Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə97/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   93   94   95   96   97   98   99   100   ...   104

 
333 
Məndə  olan  dürüstləşdirilməmiş  bir  məlumata  görə, 
Molla Cümənin əlyazmalarının böyük bir qismi onun yaxınları 
tərəfindən  Aşıq  Soltana,  yaxud  onun  nəslindən  olan  kiməsə 
satılmışdır. Bu düyün açılmamış başqa düyünlərə ilgək salmaq 
olmaz. Bir də “Soltan və Qəndab” Azərbaycan dastanlarının ilk 
akademik  nəşrinə  daxil  edilib.  Həmin  nəşr  M.H.Təhmasibin 
rəhbərliyi ilə kollektiv tərəfindən çapa hazırlnmışdır.  
Göründüyü  kimi,  ANS  televiziyası  faktı  dürüstləş-
dirmədən efirə çıxartmamalıydı, əvvəl  ittihamçı Elman Əzizo-
vun  öz  ulu  babası  Molla  Cümənin  irsinə  hansı  mövqedən  ya-
naşdığını müəyyənləşdirməliydi.  
Son  sözüm  budur  ki,  Molla  Cümə  əlyazmalarının 
hərracına  son  qoyulmalı,  sonra  isə  bu  əlyazmaların  kimə 
məxsusluğu  mütəxəssislər,  ekspertlər  və  eləcə  də  hüquq-
mühafizə orqanları tərəfindən müəyyənləşdirilməlidir. 
  
                                        Hörmətlə:  Azad Nəbiyev 
                                                      Professor 
 
 
       Yeməyənin  malını  yeyərlər,  yaxud  Molla 
Cüməni kimlər oğurlamaq istəyir?! 
 
Azərbaycan  xalqının  çox  böyük  mənəvi  sərvətləri 
olub.  Amma  nə  fayda  ki,  onun  malını  həmişə  özgələr  yeyib, 
dağıdıb. Başımıza gələnlərin çoxu sadəlövhlüyümüzdən, ürəyi-
açıqlığımızdan gəlib. Yəqin Mirzə Şəfi Vazeh yadınızdadır. O 
da yadınızda olar ki, alman Bodenşdet Vazehi necə aldadıb tora 
saldı,  əsərlərini  necə  öz  adına  çıxdı.  Bu  azmış  kimi  Nizami-
mizi,  Füzulimizi,  daha  hansı  duhalarımızı  da  “özəlləşdirmək” 
istəyənlər  çoxdur  və  buna  onların  nə  dərəcədə  nail  olacaqları 
asılıdır bizim fərasətimizdən... 
 Nə  isə,  mətləbi  çox  uzatmayaq.  Bu  gün  bizim 
yaramızın  qaysağını  qoparan  məsələ  XIX-XX  əsrin  görkəmli 


 
334 
Azərbaycan  aşığı  Molla  Cümənin  yaradıcılıq  irsinə  olan 
təcavüzdür.  Deyəsən  bu  ürəyəyatımlı,  xalqın  arzu  və  istəklə-
rindən  mayalanmış  poeziya  incilərinə  yiyə  çıxmaq  istəyənlər 
yaman  bic  tərpəniblər.  (Niyə  də  tərpənməsinlər,  əgər  biz  öz 
malımızın qədrini bilmiriksə. Belə yerdə deyiblər: bacarana can 
qurban!) Dağıstanlı Aşıq Soltan Molla Cümənin yaxınlarından 
şairin  min  səhifəlik  şeirlərini  alıb  aparmış,  öz  imzası  ilə  çap 
etdirmişdir. Əhsən! “Günün günorta çağı oğurluq” buna deyər-
lər.  Bizim  məşhur  “Rezonans”  qəzeti  bu  faktla  əlaqədar  öz 
etiraz  səsini  qaldırsa  da,  nədənsə,  digər  “mətbu  qardaşlar”,  o 
cümlədən, əlaqədar təşkilatlar belə vacib məsələyə barmaqarası 
baxır,  necə  deyərlər,  xalqımızın  mnəviyyatına  qarşı  edilən 
təcavüzə  göz  görəsi  rəvac  verirlər.  Unudurlar  ki,  laqeyidlik 
xalqı məhvə aparır, unutqanlıq uçuruma... 
Biz  çox  mehriban,  qonaqpərvər,  sülhsevər  xalqıq.  Bu 
haqda  çox  deyilib,  çox  yazılıb.  Həqiqətən  də  belədir.  Axı  biz 
hamını çox istəyirik – özümüzünkülərdən savay! Yadlara pəh-
pəhlə çəpik çalmaq, başa keçirmək adətimizdir. Onlar da başa 
keçən  kimi  başlayırlar  başımızı  kəsməyə.  Özü  də  pambıqla 
yox, açıq-aşkar xəncərlə, qılıncla... 
Repressiya  qurbanlarını  yadınıza  salın!  Müşfiqlər, 
Cavidlər,  Hadilər...  kimlər,  kimlər...  poeziyamızın,  mənəviy-
yatımızın  qaymaqları!  Lakin  gəlin  unutmayaq  ki,  Azərbaycan 
xalqı  bütün  tarixi  boyu  mənəvi  sərvətlərini  itirə-itirə  gedib, 
Babəkdən,  Nəsimidən  üzü  bu  yana.  Çox  da  uzağa  getməyək: 
bu  gün  haqqında  bir  az  ürək  yanğısı  ilə,  bir  az  məhəbbətlə, 
neçə  il  öncə  isə  az  qala  qorxa-qorxa  xatırladığımız  şair  Molla 
Cümə  də  1920-ci  ildə  “şanlı  XI  Qızıl  Ordu”  tərəfindən  qətlə 
yetirilib,  həyat  yoldaşı  Zöhrə  xanımla  birgə.  Lakin  “böyük 
qardaşımızın”  xofu o qədər güclü  idi ki, neçə-neçə  igid, cəsur 
oğullarımızı  qətlə  yetirmiş  bu  mənfur  düşmənin  cinayətləri 
zaman-zaman öz eloğullarımızın üstünə yıxılmış, xalq öz dostu 
ilə düşmənini tanımamışdır. 


 
335 
Yaxşı  ki,  tarix  yaşayır,  nəsil  və  şəcərələr  qol-budaqlı 
ağac  kimi  şaxələnir,  köklər  torpağın  daha  dərin  qatlarına 
işləyir.  Bu  gün  Molla  Cümə  nəslinin  nümayəndələri  Şəkinin 
Layısçı kəndindən pərvazlanaraq, ölkəmizin  bütün  bölgələrinə 
yayılmışlar. Onların hər biri öz genlərində ustad şairin poeziya 
ilə yoğrulmuş ürəyinin zərrələrini daşıyır.  
Bu  günlərdə  “Vahid”  poeziya  məbədində  Molla  Cü-
mənin  145–ci,  qətlə  yetirilməsinin  79-cu  ildönümü  münasibə-
tilə  musiqili,  ədəbi-bədii  gecə  keçirilmişdir.  Xatirə  gecəsini 
şairin nəvə və nəticələri təşkil etmişdilər. 
Filologiya  elmləri  doktoru,  professor,  Molla  Cümə 
yaradıcılığının  tədqiqatçısı  Paşa  Əfəndiyev  şairin  həyat  və 
yaradıcılıq  yolundan  danışmış,  1966,  1983  və  1995-ci  illərdə 
toplayıb  çap  etdirdiyi  Molla  Cümə  əsərlərindən  ibarət  kitab-
larla gecənin iştirakçılarını tanış etmişdir. Bildirmişdir ki, hələ 
şairin  çap  olunmamış  çoxlu  şeirləri  vardır  ki,  bunların  da  hər 
biri əsil sənət nümunəsidir. 
Gecənin  aparıcısıs,  şair-qəzəlxan  Həkim  Qəni  sözü 
tarix elmləri doktoru, şair-qəzəlxan Şahin Fazilə verdi. Ş.Fazil 
Azərbaycan  Ensiklopediyasında  görkəmli  şair  Molla  Cümənin 
əsil  adının  səhvən  böyük  qardaşının  adı  ilə  “Süleyman  Saleh 
oğlu” kimi getdiyini bildirdi.  Respublikanın xalq artisti, bəstə-
kar  Şəfiqə  Axundovanın,  bəstəkar-pianoçu  Taleh  Hacıyevin 
Molla  Cümənin  sözlərinə  bəstələdikləri  mahnılar  səsləndi. 
Müğənnilərdən  Gülyaz  Məmmədova,  Fəridə  Elsoy,  Təranə 
Vəlizadə,  Aşıq  Oqtay  Əsədoğlu,  Aşıq  Əjdər  şairin  sözlərinə 
yazılmış  musiqi  nömrələri  ifa  etdilər.  Tədqiqatçı  alim  Əbdül-
əlimov, tele-jurnalist Xətayə Səhabət, şairə Qiymət Məhərrəmli 
və  başqaları  çıxış  edərək,  Molla  Cümə  yaradıcılığına  göstər-
dikləri  ehtiram  və  qayğı  üçün  tədbirin  təşkilatçılarına  xoş 
duyğularını çatdırdılar. 
Tədbirin  sonunda    ustad  sənətkarın  nəvəsi  Mövlud 
Əzizov  şairin  ev  muzeyinin  yaradılması  ilə  bağlı  həmyer-
lilərinin  arzu  və  təkliflərini  yetirdi,  Qars  və  Qahirə  univer-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə