Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə95/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   91   92   93   94   95   96   97   98   ...   104

 
325 
görmək istəyir. Baxış bəy bu vaxt Humay mollanın qabağında 
dərs əvəzinə Leyli xanıma olan məhəbbətini oxuyur: 
Açdım kitabımı, baxdəm qaraya, 
Göründü gözümə yaşılbaş sona. 
Kitabım, əzbərim, dərsim, qələmim 
Durubdur qarşımda, baxıram ona. 
Humay molla Baxış bəyə acıqlanır: 
-
 
Düz oxu!  
-
 
Yaxşı, oxu deyirsən, oxuyum. 
Oxuyur: 
 Sən bilirsən mənim ürək handadır, 
O da mənim kimi yan ha yandadı, 
Öldürsən də vallah gözüm ondadır 
Dönüb huri qılmana mahtabanım. 
Humay molla yenə də açıqlanır: 
-
 
Düz oxu! .. 
Baxış bəy oxuyur: 
Yeni yetişmiş baxça-bar indi, 
Qoynunda bəslənmiş bir cüt nar indi, 
Baxış deyər mənim Leyli  yar indi, 
Eyləyib yar məni dəli divanə. 
 
Baxış  bəyin  belə  oxumasından  yenidən  qəzəblənib  şüb-
həyə  düşmüş  Humay  molla  pəncərənin  qabağına  gedib  çölə 
baxdıqda  qızı  Leylini  görür.  Onu  hədələyib  qovur.  Nəhayət, 
Leylini  götürüb  Türkmən  vilayətinə  qaçır...  Baxış  Leylinin 
dalınca  “gedər-gəlməz”  yollara  düşür,  çətinliklərlə  uzlaşır. 
Leylini  gətirməyə  gedərkən  Şahzadə  xanımı,  Gülzarı  görür. 
Onlaın köməyi ilə vüsala çatmış Baxış bəy üçünü gətirib gəlir, 
ata vətənini qara matəmdən qurtarır. 
Burada  Humay  molla  ilə  Şeyx,  Humay  molla  ilə  İsmi 
Pünhanın  atası  “Mötəbər  dindar  molla”,  Leyli  xanım  ilə  İsmi 
Pünhan,  Baxış  bəy  ilə  Molla  Cümə  arasında  olan  oxşarlıq 
eyniləşir. 


 
326 
Leyli  xanımı  atası  götürüb  qaçırsa  da  harambaşı  Bəy-
balaya  ərə  vermək  istəyirsə  də,  sevgisinə  son  dərəcə  sadiq 
qalan  Leyli  xanım  səbirsizliklə  Baxış  bəyin  yolunu  gözləyir, 
toy  mərasimi  qurulduğu  anda  belə  özünü  itirmir,  Baxış  bəy 
gəlib çıxdığı  xəbərini eşidən kimi, Leyli  xanım  bir cüt  at  istə-
yir, gəzməyə çıxacağını bildirir. Bağın qabağında onun yolunu 
gözləyən Baxışa atın birini verir, qoşalaşıb qaçırlar. 
Dastan  Cümənin  kamilləşdiyi  dövr  yaradıcılığının  məh-
sulu olduğundan bitkinləşir. 
-                                                                        
                                                                  Şərif İdrisov 
                                                                              1983, Şəki  
 
 
     
Molla Cümə böyükdü, yoxsa Aşıq Ələsgər
16
 
 
Məsələnin  belə  qoyuluşunda  konkret  heç  bir  marağım 
yoxdur.  Bu,  əslində  bir  daha  mənəvi  abidələrimizə  yönəltmən 
naminədi.  Bir-iki  nüans  ki,  onu  da  sizlərçün  xırdalayacam. 
Əvvəla, Molla Cümə bu vaxta qədər aşıq kimi tanıdılsa da, o, 
aşıq  deyil.  Əgər  fakt  kimi,  müraciət  etdiyi  aşıq  ədəbiyyatı 
janrlarını göstərərlərsə, deyək ki, o dövrdə başqa şeir formaları 
elə  də  aktual  deyildi.  Eyni  zamanda,  gərək,  onda  Vaqifi, 
Vidadini  və  başqalarını  da  aşıq  adlandıraq.  Bir  də  ki,  Molla 
Cuma  irsi  hələ o qədər  də ciddi araşdırılmayıb.  Əslinə qalsa, 
Molla  Cümə  dərin  mütəfəkkir  şairdi.  Son  məlumatlara  görə, 
onun  iri  həcmli  şeiri  (poeması)  aşkarlanıb.  Və  yüzlərcə, 
minlərcə  şeirləri  var  ki,  hələ  dildə-ağızdadı.  Çoxları  da  itib-
batıb. Bir qisminə isə Aşıq Soltan kimiləri yiyələniblər. Molla 
Cümə əvvəldən axıra kimi yiyəsizlikdən üzə çıxarılmayıb. Belə 
                                                
16
 Bu məqaləni  müzakirə üçün çap eləməyi lazım bildik. Görünür 
P.Əfəndiyevin 1961-ci ildən  bəri ömrünün yarıdan çoxunu sərf eləyib 
böyük aşıq haqqında çap elədiyi kitablarla və məqalələrlə Vəli Əkbər tanış 
deyil (redaktor). 


 
327 
demək mümkünsə, Azərbaycan ədəbiyyatı, ədəbiyyat elmi ona 
sahib  durmayıb.  Həm  fiziki,  həm  də  mənəvi  repressiyanın 
qurbanı  olub.  Yaxşı  ki,  Salman  Mümtaz  var  imiş.  Yoxsa, 
ədəbiyyatımızın  ondan  xəbəri  də  olmayacaqdı.  Haqqıda  həqi-
qəti  yazmağa  həmişə  qorxublar.  70  il  Sovet  rejimi  imkan 
vermədi  etiraf  edilsin  ki,  Molla  Cüməni  XI  Qızıl  Ordu  güllə-
lədi. Və o dövrdə Molla Cümə ona görə kiçildildi, adi el aşığı 
edildi  ki,  məsələyə  siyasi  rəng  verilməsin.  Biz  də  illərcə 
susduq. İndisə danışmağa ya taqət yoxdu, ya da ki, hacət. Hər 
şey tutulub. Hər şey bölünüb. Molla Cüməninsə sahibi yoxdu. 
Neyçün  bu  ifadəni  tez-tez  işlədirəm?  Çünki  bu  susqu  indi  də 
davam  edir.  Bir-neçə  ay  öncə  “Rezonans”da  yazmışdıq  ki, 
Molla  Cümənin  şeirlərini  Aşıq  Soltan  oğurlayıb.  Bu  boyda 
məmlkətdə bir kimsə tapılmadı ki, səsimizə hay versin. Bu işə 
bir əncam çəksin. Hələ bir neçə mötəbər şəxs (mən onlara belə 
deməzdim – V.Ə.) mötəbər yerlərdə söylədilər ki, fakt lazımdı, 
gərək sübut edəsən. Anlaya bilmədim ki, o boyda saxtakarlığa 
nə  sübut  lazım  idi.  Məgər  üslub,  dil,  ifadə  tərzi  və  həmən 
şeirlərin  çox-çox  öncə  Molla  Cümənin  adıyla  dərc  olunması 
fakt deyildimi? Bəs Molla Cüməni araşdırıb doktor olan kəslər 
və  bu  gün  də  onun  “çörəyini”  yeyənlər  niyə  susdular?  Heç 
olmasa, etika xətrinə kiçik bir məktub yazmaq E.A. üçün çətin 
idimi?  Yoxsa,  Ədəbiyyat  İnstitutuda  yazmağı  yadırğayıb? 
Dediklərim yiyəsizliyi sübut etmirmi? 
Mənəvi abidələrimizə bu qədər biganə olmağımız bu gün 
Dubaya,  Türkiyəyə  yönələn  mənəviyyatsızlıq  yollarını  açıb. 
Aşıq  soltanların  beş-on  manatına  aldanlb  milyonlarla  ölçül-
məyən  nələrimizi  qurban  verdiyimizin  fərqində  olmamışıq. 
Nəticə isə hamımızın məhvinə işləyib.  
Mayın 14-15-i Molla Cümənin XI Qızıl Ordu tərəfindən 
qətlə  yetirildiyi gündü. Düz 79 il  əvvəl törədilmiş bu cinayətə 
susmaqla  şərik  çıxmağımızın  günahlarından  qurtulmaq  zama-
nıykən,  yeni  cinayətlərə  susuruq.  Və  imkan  veririk  ki,  Molla 
Cüməni bir də öldürsünlər.  


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə