Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə96/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   92   93   94   95   96   97   98   99   ...   104

 
328 
Bir  şeyi  də  xatırlatmaq  yerinə  düşər.  əgər  Molla  Cümə 
biz  bilən  kimi  əhəmiyyətsiz  olsaydı,  Qars  və  Qahirə  univer-
sitetlərində ona bu qədər həssas  yanaşmazdılar. Qars universi-
tetində 40 saat Molla Cümə tədris olunur. Qahirədə  isə ondan 
mühazirələr oxunur. 
Bir qədər  də qayıdaq o məsələyə ki, Molla Cümə böyük-
dü,  yoxsa  Aşıq  Ələsgər.  Hər  ikisi  mənəvi  sərvətimizdi.  Və 
müqayisə  etmək  fikrindən  də  uzağam.  Qoy,  hər  iki  ustadın 
ruhu  məni  bağışlasın.  Amma  biz  yatmışları  oyatmağın  ayrı 
yolu yoxdu. Gərəkdi ki, zurna-balaban olsun. 
Molla  Cümənin  bu  vaxta  kimi  dərc  olunmamış  5  şeirini 
sizlərə təqdim  edirik.  Şeirləri  bizə  Molla  Cümənin  nəticəsi  və 
onun araşdırıcısı Elman Əzizov çatdırıb. 
                                                              Vəli Əkbər 
 
 
                                  Sona  
 
Nə yandırdın eşq əhlinin canını, 
Sənsən bu dünyanın maralı, Sona. 
Tökməginən sən aşığın qanını, 
Soluban gül rəngin saralı, Sona. 
 
Bağban olub bağlarına girmədim, 
Qızıl gülü dəstə-dəstə dərmədim. 
Dərib sevdiyimə verə bilmədim, 
Alışan ocaqlar qaralı, Sona. 
 
Gözəllər içində məşhurdur üzün, 
Məxluqat içində şirindir sözün, 
Xumarlanmış, canan, qaş ilə gözün, 
Nə üçün gəzirsən aralı, Sona. 
 
İndi düşdü ayrılığın zamanı, 


 
329 
Kim eylərdi böylə işə gümanı, 
Xəzəl tək saraltdın Molla Cüməni, 
Başım olub mənim bəlalı, Sona. 
 
 
              Əmanət 
 
Qurban ollam ala gözlü yara mən, 
Mən gedirəm, sən Allaha əmanət. 
Həsrətliyəm bağça ilə bara mən, 
Mən gedirəm, sən Allaha əmanət. 
 
Mən ki, burda qərib-qərib qalmışam, 
Ağ üzümə pərdələri salmışam. 
Hər nə desən qulluğunda durmuşam, 
Mən gedirəm, sən Allaha əmanət. 
 
Mən Cüməyəm, qulluq etdim yara mən, 
Həsrət qaldım bağça ilə bara mən, 
Vermərəm gülümü hüç xara mən 
Mən gedirəm, sən Allaha əmanət. 
 
 
           Gərək 
 
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək, 
Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək. 
 
Göz siyah, dəndan bəyaz, ləbləri şux, qönçə dəhan, 
Al yanaq, nəsri buxaq, ol qaşları qəmər gərək. 
 
Əl şüşə, barmaq qələm,  dırnaq sədəf  başsan-başa, 
İncə bel, əndamı şux, tər sinəsi mərmər gərək. 
 


 
330 
Xoşqılıq, xoş məcazlı, xoş ixtilat eylər ləziz, 
Dindirsən, can söyləyən, hər kəlməsi şəkkər gərək. 
 
Avazı bülbül kimi, danışanda dür tökülə, 
Nəfəsindən gül qoxuyan, ətri müşk-ənbər gərək. 
 
Hər səhər min naz ilə sığallanıb qarşı çıxa, 
Yerişi kəklik kimi, həm libası məxmər gərək. 
 
Ağıl ola başında cəm, həm gözləyə namus-arı, 
Ədəbi-mərifəti, el dilində əzbər gərək.  
 
Rəqib sözünə uymayan, əğyara məhəl qoymayan, 
Fitnə-fəsadı qanmayan həyalı bir dilbər gərək. 
 
Bu nişanda məhbubənin xidmətində qul olmağa, 
Sənin kimi, Molla Cümə, bir ciyəri əxbər gərək. 
 
       Bəri bax 
 
Başına döndüyüm alagöz ceyran, 
Aç gözünü, amandır, bir bəri bax. 
Yar olan yarına eylər bir çarə, 
Halım olub yaman, bir bəri bax. 
 
Giriftar eylədin dərdə məni də, 
Gül durubdu, sevdiyim, sağ yanında, 
Mən ovçuyam sən maralın dağında, 
Sürüdən ayrılmış, ceyran, bəri bax. 
 
Cüməni salmısan sən yanar oda, 
Qoymadın, əzizim, yetəm murada, 
Əslini bilmədim, ey mələkzada 
Hurisən, Pərisən, qılman, bəri bax. 


 
331 
          Gəldi 
 
Ay ağalar, gözüm yaşı, 
Çağlamağın çağı gəldi. 
Eşqin odu ürəyimi, 
Dağlamağın çağı gəldi. 
 
Burda bir maralım itdi, 
Fələk mənə zülm etdi. 
İsmi Pünhan yarım getdi, 
Ağlamağın çağı gəldi. 
 
Molla Cümə qalır yasda, 
Etibar yoxmuş heç dosta. 
Tərlan könlüm tovuz üstə, 
Ağlamağın (?) çağı gəldi. 
 
                      “Rezonans” qəzeti     18.V.1999 
    
 
Molla Cümə əlyazmalarının hərracına  
               son qoyulmalıdır 
 
Türk dünyasının XIX yüzilliyin sonu və XX yüzilliyin 
əvvəllərində dünya mədəniyyətinə bəxş etdiyi nadir simalardan 
biri də Molla Cümədir. O, Azərbaycan aşıq sənətinin elə parlaq 
ulduzudur ki, parıltısı bütün zamanlarda görünəcəkdir. Həyatını 
xalqının  adət-ənənələrinə,  toy  və  mağarların  şuxluğuna  həsr 
edən sənətkar özündən sonra rəngarəng və məzmunlu irs qoyub 
getmişdir  ki,  toplanıb  nəşr  olunması  günümüzün  aktual 
məsələlərindən  biridir.  Lakin  aşığın  öz  taleyi  kimi,  əl 
yazmalarının da taleyi “qəribə”liklərlə doludur. 
 
 


 
332 
          “Ərən” qəzetinin baş redaktoruna 
 
Cənab  baş  redaktor!  Aşıq  Soltanın  1996-cı  ildə 
Dərbənddə  naməlum  nəşriyyatda  “Telli  sazım”  şeirlər  toplusu 
nəşr  edilmişdir.  Nəşrin  redaktorları  Mustafa  İsgəndərzadə, 
Zirəddin  Qafarlı  və  Hüseyn  Arif,  rəyçisi  professor  Qara 
Namazovdur.  
Həmin  nəşrin  toplayıcısı  və  tərtibçilərindən  biri  isə 
guya  mənəm.  Əvvəla  onu  demək  istəyirəm  ki,  Dağıstanın 
əməkdar mədəniyyət işçisi Aşıq Soltanın sənətinə dərin ehtira-
mım  var. Hələ orta məktəb  illərində onu heyranlıqla dinləmiş, 
Aşıq Soltanın şəxsində aşıq sənətinə mehrim artmış və mən bu 
sənətin tədqiqatçılarından biri kimi çox uzun bir yol keçmişəm. 
uşaqlıq  təəssüratımı,  Aşıq  Soltan  sənətinə  münasibətimi  “Elin 
ustad  sənətkarı”  adlı  məqaləmdə  (“Azərbaycan  müəllimi” 
qəzeti,  1993)  bildirmişəm.  Lakin  Aşıq  Soltanın  heç  bir  şeirini 
nə  toplamışam,  nə  də  tərtib  etmişəm.  “Telli  sazım”  kitabını 
nəşrə  hazırlayanlar  Aşığın  1993-cü  ildə  tamam  olmuş  70  illik 
yubileyi  münasibətilə  yazdığım  məqaləni kitabın  əvvəl səhifə-
lərinə qoyublar, guya kitabı  “Nüfuza” gətirmək  istəmişlər. Bir 
daha təkrar edirəm ki, belə bir kitabın tərtibi və nəşrindən əsla 
xəbərim  yoxdur.  Çap  edilmiş  kitabın  bir  nüsxəsini  isə  mənə 
yalnız  həmkarım professor  M.Qasımlı 1998-ci  ilin  sonlarında 
göndərmişdir. 
Son  vaxtlar  bu  topluyla  bağlı  müxtəlif  qəzetlərdəki 
yazılarda və ANS televiziya şirkətinin verilişlərində mənim də 
adımı  hallandırırlar.  Kitabın  nəşrində  iştirak  etməsəm  də, 
Molla  Cümə  –  Aşıq  Soltan  “qarşıdurmasına”  əslində  biganə 
qala bilmərəm. məlumdur ki, hələ əvvəlki illərdə Molla Cümə 
əlyazmaları ətrafındakı söz-söhbətlər, hətta “Soltan və Qəndab” 
dastanının  da  ona  məxsus  olması  barədə  şayiələr  dolaşmaqda 
idi. Bütün bunlara son qoymaq üçün ustad sənətkarın qarşıdan 
gələn 145 illiyi münasibətilə əlyazmalarını Əlyazmalar institu-
tunda cəmləşdirmək gərəkdir. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə