Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə93/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   89   90   91   92   93   94   95   96   ...   104

 
318 
Cümənin  bütün  şeirlərində  səlistlik,  yığcamlıq,  axıcılıq 
vardır.  Onun  hər  sözü  sadə,  ahəngdar  və  təsirlidir.  Bütün  bu 
xüsusiyyətlərə görədir ki,  bu gün  belə Molla Cümənin şeirləri 
maraqla oxunur, əldən-ələ, dildən-dilə keçir. Onun bizə məlum 
olan 150-dən artıq şeiri vardır. 
Nəhayət, 1920-ci ilin may ayının əvvəllərində XI-ci Qızıl 
Ordunun  hissələri  Nuxadan  Zaqatalaya  doğru  gedərkən  bu 
yolun ətrafındakı kəndlərin varlıları orduya müqavimət göstər-
mək  fikrinə  düşürlər.  Burada  atışma  başlayır.  Bir  çox  yoxsul 
kəndli  ordu  ilə  orduya  qarşı  mübarizə  aparanların  arasında 
qalır.  Molla  Cümə  də  yoxsulların  yanında  idi.  Bu  vaxt  ona 
güllə dəyir. 
Molla  Cümə  1920-ci  il  iyun  ayının  əvvəllərində  vəfat 
edir. Onun qəbri Aşağı Laysqı kəndindədir. 
                                                  Cahangir Qaziyev 
                                      İnternat-məktəbin müəllimi 
                                                “Nuxa fəhləsi,  3.III.1961 
  
        
İsmi Pünhan kimdir? 
 
 
İsmi  Pünhan
15
  gizli  ad  deməkdir.  Şifahi  xalq  ədəbiy-
yatının ən görkəmli  nümayəndələrindən  biri olan  Molla Cümə 
öz  sevgilisinin  adını  ömrü  boyu  gizli  saxlamağa  məcbur  ol-
muşdur.  Yalnız  “Dilbər”  şeirində  İsmi  Pünhanın  adını  çək-
mişdir. 
 
Nədənsə  bu  günə  qədər  İsmi  Pünhanın  kim  olduğunu 
söyləyən olmamışdır. 
                                                
15
  Şərif  müəllim  bu  yazını  Şəkidən  göndərib  ki,  mən  onu 
Molla Cümə kitabında çap eləyəm. Burada qeyri-dəqiq, artıq 
və  mübahisəli  cəhətlər  çoxdur.  Çap  eləyirəm  ki,  Onun  ruhu 
şad olsun.
 
 
 


 
319 
 
Paşa  Əfəndiyev  yoldaş  çox  böyük  iş  görmüş,  Molla 
Cümənin  əsərlərini  toplamış,  1966-cı  ildə  “Molla  Cümənin 
şeirləri” kitabını çap etdirmişdir. 
 
“Molla Cümənin şeirləri” kitabında Cümənin 16 gəray-
lı, 91 qoşma, 20 divani, 17 müxəmməs və 19 təcnisi, cəmi 163 
şeiri çap olunmuşdur. 
 
H.Araslı  yoldaşın  1957-ci  ildə  çap  etdirdiyi  “Aşıqlar” 
kitabında da Molla Cümənin 6 şeiri çap olunmuşdur. 
 
Hər iki kitabda toplanan şeirdən başqa, hazırda 127 çap 
olunmayan şeiri də var. Bu şeirlərin sayını artırmaq imkanı da 
var. 
 
Topladığım  şeirlərin  içərisində  iri  həcmli  “Qafiyə  və 
təcnis”, “Dü beyti misalı”, “Aşıq Donu ilə deyişmə”, həmçinin 
“Baxış  bəy  və  Leyli  xanım”  dastanı  və  s.  vardır.  “Dü  beyti 
misalı” bilavasitə İsmi Pünhana həsr edilmişdir. “Baxış bəy və 
Leyli  xanım”  dastanındakı  Baxış  bəy  də  bir  növ  Cüməyə 
oxşayır. Hər ikisinin başına gələn macəra eyniləşir. 
 
İsmi  Pünhanın  kimliyini  öyrənmək  üçün  Cümənin 
gənclik  illərinin  harada  keçməsi,  harada  təhsil  alması  məsə-
ləsini aydınlaşdırmaq, Cümə  yaradıcılığını aydınlaşdırılmasına 
kömək edər. 
İsmi  Pünhan  Baş  Göynüklü  olduğundan,  Cümə  məhəbbəti 
də  Baş  Göynüklə  bağlıdır.  Bu  haqda  Cümə  şeirlərinə  istinad 
edərək  fikir  yürütmək  olur  ki,  Cümə  təhsilini  Baş  Göynükdə 
almışdır. İndiki Şin çayının yatağı olan yerdə Böyük selə qədər 
abad mülklü Göynük kəndi yerləşirdi. Böyük Məscid də həmin 
yerdə  idi.  Həm  Göynüyün,  həm  də  ətraf  kəndlərin  cavanları 
həmin məsciddə, məscid nəzdində olan mədrəsədə təhsil alırdı. 
Belə  bir  fikir  Cümə  haqqında  da  söyləməyə  imkan  verir  ki, 
Cümə  də  təhsilini  Aşağı  Göynükdə  Hacı  İbrahim  Əfəndinin 
mədrəsəsində deyil, Baş Göynükdə almışdır.  
 
Belə ki, Cümə gənclik illərini Baş Layısqıda keçirmişdi. 
Çünki  o,  Baş  Layısqıda,  kəndin  Qumux  adlanan  hissəsində 
Həşimşağa adlanan məhəllədə anadan olmuşdur. 


 
320 
 
Baş  Layisqi  ilə  Baş  Göynüyün  mədrəsələri  arasındakı 
məsafə də olduqca  
yaxın idi. Cəmi 1000-1500 metr məsafədə olardı. 
 
Cümə kimi kamil savada malik bir gənc Şəkidən sonra 
yalnız Baş Göynükdə təhsil ala bilərdi. 
 
Çünki  o  vaxtlar  Baş  Göynükdə  Qazı  Əhməd  Əfəndi 
(“Zövcü”  imzası  ilə  şeirlər  yazardı),  Hacı  Mahmud  Əfəndi 
(söyləndiyinə görə hikmətli şeirlər yazardı), Məcid Əfəndi (çox 
müdrik, ağıllı, kamil, həm də nəfsi özündə bir şəxsiyyət olub), 
Şeyx  oğlu  Molla  Əhməd,  Molla  Məmməd  Əfəndi  və  başqa 
onlarca  görkəmli  din  xadimləri  Baş  Göynükdə  yaşayırdılar. 
Dövrün ideologiyasını təbliğ edirdilər. 
 
Başlıcası  da  budur  ki,  haqqında  danışılan  İsmi  Pünhan 
Göynüklüdür.  Hadisələr Baş Göynükdə və Baş Layısqıda cərə-
yan  edir.  İsmi  Pünhan  ölənə  yaxın  Baş  Layısqıda olduğundan 
yalnız “Layısqı” şeirindən söhbət açılır. 
 
Demək,  İsmi  Pünhanla  Cümə  məhəbbətinin  bağlılığı 
Baş Göynüklə əlaqədardır. Madam ki, bu bağlılıq Baş Göynük-
lə nəticələnir Cümə də təhsilini Baş Göynükdə almışdır. 
*** 
 
Niyə Cümə öz sevgilisinin adını gizli saxlamışdır? Sualı 
meydana  çıxır.  Bu  sualın  cavabını  vermək  üçün  isə  mütləq  o 
vaxtkı Baş Göynüyün vəziyyətindən danışmaq zərurəti də mey-
dana çıxır. 
 
Cümənin təhsil aldığı illər təxminən 1870-1880-ci illər-
də olduğunu şərti götürsək, o vaxtlar Baş Göynük ən qüvvətli 
məhəllələrə: Çökəkli, Qəssəbşağa, Hacı Mustafaşağa, Məhyəd-
dinşağa və onlarca məhəllələrə bölünürdü. 
 
Hər  məhəllənin  özünə  məxsus  əli  silahlı  qoçağı,  qul-
duru,  oğrusu,  bəyi,  mülkbaşçısı,  yüzbaşısı,  din  xadimi  və  b. 
vardır. 
 
Torpaq üstə, qız götürüb qaçmaq üstə, su üstə, yüzbaşı 
seçilmək üstə və s. üstündə qanlı toqquşmalar olur, faciələr baş 
verirdi. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə