Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   94   95   96   97   98   99   100   101   ...   110

209 
 
1919-cu  ilin  aprel  ayında  Dəniz  ekspedisiyası  Bünyad  Sərdarovun 
başçılıq  etdiyi  dəstəni  Bakıya  gətirirdi.  Mindikləri  adi  balıqçı  qayığında, 
döşəmənin  altında  siyasi  ədəbiyyat  və  pul  gizlətmişdilər.  Yolda  ingilis  və 
ağqvardiyaçılar qayığı yaxalayıb, içində olanların hamısını güllələmişdilər. 
Qocaman  kapitan  Əlibala  Rəcəbov  nəql  edirdi  ki,  1919-cu  ilin 
ortalarında  İrandan  Bakıya  yük  gətirirdim.  Dəniz  sakit  idi.  Uzaqda  üç  böyük 
gəmi  göründü.  Bizdən  xeyli  aralı  bir  yelkənli  qayıq  üzürdü.  Çox  keçmədi 
hərbiləşdirilmiş  «Emanuel  Nobel»,  «Elmar  Nobel»  bir  də  «Arşak»  gəmilərini 
tanıdım.  Göyərtələrindəki  topların  lüləsini  qabağa  tuşlamışdılar,  bərk 
üzürdülər. Müavinim təəssüflə dedi; «Yelkənli qayığın qovaraqını götürüblər». 
Dedim:  «Ola  bilər».  Müavinim  əlavə  etdi:  «Bu  gəmilər  gecə-gündüz  dənizi 
ələk-vələk edib bolşevik axtarırlar. Həştərxandan qayıdanları, ya da ora gedən 
adamları tutub öldürürlər...». 
«Emanuel  Nobel»  xəbərdarlıq  fiti  verdi.  Yelkənli  qayığa  üç  səmtdən 
yaxınlaşırdılar.  Biz  də  baxırdıq,  görək  iş  nə  ilə  qurtaracaq.  Hərb  gəmiləri 
dənizçi  «dililə»,  bayraqlarla,  qayıqda  olanlara  «dayan»  işarəsi  verirdilər. 
Oradakılar  isə  veclərinə  almırdılar.  Hərb  gəmiləri  lap  yaxınlaşıb,  dənizə  bir 
neçə  qayıq  saldılar,  kəndir  trapla  hərbi  matroslar  qayıqlara  düşüb,  üz  tutdular 
yelkənli  qayığa  tərəf.  Elə  ki,  lap  yaxınlaşdılar,  birdən  yelkənli  qayıq  başladı 
alışıb  yanmağa  və  onu  təqib  edən  qayıqlara  hücum  etdi.  Hərbi  matroslar 
dəhşətə gəldilər, üz tutdular qaçmağa. Yelkənli qayıq isə əl çəkmir, yana-yana 
sürətlə əvvəl bir qayığa, sonra da dönüb o birisinə özünü zərblə çırpdı. 
Bu  zaman  hədəf  müvazinətini  itirib  içindəki  matroslar  dənizə 
düşdülər. Qayıq alışdı, yelkənli qayığı isə alov bürüdü. 
Sükançı  Pojarov  da  dörd  dəfə  Həştərxana  benzin  alardıqlarını  nəql 
edirdi:  «Onlardan  iki  dəfəsini  Roqovla  bərabər  aparmışdıq.  Ekspedisiyada  ən 
cəsur dənizçi Nikifor Roqov idi. Heç nəyinən hesablaşmazdı, özünü oda, suya 
vurardı.  Qaranlıq,  tufanlı,  şaxtalı  qış  gecələrində,  şiddətli  xəzri  əsəndə  dənizə 
çıxardı.  Bir  addımlıqda  göz-gözü  görməyəndə,  ləpələr  şahə  qalxanda  qayığı 
qoşardı. 
Reyddə  ingilislərin  hərbi  gözətçi  gəmiləri  iz  axtaran  it  kimi  körfəzə 
gələn,  limandan  çıxmaq  istəyən  qayıq  və  barkazları  axtarırdılar.  Projektorlar 
ətrafa gur işıq zolaqları saçırdı. Hər an qayığı seçə bilərdilər. 
Roqov  isə  öz  işində  idi,  düşmənləri  saymaz,  tapşırığı  canla-başla 
yerinə  yetirərdi.  İki  dəfə  Roqovun  dəstəsilə  Həştərxana  yollanmışdım.  Göy 
buludsuz olanda yolu, səmti ulduzlarla təyin edirdik, tapşırığı yerinə yetirirdik. 
Elə  ki,  biz  çatırdıq,  Sovet  təyyarəçiləri  benzin  alıb  başlayırdılar  ağları, 
ingilisləri dənizdə və quruda bombalamağa. O gün olmurdu ki, düşmənin hərb 
gəmilərini, ticarət gəmilərini bombalamasınlar. Köpək uşaqları nəzarəti daha da 
artırdılar.  Həştərxana  neft,  benzin  və  maşın  yağı  buraxmamaq  üçün  bir  neçə 
əlavə ticarət gəmisini təzədən səfərbər edib silahlandırdılar. Roqov Həştərxana 


210 
 
doqquzuncu  dəfə  səfər  edəndə  ingilis  hərb  gəmiləri  onları  araya  alıb  tutmaq 
istəyirlər. Görəndə ki, xilas olmağa, aradan çıxmağa ümid yoxdur, benzin dolu 
gəmiyə od vurur. Özləri də yanır. 
Bir dəfə də tapşırıq verdilər  ki,  «Ediçka» barkazı ilə  Krasnovodskiyə 
üç  nəfər  adam  aparmalısız.  Hazırlaşın.  «Ediçka»  Nobel  qardaşlarınınkı  idi. 
Bibiheybətdən neft barjlarını yedəkdə Qaraşəhərə aparırdı. Altıncı körpüyə yan 
almışdıq,  indiki  «Azneft»in  qabağında.  Mən  sükançı  idim.  Familim  Pojarov 
olsa  da  sənədlərimdə  Mironov  yazılmışdı.  Körpüdə  kapitan  müavini  ilə 
hərlənib,  məqam  gözləyirdik.  Aparacağımız  üç  nəfər  də  qıraqda  himə  bənd 
idilər. Bir əsgər də əlində tüfəng, növbədə dayanmışdı. 
Naqan  cibimdə,  axşam  saat  on  birdə  keçdim  barkaza,  yaxınlaşıb 
qapını  taqqıldadıb,  girdim  kapitanın  kayutuna:    «Cənab  kapitan,  olarmı?» 
dedim.    Ucaboy, arıq adam idi. Uzandığı divandan tərpənməyib dedi: «Olar. 
Nə  istəyirsən?!».  «Cənab  kapitan,  -  dedim,  -  tapşırıq  veriblər  ki,  «Ediçka»nı 
Krasnovodskiyə  aparaq».  O  təəccüblə  soruşdu:  «Nə?  Necə  yəni  barkazı 
Krasnovodskiyə  aparaq,  -  səsindən  hiss  etdim  ki,  mətləbi  başa  düşməyib, 
dikəldi.  -  Özüm  gedib,  bu  saat  danışaram  ki,  bu,  mümkün  olan  iş  deyil. 
Barkazda Krasnovodskiyə getmək mümkünmü?! Başları xarab olub...» 
Naqanı çıxardıb ona tuşladım: «Yerindən tərpənsən özünü ölmüş bil, - 
dedim, - güllələrin  hamısını çaxacağam başına!». 
Kapitan  özünü  itirdi,  tərpənmədi.  Kapitan  müavini  içəri  girdi,  kəndir 
ilməyi  saldı  onun  boynuna.  Uzatdıq  divana.  Tərpənsəydi  boğacaqdıq.  Elə  bu 
vaxt qulluqçu qız içəri girdi, əlimdə naqanı, kapitanın boynunda kəndir ilməyi, 
yan tərəfdə kapitan müavinini görəndə qorxusundan «ah!» deyib huşunu itirdi. 
Onu da götürüb kalitanın yanında uzatdıq. 
Körpüyə  qayıdıb  əsgərə  yaxınlaşdıq,  tapançanı  üstünə  çəkəndə  dedi: 
«Onu  qoy  cibinə.  Butkanın  yanında  gözləyirlər,  get,  onları  gətir».  Sən 
deməginən  əsgər  də  bizim  adam  imiş.  Budkanın  yanında  gözləyənləri  gətirib 
yerbəyer elədik. 
Bir  azdan  yola  düşdük.  Üç  nəfəri  Moskvaya  göndərirdilər. 
Krasnovodskidən 
Aşqaba,  oradan  Daşkəndə,  sonra  da  Moskvaya 
yollanacaqdılar. 
Jiloy  adasına  çatanda,  endim  kayuta,  dedim:  «Cənab  kapitan,  dur 
gedək yerinə, barkazı idarə elə, bizi «Kuli» mayakına çatdır!». O, burnu altında 
mızıldadı:  «Mironov,  nə  danışırsan?!  Dənizi  barkazla  aşmaq  olar?!  Dəlisiz, 
nəsiz?!  Batarıq.  Yaxşısı  budur,  gəlin  qayıdaq  dala.  Bakıya.  Mən  heç  kəsə  heç 
nə demərəm». 
«Dala qayıtmaq barədə söz ola bilməz» deyə mən təkid etdim, - «dur 
gedək, kapitan körpüsünə!». O, naçar qalıb durub düşdü qabağıma. Sükanı mən 
idarə edirdim. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə