Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə102/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   96   97   98   99   100   101   102   103   104

 
350 
nın  ali  məktəblərinə  layiqli  abituriyent  toplayırdılar.  Medala 
namizəd  olduğum  üçün  mənimlə  söhbət  apardılar.  Ulu  Tanrı 
şahiddir ki, mən onların xoşuna gəlmişdim. Ancaq ortada çoxlu 
problemlər  var  idi.  Mən  müharibənin  ağır  illərindən  çətinliklə 
çıxmış, arıq, sısqa, sarıyanız, əməlli-başlı üstü-başı olmayan bir 
kənd-ev uşağı. Gözümün qabağında çoxlu çətinliklər canlandı. 
Axı  rus  dilini  də  bilmirdim.  Moskva  ali  məktəblərində  necə 
tələbə  ola  bilərdim.  Çox,  lap  çox  fikirləşdim,  ağır  ruhi  hallar 
keçirdim.  Elimizin  dili  ilə  desək,  gözüm  almadı.  Moskvalılar 
deyirdilər ki, medal alsanız, sizi başdan ayağa qədər geyindirib 
istədiyiniz  Moskva  ali  məktəblərinə  qəbul  edəcək,  yataqxana 
və  təqaüd  də  verəcəyik.  Mən  çox  qoy-götür  elədim,  dərin 
mənəvi  sarsıntılar  keçirdim,  nəhayət  imtina  elədim.  Sonralar 
illərlə təəssüflər keçirdim. İki onuncu var idi, yalnız mən medal 
ala  bildim.  Qaxda  ilk  medal  mənə  qismət  oldu.  O  medalı  da 
bağrıma  basıb Bakıya gəldim. Tale  məni  xalqımızın ziya,  işıq 
mənbəyi  olan  Ali  Pedaqoji  İnsituta  gətirdi.  Məbədin  dil  və 
ədəbiyyat  fakültəsini  1950-ci  ildə  fərqlənmə  diplomu  ilə  başa 
vurdum.  Doğma  elimizin  Ulu  Tanrıdan  vergi  almış  üç  şəxs-
iyyəti, alim-pedaqoqu-rektor professor Cəfər Xəndan Hacıyev, 
Azərbaycan  dilçiliyi  kafedrasının  müdiri,  fakültə  dekanı, 
türkoloq-alim  Əbdüləzəl  Dəmirçizadə  və  Azərbaycan  ədəbiy-
yatı  tarixi  kafedrasının  müdiri,  böyük  alim  və  insan  professor 
Mikayıl  Rəfili  məni  aspiranturada saxladılar. Oldum professor 
M.Rəfilinin  aspirantı.  Bundan  da  xoşbəxt  anlar  keçirmək 
olardımı? Beləliklə,  mən sözün həqiqi  mənasında folklorşünas 
alim-pedaqoq  kimi  yüksəldim.  Əvvəllər  təəssüf  edirdim  ki,  nə 
üçün Moskvaya getmədim,  mən vətənim üçün bəlkə daha çox 
işlər  görə  bilərdim.  Ancaq  indi  qəti  və  qəti  şəkildə  təəssüf 
eləmirəm. Mən vətənimdə, doğma torpağımızda varlığım qədər 
sevdiyim  xalqım  üçün  daha  çox  və  xeyirli  işlər  görmüşəm, 
layiqli mənəvi töhfələr vermişəm. Mən mədəniyyət, ədəbiyyat, 
folklor  fədaisiyəm.  Doğma  xalqım  üçün  gördüyüm  işlərdən 
bəzilərini yada salmaq istəyirəm.  


 
351 
 
Bizim  dünya  şöhrətli  “Koroğlu”  dastanımız  var.  Mənə 
qədər  bu  dastan  elmi-tədqiqat  mövzusu  olmayıb.  Professor 
Mikayıl Rəfili onu  mənə namizədlik dissertasiyası kimi təsdiq 
elədi. Mən dastanı hərtərəfli öyrəndim. “Koroğlu” Azərbaycan 
xalqının  dimağından  süzülmüş  əvəzsiz  bir  bədii  abidədir. 
“Koroğlu”nun digər türkdilli xalqlarda variantları var. Diqqətli 
tədqiqat göstərdi ki, “Koroğlu” Azərbaycan torpağından parda-
xlanmışdır. Mən dissertasiyada göstərmişəm ki, digər türkdilli 
xalqlardakı  variantlar  Azərbaycan  dastanından  qopmuş  çarpa-
nalardır. Başqa xalqlar “Koroğlu”nun obraz, hissə, əhvalat, va-
riantlarından  istifadə edərək öz dastanlarını  yaratmışdır. Mənə 
qədər  böyük,  dünya  şöhrətli  bəstəkarımız  Üzeyir  Hacıbəyov 
“Koroğlu” operasını yazmışdır.  
 
Mən təsdiq elədim ki, “Koroğlu” operası və “Koroğlu” 
haqqında  dissertasiya  ilə  biz  böyük  dastanı  bütün  tellər,  qay-
naqlar,  bədii,  etnoqrafik  materiallarla  doğma  Azərbaycan  mə-
dəniyyətinə böyük bağlarla bağlamışıq. Dissertasiyanı  mən tə-
ləb olunan vaxtdan 3 ay əvvəl hazırlayıb professor M.Rəfiliyə 
təhvil  vermişdim.  Elə  ilk  oxunuşda  professor  dissertasiyanı 
qəbul eləmişdi. Ancaq çox çətinliklərlə qarşılaşdım. Məni o ki 
var  incitdilər,  əsəbiləşdirdilər,  elə  bil  dissertasiyanı  əlimdən 
alacaqlar.  Nəhayət,  çox  çətinliklə  1953-cü  ildə  tamamladığım 
və  böyük  Rəfilinin  çox  böyük  qiymət  verdiyi  dissertasiyanı 
1955-ci ilin may ayında müdafiə eləyə bildim. Təvazökarlıqdan 
kənar  olmasın,  mən  respublikada  Koroğluşünaslıq  elminin 
əsasını qoydum. Bır sıra subyektiv və obyektiv səbəblər ucun-
dan dissertasiyanı çap eləyə bilmədim. Ancaq vaxt-vaxt məqa-
lələr şəklində çap eləyib folklorşünaslıq elminə əlavələr eləmi-
şəm.  
 
Bu, mənim elmdə ilk uğurum, ilk qələbəm idi. Həm də 
gələcək  qələbələrimdən  xəbər  verirdi.  1970-ci  ildə  Moskvada 
ədəbiyyat  məsələlərinə  həsr  edilmiş  Ümumittifaq  simpoziumu 
keçirilirdi.  Mən  də  iştirakçı  idim.  Təsadüfən  türkmən  alimi 
akademik  Baymuxammed  Qarrıyevlə  tanış  oldum.  O,  məni 


 
352 
tanıyıb  sevindi,  əlavə  elədi  ki,  Paşa  müəllim,  mən  sizin 
Koroğlu  haqqında  dissertasiyanızın  sorağını  eşidib  Bakıya 
gəldim.  Pedaqoji  İnstitutda  oxu  zalında  oturub  3-4  gün 
dissertasiyanızı  oxumuşam,  mənə  çox  köməyi  olub.  Məlum 
olsun  ki,  Qarrıyevin  “Koroğlu”  haqqında  kitabı  1968-ci  ildə 
işıq üzü görüb. Halbuki gənc Azərbaycan alimi Paşa Əfəndiyev 
“Koroğlu”  haqqında  məşhur  dissertasiyasını  1953-cü  ildə  ta-
mamlamışdır. 
Kafedranın iclasında böyük müdirimiz professor Mika-
yıl  Rəfili  elan  elədi  ki,  Paşa  müəllim  çox  uğurla  “Koroğlu” 
haqqında  dissertasiyanı  müdafiə  elədi.  Mən  təklif  edirəm  ki, 
fakültədə  şifahi  xalq  ədəbiyyatı  kursunu  biz  Paşa  müəllimə 
tapşıra  bilərik. Beləliklə, bütün üzvlərin razılığı  ilə şifahi  xalq 
ədəbiyyatı kursu mənə həvalə olundu. Fakültədə birinci kursda 
2  birləşmə  var  idi.  Hər  birində  də  75  nəfər  tələbə  oxuyurdu. 
Şifahi  xalq  ədəbiyyatı  kursu  42  saat  mühazirədən  ibarət  idi. 
İlahi!  İndi  mən  böyük,  məsul  və  şərəfli  bir  problemlə  qarşı-
laşmışdım. Axı mənə qədər pedaqoji məbədimizdə Azərbaycan 
şifahi  xalq  ədəbiyyatı  kursunu  oxuyan  ixtisas  sahibi  müəllim 
olmamışdır.  Mən  çox  fikirləşdim,  götür-qoy  elədim.  Əvvəlcə 
42  saat  üçün  təqvim  planları  tərtib  elədim.  Sağına,  soluna 
baxdım.  Son  illər  Azərbaycan  folkloru  demək  olar  ki,  çap 
olunmurdu. Heç bir dərslik, dərs vəsaiti, hətta sanballı bır mə-
qalə də yazılmamışdı. Mən nə etməli idim. M.F.Axundov adına 
Mərkəzi kitabxana indiki Milli Elmlər Akademiyasının prezidi-
umunun binasında yerləşirdi. Mən hər gün gedib orada işləyir, 
mühazirələri  hazırlayırdım.  Hər  həftənin  başında  bir  mühazirə 
hazır  olurdu.  Mən  mühazirələrimi  səliqə  ilə  tələbələrimə 
yazdırırdım.  Beləliklə,  ilin  axırında  Azərbaycan  şifahi  xalq 
ədəbiyyatı  haqqında  mükəmməl  mühazirələrim  hazır  olurdu. 
Mən  onları  hər  il  təzələyir  və  təkmilləşdirirdim.  Bu  müha-
zirələr doğma respublikamızda Azərbaycan şifahi xalq ədəbiy-
yatından ilk dərsliyin əsası oldu. Mən respublikamızda ilk dəfə 
ali məktəblər üçün Azərbaycan folklorundan mühazirə kursları 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə