Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə98/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   94   95   96   97   98   99   100   101   ...   104

 
336 
sitetlərində  Molla  Cümə  yaradıcılığına  geniş  yer  verilərək, 
mühazirələr  oxunduğu  halda,  Azərbaycanda  şairə  göstərilən  
biganəlik və laqeyidliklə bağlı narahatlığını bildirdi. Babasının 
xatirəsinə  göstərdikləri  ehtiram,  onun  yaradıcılığına  bəslədik-
ləri səmimi və mehriban münasibətə görə gecənin qonaqlarına 
Molla Cümə yadigarının dərin təşəkkürünü yetirdi. 
                                                                               
Q.Məhərrəmli     
“Tək səbir”  qəzeti, 
4-11 iyun 1999-cu il 
 
 
           
Sənətkarın nəşr olunmamış şeirləri   
 
Qəzetimizin  20  iyul  1967-ci  il  tarixli  nömrəsində 
“Məşhur şair Molla Cümə” sərlövhəli  material dərc edilmişdi. 
Həmin  materialda  Molla  Cümənin  rayonumuzun  kəndlərində 
olmasından, onun şeirlərindən öz şəklinin tapılmasından söhbət 
gedirdi. 
Həmin  material  oxucular  arasında  maraq  doğur-
muşdur. Rayon suvarma sistemləri idarəsinin fəhləsi Ərrəhman 
Rəşidov  redaksiyamıza  Molla  Cümənin  şeirləri  yazılmış  üç 
şagird  dəftəri  təqdim  etmişdir.  Həmin  dəftərlərdəki  şeirlərin 
xeyli hissəsi indiyədək dərc olunmamışdır. 
“Dolanım”,  “Mən  də”,  “Dilbər”,  “Dünya”,  “Ayağa 
durmaz”, “Üz əlim”, “Sən də”, “Məni”, “Belə mən”, “Arvad”, 
“Əfəndi”,  “Qocalıb”,  “Bacına”,  “Yavaş-yavaş”,  “Yay  kimi”, 
“Bağlama”,  “Qız  və  gəlin”,  “Bizə  gəlsən”  və  başqa  şeirləri 
oxuculara  hələ  tanış  deyildir.  Aşağıda  həmin  şeirlərdən  bir 
neçəsini dərc edirik. 
 
 
 
 


 
337 
Qoşuldu 
 
Yenə dərdim həddən aşdı, 
Canım odlara qoşuldu. 
Bağrı nəmli, gözü yaşlı, 
Adım, adlara qoşuldu. 
 
Şad könlümə su bağlandı, 
Ciyərim çarpaz dağlandı. 
İsmi-pünhan sığallandı, 
Gedib yadlara qoşuldu. 
 
Molla Cuma dərd yığnağı, 
Gövdəsi hicran ağnağı, 
Sər dəhanın boğanağı, 
Qalxıb badlara qoşuldu. 
 
 
Bizə gəlsən 
 
Dostluğun billəm, 
Sən bizə gəlsən. 
Dərdindən ölləm,  
Sən bizə gəlsən. 
 
Getmə küsərəm, 
Yel tək əsərəm. 
Qurban kəsərəm, 
Sən bizə gəlsən. 
 
Cümə fanaram, 
Dəymə, sınaram, 
Fikrin qanaram,  
Sən bizə gəlsən. 


 
338 
Belə 
 
İndən belə ar-namusu ataram, 
Yoğurram ciyərim daş ilə belə, 
Yarın həsrətindən matəm tutaram, 
Qan ağlar gözlərim yaş ilə belə. 
 
Şəyird ərzin elər öz ustadına, 
Təbibsiz xəstənin yet imdadına, 
Ayaq turabına, əziz adına, 
Qoyaram canımı baş ilə belə.  
 
Cüməni gözündən yar saldı getdi, 
Viranə könlümü qəm aldı getdi. 
Can sənin yanında bil, qaldı getdi, 
Oynatma gözünü qaş ilə belə. 
 
 
      Ey gözəl 
 
Ey gözəl, surətinə, 
Mehri dürəxşan demişəm. 
O güli rüxsarına, 
Mah ilə taban demişəm. 
İnci tək dişlərinə, 
Ləli bədəxşan demişəm. 
Qaşların əyməsinə, 
Naleyi-müjgan demişəm. 
Zülfünün hər telinə, 
Sünbülü reyhan demişəm... 
 
“Şəlalə” qəzeti, 
24 avqust 1967-ci il 
                          


 
339 
Qəhrəmanlığa çağırış motivləri 
(Fənn müəlliminə kömək) 
 
Azərbaycanın xalq şairi S.Vurğunun yaradıcılığında şifa-
hi  xalq  ədəbiyyatı  nümunələrindən  istifadə  mühüm  yer  tutur. 
S.Vurğunun yaradıcılığından bəhs edən tədqiqatçılar bunu, hər 
şeydən  əvvəl,  saza  və  sözə  geniş  meydan  verildiyi  Qazax 
rayonunun  mədəni  mühiti  ilə  bağlayırlar.  Deməli  belə  bir 
mühitdə dünyaya göz açmış S.Vurğun xalq ədəbiyyatını, onun 
zəngin  xəzinəsini  sevməyə  bilməzdi.  Həssas  qəlbi  və  nadir 
istedadı,  müşahidə  qabiliyəti  şairə  xalq  ədəbiyyatının  ən  incə 
nöqtələrini  dərindən  öyrənməyə  imkan  vermişdir.  Şifahi  xalq 
ədəbiyyatı  nümunələrindən  –  nağıllardan,  atalar  sözləri  və 
əfsanələrdən,  bayatılardan  sənətkarlıqla  istifadə  edən  şair 
maraqlı  sənət  nümunələri  yaratmışdır.  Xalqın  yaratdığı  söz 
incilərinə  məhəbbətlə  yanaşan  və  yüksək  qiymət  verən  şair 
yazırdı: 
Oxucum, belədir aqil babalar, 
Bir dastan yaradır ikicə sözlə. 
Bu kamal dünyası gülər bir üzlə, 
Nəsildən - nəsilə keçir yadigar. 
Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar xalq 
ədəbiyyatına müraciət yeni əhəmiyyət kəsb etdi. Bunun başlıca 
səbəbi  şifahi  ədəbiyyat  nümunələrində  qəhrəmanlıq  motivləri-
nin gen-bol işlədilməsi ilə bağlı idi. Vətənin başı üstünü təhlü-
kə  alan  zaman  bu  qəhrəmanlıq  ənənələrinin  yeni  məzmunda 
şeirə gətirən S.Vurğun qələmini süngüyə çevirərək, xalqımızın 
igid oğul və qızlarını mübarizəyə səslədi. 
Böyük  rus  mütəfəkkiri  İ.Dobrolyubov  demişdir  ki,  doğ-
ma vətənin fəlakətə uğradığı zamanlarda xalq öz keçmiş şöhrə-
tini  xatırlayaraq  qədim  əfsanələrə,  rəvayətlərə  müraciət  edir, 
onları  yenidən  işləməyə,  yenidən  canlandırmağa  başlayır. 
Ölkəmizə qəflətən hücum etmiş alman faşistlərinə qarşı müba-
rizədə  bir  əsgər  kimi  vuruşmağa  hazır  olduğunu  S.Vurğun 


 
340 
“Vətənin  keşiyində”  (1941-ci  il,  22  iyun)  adlı  şeirində  belə 
ifadə etmişdir: 
Bilsin ana torpaq, eşitsin vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən!   
Bu gün bir süngüdür əlimdə qələm. 
Böyük  şeir  ordusunun  manifestinə  çevrilən  bu  misralar 
qəhrəmanlıq  ənənələri  ilə zəngin olan xalqımızda vətəndaşlıq 
qürurunun  nə  qədər  yüksək  olduğunu  bir  daha  sübut  edirdi. 
S.Vurğun yaradıcılığının həyat və zamanla canlı əlaqəsi, böyük 
ictimai  və  siyasi  mənası,  xəlqiliyi  və  partiyalılığı  müharibə 
illərində  daha  qabarıq  görünməyə  başladı.  “Ananın  öyüdü”, 
“Şəfqət  bacısı”  və  sair  şeirlərində  şair  xalq  ədəbiyyatının 
qəhrəmanlıq ənənələrinə yeni məzmun verdi: 
Qoy vətən torpağı ayağa qalxsın, 
Hər igid gözündən ildırım çaxsın,  
-kimi  misralarla  Vətən  oğullarını  səfərbərliyə  səsləyir, onlarda 
qəhrəmanlıq hisslərini gücləndirirdi. “Qoy faşist anası geyinsin 
qara,  Qoy  batsın  taleyi  qaranlıqlara”  –  deyən  şair  xalqın  bu 
çətin  mübarizədə  mütləq  qalib  gələcəyinə  dərin  inam  bəslə-
yirdi.  Döyüşçülərdə  vətəndaşlıq  duyğularını  alovlandıran  şair 
xalqlar dostluğuna böyük əhəmiyyət verirdi: 
Bizim ellər Koroğludur, Çapayevlər yurdudur, 
Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. 
 
“Ananın  öyüdü”  yalnız  S.Vurğunun  müharibə  dövrü 
yaradıcılığında  deyil,  ümumən  müharibə  dövrü  poeziyamızın 
ən  qiymətli  əsərlərindən  biri  kimi  bu  gün  də  sevilə-sevilə 
oxunur. Zəngin folklor materiallarından məharətlə istifadə edən 
şair  Vətənin  azadlığı  naminə  hər  cür  çətinliyə  mərdliklə  sinə 
gərən  məğrur  ana  obrazı  yarada  bilmişdir.  Bircə  ciyərparasını 
müharibənin  odlu-alovlu  qoynuna  yola  salan  ana  sakitdir.  O 
bilir  ki,  oğlu  ana  qəlbini  zəfərlərin  sayı  ilə  isindirəcək,  son 
damla  qanına  kimi  ləyaqətlə  vuruşacaqdır:  “Oğlum,  göz 
bəbəyim, sən ey ömür çiçəyim! Tarixlərin şahididir mənim bu 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə