əməliyyatları  bankın  balansında  qısamüddətli 

passivlər  və  uzunmüddətli  aktivlərin  uyğunlaşmasına  gətirib  çıxarır  ki,  bu  da 

onların müddətə görə uyğun gəlməməsilə nəticələnir. Banklar, adətən banklararası 

kredit  bazarında  vəsaitlər  borc  almaqla  likvidliyinin  idarə  edilməsi  vasitəsilə 

bununla  bağlı  riskləri  minimuma  salmağa  çalışırlar.    Nəzərə  alaraq  ki,  ənənəvi 

banklararası  kredit  bazarları  faiz  dərəcələrindən  istifadə  edən  bazarlardır,  aydın 

olur ki, bu bazarlar islam bankları üçün münasib deyil və nəticə etibarilə alternativ 

bazarların yaradılması zəruridir.   

Beləliklə,  islam  bankları  ənənəvi  maliyyə  sistemlərindən  fərqli  olaraq  xeyli 

ehtiyat saxlamağa məcbur olurlar, bu isə aktivlərin potensial artımını və gəlirliliyi 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə