7
Fəsil 1. İslam maliyyə modelinin nəzəri fəlsəfi əsasları
1.1. İslam maliyyəsinin tarixi inkişafı
İslam bankçılıq (interest-free banking) termini İslam Bankçılığı
anlayışından daha geniş bir sahəni əhatə edir. Çünki dünyanın bir neçə ölkəsində
müxtəlif məqsədlərlə qurulmuş olan, ancaq İslami olaraq səciyyələndirilə bilməyən
İslam banklar da vardır
*
.
İslam maliyyə hüququnun (“fikh”in
*
) ərəb ölkələri arasında intensiv tətbiqi
təcrübəsi bu gün daha fəal bir sıra ərəb ölkələrində (Səudiyyə Ərəbistanı, MƏR,
Küveyt və s.) həyata keçirilir. Lakin XX əsrin 80-90 illərində bank işinin
məqsədyönlü islamlaşdırılması və şəriət adətlərinə uyğun islam maliyyə
hüququnun tətbiqi prosesi daha çox ilk növbədə İranda inkişaf etmişdir.
İranda İslam bankçılıq fəaliyyəti 21 mart 1984-cü il tarixindən etibarən
qüvvəyə mindi
*
. 1984-cü ildə İran məclisi (İslam Məsləhətçi Assambleyası)
tərəfindən islam maliyyə hüququ qəbul olunub təcrübədə istifadə edilməyə
başlandı. Qəbul olunmuş qanunvericilik aktlarına əsasən 1985-ci ilin mart ayına
qədər ölkədə tamamilə bütün fəaliyyət göstərən maliyyə institutlarının qəti
islamlaşdırılması həyata keçirilmişdir. Lakin təcrübədə bank tənzimlənməsi və
nəzarəti üzrə yeni prinsiplərin və tələblərin tam real tətbiqi həqiqətdə beş ildən çox
müddət tələb etmiş və yalnız keçən əsrin 90-cı illərinin əvvəlində başa
çatdırılmışdır. Depozit və borc faizlərinin əlavə hesablanması və tutulması
təcrübəsi bank əməliyyat və investisiya fəaliyyətindən tam sıxışdırılıb
çıxarılmışdır. Bu gün ölkə bankları müştəri-əmanətçilərə tələb olunana qədər islam
depozitlər (cari hesablar), islam toplama hesablarını (əmanət depozitlərini) yaxud
həmçinin İslam uzun müddətli investisiya depozitlərini təklif edirlər. Tələb
olunana qədər depozitlərin və cari hesabların (current account deposits) sahibləri
*
Dünya səviyyəsində İslam Bankçılığı olaraq adlandırılan bu sistem, məsələn Türkiyədə faizsiz bankçılıq olaraq
adlanır.
*
İstifadə edilən “fikh” termini İslam maliyyə hüququnu ilk növbədə müsəlman cəmiyyətində hər növ
müqavilələrdən irəli gələn investisiya mübahisələrinin və maliyyə toqquşmalarının şəriət qayda və adətlərinə və
fətvalara – islam banklarının dini şuralarının onların fəaliyyətinin əsas məsələləri üzrə qərarlarına uyğun real həlli
təcrübəsinin ümumiləşdirilməsi üsulu kimi eyniləşdirir.
*
İslam Bank Qanunun qəbul edilməsi ilə İran bank sistemi bütünlüklə faizsiz bankçılıq fəaliyyəti həyata
keçirirlər.
8
çek kitabçalarından istifadə etmək (açılmış hesab məbləğində) və çeklərlə
hesablaşmalar aparmaq imkanını əldə edirlər. Toplama hesablarının və əmanət
depozitlərinin sahibləri həmçinin bank maliyyə ehtiyatları və borclarının alınması
imkanı baxımından müəyyən preferensiyalardan (üstünlüklərdən) istifadə edirlər.
Əmanət qoyuluşları və depozitlərini saxlayan şəxslərin stimullarına və
imtiyazlarına həmçinin islam bankları tərəfindən hesab sahiblərinin Məkkəyə dini
səfərinin maliyyələşdirilməsi aid edilir.
Bu gün İran təcrübəsinə çox yaxın bir istiqamətdə Pakistanda milli kredit-
bank sektorunun tam islamlaşdırılması həyata keçirilir. Burada İran modelinə
analoji olan son dərəcə sərt islamlaşdırma modeli tətbiq edilir, son dərəcə qısa
məhdud müddətdə bütün kredit-bank sisteminin əsaslı yenidən təşkili üzrə eyni
vasitələrdən və üsullardan istifadə olunur.
1983-cü ildən isə Malayziyada ölkə qanunvericiliyində aparılan
təkmilləşdirmələr nəticəsində İslam Bankların yaradılması üçün hüquqi baza
formalaşdırılmışdır. Məhz bundan sonra da bu ölkədə də çoxlu sayda islami
banklar qurulmuşdur.
Türkiyə Cümhuriyyətində isə 1984-cü ildə “Özəl Maliyyə Qurumları” ilə
bağlı qanunun qəbulu ilə bu ölkədə də islam bank prinsiplərinə əsaslanan maliyyə
qurumlarının fəaliyyət göstərilməsinə geniş imkan yaradılmışdır. Bu hadisədən
sonra 1985-ci ildən bir-birinin ardınca Faysal Finans və Al-Baraka Türk kimi özəl
maliyyə qurumları fəaliyyətə başlamışdır.
Kredit-bank sektorunun islamlaşdırılması prosesləri ayrı-ayrı ərəb
ölkələrində müxtəlif intensivlikdə inkişaf edirlər. Onların arasında bank işinin
islamlaşdırılması mexanizmləri olduqca intensiv şəkildə son on il ərzində İrandan
sonra Pakistanda tətbiq edilirdi.
Pakistanda 1999-cu ilin dekabrında Ali Məhkəmə borc faizi - riba üzrə
istənilən əlavə hesablamanı və tutulmanı islam əxlaqı normalarına zidd hesab etmiş
və hökumətin üzərinə 2001-ci ilin ortalarına qədər ölkədə birləşdirilmiş tam
islamlaşdırılmış maliyyə və kredit-bank sisteminin tətbiqi vəzifəsini qoymuşdur.
Ölkənin bank təcrübəsinin bu qədər qısa müddətdə yeni prinsiplərə keçməsi ilk
9
növbədə ilkin dövrdə bankların depozit və xüsusilə investisiya fəaliyyətinin
pisləşməsinə səbəb olmuşdur. Həmçinin fərdi sahibkarlıq sektoru, xüsusilə kiçik
firmalar, fərdi sahibkarlar və tək sahiblər banklarla ehtiyatla münasibət qururdular,
çünki onlar üçün bankdan cəlb olunmuş maliyyə ehtiyatlarının faktiki dəyəri
əhəmiyyətli dərəcədə artmağa başlamışdır. Bununla bərabər rəsmi bank sektorunda
faizin ləğvi çox vaxt qeyri-rəsmi (sələmçilik) borc bazarında və parabank
sektorunda kreditin dəyərinin artmasına səbəb olurdu. Hətta yerli kiçik fərdi milli
sahibkarlığın borc ehtiyatlarının alınması zəruriliyi daima artdığından paralel “qara
maliyyə bazarının” fəaliyyəti genişlənməyə başlamışdır. Maliyyə və kredit-bank
strukturlarının tam islamlaşdırılması əsasında ölkədə aparılan bank islahatları
çərçivəsində yerli kredit bazarında dövlət sektorunun mövqelərinin əhəmiyyətli
dərəcədə möhkəmlənməsi ehtimalı iri sənaye sahibləri və biznesmenlərdə müəyyən
narahatlıq doğururdu. Digər tərəfdən iri fərdi sahibkarlar və investorlar çox vaxt
onlardan bank qarşısında özünün real balansının, ilk növbədə onların həyata
keçirilmiş investisiya layihəsi nəticəsində aldıqları faktiki mənfəətin həcmi
haqqında məlumatların tam açıqlanmasını tələb edən islam maliyyələşdirmə
üsullarından istifadə etməkdən birbaşa boyun qaçırırlar. İslam bankının borc alan
müəssisənin faktiki mənfəəti haqqında məlumatı həmin müəssisənin biznesi
haqqında bir çox digər məlumatları ilə olduğu kimi real əldə etmək imkanı adətən
olduqca məhdud, zəif unifikasiya edilmiş və çox vaxt islam banklarının rəhbərləri
tərəfindən ən münasib investisiya qərarının qəbulu üçün az faydalı olur. Yerli fərdi
sahibkarların və investorların idarə etmə bacarıqları olduqca zəif olur, onlar üçün
yüksək olmayan rəsmi davranış etikası, götürülmüş öhdəliklərin vaxtında yerinə
yetirilməməsi səciyyəvidir, bu da islam bankının əməliyyatlarında PLS-prinsipinin
tətbiqini obyektiv surətdə çətinləşdirir. Vəziyyət onunla çətinləşirdi ki, ilk növbədə
yeni islam maliyyələşdirməsi prinsiplərinə keçən banklar və maliyyə institutları
avtomatik olaraq dövlət nəzarəti altına yaxud bilavasitə olaraq dövlət sektoruna
keçirdilər. Lakin ölkədə fərdi milli sahibkarlığın möhkəmləndirilməsi üzrə ümumi
strategiya ilə hərəkət edən Pakistan hökuməti bu gün artıq bir sıra islam bankının
və digər islamlaşdırılmış maliyyə və kredit idarələrinin xüsusi sahibliyə verilməsi
Dostları ilə paylaş: |