Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə104/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   96   97   98   99   100   101   102   103   104

 
356 
lor elmi haqqında belə bir monumental əsər yazılmamışdır. Bu 
kitab  Almaniyanın  Halle  şəhərinin  universitetinin  kitabxana-
sında  saxlanılır.  Mənim  fəxr  elədiyim,  qürur  hissi  keçirdiyim 
kitablarımdan biridir. 
Folklor  və  yazılı  ədəbiyyat  dünya  folklorşünaslığında 
ən  böyük  problemlərdən  biridir.  Bu  problem  mənim  yaradı-
cılığımda da xüsusi yer tutur. Nizami, Füzuli, M.P.Vaqif, M.F. 
Axundov,  C.Məmmədquluzadə,  M.Ə.Sabir,  A.Şaiq  kimi  məş-
hur  sənətkarlarımızın  xalq  yaradıcılığı  ilə  əlaqəsinə  xüsusi 
məqalələr  həsr  eləmişəm.  Sovetlər  məkanında  fəaliyyət  gös-
tərən Mehdi Hüseyn, Mikayıl Müşviq, Məmməd Rahim, Bəx-
tiyar Vahabzadə, Hüseyn Arif sənəti və folklor mövzusunda da 
tədqiqat aparmışam. İki böyük, dahi sənətkarlarımız C.Cabbarlı 
və  Səməd  Vurğun  yaradıcılığının  xalq  sənəti  ilə  bağlılığına 
monoqrafiyalar  həsr  eləmişəm  (“C.Cabbarlı  və  xalq  yaradıcı-
lığı”.  Bakı,  Yazıçı,  1985;  “S.Vurğun  və  xalq  yaradıcılığı”. 
Bakı, Yazıçı, 1992). 
Ulu Tanrı mənə yazmaq, axtarmaq, tədqiq eləmək, elmi 
nəticələrə  gəlmək  kimi  mahir  bir  istedad  bəxş  eləyib.  Mən 
ömrü  boyu  çap  elədiyim  kitabların  siyahısını  tutdum.  Hər  bir 
kitabın  nəşri  məni  o  dünyaya  aparıb  gətirmişdir.  Tənhalıq, 
kimsəsizlik, maddi ehtiyac, pul kasadlığı məni çox çətinliklərə 
salıb,  əziyyətlər  vermişdir.  Bütün  bunlara  baxmayaraq  mənim 
kitablarımın sayı 30-u keçmişdir. Fəxr elədiyim kitablardan biri 
də  dərsliyimdir.  Azərbaycan  folklorşünaslığı  tarixində  belə 
kitab  yazılmayıb.  İlk  böyük,  fundamental  dərslikdir.  Mən  isə 
yaşlanmışam,  xəstəyəm,  gözlərim  də  görmür,  maddi  imkanım 
da  yoxdur ki, bu  nadir dərsliyi təzədən çap eləyəm. 200 elmi-
metodik  məqalə  çap  eləmişəm.  11  elmlər  namizədi,  4  elmlər 
doktoru,  professor  hazırlamışam.  Bağrından  qopduğum,  quca-
ğında  boya-başa  çatdığım  filologiya  fakültəsinin  həm  qiyabi, 
həm  də  əyani  şöbələrində  illərlə  dekan  işləmişəm.  Filologiya 
fakültəsi  mənim  həyatım,  mənim  taleyimdir.  Fakültənin  adı 
çəkiləndə gözümün qabağına Səməd Vurğun, Mikayıl Müşviq, 


 
357 
Osman  Sarıvəlli,  Mirvarid  Dilbazi,  Həmid  Araslı,  İsmayıl 
Əfəndiyev, Əzəl Dəmirçizadə, Süleyman Rəhimov və başqaları 
gəlir. Bu məbədin divarları arasında adi tələbəlikdən Əməkdar 
elm xadimi kimi şərəfli bir ada qədər yüksəlmişəm.  
Afad Qurbanov rektor idi, bir gün məni çağırdı və dedi 
ki, Azərbaycan ədəbiyyatı tarixi kafedrasını sənə tapşıracağam. 
Beləliklə,  1983-cü  ilin  martında  institutun  böyük  soveti  məni 
kafedra  müdiri  seçdi.  Müdirlik  illərində  çox  gərgin  işlədim, 
çoxlu  problemlər  həll  etməli  oldum.  “Azərbaycan  ədəbiyyatı 
tarixi”  kafedrasının  əsasını  1921-ci  ildə  böyük  müəllim  və 
böyük  yazıçı  Abdulla  Şaiq  qoymuşdur.  Əli  Nazim,  Mikayıl 
Rəfili,  Feyzulla  Qasımzadə  vaxt-vaxt  bu  kafedraya  rəhbərlik 
etmişlər. 
İnstitutun  əsas  kafedralarından  birinin  müdiri  kimi 
fakültənin  bütün  elmi,  pedaqoji,  tərbiyəvi  işlərində  çox  fəal 
iştirak  etmişəm.  12  il  fakültə  sovetinin  elmi  katibi  işləmişəm. 
İllərlə  filologiya  fakültəsinin  tələbə  elmi  cəmiyyətinin  sədri 
olmuşam.  Hər  il  müntəzəm  olaraq  tələbə  elmi  cəmiyyətinin 
iclasını  keçirmişəm.  Tələbələr  kafedra  müəllimlərinin  rəhbər-
liyi ilə elmi işlərini – məruzələrini hazırlayırdılar. Mən kafedra 
müdiri  kimi  bir  neçə  gün  kafedrada  tələbələrin  məruzələrini 
dinləyir,  müzakirə, təhlillər  aparır,  seçilən  məruzələri  xüsusilə 
qiymətləndirirdim. 
Kafedrada  bütün  fənlərin  proqramları  təzələnmişdi, 
elmi-tədqiqat  işlərinin  səviyyəsi  yüksəlmişdi.  Gənc  elmi  kadr-
ların  hazırlanmasına  xüsusi  diqqət  yetirilmişdir.  Kafedrada  6 
professor fəaliyyət göstərirdi, onların rəhbərliyi  ilə namizədlik 
dissertasiyaları  hazırlanmışdı.  M.Allahmanlı,  R.Qafarlı, 
Q.Umudov,  Y.Babayev,  T.Cavadov,  E.Quliyev  namizədlik 
dissertasiyaları  müdafiə  etmişlər.  Səciyyəvidir  ki,  bu  gənclər 
hazırda doktorluq dissertasiyası da müdafiə eləmişlər. 
Afad  Qurbanov  rektor  idi,  mən  də  filologiya  fakül-
təsinin əyani şöbəsinin dekanı idim. Özümüz də böyük, istəkli 
pedaqoji  məbədimizin  60  illik  yubileyinə  hazırlaşırdıq.  Çox 


 
358 
gərgin işləyirdik. Qoy başqa fakültələrin rəhbərləri məni bağış-
lasınlar,  əsas  yük,  ağırlıq,  hazırlaşma,  qarşılanma  rektorluğun, 
bir  də  filologiya  fakültəsinin  öhdəsinə  düşmüşdü.  H.Əliyev 
instituta gəldi, bayram əhval-ruhiyyəsi yaratdı, bizi təbrik elədi. 
Yubiley  ərəfəsində  rektorluq,  fakültə  bir  sıra  ümumrespublika 
əhəmiyyətli tədbirlər həyata keçirirdi. Hələ tələbəlik illərindən 
yadımızda  qalıb  ki,  respublikanın  ədəbiyyatşünas  və  dilşünas 
ailmlərinin  əsərlərini  oxuyuruq,  özlərini  isə  görmürdük,  tanı-
mırdıq.  Yubiley  ərəfəsində  mən  görkəmli  alimlərin  tələbələrlə 
görüşlərini  qərara  aldım.  Fikrimi  rektor  Afad  Qurbanova  aç-
dım,  o  da  bəyəndi  və  kömək  gəstərəcəyinə  söz  verdi.  Akade-
mik  Həmid  Araslıdan  başladıq.  Onun  həyat  və  yaradıcılığı 
haqqında  məruzəni  mən  elədim.  Tələbələr  Həmid  müəllimə 
çoxlu suallar verdilər. Həmid müəllim belə bir epizod söylədi. 
Onu  Göyçay  rayonunun  kəndlərindən  birinə  müəllim  göndər-
mişdilər.  O,  sinifdə  şagirdlər  arasında  folkloru  toplamaq  üçün 
müsabiqə elan edir. Bir şagird xüsusilə seçilir. Həmid müəllim 
qolundan saatı çıxarıb o şagirdə bağışlayır. Mən bir dekan kimi 
fakültə  tələbələri  ilə  akademiklərdən  Məmmədcəfər  Cəfərov, 
Məmmədağa  Şirəliyev,  Əziz  Mirəhmədov,  Kamal  Talıbzadə, 
professorlardan  Əzizə  Cəfərzadə,  Zərifə  Budaqova,  Yaşar 
Qarayev  və  başqaları  ilə  görüşlərini  təşkil  elədim.  Tələbələr 
alimlərin  söhbətlərinə  qulaq  asır,  suallar  verir  və  razılıqlarını 
bildirirdilər.  Bir  dekan  kimi  mən  bu  fəaliyyətimi  fakültəyə 
hədiyyə hesab elədim. 
Yubiley  ərəfəsində  rektorluq  və  dekanlıq  bır  sıra 
respublika  əhəmiyyətli  tədbirlər  həyata  keçirmişdir.  Onlardan 
mən yalnız birini oxucularımıza çatdırmaq istəyirəm. Ən böyü-
yü və yadda qalanı “Azərbaycan ədəbiyyatı tarixi” fənninin ali 
məktəblərdə tədrisi və onu yaxşılaşdırmaq tədbirləri” haqqında 
respublika  əhəmiyyətli  elmi-praktik  konfrans  idi.  Konfransda 
respublikanın  bütün  ali  məktəblərinin  alim  və  pedaqoqları 
iştirak  edirdi.  Gəncə,  Naxçıvan,  Sumqayıt,  hələ  Xankəndində 
də pedaqoji institut fəaliyyət göstərirdi. Dövlət Universitetinin, 


 
359 
Milli  Elmlər  Akademiyasının,  Nizami  adına  Ədəbiyyat 
İnstitutunun elmi işçiləri də iştirak edirdi. Bəkir Nəbiyev, Paşa 
Əfəndiyev,  Bağır  Bağırov  (Gəncə)  plenar  iclasda  məruzə 
elədilər.  Mənim  mövzum  belə  idi:  “Azərbaycan  ədəbiyyatı 
tarixinin  ali  məktəblərdə  tədrisi  və  onu  yaxşılaşdırmaq  təd-
birləri  haqqında”.  Bir  neçə  gün  bir  neçə  şöbədə  ən  böyük  və 
dəyərli  məruzələr  dinlənildi.  Mən  sonra  bir  sıra  ən  yaxşı 
məruzələr  topladım,  redaktə  elədim  və  kitabça  şəklində  nəşr 
elədim.  Kitabın  adı  belə  idi:  “Azərbaycan  ədəbiyyatşünas-
lığının  aktual problemləri” (1988). Kitabda  A.Qurbanovun, B. 
Nəbiyevin,  Ş.Mikayılovun,  N.Xudiyevin,  T.Xalisbəylinin,  X. 
Məmmədovun,  Ş.Cəmşidovun,  B.Muradovun,  P.Əfəndiyevin, 
Y.Axundovun,  C.Əhmədovun,  Ə.Səfərlinin  məruzələri  çap 
olunmuşdur.  
Azərbaycan şifahi xalq ədəbiyyatının toplanması, nəşri, 
tədqiqatı və tədrisində mənim şəxsən ən böyük xidmətlərindən 
biri  də  respublika  üzrə  ilk  dəfə  geniş  şəkildə  pedaqoji 
institutlarda  folklordan  çöl  praktikasının  həyata  keçirilmə-
sindən  ibarət olmuşdur. Folklorun  məqsədyönlü toplanmasına, 
onun  bir  xalq  sənəti  kimi  kəşf  edilməsindən  sonra  başla-
nmışdır. Bu da dünya  miqyasında XVIII əsrin sonları  və XIX 
əsrin  əvvəllərinə  aiddir.  Humanitar  ali  məktəblərin  birinci 
kursun  da  folklor  və  onun  nəzəri  məsələləri  tədris  olunur. 
Sonra  folklorun  qaynaqlarda  necə  meydana  gəlməsi,  necə  ifa 
edilməsi məsələləri məhz çöl praktikası zamanı həyata keçirilir. 
Keşmiş  sovetlər  məkanında  çox  əvvəllərdən  universitetlərin 
tədris planlarında  folklor praktikası olub. Ancaq  1978-ci  ildən 
sonra  bu  praktika  sovetlər  məkanında  pedaqoji  institutların  da 
tədris  planına  daxil  edilmişdir.  Praktika  gəlib  bizim  instituta 
çıxdı.  Dekan  və  kafedra  müdirləri  nə  eləmək,  necə  eləmək 
haqqında  çox  fikirləşdilər.  Nəhayət,  praktika  bir  professional 
folklorşünas  kimi  mənə  həvalə  edildi.  Əvvəlcə  15  makina 
yazısında bir vəsait hazırlayıb rəhbər müəllimlərə payladım. İlk 
dəfə  Bakının  kəndlərinə  getdik.  Mən  folkloru  necə  toplamaq, 


 
360 
saxlamaq  metodikasına aid  iki kitab çap elədim (1981, 1991). 
Bunlardan  respublikanın  bütün  institutlarında  bəhrələndilər. 
Tələbələrimiz  ikinci  ildən  başlayaraq  Azərbaycanın,  Gürcüs-
tanın rayon və kəndlərinə praktikaya getməyə başladılar. Hətta 
bir  ili  bir  qrupumuz  Ermənistanın  azərbaycanlılar  yaşayan 
rayonlarına  da  praktikaya  getmişdilər.  Sonra  nankor  qonşula-
rımız yolları bağladılar. Mən kafedra müdiri kimi hər il birinci 
kurs  tələbələrini  qruplara  bölür,  hər  qrupa  müəllim  təyin  edir 
və  rektorun  əmrini  hazırlayırdım.  Beləliklə,  tələbələrimiz 
Quba-Xaçmaz zonasına, Dərbəndə, Şəkiyə, Şamaxıya praktika-
ya  getmişlər.  Kafedranın  müəllimləri  T.Xalisbəyli,  M.Həki-
mov,  H.Qasımov,  M.Allahmanlı,  R.Qafarov,  Q.Umudov  Gür-
cüstanda,  Qazaxda,  Ağstafada,  Tovuzda  olmuşlar.  Respublika 
üzrə pedaqoji institutda çox uğurla folklor praktikasının keçiril-
məsi folklora olan marağı daha da artırdı. Hətta vaxtilə folklor 
praktikasında  fəal  iştirak eləyən  məzunlar  məktəblərdə  folklor 
guşələri,  kabinələri,  hətta  muzeyləri  də  təşkil  edirdilər.  Bu 
fəaliyyətimlə mən fəxr eləyirəm. 
Mənə dedilər ki, səni  Cəmil  müəllim  axtarır. Görkəmli 
yazıçı və jurnalist Cəmil Əlibəyov o zaman radio və televiziya 
verilişləri  idarəsində  müavin  işləyirdi.  Getdim,  görüşdük.  Cə-
mil  müəllim  hələ  “Azərbaycan  gəncləri”  qəzetində  redaktor 
işləyəndə  mənim  bir  neçə  məqaləmi  çap  eləmişdi.  Cəmil 
müəllim  dedi  ki,  mən  neçə  aydır  eşidirəm  ki,  burada  xalq 
ədəbiyyatı  ilə  bağlı  bir  veriliş  açmaq  istəyirlər.  Ancaq  açılmır 
ki, açılmır: “Bulaq”, “Çeşmə”, “Qaynaq”. Paşa müəllim, gəlin 
sizinlə bu verilişi açaq. Açsaq, davam eləyək. Siz 15 dəqiqəlik 
bir veriliş yazıb gətirin. Özü də Vətən, torpaq haqqında olsun. 
Mən verilişi hazırlayıb gətirdim. Cəmil müəllim bəyəndi, dedi 
ki,  adını  belə  qoyaq:  “Xalq  yaradıcılığı  bulağı”.  Üstünə  də 
yazdı  ki,  1970-ci  ilin  noyabrın  22-də  veriliş  efirə  gedəcək. 
“Bulaq”  açıldı,  çox  uğurla  səsləndi.  Mən  şəxsən  düz  7  ay  bu 
verilişi  təkbaşına  aparmışam.  Xalq  ədəbiyyatımızın  ən  gözəl, 


 
361 
şirin,  dadlı-düzlu  nümunələri  ilə  dinləyiciləri  tanış  elədim. 
Həmin “Bulaq” indi də həvəslə dinləyicilərin ruhunu oxşayır. 
Bir neçə ildir ki, “Azərbaycan ədəbiyyatı tarixi” kafed-
rasında fəaliyyət göstərirəm. Kafedra müdiri akademik Feyzul-
la Qasımzadədir. Biz ona Mirzə deyirik. O, bir gün məni yanı-
na  çağırıb  dedi  ki,  gələn  il  üçün  elmi-tədqiqat  işinin  mövzu-
sunu  deyim.  “Molla  Cümənin  yaradıcılığını  öyrənmək  istəyi-
rəm”  dedim.  Mirzə  elə  o  saat  dedi:  Paşa,  əvvəlcə  onun  şeir-
lərini toplamaq lazımdır, sonra da tədqiq eləmək. Bu mülahizə 
məni çox düşündürdü. İnstitutumuzun rektoru, professor Meh-
dixan Vəkilov  idi. Elmi  işlər  üzrə prorektor isə görkəmli  fizik 
alim  professor  Abasqulu  Abbaszadə  idi.  Hər  ikisi  tədbirimi 
bəyəndilər.  Beləliklə,  mən  1961-ci  ilin  oktyabrın  birindən 
Molla Cümənin vətəninə fərdi ekspedisiyaya yollandım. Bir ay 
Şəki və Balakən rayonları arasındakı kəndləri qarış-qarış dolaş-
dım,  çoxlu  rəvayətlər  yazdım,  şeirlər  topladım.  İkinci  il  yenə 
ekspedisiyanı təkrar elədim. 4 əlyazması  ilə qayıtdım. Materi-
allar,  əlyazmaları  üstündə  düz  30-40  il  işlədim.  1966-1995-ci 
illər arasında ilk dəfə aşığın 5 kitabını hətta  rus dilində də çap 
elədim.  Uzun  illər  çalışaraq  aşığın  böyük  külliyatını  hazırla-
dım.  41  müəllif  vərəqi  həcmində  olan  bu  külliyat  prezident 
İlham Əliyevin sərəncamı ilə prezident adminstrasiyası tərəfin-
dən  25  min  nüsxə  ilə  çap  edilərək  Azərbaycanın  bütün 
kitabxanalarına hədiyyə verilmişdir. Hazırda bu külliyat Alma-
niyanın  Halle  şəhərinin  universitet  kitabxanasında  saxlanılır. 
Mən  fəxr  edirəm  ki,  ömrü  faciə  ilə  başa  çatan  bu  böyük 
sənətkarın  zəngin  yaradıcılığına  ikinci  həyat  vermişəm.  Apar-
dığım  tədqiqatlarla  həm  Azərbaycan  aşıq  sənətinin  böyük 
dirəklərindən  olan  Molla  Cüməyə,  həm  də  özümə  heykəl 
qoymuşam. 
Böyük,  müqəddəs,  iftixarımız  olan  pedaqoji  məbəddə 
fəaliyyətim  dövründə  düz  14  rektorla  işləmişəm.  Mənim  ilk 
rektorum bütün Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru olan 


 
362 
Əhməd  Seyidov  olub.  Oxuculara  böyük  hörmət  və  ehtiram 
bəslədiyim rektorlarımı təqdim edirəm: 
Əhməd Seyidov 
Cəfər Xəndan Hacıyev  
Mehdi Mehdizadə 
Həmid Qədirov 
Cəbrayıl Ələsgərov 
Mehdixan Vəkilov 
Mehdi Əliyev 
Şövqi Ağayev 
Haşım Ağayev 
Afad Qurbanov 
Sərvər Aslanov 
Nizami Xudiyev 
Bəhlul Ağayev 
Yusif Məmmədov 
Rektorlarım  Azərbaycan  xalqının  elmini,  mədəniyyə-
tini,  təhsilini,  ədəbiyyatını,  pedaqogikasını  yaradıb  inkişaf  et-
dirmiş  böyük  şəxsiyyətlərdir.  Mən  böyük  iftixarla,  qürurla 
onlarla  işlədiyim  üçün  özümü  xoşbəxt  hiss  edirəm.  Bütün 
rektorlarımın  hörmətini,  izzətini  qazanmışam.  Mənə  institutda 
hər daim ən çətin, ən ağır və şərəfli işlər tapşırılıb, onları canla-
başla,  şərəflə,  ürəklə  yerinə  yetirmişəm.  Məhz  rektorlarımın 
qayğısı,  hörməti,  məsləhəti  ilə  dəfələrlə  məbədimizdə  filolo-
giya fakültəsinin həm əyani, həm də qiyabi şöbələrində dekan, 
16  il  kafedra  müdiri,  “Dədə  Qorqud  elmi-tədqiqat  laborato-
riyası”nın müdiri, Müdafiə Şurasının elmi katibi, sədr müavini 
və  başqa  vəzifələrdə  işləmişəm.  11  elmlər  namizədi,  4  elmlər 
doktoru yetişdirmişəm. 
Folklor  anamın  südü  ilə  qanıma  daxil  olub.  Allahdan 
vergi  almış  doğma  xalqımın  dimağından  süzülmüş  mənəvi 
sərvətlər  ömrüm  boyu  daxilən  məni  təlatümə  gətirmişdir. 
Milyon  illərdən  bəri  yaranmış  folklor  nümunələri  haqqında 
elmimizin düz 2 əsrlik tarixi var. Bu elmi əsrlər uzunu yüzlərlə 


 
363 
insanlar  yaratmışlar.  Mən  şəxsən  F.Köçərli,  R.Əfəndiyev, 
Salman  Mümtaz,  Hənəfi  Zeynallı,  Əmin  Abid,  Yusif  Vəzir 
Çəmənzəminlinin  böyük  və  müqəddəs  ənənələri  üzərində  pər-
vəriş  tapmışam.  Professor  M.Rəfilinin  tələbəsi  kimi  Azərbay-
can ədəbiyyatı tarixi kafedrasının müdiri kimi respublikamızın 
böyük  folklorşünaslarının  ənənələrini  qorumuş,  əzizləmiş,  bir 
az da olsa zənginləşdirmiş  və  yaşatmışam. Beləliklə, respubli-
kamızın  ən  böyük,  ağsaqqal  folklorşünası  kimi  yüksəlmişəm. 
Hazırda respublikamızın baş folklorşünasıyam. Oxucular məni 
bağışlasınlar,  bütün  məsuliyyətimlə  deyirəm,  folklor  haqqında 
2 əsrlik elmimizə məni qədər məhsul verən olmayıb. Təbii mən 
əsərlərin  sayı  miqdarına  görə  deyil,  məhz  elmi,  təcrübi,  tarixi 
əhəmiyyətinə  görə  titanik  işlər  görmüşəm.  Bu,  mənim  son 
movizəmdir.  Bunu  bu  dünyada  öz  adımdan  yadigar  qoyub  o 
biri  dünyaya  köçürəm.  Xalqımın  yanında  üzüm  ağ,  alnım  da 
açıqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 


PAŞA  ƏFƏNDİYEV 
MOLLA CÜMƏ 
(həyatı və yaradıcılığı) 
 
Nəşriyyatın direktoru: f.ü.e.d. Xanlar Həsənli 
Nəşriyyat redaktoru: Alparslan Öztürk 
Kompyuter dizayneri: Emin Əsgərov 
Formatı: 60

84

1/16, əla növ kağız, Sifariş: 65, Tiraj: 500 ədəd.
"Ləman nəşriyyat poliqrafiya" MMC də çap edilmişdir.
Yığılmağa verilmişdir: 01.05.2017
Çapa imzalanmışdır: 06.06.2017

Document Outline

  • Page 1

Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə