Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə101/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   96   97   98   99   100   101   102   103   104

 
347 
olsun. Mən 1946-cı ildə orta məktəbi medalla bitirmişəm. Elə o 
ili medalı bağrıma basaraq  pedaqoji instituta gəlib 1950-ci ildə  
dil və ədəbiyyat fakültəsini  qırmızı diplomla qurtarmışam.  Elə 
o ili professor Mikayıl Rəfili məni özünə aspirant götürmüşdür.  
Düz 72  ildir ki,  mən pedaqoji  məbədin divarları  arasındayam. 
İndi  89  yaşım  var.  Mən  institutda  tələbə,  aspirant,  dosent, 
professor  olmuşam.  Hazırda  əməkdar  elm  xadimiyəm.  30-dan 
artıq  kitabın,  200-dən  artıq  elmi-metodiki  əsərin  müəllifiyəm. 
Elimizə  14  folklorşünas  yetirmişəm.  Pedaqoji  məbəddə  illərlə 
dekan,  kafedra  müdiri,  müdafiə  şurasının  katibi,  sədr  müavini 
vəzifələrini daşımışam.  14 rektorla işləmişəm.  
Mən 1950-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedra-
sının  üzvü,  16  il  də  kafedranın  müdiri  olmuşam.  66  ildir  ki, 
xalqımızın  balalarına  mənəvi  sərvətimizin  sirlərini  öyrədirəm. 
Birdən ədalətsizcəsinə kafedranı mənim əlimdən aldılar, kafed-
ra çox ağır vəziyyətlərə düşdü və hələ də özünə gələ bilməyib. 
Hazırda mənim kafedramı keçmiş tələbəm idarə edir.  Bir gün 
o,  mənə  zəng  çaldı  ki,  sizi  yarım  ştata  keçiririk.  Əks  halda 
tamamilə  dərs  yükünüz  olmayacaq.  İndi  şəhərin  poliklinka-
larından  xəstəlik  kağızı  toplayıb  gətirin.  Məni  dəhşət  bürüdü. 
Nəhayət rektor ona icazə verməyib. Yenə başqa bir gün Hima-
lay  Qasımov  mənə  zəng  çaldı  ki,  sizə  dərs  çatışmır.  Təsəvvür 
edin  kafedrada  8  elmlər  doktoru  var.  Başda  müdir  Himalay 
Qasımov olmaqla  hamısı mənim tələbəm olub, həmin dərsləri 
əvvəlcə  onlara  mən  demişəm,  onları  mən  yetirmişəm,  indi 
onlara  dərs  çatır,  mənə  yox.  Nəhayət,  kafedra  müdiri,  dekan 
Buludxan  Xəlilov  birləşib  məni  əvvəlcə  auditoriyadan,  sonra 
da kafedradan çıxardılar, yerimə də bir qadını götürdülər. Məni 
də laboratoriyaya göndərdilər. Bir il orada işlədim. 
İnstitutumuza  yeni  rektor  göndərdilər.  Bu  institutda  mə-
nimlə  işləyən  15-ci  rektor  idi.  Professor  Cəfər  Cəfərov.  Mən 
ona bir məktub yazıb özümü ona təqdim elədim, səmimi təbrik-
lərimi çatdırdım. Xahiş elədim ki, mən bir il də laboratoriyada 
işləyim,  gələn  ili  çıxıb  gedəcəyəm.  Aylarla  cavab  ala  bilmə-


 
348 
dim,  telefon  danışığını  da  mənə  rəva  görmədi.  Bir  neçə  ay 
əmək  haqqı  da  vermədilər.  Bir  gün  xəbər  gəldi  ki,  əmək 
müqaviləsinə  qol  çəkmədiyim    üçün  səni  universitetdən  xaric 
eləmişik. Halbuki, müqavilə  haqda mənə heç xəbər verməmiş-
dilər. 72 il ömür qoyduğum, ürəyimi, vicdanımı fəda elədiyim 
böyük pedaqoji məbəddən  məni ədalətsizcəsinə, göz görə-görə 
qovdular (mən başqa ifadə işlədə bilmirəm). 
Çox  hörmətli  əzizimiz  və  mehrubanımız  Mehriban  xa-
nım,  mənim ömür  yoldaşımın 82  yaşı  var. Düz 58 ildir ki, bir 
yerdəyik. 45 ilin müəllimidir.  12 il Nərgiz xanım Paşayevanın 
kafedrasında  onunla  bir  yerdə  işləyib,  indi  evdədir,  yıxılıb 
ayağı sınıb  yatağa düşüb, əsəbidir, psixikası pozulub. Biz  indi 
köhnə, təmirsiz bir evdə faciəli bir ömür yaşayırıq. Hər yerdən 
əlimiz  üzülüb.  Sizdən  acizanə  surətdə  kömək  diləyirik.  Sizə 
böyük ümidlər bəsləyirik. İndi mən respublikamızın  və hər bir 
azərbaycanlının  prezidenti  olan  İlham  Əliyevdən,  şəxsən  Siz-
dən  xahiş edirəm ki, dünya şöhrətli dahi Heydər Əliyevin  adı-
na  olan  təqaüdə  layiq  biləsiniz.  Ömrümüzün  sonunda  bundan 
başqa təmənnamız yoxdur. 
 
  Paşa Əfəndiyev 
filologiya elmləri doktoru, professor, 
əməkdar elm xadimi 
Bakı şəhəri, Nizami küçəsi 98, mənzil 43  
 
 
 
 
 
 
 
 
 
                                         


 
349 
70 İL İNSTİTUT DİVARLARI ARASINDA
18
 
 
 
Əzizim Teymur müəllim. Dostluğumuzun, işgüzar müna-
sibətlərimizin  60  illik  tarixi  var.  Siz  görkəmli  ədəbiyyatşünas, 
böyük  jurnalistsiniz.  Mən  70  ildən  artıqdır  ki,  böyük  fəxrimiz 
olan pedaqoji məbədin divarları arasındayam. Həmin fəaliyyət 
illərində ibrətamiz məqamlar, anlar yaşamışam. Bunlar mənim 
taleyimdir.  İndi  88  yaşa  çatmışam,  ağır  xəstəyəm,  gözlərim 
görməyir. Həmin  ibrətamiz anları o biri dünyaya  apara bilmə-
rəm.  Teymur,  əzizim,  bu  yazımı  “Respublika”  qəzetində  çap 
edib oxuculara çatdırmanızı xahiş edirəm. Çünki bu yazımı bu 
dünya üçün yadigar qoyuram.  
 
                                            Hörmətlə, Paşa Əfəndiyev 
                                       professor, əməkdar elm xadimi 
 
 
 
Mən  1928-ci  ildə  Qax  rayonunun  İlisu  kəndində  xalq 
müəllimi ailəsində dünyaya göz açmışam.  Kəndimiz Azərbay-
canımıza  təxminən  250  ziyalı  bəxş  eləmişdir.  Bu  ziyalıların 
təhsilində, tərbiyəsində mərhum atam Əfəndiyev Şərif Müslüm 
oğlunun titanik əməyi olub. 1930-1940-cı illərdə İlisunun uşaq-
larını  Şərif  müəllim  öz  balaları  kimi  sevib  tərbiyə  eləmişdir. 
Şərif  müəllim  45  ilin  maarif  xadimi  idi.  45  il  Azərbaycan 
balalarına böyük rus xalqının dilini öyrətmişdir. Şərif müəllim 
əməkdar  müəllim  idi.  Lenin  ordeni,  Qırmızı  Əmək  Bayrağı 
ordenləri  və  medallarla  təltif  edilmişdi.  Mən  9-cu  sinfi  İlisu 
kəndində  1946-cı  ildə  qurtarmışam.  10-cu  sinfi  oxumaq  üçün 
isə  Qaxın  mərkəzinə,  nümunəvi  orta  məktəbə  gəlmişəm.  Mən 
yaxşı oxuduğum üçün qızıl medala namizəd idim. Elə bu vaxt 
bir  hadisə  oldu.  Moskvadan  nümayəndələr  gəlmişdi.  Moskva-
                                                
18
 Bu məqalə «Respublika” qəzetinin baş redaktoru T.Əhmədovun xahişi ilə 
yazılmışdı və həmin qəzetdə çap olunmalıydı. Lakin hansı səbəbdənsə 
məqalə çap olunmamışdır.  


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə