Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   91   92   93   94   95   96   97   98   ...   110

203 
 
Onlar  əsgərlərin  dilini  -  azərbaycanca  bilmirdilər.  Nahaq  yerə  əsgərləri 
kötəkləyirdilər,  özləri  də  Denikinə  rəğbət  bəsləyir,  həm  də  ona  casusluq 
edirdilər.  Ordunun  bütün  sirləri  düşmənə məlum idi. Baş qərargahda general 
Jilyayev,  3-cü  Gəncə  polkunun  rəis  müavini  polkovnik  Qauzen  və  başqa 
zabitlər  həm  Denikinin,  həm  də  ingilislərin  casusları  idi.  Tez-tez  tutulan 
casusları,  hökuməti  saya  salmadan,  ingilislər  azad  edir,  burunlarını  hər  yerə 
soxurdular. İş o yerə çatır ki, ingilislərin ikiüzlü siyasətinə, özbaşınalığına qarşı 
hərbi nazir Mehmandarov protest edərək vaxtilə   Birinci dünya müharibəsində 
təltif olunduğu ingilis ordenlərini geri qaytarır. 
Sabiq  hərbi  nazir  müavini  Əliağa  Şıxlinski  maraqlı  bir  əhvalat  yazır: 
«1920-ci  ildə  denikinçilər  Azərbaycandan  qaçanda  gəmidən  dənizə  böyük  bir 
qutu atırlar. Əsgərlər bu qutunu çıxardıb, nazirliyə gətirirlər. Qutu ağzına qədər 
casusluq  materialları  ilə  dolu  idi.  Orduya  aid  xırda  təfərrüata  qədər  məlumat 
vardı. Əsgəri hissələrin yerini dəyişməsi, zabitlərin siyahısı, ünvanları, ordu və 
hissələr  üzrə  bütün  əmrlərin  surəti...  siyahıda  elə  adam  vardı  ki,  həm  ingilis, 
həm  Denikin  casusu,  həm  də  cinayət  polisi  idarəsində  görkəmli  vəzifə  sahibi 
idi». 
Əsgərlərin  halı  həm  fiziki,  həm  maddi,  həm  də  mənəvi  cəhətdən 
gündən-günə ağırlaşırdı. 
Dekabr ayında «Azərbaycan füqərası» qəzeti məqaləni belə adlandırır: 
«Azəri  əsgərlərinin  halı».  «Yeganə  istinadgahımız  əsgərlərdir.  Onlar  fəhlə-
kəndli  balalarıdır.  Əllərində  silah,  çiyinlərində  yük,  Vətəni  müdafiə  edirlər. 
Çirkli  kazarmalarda  yaşayır,  soyuq  səngərlərdə  yatırlar.  Yeganə  məqsəd 
zəhmətkeşlərin istiqlalını müdafiədir. Əsgərlər ac-yalavac, soyuqda və şaxtada 
güzəran keçirirlər. 
Döyüşdə  həlak  olanları  qəbiristanda  elə  əsgər  paltarında  basdırmaq 
istəyirdilər.  Bundan  həyəcana  gələn  camaat  qəbiristana  getdi  və  komandiri 
tələb etdilər. 
Səbəb nədir ki, gündə neçə nəfər əsgər tələf olur. 
Səbəb  məlumdur  -  şaxta,  qışlalar  natəmiz,  xəstəlik,  paltarsızlıq.  
Komandirlər  əcnəbi,   ərzaq   pis  və köhnə. 
Əsgərlər ayazda yatır, palçıq, yağış, qar içində durub bizi qoruyur. Hər 
şey  onlara  verilməli.  Əsgərlərə  ağ  çərək  və  yaxşı  ərzaq  vermək  lazımdır. 
Bayılda  da  çoxlu  əsgər  ölür.  Əsgərlərin  dərdinə  dava  tapmalıyıq.  Ciddi  çarə 
lazımdır». 
Dalğalanan  çadralar.  On  doqquzuncu  ilin  mayında  «Hümmət» 
təşkilatının  təşəbbüsü  ilə,  Bakıda  qadınların  izdihamlı  nümayişi  olur.  Belə  bir 
nümayiş, belə qeyri-adi bir mənzərə şəhərdə heç vaxt görünməmişdi. Qabaqkı 
nümayişlər  bundan  tamamilə  fərqlənirdi.  Müsəlman  arvadları  sübh  tezdən 
meydan  və  küçələrə  çıxırlar.  Başqa  millətlərin  qadınları  da  həmrəylik  əlaməti 
olaraq  onlara  qoşulur.  Mənzərəni  görənlər,  izdihamın  vahiməsindən  özlərini 


204 
 
itirir.  Xəfif-xəfif  əsən  bahar  mehi  qadınların  qara  çadralarını  dalğalandıra-
dalğalandıra, sanki onları salamlayır, təbrik edir, dərdlərinə şərik olurdu. 
Oktyabr  inqilabından  sonra  doğmuş  azadlıq  günəşindən  müsəlman 
arvadları  hələ  də  məhrum  idi.  Halbuki  Oktyabr  inqilabı  qadınlara  hüquq 
vermişdi.  Bugünkü  izdihamlı  çıxış  iki  il  əvvəl  ruhanilər  qurultayında 
qaragüruhçuların azadlıq, sərbəstlik almaq istəyən arvadlara tutduqları divana, 
hörmətsizliyə qarşı intiqam sədası idi. Əsrlər boyu işığa, havaya, günəşə həsrət 
qalmış, uşaq böyütmək, mətbəx və evdə çapalamaqdan başqa heç nə görməyən, 
min  bir  məşəqqətə  dözən,  min  bir  cəza  çəkən  müsəlman  arvadları  dan 
söküləndən gecə yarıya qədər ayaq üstə, aclığa, susuzluğa, yorğunluğa dözənlər 
birinci dəfə idi ki, doğma küçə və meydanları sərbəst, azad dolaşırdılar. 
Lakin  qaragüruhçular  yenə  də  baş  qaldırdılar,  axşamüstü  qadınları 
bulvara girməyə qoymadılar, girəcəkləri əlisilahlı «qəhrəmanlar» tutdular. Hələ 
bu  az  imiş  kimi  qadınlara  hücum  etdilər.  Polis  nəfərləri  də  qaragüruhçulara 
havadar çıxdılar. 
Hamı  üçün  taybatay  açıq  olan  bulvarın  darvazaları  onların  üzünə 
bağlandı.  İlin  365    günündən  bir  neçə  saat  dəniz  havası  almağı,  ləpələrin 
oynamasına  tamaşa  etməyi  onlara  qıymadılar.  Dövlətlilərin  arvadları  gün 
uzunu bulvarda dincəlirdi. 
Qadınlara qarşı bu cür münasibət şəhərdə əks-sədaya çevrildi. 
250 milyon pud neft. On doqquzuncu əsrin axırları və iyirminci əsrin 
ilk  on  ilində  Bakıdan  ildə  yüz  əlli  milyon  pud
*
  neft  ixrac  edilirdi.  Onun  qırx 
milyon  pudu  sisternlərdə,  əlli  milyon  pudu  isə  kəmərlə  Batuma  daşınırdı. 
Altmış  milyon  pud  isə  gəmi  və  tankerlərlə    Rusiyaya,  İrana  və  Türküstana 
göndərilirdi. 
Birinci dünya müharibəsi dövründə nefti başqa yerlərə göndərmək çox 
çətinləşmişdi. Hasilatın çox azalmasına baxmayaraq yenə də iki yüz əlli milyon 
pud neft  (beş  milyon ton)  anbarlarda  və  rezervuarlarda aşıb-daşırdı. 
Şimali  Qafqazda  Denikinin  ağ  ordusu  dəmir  yolu  ilə  hərəkəti 
dayandırmışdı.  Xəzərdə  ağqvardiyaçı  hərb  gəmiləri  ingilis  ağalığı  altında 
dənizi gecə-gündüz nəzarət altında saxlayırdı. Həştərxana nəinki tanker, gəmi, 
hətta barkazı belə buraxmırdı. 
Türklərin ordusu Bakıda olanda, almanlar söz vermişdilər ki, Batumda 
olan  nefti  gəmilərlə  Ukraynaya  və  sair  yerlərə  daşıyacaqlar.  Hətta  gəmi  də 
hazırlamışdılar.  Lakin  vəziyyət  dəyişdi,  almanlar  və  türklər  məğlub  oldu. 
Amerika,  Fransa  və  İngiltərənin  neft  daşıyan  tankerləri  və  donanmaları 
Dardaneldən o tayda idi. Təmirə ehtiyacı olan Bakı - Batum neft kəmərilə çox 
                                                           
*
 Pud -16 kiloqramdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə