Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə92/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   88   89   90   91   92   93   94   95   ...   104

 
314 
Ziyarətimdir 
İbadətimdir 
Qiyamətimdir 
Əmanətimdir 
Şekayətimdir 
Şikayətimdir. 
Yaxud başqa bir misala nəzər salaq. Eyni bir şeirdə: 
Dürdanədəndir 
Xəzanədəndir 
Məstənadəndir 
Pərvanədəndir 
Divanədəndir 
Şənadəndir
Bu  sözlər  sadəcə  sadalanmır.  Əksinə  hərəsi  qoşmanın 
müvafiq  bəndində  deyilən  fikirdən  doğur.  Ona  görə  də  yerinə 
düşür və şeiri rövnəqləndirir. Xalq şairi Səməd Vurğun Kəlbə-
cərə  gedəndə  aşıq  Şəmşirlə  tanış  olub.  Böyük  sənətkar  böyük 
aşığın bir rədifini çox bəyənmişdir. Bir də ona görə ki, bu rədif 
çox  orijinal  və  aşıq  Şəmşirin  kəşfidir.  Şair  Səməd  Vurğun 
deyir: 
«–  Ayə,  axırda  nə  sayaq  deyirsə,  hamısı  yadımdan 
çıxıb. 
 – Və əgərki Şəmşiri görmək istəsən 
    Doğru, düz ilqara gəl vədəsində.» 
Əziz həmkarlarım! Mən Azərbaycan xalqının iki böyük, 
nəhəng sənətkarının yaradıcılıq yaxınlığı haqqında ilk müşahi-
dələrimi aparmışam. Mənim bu axtarışlarım ilk təcrübədir. Bu 
problemi  daha  da  irəli  aparmaq,  dərinləşdirmək,  genişləndir-
mək üçün hazırda  mənim imkanım  yoxdur. Əziz həmkarlarım, 
gənc  folklorşünas  və  aşıqşünaslarımız,  bu  işi  tamamlamağı 
mən sizə vəsiyyət edirəm…  
 


 
315 
V BÖLÜM 
ƏLAVƏLƏR 
 
Molla Cümə haqqında bəzi qeydlər 
 
Aşıq yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm sahə-
sidir. Aşıq xalqın sevimlisi, onun qəlbi ilə qırılmaz tellərlə bağ-
lı olan  bir  sənətkardır. Buna görə də aşıq ədəbiyyatı, eləcə də 
aşıqlıq  sənəti  tarix  boyu  xalq  tərəfindən  hərarətlə  qarşılan-
mışdır.  
Azərbaycan  xalqı  özünün  bir  sıra  söz  ustaları,  ustad 
aşıqları ilə haqlı olaraq fəxr edir. Belə aşıqlardan biri də Molla 
Cümədir. Molla Cümənin həyat və  fəaliyyəti haqqında mətbu-
atda bir neçə xırda məqalələr dərc edilmişdir. Lakin Molla Cü-
mənin  harada  və  nə  zaman  anadan  olmasını  dürüst  müəyyən-
ləşdirmək  istəyən  folklorşünas  yoldaşlar  hazırda  Baş  Laysqı 
kəndində  yaşayan  M.Cümənin  qızı  Reyhanla  görüşüb.  Molla 
Cümənin onda olan şeirlər dəftərcəsini nəzərdən keçir-səydilər, 
Aşağı  Laysqı  kəndinin  yaxınlığından  keçən  Nuxa-Zaqatala 
şosse yolunun kənarında olan M.Cümənin qəbir daşının üzərin-
də  yazılmış  hicr  tarixinə  nəzər  salsaydılar,  şübhəsiz,  onlar  M. 
Cümənin həyatı ilə oxucuları  daha ətraflı tanış edərdilər.  
Saleh  oğlu  Molla  Cümə  1854-cü  ildə  Nuxa  rayonunun 
Aşağı  Laysqı kəndində  yoxsul kəndli ailəsində anadan olmuş-
dur. Molla Cümənin 1332-ci ildə (hicri tarixlə) 60 yaşında ikən 
oğlu Həsənə yazdığı “Oğluma nəsihət”  şeirindən aydın olur ki, 
o,  Aşağı  Laysqı  kəndində  anadan  olmuşdur.  Molla  Cümənin 
qızı Reyhanın deməsinə görə, “Molla Cümənin atası Saleh kişi 
əkinçiliklə  məşğul  olaraq,  ağır  külfətini  çətinliklə  dolandırar-
mış. Saleh kişi öz yeganə oğlu Cüməni də uşaqlıqdan təsərrüfat 
işlərinə  alışdırmışdır.  Təbiətin  gözəl  mənzərələrindən  ilham 
alan,  lakin  ağır,  can  sıxıcı  həyata  tab  gətirməyən  Cümə  kiçik 
yaşlarında  ikən  söz  qoşmuş,  sinədən  şeirlər  demişdir.  Molla 
Cümə ilk təhsilini Aşağı Göynük kəndində Hacı İbrahim Əfən-


 
316 
dinin mədrəsəsində almışdır. Ərəb-fars dilində mükəmməl təh-
sil alan Cümə şeir yazmağa 15 yaşında ikən başlamışdır”. 
Cümənin  şeirlərindən  məlum  olur  ki,  o,  kəndin  varlı  bir 
adamının qızına aşiq olmuş, lakin bu qızın adını çəkməyə qorx-
duğu  üçün  onun  adını  “İsmi  Pünhan”  (“gizli  ad”)  adlandır-
mışdır.  Molla  Cümə  ömrünün  axırına  kimi  “İsmi  Pünhanı” 
unutmamış, onun eşqi ilə yazmış və yaratmışdır. 
O, “Ürəyim” rədifli qoşmasında belə deyir: 
Bu iş tanrıdandır, deyil insandan, 
Bir gözələ mehribandır ürəyim,  
Dilimin əzbəri İsmi Pünhandan, 
Eyzən, möhnət, qəm hicrandır ürəyim. 
 
Bir dərd əhli heç tapmadım burada, 
Nahaq yerə rüsvay oldum arada, 
Nə ölmədim, nə yetmədim murada, 
Ah çəkməkdən qızıl qandır ürəyim. 
 
Cümə  gözəl  şair,  həm  də  məharətli  aşıq  idi.  Təbiətin 
rəngarəng  gözəlliklərinə  aşiq  olan  Cümə  çox  zaman  səyahətlə 
məşğul olmuşdur. O, Nuxa, Qax, Zaqatala, Balakən və Dağıs-
tanın  bir  çox  kənd  və  obalarını  qarış-qarış  gəzmiş,  məclislərə 
dəvət  olunmuş,  saz  çalıb  oxumuş,  aşıqlarla  deyişmişdir. 
Cümənin  iştirak  etdiyi  məclislərdə  olan  savadlı  adamlar  aşıq 
tərəfindən  deyilən  şeirləri  qələmə  alırdılar.  Lakin  o  zaman 
savadlılar  az  olduğundan  Cümənin  bir  sıra  şeirləri  yazılmayıb 
xatirdən  çıxırdı.  Dövrünün  aşıqları  Cümənin  şeirlərini  əzbər-
ləyib  məclislərdə  oxuyurdular.  Məsələn,  Dodulu  Aşıq  Paşa 
hansı  məclisdə  iştirak  edirdisə,  camaat  ondan  Molla  Cümənin 
sözlərini eşitmək istədiyini bildirirdi. 
Molla  Cümə  dövrünün  varlılarını,  camaat  hesabına 
dolananları,  hacıları,  mollaları kəskin tənqid etmişdir. O, Hacı 
Kərimə yazdığı həcvdə deyir: 
Elin dəyyususan, ölkənin bici,  


 
317 
Məkkəyə getməklə olmazsan hacı,  
Heç yanma təndirə, asasan sacı, 
Yeyəsən aşını, yavan deyirəm. 
 
Görkəmli  şair  hər  hansı  bir    məclisə  toplaşan  adamları, 
xalqın  qanını  zəli  kimi  soran  müftəxorlarla,  tüfeylilərlə  tanış 
edir,  xalqın  düşmənlərini  öz  kəskin  sözləri  ilə  rüsvay  edirdi. 
Cümə “Molla” rədifli qoşmasında deyir: 
Mənə böhtan demə, dili qurumuş,  
Verginən ağzına qadağa, molla. 
Döndərdin bağrımı bişmiş kababa, 
Çox çətin dözərəm bu dağa, molla. 
Molla  Cümə  həssas,  gözüaçıq,  hazırcavab,  yoxsulların 
ürək  çırpıntılarına  acıyan  və  dövrün  ictimai  hadisələrini  duya 
bilən  xalq şairi olmuşdur. Reyhanda olan şeirlər dəftərçəsində 
Cümənin  yetimlərə  münasibətinə aid bir parça  vardır. Bu par-
çada deyilir: “M.Cümə bir dəfə haradasa bərkə düşür. O, yetimi 
sevindirməyi  niyyət  edir.  Xülasə,  Cümə  yol  ilə  gələndə  bir 
yetimlə  rastlaşır.  Onun  cibində  pulu  olmadığı  üçün  yetimi 
sevindirə  bilmir.  Əlacsız  qalan  Cümə  belə  bir  iş  düşünür.  O, 
yetimi  tutub  deyir  ki,  səni  kəsəcəyəm.  yetim  qorxub  yalvarır. 
Cümə tez yetimi buraxıb deyir ki, bala, indi sevindinmi? Yetim 
cavabında:  “Sevindim  əmi,  çox  sağ  ol!  –  deyir”.  Cümə  kök-
sünü dərindən dərərək: - Get oğul, get! Vaxt gələr, tezliklə bizə 
də bir qapı açılar” – deyir. 
Cümənin arzusu ürəyində qalmadı. 1920-ci ildə Azərbay-
canda  Sovet  hakimiyyətinin  qurulması  onu  hədsiz  dərəcədə 
sevindirdi. Cümə sazını sinəsinə basıb  bu xoşbəxt  həyata, onu 
bəxş edənlərə gözəl sözlər dedi: 
 
Ay camaat, gəlin sizə söyləyim, 
Azadlıqdan xoş bir səda eşitdim. 
Bəylərin torpağı gedir əlindən, 
 Azadlıqdan xoş bir səda eşitdim. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə