Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə103/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   96   97   98   99   100   101   102   103   104

 
353 
yaratmışam.  Bu  kursların  da  ilk  dəfə  respublikamızda  tədris 
proqramını  hazırlayıb  bir  neçə  dəfə  çap  eləmişəm.  Bu  da 
mənim  elmi,  ədəbi,  mədəni,  pedaqoji  fəaliyyətimin  ikinci  bö-
yük qələbəsi idi. İndi qalırdı folklordan ali məktəblər üçün ilk 
dərsliyin hazırlanıb tələbələrin ixtiyarına verilməsi. Buna da bir 
neçə il sərf elədim. Nəhayət, 1970-ci ildə respublikamızın tari-
xində  ali  məktəblər  üçün  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı” 
adlı dərsliyin ilk nəşrini həyata keçirdim. Bu, böyük bir hadisə 
idi. Bununla mən respublikada folklorun tədrisini təşkil elədim 
və necə deyərlər, üçüncü qələbəni qazandım. Bununla mən indi 
də fəxr edirəm, qürur hissi keçirirəm. 
“Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  dərsliyi  tezliklə 
respublikada  böyük  əks-səda  yaratdı.  Tələbələr,  aspirantlar, 
magistrlər,  ümumtəhsil  məktəb  müəllimləri  dərslikdən  uğurla 
istifadə  eləməyə  başladılar.  Mən  dərsliyimi  hər  dəfə  yenidən 
işləmək,  təkmilləşdirməklə  bir  neçə  il  çap  eləyib  xalqımızın 
balalarına çatdırırdım (1981, 1992, 2006, 2010 və s.). Hazırda 
dərsliyin  sorağı  Urmiyadan,  Türkiyədən,  Kiprdən  gəlir.  Yenə 
də  dərsliyi  çap  eləyib  tələbələrə  çatdırmaq  lazımdır.  Ancaq 
mənim  həm  səhhətim,  həm  də  maddi  vəziyyətim  ona  yol 
vermir. 
Ali  məktəb  müəllimi  həm  alimdir,  həm  də  pedaqoq. 
Müəllim əgər sözün həqiqi mənasında alim olmasa, onun uğur 
qazanması qeyri-mümkündür. Hətta müəllimliyi də bir müddət-
dən sonra sönüb gedəcək. O, bir  müəllim kimi tələbələrin gö-
zündən də düşəcək. 
Təbii  vaxt  gəlmişdi.  Mən  doktorluq  dissertasiyası  haq-
qında düşünməli idim. Onsuz da kitablarım, məqalələrim mün-
təzəm olaraq çap olunurdu. 
Mən  həm  müəllim,  həm də aliməm.  Mən dəniz,  okean 
kimi  təlatümə  gətirilən  milli  folklorumuzun  xəzinəsinə  daxil 
olmuşam. Hələ ilk aspirantlıq dövründə kitabxanada işləyərkən 
ürək  yanğısı  ilə  folklorumuza  biganə  münasibət  gördüm. 
“Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  nəşri  haqqında”  adlı 


 
354 
böyük  bir  məqalə  yazdım.  Milli  folklorumuzun  ağır  vəziyyəti 
haqqında həyəcan təbili çaldım. “Ədəbiyyat qəzeti” məqalənin 
əsas  hissəsini  çap  eləyib  elmi  ictimaiyyətimizə  çatdırdı.  Mən 
sonralar  hiss  elədim  ki,  bu  məqalə  folklor  elmimizin  ümumi 
vəziyyəti  haqqında  gələcəkdə  yazacağım  böyük  və  monume-
ntal  bir  işin  başlanğıcı  idi.  Beləliklə,  folklor  elmimizin  tarixi 
məni  özümə  cəlb  eləməyə  başladı.  Bu  isə  çox  böyük  əmək, 
məsuliyyət  tələb  edirdi.  Bizim  folklor  tariximizdə  bu  işin 
öhdəsindən yalnız Hənəfi Zeynallı gələ bilərdi. Ancaq o, 1930-
cu  illərdə  repressiyaya  uğramışdı.  Qoy  oxucular  məni  qeyri-
təvazökarlıqda  qınamasınlar,  indiki  dövrdə  yalnız  mən  bu 
problemi  araya-ərsəyə  gətirə  bilərdim.  Əvvəlcə  düşündüm  ki, 
yalnız  sovet  dövrünü  tədqiq  eləyim,  düşündüm,  mənbələrə 
baxdım,  müqayisələr  apardım,  gördüm  ki,  folklor  elmimizi 
kökdən  ayırmaq  olmaz.  Folklor  milyon  illərin  məhsuludur. 
Onun  toplanması,  nəşri,  öyrənilməsi  son  dövr  əsrlərin  məhsu-
ludur. Azərbaycan folklor elmi çox qədim, zəngin, ağır bir yol 
keçir. Burada qədim əlyazmaları, cünglər, mətbuat (üç əlifbada 
-  ərəb,  latın,  rus),  saysız-hesabsız  qaynaqlar  mövcuddur.  Bu 
elmi iki əsr müddətində yüzlərlə həvəskarlar, tarixçilər, xanən-
dələr, şairlər yazıb yaratmış, zənginləşdirmişdi. Bunların hamı-
sını toplamaq, təhlildən keçirmək, ümumi folklor elmini forma-
laşdırmaq lazımdır. Mənə qədər folklor haqqında elmimizə heç 
kəs  əl  vurmayıb.  Bir  də  ona  görə  ki,  bu  böyük,  ağır,  həm  də 
şərəfli  işin  öhdəsindən  gələ  bilmək  məsuliyyətini  götürmək 
üçün  istedad, professionallıq, əmək, səbr sahibi  lazımdır. Mən 
şəxsən  ömrümün  20  ilini  bu  böyük,  şərəfli  vəzifənin  öhdəsin-
dən gəlməyə sərf elədim. İlahi, bəzən çox gərgin, çətin, məsul 
problemlərlə  qarşılaşır,  yorulur  və  öz-özümə  deyirdim  ki,  bu 
işlərin öhdəsindən gəlmək yalnız mənəmi nəsib olub. İstədiyin 
qədər  mövzular  var,  birini  seç  işlə.  Yenə  özümə  təsəlli  verir, 
Ulu  Tanrıdan  güc,  qüvvət  diləyərək,  doğma  folklorşünaslı-
ğımızı  işləyirdim.  Ondan  üzülmək  istəmirdim.  Ömrümün  20 
ilini  sərf  eləyərək  böyük,  fundamental  doktorluq  disserta-


 
355 
siyasını  başa  çatdırdım.  İki  əsrlik  tarixi  olan  Azərbaycan 
folklorşünaslığında  indiyədək  belə  böyük  əsər  yazılmamışdı. 
Dissertasiyanı  əvvəlcə  məşhur,  görkəmli  Azərbaycan  alimləri 
qarşısında  uğurla  müdafiə  elədim.  Müdafiə  zamanı  məşhur 
alimimiz  professor  Abbas  Zamanovun  aşağıdakı  sözlərini  heç 
vaxt  unuda  bilmirəm.  “Paşa  Əfəndiyev  ədəbiyyat  tariximizin 
indiyə  qədər  əkilməmiş,  becərilməmiş  xam  torpağının  bir 
hissəsini  əkmiş  və  becərmişdir.  ...əməksevərliyin  sayəsində 
belə  dəyərli  əsər  yaranıb.  Əgər  oturmağı  bacarırsansa,  alim 
olacaqsan.”  
Paşa  Əfəndiyevin  dissertasiyasının  sorağı  gedib  Mos-
kvada  Ali  Attestasiya  Komissiyasına  çıxdı.  Əlbəttə  əsərin 
sahibi  mən  idim.  Hələ  alnımdakı  tər  qurumamışdı.  Hər  kəsə  
hər  yerdə  cavab  verməyə  hazır  idim.  368  səhifəlik  doktorluq 
dissertasiyasının  hər  bir  səhifəsindən  azərbaycanlı  balası  boy-
lanırdı.  Moskvada  öz  tələbkarlığı  ilə  seçilən  ekspert  soveti 
dissertasiyamı  müzakirə elədi. Müdafiə Şurasının sədri, dünya 
şöhrətli  alim,  Lenin  mükafatı  laureatı  F.P.Filin  prezidiumdan 
düşüb əlini çiynimə qoydu və razılığını bildirdi. Oxucum məni 
bağışlasın,  xoş  təriflər  eşitdim.  Müdafiə  Şurasının  ünvanına 
Moskva  Dövlət  Universitetinin  professoru,  dünya  şöhrətli  tür-
koloq  alim  Xalıq  Hüseyn  oğlu  Koroğlu  göndərdiyi  rəydə 
yazırdı:  “P.Ş.Əfəndiyefin  əsəri,  şübhəsiz,  folklor  haqqında 
Azərbaycan elminə yeni bir hədiyyədir. Əsərdə ilk dəfə olaraq 
Azərbaycan  folklorşünaslığına  aid  bir  çox  ayrı-ayrı  və  pəra-
kəndə  materiallar  tənqidi  süzgəcdən  keçirilir.  Müəllifin  nəzəri 
müddəaları əsaslandırıcıdır və elmə gətirilən zəngin materiallar 
ilk dəfə təhlildən keçirilir. 
Monoqrafiya  Azərbaycan  folklorşünaslığının  gələcək 
inkişafı üçün təcrübi əhəmiyyət kəsb edir. Bu nəticələr müəllifə 
filologiya  elmləri  doktoru  elmi  dərəcəsini  almaq  üçün  əsas 
verir.” 
“Azərbaycan  folklorşünaslığının  tarixi”  əsərimi  ayrıca 
çap eləmişəm (2006). Mənə belə gəlir ki, türk dünyasında folk-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə