Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   97   98   99   100   101   102   103   104   ...   110

216 
 
ağac, gül əkilər... Cavanlardan bir neçə nəfərə dərs verib, incəsənəti öyrətmək 
olar.  Onlar  da  gəlib-gedənləri  başa  salar,  millətin  keçmişini  öyrənər.  Dərnək  
düzəldib    uşaqlara  rəsm  çəkmək,  heykəl  düzəltmək  təlim  etmək  vacibdir, 
müasir  mədəni insanlar  yaranar... İlk növbədə bu kompleksi bərpa edin, sonra 
yüzlərlə    digər abidələri də...» 
Darülfünun  açılması.  Vaxtilə  Zaqafqaziyada  bir  ali  məktəb  açmaq 
barədə  Peterburqa,  imperiya  maarif  nazirliyinə  dəfələrlə  müraciət  etmişdilər, 
təəssüf  ki,  bütün  cəhdlər  boşa  çıxmış,  zəhmətlər  hədər  getmiş,  heç  bir  nəticə 
hasil olmamışdı. 
Birinci  dünya  müharibəsinin  axırlarında  Zaqafqaziya  seymi  bir  ali 
məktəb  açmaq  istədi,  amma  təşəbbüs  nəticəsiz  qaldı,  sözdən  işə  keçmədi. 
Məsələ  döndü  balıq,  xərçəng  və  ördək  əhvalatına.  Gürcülər  universitet  üçün 
Tiflisi, ermənilər Yerevanı,  müsəlmanlar isə  hər cəhətdən    Bakını  ən  münasib 
və məqsədəuyğun saydılar. 
Nəhayət, 1919-cu ilin ikinci rübündə, Bakıda universitet açmaq barədə 
qərar  çıxarılır  və  xüsusi  komissiya  heyəti  qurulur.  Professor  Vasili  İvanoviç 
Razumovski  sədr,  dörd  qəti  və  üç  müşavir  səslə  yeddi  nəfərlik  komissiya 
üzvləri  təyin  edilir.  Təşkilat  komissiyasına  müəllimlikdə  mahir,  zəmanə 
tələbatını  bilən  yeni  əsr  ziyalılarının  birincilərindən,  rusca,  azərbaycanca, 
farsca  mükəmməl  savadı  olan  Əli  Cabbar  Orucəliyev  rəhbərlik  edir  və  yükün 
ağırlığını çiyinlərində daşıyırdı. Professsor Razumovski başqa şəhərdə yaşayıb 
işlədiyindən,  yalnız  vaxtaşırı  Bakıya  gələ  bilirdi.  Universitetin heyətindəki 20 
müəllimdən yalnız ikisi azərbaycanlı idi. 
Universitet  keçmiş  Kamerçeski  məktəbinin  (Lenin  adına  Pedaqoji 
İnstitut) binasında  yerləşdirildi.  Dörd fakültəsi  -  tibb, hüquq, fizika-riyaziyyat 
və  tarix-ədəbiyyat  fakültələri  açmağı  məqsədə  faydalı  hesab  etdilər.  Balaxanı 
(Basin)  küçəsindəki  gimnaziya  mülkünü  də  əlavə  bina  kimi  universitetə 
verdilər. 1919-cu il sentyabrın 15-də tələbələr ilk məşğələyə başladılar. 
Qürbət ellərə səfər - əlvida Bakı. Rusiya və Avropa ali məktəblərində 
müxtəlif ixtisaslar üzrə oxumağa 100 nəfər azərbaycanlı tələbə göndərilirdi: 17 
nəfər Rusiyaya, 3 nəfər İngiltərəyə, 11 nəfər Almaniyaya, 1 nəfər İtaliyaya, 13 
nəfər  Fransaya,  4  nəfər  Türkiyəyə  və  50  nəfər  İsveçrəyə.  O  zamankı 
Azərbaycanda zor-bəla ilə 100 nəfər orta təhsilli gənc tapdılar, lakin bir nəfəri, 
Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən və onun 
əvəzinə orta təhsilli bir gənc tapılmadığından 99 nəfər göndərildi. 
1920-ci  ilin  yanvar  ayında,  tələbələr  xarici  ölkələrə  yola  düşürdülər. 
Gedənləri  yola  salmaq  üçün  stansiyaya  çoxlu  adam:  qohum-əqraba,  yoldaşlar 
və  tanışlar,  elm-mədəniyyət  xadimləri,  ədiblər,  şairlər,  müxtəlif  partiyaların 
nümayəndələri  gəlmişdi. 
Onlar vağzalın böyük  salonunda  toplaşmışdılar. Balaxanı  məktəbinin 
müəllimi  Seyidbağır  Axundzadə  ayağa  durub  dedi:  «Cavanlar,  siz  xaricə 


217 
 
oxumağa  yüz  nəfər  yollanacaqdız,  çox  təəssüf  ki,  yoldaşınız  Miryusif  Mir 
Abdullazadə həyata vida etdi... Azərbaycan fəal bir tələbəsini itirdi. O, Şamaxı 
qəzasının  Lahıc  qəsəbəsində  doğulmuşdu.  Şuşa  orta  məktəbini  qurtarmışdı. 
İnqilab ərəfəsində, Şuşada kommunistlər firqəsinə daxil olub? çalışmışdı. Ötən 
1919-cu ilin yayında Bakıya gəlib, kommunist yoldaşları ilə bərabər  çalışırdı.  
Müəllimlər    kursuna    girib  qurtardı.  Balaxanı  zükür  məktəbində  müəllimliyə 
başladı.  Vəzifəyə  son  dərəcə        diqqətlə  yanaşırdı,  Məktəbin  dörd  şöbəsini 
öhdəsinə alıb gündə fəhlə balaları  ilə 5-6 saat çalışırdı. Artıq vaxtını fəhlələrə 
qəzet-jurnal oxumaqla  keçirirdi. Əcnəbi  məmləkətə  gedəcəyindən  valideynləri 
və  qohum-əqrabası  ilə  vidalaşmaq  üçün        Lahıc  qəriyəsinə  getmişdi;  orda 
Aragird  məhəlləsində  yuxarı  məscid  meydanında  hümmət  təşkilatı  adından 
izdihamlı mitinq keçirir, yüzlərlə zəhmətkeş - misgər,  dəmirçi, kargər, muzdur, 
bənna, fəhlə, dülgər, dabbaq və digər sənətkar və füqəra kəndliləri kommunist 
bayrağı  altına,  istismarçılarla,  dövlətlilər  əleyhinə,  azadlıq  uğrunda 
mübarizəyə,  xalq  səadəti  üçün  vuruşa  çağırmışdı.  Bakıya  qayıdanda  azarlayıb 
xəstəxanada yatırdı. Üç gün orda qalandan sonra vəfat etdi. Yoldaşlarını yalnız 
buraxıb, əbədi getdi. Əziz Miryusif yoldaş, sənin müqəddəs fikirlərin, arzuların 
uğrunda  yoldaşların  çarpışacaqlar.  Sən  vaxtsız  vəfat  etdin.  Allah  sənə  rəhmət 
eləsin,  -  tələbələrə  müraciətlə  əlavə  etdi,  -  Allah  sizə  də  yar  olsun,  Vətən 
övladları». 
Səmədağa  Ağamalıoğlu  qalxdı.  Hamı  ayağa  durdu.  Miryusifin 
xatirəsini bir  dəqiqəlik sükutla  yad etdilər. 
Səmədağa  Ağamalıoğlu  ilə  bərabər  İbrahim  Əbilov,  Əhməd  Pepinov 
və başqaları da məclisdə iştirak edib tələbələrə nəsihət, məsləhət verdilər. 
Məclisə  tar  və  kamança  çalan,  bir  də  xanəndə  Cabbar  Qaryağdıoğlu 
dəvət  olunmuşdu.  Böyük  salon  musiqi  təranələrinə,    Cabbarın    ecazkar,   
əfsanəvi   ahənginə darısqallıq edirdi. 
Ədəbiyyatşünas  Salman  Mümtaz  qürbətə  gedənlərin  şərəfinə  çay-
şirniyyat-meyvə süfrəsi açdı. 
Səmədağa  Ağamalıoğlu  gedənlərə  nəsihət  etdi,  bol-bol  elm, 
mədəniyyət, texniki fənn ləvazimatı gətirməyi tapşırdı. 
Nitqlər  söyləndi,  xoş  arzular  diləndi.  Qurban  Pirimov  tar,  Saşa 
Oqonozaşvili kamança çalır, Cabbar Qaryağdıoğlu vaxtaşırı oxuyurdu. 
Məclisdə  çox    xoş  bir  əhvali-ruhiyyə  vardı.  Lakin  dünyanın  bu 
qarmaqarışıq  vaxtında Vətəndən, qohum-əqrəba və dostlardan ayrılmaq, övladı 
uzaq, qürbət ellərə yola salmaq intizarı üzlərdə oxunurdu. 
Vida  məclisində  Səmədağa  Ağamalıoğlu  maraqla  danışırdı:  «Tiflisdə 
seym iclasında məndən soruşdular ki, bu inqilabın axırı nə olacaq. Hərçənd ki, 
gələcək  barədə  söz  deyənlərin  çoxunun  yalanı  çıxıb,  amma  indi  deyirəm  ki: 
«hərdən  qaz  yumurtalarını  bir  toyuğun  altına  qoyurdular.  Gələcəkdə  o 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə