Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   92   93   94   95   96   97   98   99   ...   110

205 
 
çətinliklə  gündə 75.000 pud neft  vurmaq olurdu  ki, bu da ayda 2  milyon pud, 
ümumi miqdarın cüzi bir hissəsini təşkil edirdi. 
Vaxtı  ilə  ingilislər  də  Bakıda  olanda  söz  vermişdilər  ki,  nefti 
Ukraynaya  göndərməyə  kömək  edəcəklər.  Hətta  bu  məqsəd  üçün  gəmi  və 
tanker  də  ayırmışdılar.  Ukrayna  ilə  müqavilə  də  bağlanmışdı.  Burada  da 
vəziyyət dəyişdi. 
Fransaya  satılmış  nefti  Marsel  şəhərinə  çatdırmaq  üçün  onlarla 
hökumətə gömrük haqqı verilirdi ki, bu da  malın qiymətini bahalaşdırırdı. Bir 
gündə görülə biləcək iş həftələrlə uzanırdı. Neft sindikatı yaratdılar. Nefti hamı 
oraya  verməli  idi.  Xırda  neft  sahibkarları  başqa  yerə  neft  sata  bilməzdi. 
Sindikat  neft  sahibkarlarının  əlində  artıq  qazanc  mənbəyinə  dönmüşdü.  Nə 
qədər  ki,  sindikat  yox  idi,  neftin  pudu  5  manata  satılırdı.  Elə  ki,  sindikat 
yaradıldı, neftin pudu qalxdı 10 manat 80 qəpiyə. 
Rokfellerin  «Standart  oyl  kompani»  neft  sindikatının  Bakıdakı 
nümayəndəsi Tomas on iki milyon pud neft almağa müqavilə bağlamışdı. 7 ay 
ərzində  hazırlanacaq  altı  milyon  pud  ağ  neftin  qiyməti  müxtəlif  aylarda 
müxtəlif  -  33  dollardan  34  dollara  qədər  olacaqdı.  Ağ  neft  gəmilərə 
yüklənəndən  sonra  pulu  -  Nyu-York,  Roma,  London  və  Paris  valyutasıyla 
veriləcəkdi.  Hər  dəfə  pulun  10  faizi  girov  saxlanacaq,  müqaviləyə  əməl 
olunmadıqda verilməyəcəkdi. 
Baş  nazir  və  xarici  işlər  naziri  gəlib  Tağıyevdən  xahiş  edir  ki,  icazə 
ver  amerikalı  qonaqları  sizin  mülkdə  qəbul  edək,  şəhərdə  sizin  evinizdən 
münasib  yer  yoxdur.  İki  nəfər  biz  olacağıq,  bir  də  qonaqlar.  Hacı  böyük  qızı 
Sara və kürəkəni Zeynalbəylə qonaqları şərq salonunda qəbul edir. Məclisdə on 
nəfər adam iştirak edir. 
Neftxuda Səlimxanovun arvadı ləl-cəvahirat içində üzürmüş. 
Xəbər verəndə ki, şam yeməyi hazırdı, keçirlər nahar otağına. 
Amerikalı  qonaq  yanında  oturmuş  Hacının  sadə  geyimli  qızı  Sara 
xanıma  fransızca  deyir  ki,  sizin  Tağıyevin  qızı  necə  də  zəngin  geyinib,  əsl 
şərqli  kimi,  gözümlə  görməsəydim,  belə  təmtəraqlı  bəzəyi  ağlıma  cığışdıra 
bilməzdim.  Sara  gülümsəyib  deyir  ki,  o  qonaqdır,  Tağıyevin    qızı    mənəm.  
Amerikalı  təəccüblə soruşur: «Siz?!», «Bəli» deyə Sara təsdiq edir. 
Neft  mədənlərinin  görkəmi  son  dərəcə  acınacaqlı  idi;  daxmaların 
çoxunda  pəncərədə  şüşə  yox  idi.  Xəstələr  cındır,    şəlpə  üstündə  çapalayırdı. 
Həkim  yox,  dava-dərman  yox.  Ağır  xəstələri  müalicəxanaya  aparmağa  araba  
da yox idi. Fəhlələr qızdırmalı  yoldaşlarını dallarına alıb neçə kilometr uzaqda 
yerləşən  azarxanaya  aparırdılar.  Dərman  yox  idi.  Mədənlərdə  su  tapılmırdı. 
Addımbaşı neftlə dolu çalalardan, anbarlardan aşıb-daşan neft havanı daha da 
zəhərləyir, yanğın təhlükəsi törədirdi. 


206 
 
İyirminci  ilin  may  ayından  başlayaraq,  rezervuar  və  anbarlardakı 
250.000.000  pud  xam  neft  və  neft  məhsullarını  sistern  və  tankerlərlə  Sovet 
Rusiyasına daşımağa başladılar. Təhlükə arxada qaldı. 
İki yüz əlli milyon pud (beş milyon ton) neft və neft məhsulları 1920-
ci  il  aprelin  29-dan  iyunun  ortalarına  qədər,  qırx  gün  ərzində  dəniz  və  dəmir 
yolu  ilə  Rusiyaya  göndərildi.  Rusiyanın  dağılıb  bərbad  olmuş  sənayesi, 
nəqliyyatı və digər təsərrüfatını tədricən dirçəltməyə başladılar. 
Bu  miqdarda  neft  və  onun  məhsullarını  belə  gözlənilməz  sürətlə 
daşımağı  təşkil  etdiyinə  görə  «Azneft»in  rəisi  Aleksandr  Pavloviç 
Serebrovskini «Qırmızı döyüş bayrağı» ordeni ilə təltif etdilər. 
Xüsusi  Dəniz  ekspedisiyası.  On  dörd  dövlətin  dəmir  və  od 
mühasirəsində ölüm-dirim müharibəsi aparan və bütün məhrumiyyətlərə dözən 
Sovet Rusiyasına duru yanacaq hava kimi lazım idi. Bakı proletariatı belə ağır 
bir  vaxtda  Sovet  Rusiyasına  kömək  əlini  uzatmağı  qərara  aldı.  Bakıda 
bolşeviklərin Xüsusi Dəniz ekspedisiyası yaradıldı. 
İngilislər iri ticarət gəmilərini də    səfərbər edib silahlandıraraq Xəzər  
sularında bolşeviklərə mane olmaq istəyirdilər. 
Bakı körfəzinə lövbər atmış «Afrika» gözətçi gəmisi bütün ticarət və 
neft körpülərini nəzarət altında saxlamışdı. 
Belə  qorxulu  və  ağır  bir  şəraitdə  bolşeviklərin  Dəniz  ekspedisiyası 
Həştərxana benzin və maşın yağı daşımağa başlamışdı. 
Kapitan  Dadaş  Səlimov  nəql  edirdi  ki,  ekspedisiyanı  hərbi 
donanmanın rəis  müavini Çingiz  İldırım,  kapitan Əli Bayramov,  Dövlətov  və 
bekar dənizçiləri işə düzəldən Yan Lukyanenko idarə edirdilər. Əli Bayramovla 
çoxdan tanış idik, ikimiz də Bakı dənizçi məktəbini bitirmişdik, ikimiz də kasıb 
ailədən idik. Mən dülgər oğlu idim, atam gəmilərdə döşəmə təmir edirdi. Əlinin 
atası isə Lahıc misgərlərindən idi, çoxdan Bakıda yaşayırdılar. 
Bir  gün  Əli  Bayramov  məni  yanına  çağırıb  dedi  ki,  get  Yan 
Lukyanenkonun yanına, səninlə işi var. Getdim. Onun işlədiyi idarə Qoşa qala 
qapısının  yanındakı  Haşımov  (Gənclər)  meydanında,  ikimərtəbəli  mülkdə  idi. 
Yan dedi ki, get ticarət portunun rəisi Çingiz İldırıma ərizə ver ki, bolşeviklər 
motorlu qayığımı qaçırdıb aparıblar, indi Zirədə hökumət tapıb. Xahiş edirəm 
qaytarın.  Qayığın  sənədlərini  də  verdi  mənə.  Sən  demə,  qayığı  köhnə  tarixlə 
keçirdiblər mənim adıma. Çingiz İldırım əmr verdi, qayığı qaytardılar. Gəldim 
Yanın  idarəsinə.  O  dedi  ki,  başqa  bir  motorlu  qayıq  da  var.  Hər  ikisiylə 
Həştərxana benzin göndərməliyik. Əmələləri çıxardıb yerinə rus qoymuşuq. Al, 
bu  on  min  manatı,  get  benzin  al,  vur  qayıqlara.  Qaraşəhərə  gedib  Şibayev 
körpüsündən  benzin  dolu  bidonları  alıb,  yüklədik  qayıqlara  və  kağız  düzəldib 
Ənzəli  adına  yola  saldım.  Qayıqlar  üçün  bir  neçə  pasport  olurdu;  birini 
saxladım üzümdə, o biriləri qaldı kapitanda. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə