MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   16   17   18   19   20   21   22   23   24

 

69

məhdudlaşdırır.  Bundan  əlavə,  islam  bankları  üçün  banklararası  kreditləşdirmə 



bazarlarının  olmaması  pul-kredit  siyasətinin  həyata  keçirilməsinə  məhdudiyyətlər 

qoymaqdadır.  

Malayziya  və  Bəhreyndə  bu  problemlərin  həll  edilməsi  üçün  cəhdlər 

göstərilmişdir. Malayziyada bir neçə islam maliyyə alətlərindən istifadə edilməklə 

banklararası  islam  pul  bazarı  1994-cü  ildən  fəaliyyət  göstərir.  Bəhreyndə  2002-ci 

ildə  Likvidliyin  İdarə  edilməsi  Mərkəzi  (The  Liquidity  Management  Center  - 

LCM)  yaradılmışdır  ki,  bunun  məqsədi  islam  bankinqinin  qaydalarına  riayət 

etməklə banklara qısamüddətli likvid maliyyə resursları təmin etmək idi.  

Eyni  zamanda,  islam  maliyyə  xidmətləri  sektorunun  nisbətən  surətli 

inkişafına  baxmayaraq,  bir  çox  dövlət  hakimiyyət  orqanları  və  iqtisadi  agentlər 

indiyədək  ənənəvi  və  islam  maliyyə  sistemlərinin  yanaşı  fəaliyyət  göstərməsinin 

mümkün  olub-olmaması  barədə  məlumatı  yoxdur.  İslam  maliyyə  institutlarının 

gələcəkdə  inkişaf  etdikcə  pul-kredit  tənzimləmə  və  nəzarət  orqanları  qarşısında 

istər-istəməz  həmin  təşkilatların  ölkənin  maliyyə  sisteminə  inteqrasiyası  məsələsi 

duracaq.    Belə  ki,  ümumiyyətlə  maliyyə  sisteminin  inkişafının  sabitliyinin  təmin 

edilməsi  üçün  tək  qanunvericiliyi  uyğunlaşdırmaqla  yanaşı,  həmdə  islam  maliyyə 

təşkilatlarının  maliyyələşdirilməsi  üçün  müvafiq  bank  infrastrukturası  ilə  təmin 

etmək  lazımdır.  Qeyd  etmək  lazımdır  ki,  bütün  yuxarıda  deyilənlər  maliyyə 

sisteminin islamlaşdırılmasına dair getmək deyildir.  

İslam bank  işinin  fəaliyyətinin prinsiplərinin anlaşılması  maliyyə stabilliyin 

təmin  olunması  üçün  də  vacibdir.  Birinci,  islam  bazarları  inkişaf  etdikcə  və 

ənənəvi  banklar  ilə  əlaqənin  artırması  ilə  daha  çox  məna  əldə  edir.  İkinci, 

həclənmə  üsullarının  çatışmamazlığı  islam  maliyyə  müəssisələrində  riskin 

toplanmasına səbəb olur.  Bunun nəticəsində, ənənəvi maliyyə sistemi çərçivəsində 

islam maliyyə müəssisələrinin idarə olunmayan inkişafı onun sabitliyinin azalması 

və maliyyə qeyri stabilliyin artmasına gətirib çıxarır. 

İslam  Maliyyə  Sisteminin  qarşısında  duran  digər  bir  probləmlərdən  biri  də 

kadr  təminatıdır.  Beləliklə,  islam  hüququ  baxımından  son  dərəcə  vacib,  islam 

maliyyə məhsullarının ticarətinin başlanılması haqqında qərar qəbul edilməmişdən 



 

70

qabaq  maliyyə  məhsullarının  onların  şəriət  qanunlarına  uyğunluğuna  dair 



yoxlanılması  ilə  məşğul  olan  mütəxəssisin  və  ya  mütəxəssislər  qrupunun  cəlb 

olunması  hesab  edilir.  İslam  maliyyə  məhsullarının  tətbiqinin  bu  mərhələsi  islam 

bankinqinin təşəkkülündə ilk, lakin çox mühüm mərhələlərdən biridir.  

Ümumiyyətlə qlobal miqyasda İslam Maliyyəsi üzrə biliklərə və bacarıqlara 

malik  mütəxəssislər  ənənəvi  maliyyəyə  sahəsi  ilə  nisbətdə  azdır.  Bu  çatışmazlığı 

aradan  qaldırmaq  üçün  universitetlər,  professional  təşkilatlar  bu  sahəyə  diqqəti 

artırmalıdır.  

Dünyəvi  dövlətlərdə  müsəlman  qanunvericiliyi  sahəsində  oxşar  ekspert 

şuraların  yaradılmasının  nümunəsi  kimi  1986-cı  ildə  Londonda  islam  investisiya 

fondunun əsasını qoymuş Kleinwort Benson investisiya bankının fəaliyyəti xidmət 

edə  bilər.  Bu  cür  fondun  yaradılmasının  məqsədi  Fars  körfəzi  regionlarından 

vəsaitlərin  cəlb  edilməsi  olmuşdur.  İlkin  mərhələlərdə  investorların  cəlb  edilməsi 

prosesi  şəriət  qanunlarına  uyğun  mütəxəssislər  şurasının  olmaması  ilə  əlaqədar 

olaraq  son  dərəcə  mürəkkəb  olmuşdur.  Sonralar  müsəlman  hüququ  sahəsində 

ekspertlər  şurasının  yaradılması  haqqında  qərar  qəbul  edilmişdir,  bu  da  bankın 

uğurlu inkişafına kömək etmişdir. Bank fəaliyyətini tənzimləyən orqanlar həmçinin 

islam  məhsullarına və xidmətlərinə şəriət qanunlarına uyğun lazımi nəzarəti təmin 

edəcək  öz  ekspert  şurasını  yaratmalıdır.  Bundan  başqa,  müxtəlif  ölkələrdə  islam 

bankinqinə  nəzarət  prinsiplərinin  uyğunlaşmasının  təmin  edilməsi  zəruriliyi  göz 

qabağındadır.  Nəzarət  orqanlarının  uzlaşdırılmış  hərəkətinin  təminatı  məqsədilə 

yuxarıda  adı  çəkilən  iki  beynəlxalq  maliyyə  təşkilatı  yaradılmışdır:  bunlar  uçot, 

audit  üzrə  beynəlxalq  standartları  və  islam  qiymətli  kağızlarının  buraxılışı 

prinsiplərini  işləyib  hazırlayan  AAOIFI  və  islam  maliyyə  institutlarına  effektiv 

nəzarət və onların tənzimlənməsi üzrə standartlar işləyib hazırlayan İslam  maliyyə 

xidmətlərinin göstərilməsi şurasıdır (IFSB).  

Son  illər  ərzində  bütün  dünyada  mövcud  olan  kommersiya  bankları  islam 

maliyyə  institutlarına  getdikcə  daha  böyük  maraq  göstərir.  Bu  birincisi,  bankların 

öz  xidmətlərini  artan  müsəlman  əhalisinə  təklif  etmək  cəhdi  ilə,  ikincisi,  kredit 




 

71

təşkilatlarının  müsəlman  ölkələri  arasından  beynəlxalq  investorların  vəsaitlərini 



cəlb etmək arzusu ilə şərtləndirilib.  

Qeyd  etmək  lazımdır  ki,  adi  bankların  islam  “pəncərələrinin”  inkişafı  ayrı-

ayrı  islam  banklarının  yaradılması  tendensiyasının  olduğu  Yaxın  Şərq  ölkələri  ilə 

müqayisədə Cənub-Şərqi Asiya ölkələrində və qərb ölkələrində daha çox izlənilir.  

İslam  banklarının  müasir  bank  sisteminə  tətbiqinin  daha  bir  üsulu  investisiya 

bankinqi  sahəsində  fəaliyyətin  göstərilməsidir.  Belə  ki,  qərb  ölkələrində  ənənəvi 

banklar  müsəlman  investorlarının  cəlb  olunması  üçün  xüsusi  işlənib  hazırlanmış 

məhsulları  təklif  edirlər.  Son  bir  neçə  il  ərzində  sükuk  və  digər,  daha  mürəkkəb 

maliyyə vasitələrinin (məsələn, Societe Generale bankının islam hec-fondu) tətbiqi 

olduqca  geniş  yayılıb.  Borc  alanların  marağı  ilk  növbədə  öz  fəaliyyətində  Fars 

körfəzi  ölkələrinin  Əməkdaşlıq  Şurasına  üzv  olan  və  bəzi  digər  Asiya  ölkələrinin 

ehtiyatının  istifadə  edilməsi  cəhdi  ilə,  kreditorların  marağı  isə  bankların  şəriət 

qanunlarına  uyğun  fəaliyyət  göstərdiyi  qərb  ölkələrinə  investisiya  qoymaq  arzusu 

ilə izah edilir.  

Anlayışların  açıqlanması  ölkədən  ölkəyə  dəyişir  və  bu  fərqlilikləri 

aşağıdakılardan ibarətdir: birincisi, bir qayda olaraq, bütün cəlb edilmiş depozitlərə 

faktiki  zəmanət  verilir.  Bəzi  ölkələrdə  islam  bank  institutlarının  üzərinə  onların 

cəlb etdikləri bütün növ əmanətlərə və depozitlərə zəmanət vermək (sığortalamaq) 

vəzifəsini  qoyan  xüsusi  qanunvericilik  aktları  qəbul  olunmuşdur;    pay  şəklində 

səhmdar maliyyələşdirilməsi və sonradan bankın borcalan-investorun (operatorun) 

mənfəətində  yaxud  zərərində  birgə  (şərik)  iştirakı  prinsiplərinə  əsaslanan 

əməliyyatlar  layihəni  maliyyələşdirən  banklar  tərəfindən  praktiki  olaraq  heç  vaxt 

özlərinin sxematik sadələşdirilmiş baza (ilkin) standart formasında istifadə edilmir. 

Bəzi  hallarda  bank  əmanətçiyə  əvvəl  şərtləşdirilmiş  (“gözlənilən”)  mənfəət 

normasına  dair  zəmanət  verir,  həmin  mənfəət  norması  çox  vaxt  həmin  bankın 

faktiki  mənfəəti  ilə  birbaşa  əlaqəli  olmur.  Nəticədə,  müxtəlif  növ  cəlb  olunmuş 

depozitlər  üzrə  mənfəət  norması  çox  vaxt  həmin  əmanətləri  və  depozitləri  öz 

hesablarına  cəlb  edən  konkret  bankların  faktiki  real  gəlirliliyi  dərəcəsindən  asılı 

olmayaraq ölkənin bütün banklarında eyni olur. Bir sıra hallarda həyata keçirilmiş 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə