344
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ
UNİVERSİTETİNİN REKTORU, PROFESSOR CƏFƏR
CƏFƏROV CƏNABLARINA
17
Dədə Qorqud elmi tədqiqat laboratoriyasının
aparıcı elmi işçisi, filologiya üzrə elmlər
doktoru, professor, əməkdar elm xadimi
Əfəndiyev Paşa Şərif oğlundan
Ə R İ Z Ə
Çox hörmətli və əzizim Cəfər müəllim! Düz 71 ildir ki,
rəhbəri olduğunuz böyük, şöhrətli pedaqoji məbədin divarları
arasındayam. Burada tələbə, aspirant, dosent, professor, olmu-
şam, indi də əməkdar elm xadimiyəm. 67 ildir xalqımızın
milyon illər yaradıb hafizəsində gətirdiyi mənəvi sərvətlərin
sirlərini dogma balalarımıza öyrədirəm. Bununla mən fəxr edir,
qürur hissi duyuram. Respublikamızın elminə, mədəniyyətinə,
təhsilinə layiqli töhfələr vermişəm. Filologiya fakültəsi mənim
həyatım, ürəyim, vicdanım və şərəfimdir. Mən onun qucağında
boya-başa çatmışam. Həm əyani, həm də qiyabi şöbələrində
dekan olmuşam. Abdulla Şaiq, Əli Nazim, B.Çobanzadə,
M.Rəfili, F.Qasımzadə yadigarı olan Azərbaycan ədəbiyyatı
tarixi kafedrasına 16 il rəhbərlik etmişəm. Dünya şöhrətli
“Koroğlu” dastanından bütün türk dünyasında ilk dissertasiyanı
da mən yazıb müdafiə etmişəm (1953). Respublikamızın
tarixində ali məktəb tələbələri üçün folklordan ilk dərsliyi də
mən yazmışam. Ali məktəblərimizin tarixində folklordan ilk
tədris kursunu və proqramını mən hazırlamışam. 30-dan çox
kitab, 200-ə qədər elmi-metodiki məqalə yazmışam. Ülvi,
böyük pedaqoji məbədin tarixində filologiya fakültəsinə həsr
edilən ilk kitab da mənim adımla bağlıdır. Bu isə qucağında
17
Bu ərizəmə aylarla cavab gözlədim, lakin heç bir cavab ala
bilmədim. Əksinə, rəyim nəzərə alınmadan işdən çıxarıldım.
345
boy atdığım fakültəyə ən qiymətli hədiyyəmdir. Mən qürur
hissi ilə bəyan edirəm ki, filologiya fakültəsinin böyük və dahi
simaları Ə.Dəmirçizadə, M.Rəfili, C.X.Hacıyev, Əli Sultanlı,
İ.Şıxlının böyük məbədimizdə yeganə yadiyarı mənəm, onların
ənənələrinin ləyaqətli davamçısıyam. Mən ömrümü xalqımın
elminə, mədəniyyətinə, ədəbiyyatına, təhsilinə, folkloruna fəda
etmiş övladam. Müstəqil respublikamız üçün 14 folklorşünas
alim yetişdirmişəm. Müstəqil respublikamızda ən böyük folk-
lorşünasam. Bütün Azərbaycan folklorşünaslarının müəllimi və
ağsaqqalıyam. Xalqımın yanında üzüm ağ, alnım da açıqdır.
Əziz Cəfər müəllim, Sizinlə birlikdə mən bu böyük
məbəddə 15 rektorla işləmişəm. Ulu Tanrıya and olsun
hamısının da rəğbətini qazanmışam.
1. Seyidov Əhməd, 2. Hacıyev Cəfər Xəndan, 3.
Mehdizadə Mehdi, 4. Qədirov Həmid, 5. Ələsgərov Cəbrayıl,
6. Vəkilov Mehdixan, 7. Əliyev Mehdi, 8. Ağayev Şövqü, 9.
Ağayev Haşım, 10. Qurbanov Afat, 11. Aslanov Sərvər, 12.
Xudiyev Nizami, 13. Ağayev Bəhlul, 14. Məmmədov Yusif,
15. Cəfərov Cəfər.
Vaxtilə universitetimizdə mənim təşəbbüsümlə folklorşü-
naslıq laboratoriyası açılmışdır. Mən bir neçə il bu laboratori-
yanın müdiri vəzifəsində işləmişəm. Hazırda Dədə Qorqud el-
mi tədqiqat laboratoriyasının aparıcı elmi işçisiyəm. Laborato-
riyada gənc elmi kadrların yetişdirilməsində bütün qüvvəmi
sərf eləmişəm. Müntəzəm olaraq elmi tədqiqat işlərimi yerinə
yetirirəm, elmi işlərim laboratoriyanın əsərlərində çap olunur.
İndi yaşlanmışam, hər şey mənim üçün çətindir. Ömür
yoldaşım da müəllimdir. 45 il böyük rus xalqının dilini
Azərbaycan balalarına öyrətmişdir, yaşlı, zərif qadındır. Yıxılıb
ayağını 3 yerdən sındırıb, aylarla yataqdadır. Psixikası pozulub,
əsəbləri xəstələnib, gözləri görmür. Evdə faciəli bir ömür
yaşayırıq. Həkim və dərman üçün vəsait çatışmır.
346
Əzizimiz Cəfər müəllim! Böyük, şöhrətli 90 yaşlı peda-
qoji məbədimizin memarlarından biri kimi Sizə cansağlığı,
daha böyük uğurlar və yeni-yeni zirvələr diləyirəm.
Ulu Tanrı Sizə yar olsun. Əziz Cəfər müəllim, mən
Sizdən artıq dərəcədə xahiş edirəm ki, 2016-2017-ci tədris
ilində Dədə Qorqud elmi-tədqiqat laboratoriyasında aparıcı
elmi işçi kimi fəaliyyətimi davam etdirməyə icazə verəsiniz.
Paşa ƏFƏNDİYEV
Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının aparıcı
elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor,
əməkdar elm xadimi
Respublikamızın birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, elimizin
mehriban qızı Mehriban xanım Əliyevaya
filologiya elmləri doktoru, professor, əməkdar elm
xadimi Paşa Şərif oğlu Əfəndiyevdən
Ə R İ Z Ə
Çox hörmətli Mehriban xanım!
Mən 1928-ci ildə Qax rayonunun İlisu kəndində xalq
müəllimi ailəsində dünyaya göz açmışam. Atam Əfəndiyev
Şərif Müslüm oğlu 45 ilin maarif xadimi olub, Əməkdar
müəllim idi. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və
başqa medallarla təltif olunub. Mən indi mərhum atamın
arzularını, əməllərini davam etdirmişəm ki, onun ruhu şad
Dostları ilə paylaş: |