Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə94/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   90   91   92   93   94   95   96   97   ...   104

 
321 
 
Tərəf-tərəfə  düşür,  ev  yandırır,  tayalar  odlayır,  adam 
öldürür, qan ədavəti aparırdılar. 
 
Haşsuflu-çökəkli,  Məhyəddinşağa  və  Məsimşağa  ara-
sında ən qüvvətli düşmənçilik mübarizəsi gedirdi. 
 
O vaxtlar Göynük kimi kənddən kənara – aran kəndlərə 
yalnız şükəst qızlar köçürülürdü. 
 
Ərəb,  fars, türk  dillərini  kamil  bilən  19-20  yaşlı  Cümə 
kimi ağıllı bir gənc, yoxsul bir gənc “Mötəbər” bir mollanın, - 
din xadiminin qızına açıq Şəkildə məhəbbətini elan edə bilməz-
di, bilsə  belə,  yenə də o vaxt Göynükdən kənara  o, qız çıxara 
bilməzdi. 
 
Özü də İsmini Pünhan tutduğu gözəl bir qızı!... Cüməni 
hər gün öldürərdilər. Belə bir mürəkkəb şəraitdən yalnız Cümə 
kimi ağıllı, bacarıqlı, tədbirli bir gənc baş çıxara bilərdi. Cüma 
də  belə  hərəkət  etmişdir.  İsmi  Pünhanla  şərtləşmiş,  əhd-
peyman  bağlamış,  ölənəcək  bu  ad  altında  gizli  görüşmüş,  öz 
eşqlərinə sadiq qalmışdılar. 
 
İsmi  Pünhanın  eşq  piyaləsini  Qoca  Xızır  Cüməyə  içir-
məsi haqqında və Cümə ilə bağlı başqa rəvayətlər də vardır. Bu 
rəvayətlər  Cümənin  İsmi  Pünhanla  bağlı  şeirlərinə  əsasən 
söylənmişdir. 
 
Cümə  yaradıcılığının  ilk  dövrü  İsmi  Pünhanla  bağlı 
dövrüdür. Bu dövr yaradıcılığında Cümə yüzdən artıq şeirində 
ya açıq şəkildə, ya da işarə etmək yolu ilə İsmi Pünhana şeirlər 
həsr etmişdir. 
 
Cümənin  aşağıda  adlarını  çəkəcəyim  şeirlərindən  mə-
lum  olur  ki,  o,  tez-tez  İsmi  Pünhanla  görüşmüş,  biri  o  birinin 
yanına gizli şəraitdə gedib gəlirmiş, dərdləşir, hal-əhval alırlar-
mış. 
 
İsmi  Pünhanının  ölümü  bir  müddət  sevən  aşığı  lirik 
şeirlər  yazmaqdan  soyutmuşdur.  Bu  səbəbli  “İsa  dəllək”, 
“Dəllək  Salam”,  “Axsaq  Laçın”,  “Bilal”,  “Molla”,  “Hərbə-
zorba”,  “Hünü”,  “Sərçələr”  kimi  satirik  həcvlərini; 
“Göynüyün”,  “Deyim”,  “Dünyanı”,  “Dünya”,  “Aşıqlıq”,  “Ay 


 
322 
arvad” kimi ictimai-siyasi mənalı şeirlərini yazmışdır. Bu dövr-
də  Cümə  evlənmiş,  ailə  qurmuş,  sevimli  şagirdlərinə  aşıqlıq 
sənətinin  sirlərini  öyrətmişdir  ki,  bu  da  Cümə  yaradıcılığının 
ikinci dövrünü təşkil edir. 
Cümə yaradıcılığının üçüncü dövrü daha mənalıdır. Bu dövrdə 
bir  aşıq  kimi  yetişən  Cümə,  Car,  Şəki  və  başqa  mahalları 
gəzmiş, məclislər keçirmiş, məclislər keçirdiyi mahallarda yüz-
lərlə  gözəl  qızlar,  gəlinlər  görmüş,  onlara  insani  məhəbbət 
bəsləmişdir. Necə deyərlər onun qəlbində yenidən İsmi Pünhan 
məhəbbəti baş qaldırmışdır. Zeynəb, Əminət, Tükəzban, Leyla, 
Reyhan,  Gülzar,  Fətmət,  Gülsənəm,  Nigar,  Asyat,  Dursun  və 
başqa  onlarca  el  qızlarının,  gəlinlərinin  insani  gözəlliklərini 
tərənnüm etmişdir. 
“Dilbər”,  “Nigar”,  “Of  Nigar”,  “Gəlin”,  “Oynayır”, 
“Pəri”,  “Asıbdır”,  “Nigarın”  kimi  oynaq  ruhlu  şeirləri  buna 
misal ola bilər. 
Vətənini, elini hərarətli qəlblə  sevib  yad edən aşıq  xəstə 
olarkən “Ağlasın” qoşmasını yazaraq öz həsrətini bildirmişdir. 
“Asıbdır” qoşmasında  isə özünə olan ümumxalq məhəb-
bətini tərənnüm etmişdir. 
Cümə  İsmi  Pünhanı  mədrəsədə  oxuyarkən  sevmişdir. 
İsmi  Pünhanı  mədrəsədə  oxuyarkən  sevmişdir.  İsmi  Pünhanın 
Göynükdən olduğunu isə biz Cümənin öz şeirlərindən görürük.  
     
                   “Eylər” şeirində yazır: 
 
Fələk məni döndəribdir Məcnuna, 
İnsan salmaz insanı bu zuluma, 
Göynüyün ətrafını Molla Cümə, 
Hər gün dörd yolla ziyarət edir... 
 
“Göynüyün  ətrafını  dörd  yolla  ziyarət  edən”  aşıq 
“Göynüyü”  müxəmməsində  “Güynük”  mədrəsəsini  sel  apar-


 
323 
masından  bəhs  edərək  Şin  çayının  gətirdiyi  fəlakəti  sadalayır. 
Müxəmməsin bir bəndində deyir: 
... Min evin mədrəsəsin 
Sel aparıb etdi xarab, 
Əlli, altmış ayna-qapı 
Yer altında verdi cavab. 
Bu ərzi – hal yazılsa 
Heç götürməz dəftər-kitab, 
Bizə gələn yıxıntıya 
Heç bir insan çəkməz hesabını, 
O, ərşi asman Göynüyü... 
“Du  beyti  misalı”  qoşmasından  və  “Baxış  və  Leyli 
Xanım”  dastanından  çıxan  nəticə  belədir  ki,  İsmi  Pünhan 
mötəbər bir din xadiminin qızıdır. Cümə İsmi Pünhanı mədrə-
sədə  oxuyarkən  sevmişdir.  İsmi  Pünhan  təhsilini  Baş  Göynük  
mədrəsəsində almışdır. Demək, yuxarıda dediyimiz kimi Molla 
Cümə  da  təhsilini  Aşağı  Göynükdə  deyil,  Baş  Göynükdə 
almışdır.  
İslam dininin saz çalmağı qadağan etdiyi, aşıqlığı haram 
sandığı,  dinə  zidd  olduğunu  irəli  sürdüyü  və  qanlı  –  qadalı 
toqquşmalarla  dolu  olan  bir  kənddə  açıq  məhəbbətdən  danış-
maq olmazdı. Cümə kimi açıqgöz, ağıllı bir gənc belə bir mü-
rəkkəb  şəraitdə  öz  məşuqəsinin  adını  gizli,  pünhan  saxlaya 
bilərdi. Məhz buna görə də Cümə da belə etmişdir. 
Bu  baxımdan  onun  30  bənddən  ibarət  olan  “Dubeyti” 
misalı qoşması da çox xarakterikdir. 
İsmi Pünhanı atası tərəfindən istəmədiyi bir adama zorla 
ərə verdikdən sonra eşidir ki, Cümə Baş Göynükdədir. Məclis 
keçirəcəkdir.  (O,  vaxt  məclis  keçirilərkən  arvadlar  da  başı 
örtülü gəlib ya məclisin arxasında, ya da qonşu evdə, yaxud da 
ayaq  üstə  dayanıb  qapının  ağzında  aşığa  qulaq  asa  bilərdilər). 
İsmi  Pünhan  başı  örtülü  arvadlara  qoşulub  məclisə  gəlir. 
Məclisin arxasında keçib oturur. Bu Cümənin gözündən yayın-
mır.  Qəlbi  təlatümə  gəlir.  İsmi  Pünhan  isə  qəlbində  quş tutur. 


 
324 
Qəlbində  qoy-götür  edir  ki,  həqiqətən  Cümə  yenə  də  məni 
sevirsə,  əvvəlki  məhəbbəti  sönməyibsə,  ürəyimdə  tutduğu  qu-
şun adını söyləyəcəkdir. 
Bu  belə  də  olur.  Cümə  məclisdə  otuz  bəndlik  şeir 
söyləyir. “Mahişə, alabaxta, qarattoyuq, şarmaq pimbiş, göyər-
çin,  qırqovul,  qaranqac,  şamağa,  leylək,  ördək,  bəzgək  sərvi, 
dovdaq, cif-cif, cundu, qaz, igid oğlan, bülbül, qurquru, kəklik, 
qu-qu” kimi quşların adınl sadalayır. Bağlamasında: 
Molla Cümə mərd oğludur, 
Sinəsi eşqə dağlıdır 
Zəndimi sən itirdin, 
Yapalaqdan nə bağlıdır... 
-deyərək  məclisə  yekun  vurur.  İsmi  Pünhanın  ərini  yapalağa, 
özünü  sinəsi  eşqdən  dağlanmış  mərd  oğluna  oxşadır.  Məclis 
dağılarkən  İsmi  Pünhanın  razı  qalıb  gözlərindən  gülgüyü 
Cümənn gözlərindən yenə də yayınmır. Cümə məclis keçirdiyi 
evdə gecələyir. Hər ikisinin bu pünhan görüşü qəlblərinə təsəlli 
verir. Razı qalırlar.  
Molla  Cümənin  İsmi  Pünhanla  sevişməsini  bir  növ 
xatırladan  ən  böyük  əsəri  “Baxış  bəy  və  Leyli”  xanım  das-
tanıdır. 
Rəvayətlərin  biri  Cümə  ilə  İsmi  Pünhanın  mədrəsədə 
sevişməsi,  Cüməyə  müdrik  qoca  Xızır  Nəbinin  eşq  piyaləsi 
içirtməsi, Şeyxin dalınca adam qaçırılması, şeyxin gəlib  əhva-
latdan halı olması, Cüməyə aşıqlığa icazə verməsi, lakin məla-
hətli səsinin olması, üzünə şillə  vurması  haqqında ayrıca  bəhs 
olunacaqdır. 
“Baxış  bəy  və  Leyla  xanım”  dastanında  da  Baxış  bəy 
mədrəsədə  Humay  mollanın  qızı  Leyli  xanımı  sevir.  Leyli 
xanımın  busə  şərabını  içir.  Humay  molla  əhvalatdan  xəbərdar 
olur. Qızı Leylini məktəbə buraxmır. 
İsmi  Pünhan  Cüməsiz  dura  bilmədiyi  kimi,  Leyli  xanım 
da bəysiz dura bilmir. Ayrılıq qəminə dözə bilmir. Pəncərənin 
arxasında  da  olsa  dayanıb  Baxış  bəyin  səsini  eşitmək,  üzünü 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə