Мащмуд аллащманлы


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə100/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   96   97   98   99   100   101   102   103   104

 
344 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ 
UNİVERSİTETİNİN REKTORU, PROFESSOR CƏFƏR 
CƏFƏROV CƏNABLARINA
17
 
 
Dədə Qorqud elmi tədqiqat laboratoriyasının 
aparıcı  elmi  işçisi,  filologiya  üzrə  elmlər 
doktoru,  professor,  əməkdar  elm  xadimi 
Əfəndiyev Paşa Şərif oğlundan  
                             
Ə R İ Z Ə 
 
Çox hörmətli  və əzizim Cəfər müəllim! Düz 71 ildir ki, 
rəhbəri  olduğunuz  böyük,  şöhrətli  pedaqoji  məbədin  divarları 
arasındayam. Burada tələbə, aspirant, dosent, professor, olmu-
şam,  indi  də  əməkdar  elm  xadimiyəm.  67  ildir  xalqımızın 
milyon  illər  yaradıb  hafizəsində  gətirdiyi  mənəvi  sərvətlərin 
sirlərini dogma balalarımıza öyrədirəm. Bununla mən fəxr edir, 
qürur  hissi  duyuram.  Respublikamızın  elminə,  mədəniyyətinə, 
təhsilinə layiqli töhfələr vermişəm. Filologiya fakültəsi  mənim 
həyatım, ürəyim, vicdanım və şərəfimdir. Mən onun qucağında 
boya-başa  çatmışam.  Həm  əyani,  həm  də  qiyabi  şöbələrində 
dekan  olmuşam.  Abdulla  Şaiq,  Əli  Nazim,  B.Çobanzadə, 
M.Rəfili,  F.Qasımzadə  yadigarı  olan  Azərbaycan  ədəbiyyatı 
tarixi  kafedrasına  16  il  rəhbərlik  etmişəm.  Dünya  şöhrətli 
“Koroğlu” dastanından bütün türk dünyasında ilk dissertasiyanı 
da    mən  yazıb  müdafiə  etmişəm  (1953).  Respublikamızın 
tarixində  ali  məktəb  tələbələri  üçün  folklordan  ilk  dərsliyi  də 
mən  yazmışam.  Ali  məktəblərimizin  tarixində    folklordan  ilk 
tədris  kursunu  və    proqramını  mən  hazırlamışam.  30-dan  çox 
kitab,  200-ə  qədər  elmi-metodiki  məqalə  yazmışam.  Ülvi, 
böyük  pedaqoji  məbədin  tarixində    filologiya  fakültəsinə  həsr 
edilən  ilk  kitab  da  mənim  adımla  bağlıdır.  Bu  isə  qucağında 
                                                
17
 Bu ərizəmə aylarla cavab gözlədim, lakin heç bir cavab ala 
bilmədim. Əksinə, rəyim  nəzərə alınmadan işdən çıxarıldım. 


 
345 
boy  atdığım  fakültəyə  ən  qiymətli  hədiyyəmdir.  Mən  qürur 
hissi ilə bəyan edirəm ki, filologiya fakültəsinin  böyük və dahi 
simaları  Ə.Dəmirçizadə,  M.Rəfili,  C.X.Hacıyev,  Əli  Sultanlı, 
İ.Şıxlının böyük məbədimizdə yeganə yadiyarı mənəm, onların 
ənənələrinin  ləyaqətli  davamçısıyam.  Mən  ömrümü  xalqımın 
elminə, mədəniyyətinə, ədəbiyyatına, təhsilinə, folkloruna  fəda 
etmiş  övladam.  Müstəqil  respublikamız  üçün  14  folklorşünas 
alim  yetişdirmişəm.  Müstəqil  respublikamızda  ən  böyük  folk-
lorşünasam. Bütün Azərbaycan folklorşünaslarının müəllimi və 
ağsaqqalıyam. Xalqımın yanında üzüm ağ, alnım  da açıqdır. 
Əziz  Cəfər  müəllim,  Sizinlə  birlikdə  mən  bu  böyük 
məbəddə  15  rektorla  işləmişəm.  Ulu  Tanrıya  and  olsun 
hamısının da rəğbətini qazanmışam. 
1.  Seyidov  Əhməd,  2.  Hacıyev  Cəfər  Xəndan,  3. 
Mehdizadə  Mehdi,  4.  Qədirov  Həmid,  5.  Ələsgərov  Cəbrayıl, 
6.  Vəkilov  Mehdixan,  7.  Əliyev  Mehdi,  8.  Ağayev  Şövqü,  9. 
Ağayev  Haşım,  10.  Qurbanov  Afat,  11.  Aslanov  Sərvər,  12. 
Xudiyev  Nizami,  13.  Ağayev  Bəhlul,  14.  Məmmədov  Yusif, 
15. Cəfərov Cəfər. 
Vaxtilə universitetimizdə mənim təşəbbüsümlə folklorşü-
naslıq  laboratoriyası açılmışdır. Mən  bir neçə  il  bu  laboratori-
yanın  müdiri vəzifəsində işləmişəm. Hazırda Dədə Qorqud  el-
mi tədqiqat laboratoriyasının  aparıcı elmi işçisiyəm. Laborato-
riyada  gənc  elmi  kadrların  yetişdirilməsində  bütün  qüvvəmi 
sərf  eləmişəm.  Müntəzəm  olaraq  elmi  tədqiqat  işlərimi  yerinə 
yetirirəm, elmi işlərim laboratoriyanın əsərlərində çap olunur. 
İndi  yaşlanmışam,  hər  şey  mənim  üçün    çətindir.  Ömür 
yoldaşım  da  müəllimdir.  45  il  böyük  rus  xalqının  dilini 
Azərbaycan balalarına öyrətmişdir, yaşlı, zərif qadındır. Yıxılıb 
ayağını 3 yerdən sındırıb, aylarla yataqdadır. Psixikası pozulub, 
əsəbləri  xəstələnib,  gözləri  görmür.  Evdə  faciəli  bir  ömür 
yaşayırıq. Həkim və dərman üçün vəsait çatışmır.  


 
346 
Əzizimiz Cəfər müəllim! Böyük, şöhrətli 90 yaşlı  peda-
qoji  məbədimizin  memarlarından  biri  kimi  Sizə  cansağlığı, 
daha böyük uğurlar və yeni-yeni zirvələr diləyirəm. 
Ulu  Tanrı  Sizə  yar  olsun.  Əziz  Cəfər  müəllim,  mən 
Sizdən  artıq  dərəcədə  xahiş  edirəm  ki,  2016-2017-ci  tədris  
ilində  Dədə  Qorqud  elmi-tədqiqat  laboratoriyasında  aparıcı 
elmi işçi kimi fəaliyyətimi  davam etdirməyə  icazə verəsiniz. 
 
       Paşa ƏFƏNDİYEV 
             Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının  aparıcı  
              elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor, 
 əməkdar elm xadimi 
 
 
 
 
 
           
Respublikamızın birinci vitse-prezidenti,
Heydər Əliyev  Fondunun prezidenti,  elimizin
mehriban qızı Mehriban xanım Əliyevaya
 
filologiya elmləri doktoru, professor, əməkdar elm 
xadimi Paşa Şərif oğlu Əfəndiyevdən 
 
Ə R İ Z Ə 
 
  Çox hörmətli Mehriban xanım! 
  Mən  1928-ci  ildə  Qax  rayonunun  İlisu  kəndində  xalq 
müəllimi  ailəsində  dünyaya  göz  açmışam.  Atam  Əfəndiyev 
Şərif  Müslüm  oğlu  45  ilin  maarif  xadimi  olub,  Əməkdar 
müəllim  idi.  Lenin  ordeni,  Qırmızı  Əmək  Bayrağı  ordeni  və 
başqa  medallarla  təltif  olunub.  Mən  indi  mərhum  atamın 
arzularını,  əməllərini  davam  etdirmişəm  ki,    onun  ruhu  şad 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə