Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə99/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   96   97   98   99   100   101   102   103   104

 
341 
ağ  birçəyim!”  –  deyən  ana  oğluna  torpağımızı  düşmənlərdən 
azad etməyi tapşırır. Xalqımızın qəhrəmanlıq ənənələrinə sadiq 
qalmağı tövsiyə edir.  
Ana  cəbhəyə yola saldığı oğlunun dalınca su atır. Aydın-
lıq  rəmzi  kimi  şifahi  xalq  ədəbiyyatından  gələn  bu  ənənədən 
şair bacarıqla  faydalanmış, şeirin ümumi  məzmununa bir təra-
vət gətirmişdir: 
Günəş yaydı şöləsini Vətənin göylərindən, 
Ana baxdı öz oğluna, su da səpdi dalınca. 
“Partizan Babaş” şeiriyyəti, xəlqiliyi  və  ifadə  etdiyi  ide-
yanın orijinal xüsusiyyətlərinə görə seçilir. Əsərdə Koroğlu ilə 
bağlılıq çox təbii və təsirlidir: 
Sən deyirsən: “Qəlbimizdə Koroğlunun qanı vardır”. 
Mən deyirəm: “Bu namusla yaşayanlar bəxtiyardır”. 
Sən deyirsən: “Misri qılınc! Baş bir yana, leş bir yana”. 
...Mən deyirəm: “Qoy var olsun sinəndəki el ürəyi, 
Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi”. 
 
Qonağı  duz-çörəklə  qarşılamaq,  duz-çörəyə  and  içmək 
xalqımızın ən gözəl adər-ənənələrindəndir. Bu adət-ənənəni bir 
daha  şeirə  gətirən,  poetikləşdirən  S.Vurğun  onu  qoruyub  sax-
lamağı  hamının  borcu  hesab  edirdi.  Vətəndaşlıq  pafosunu, 
onun insanlara aşıladığı mərdlik xüsusiyyətlərini şair Azərbay-
can şifahi xalq yaradıcılığından əxz edib öyrənmişdir: 
Yaxın gəlmə qarı düşmən! 
Döyüşlərdə boy atdım mən, 
Ayaq basma torpağıma  
Od parıldar nəfəsimdən. 
Belə  odlu,  cəsarətli  misralar  adamlarda  qələbəyə  inam 
hissini  gücləndirir,  vətəndaşlıq  qeyrətini  alovlandırırdı.  Poezi-
yanın  əsgərlərin  həyatında  mühüm  rol  oynadığını  dərk  edən 
S.Vurğun müharibə dövrü məqalələrinin birində yazırdı: “Qəh-
rəmanlıq  və  poeziya  əkizdirlər.  Həqiqi  qəhrəmanlıq,  eyni  za-
manda  həqiqi  poeziyadır...  Bədii  söz  həmişə  xalq  bahadır-


 
342 
larının, qəhrəmanların, sərkərdələrin və bütün əsgərlərin əlində 
qüdrətli silah olmuşdur. Yaşasın qəhrəmanlıq və poeziya!”. 
S.Vurğun  yaxşı  bilirdi  ki,  əsgərlər  şeirə,  sənətə  məhəb-
bətlə yanaşır, onu özlərinin ikinci silahı kimi qəbul edir, sevə-
sevə  oxuyurlar.  Təsadüfi  deyil  ki,  akademik  M.Arif  o  zaman 
məqalələrinin  birində  yazırdı:  “Müharibə  oxucuların  ürəyini 
kövrəltmişdir.  Onlar  daha  həssas  olub,  lirik  şeirdən  ehtirasla 
yapışırdılar”. 
S.Vurğunun  müharibə  dövrü  poeziyasında  diqqəti  cəlb 
edən  cəhətlərdən  biri  də  xalqlar  dostluğu,  beynəlmiləlçilikdir. 
Şairin  bu  mövzuda  yazılmış  əsərləri  sırasında  “Ukrayna  parti-
zanları”  öz  xəlqiliyi  və  yüksək  şeiriyyəti  ilə  diqqəti  cəlb  edir. 
Şeir  S.Vurğun  yaradıcılığında  qələbəyə  inam  hissi  aşılayan, 
qüvvətli  vətəndaşlıq  duyğuları  ilə  səciyyələnən  ən  yaxşı  əsər 
kimi  bu gün də öz aktuallığını  saxlayır. Heç təsadüfi deyil ki, 
1979-cu  ildə  Azərbaycanda  Ukrayna ədəbiyyatı ongünlüyündə 
H.Ə.Əliyev yoldaş S.Vurğunun “Ukrayna partizanları” şeirinin 
bu  gün  də  müasir  səsləndiyini,  əhəmiyyətinin  azalmadığını 
qeyd etmişdir: “S.Vurğun öz şeirində Ukrayna xalqının əzəmə-
tini,  cəsurluq  və  mətinliyini,  azadlıqsevərliyini  obrazlı  şəkildə 
vəsf  etmiş,  faşizmlə  ölüm-dirim  mübarizəsində  Sovet  İttifaqı 
xalqlarının, o cümlədən Ukrayna xalqının davam gətirib qələbə 
çalacağına öz inamını bildirmişdir”. 
Müharibə  illərində  S.Vurğun  dəfələrlə  müxtəlif  cəbhə-
lərdə  olmuş,  əsərləri  ilə  döyüşçüləri  qələbəyə  ruhlandırmışdır. 
Döyüşçülər S.Vurğunun  hər bir əsərini  maraqla qarşılamış, ən 
çətin anlarda belə onun şeiri ilə qəlblərini isindirmişlər. Şairin 
“Azərbaycan”  şeirini  döyüşçülər  əzbərdən  bilir,  onu  nəğmə 
kimi  oxuyurdular.  Bu,  S.Vurğuna  elə  təsir  etmişdi  ki,  o  bu 
mövzuda  bir  şeir  yazmışdı.  1944-cü  ildə  yazılmış  “Mənə  belə 
söylədilər”  şeirini  şair  hərbi  xəstəxanada  ölüm  zamanı  “Azər-
baycan” şeirindən bir bəndi əzbər deməklə ömrünü başa vuran 
Vətən  övladlarından  birinin  xatirəsinə  həsr  etmişdir.  Vətənin 
azadlığı  uğrunda  canlarını  qurban  verən  igid  döyüşçülərin 


 
343 
qəlblərdə daim yaşayacağını şairin son misraları  bir daha sübut 
edir: 
Sən öldün ömrünün gənclik yaşında, 
Adın səadətlə yazıldı, sirdaş. 
İndi heykəlinin mərmər daşında  
Sənin son sözlərin yazılmış, qardaş:  
“El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən. 
Anam doğma vətənimsən, 
Ayrılarmı, könül candan? 
Azərbaycan! Azərbaycan!” 
S.Vurğunun  müharibə  dövrü  poeziyası  qəhrəmanlıq  
ənənələri  ilə  zəngindir.  Həm  də  bu  ənənələr  xalq  ədəbiy-
yatından  gəldiyi  üçün  daha  qiymətlidir.  Folklordan  təsirlənmə 
S.Vurğunun  müharibə  dövrü  poeziyasında  təbii  kimi  özünü 
göstərir,  xalq  ruhu  bu  şeirlərin  mayasını  təşkil  edir.  S.Vurğun 
istər  kiçik,  istərsə  də  iri  həcmli  əsərlərində  xalqın  bədii 
təfəkkürünü, düşüncə tərzini, döyüşkənliyini, vətənpərvərliyini 
saxlamağa müvəffəq olan qüdrətli sənətkarlardandır.  
 
                                                     Paşa Əfəndiyev 
                                filologiya elmləri doktoru, professor 
                                                    Lətif Süleymanov 
                              V.İ.Lenin adına APİ-nin Azərbaycan                        
                                  ədəbiyyatı tarixi kafedrasının dissertantı 
 
                       “Azərbaycan müəllimi” qəzeti,                    
17.VI.1986 
 
 
 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə