Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə6/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   2   3   4   5   6   7   8   9   ...   104

 
17 
Qəmli könül bülbülüsən, 
Nə xoş cavansan, a Laçın. 
Dərdi qanansan, a Laçın.  
Şeir  gəraylı  üstündədir,  7  bənddir.  Orada  belə  bir 
misralar da var: 
Kamalına səd maşallah, 
Çağırana can deyərsən 
Əslin-kökün İlisulu. 
Son bənd: 
Dəryaların zər daşısan, 
Bu könlümün sirdaşısan, 
Molla Cümə qardaşısan, 
Nə xoş cavansan, a Laçın. 
Şirin zəbansan, a Laçın, 
Dərdi qanansan, a Laçın. 
İlisu  ilə  bağlı  başqa  bir  əhvalat  da  olmuşdur.  O  zaman 
Dilruba  Qiyasbəyli  Şəki-Zaqatala  zonasında  olanda  bir  nəfər 
hörmətli İlisulu ilə görüşmüşdür. Şəki-Zaqatala zonasında Mol-
la Cümənin çoxlu dostları olub. Onlardan biri də İlisulu Molla 
Surxaydır.  Qocaların,  aşıqların  dediyinə  görə,  Molla  Cümə 
Molla  Surxaya  bir  neçə  şeir  həsr  eləmişdir.  Həmin  şeirlərdən 
hərdən  birini  hələ  1930-cu  illərdə  Hümmət  Əlizadə  çap  elə-
mişdir
3
.  Ancaq  bu  variant  dörd  bənddən  ibarətdir.  Məlumdur 
ki,  Molla  Cümə  ənənəvi  olaraq  bütün  şeirlərini  tək  bəndlərlə 
yazmışdır.  D.Qiyasbəyli  məqaləsində
4
  şeiri  tamam  yazmış  və 
çap  etmişdir.  Mən  həmin  şeiri  özümdə  olan  əlyazmalarımda  
tapdım,  müqayisələr apardım.  Bütöv şəkildə aşığın külliyatına 
daxil  elədim.  D.Qiyasbəyli  yazır:  “Bu  şeirin  qəribə  tarixçəsi 
vardır.  Qoşma  Qax  rayonundakı  İlisu  kənd  sakini  Vəli  Balay 
oğlu  Qocayevdən  yazılmışdır.  (Məlum  olsun  ki,  İlisuda 
Qocayevlər  ailəsi  var.  Vəli  dayını  mən  çox  yaxşı  tanıyıram. 
Uzun  müddət  İlisuda  kənd  sovetinin  sədri  işləmişdir.  Qardaşı 
                                                
3
 Aşıqlar, 1935. Səh.165-166 
4
 Elm və həyat, 1971, № 6 


 
18 
Saleh  Qocayev  Bakıda  məsul  vəzifələrdə  çalışıb.  Son  vəzifəsi 
Bakı Sənaye İnstitutunun rektoru idi. Əmisi oğlu Mahmud Qo-
cayev kənd təsərrüfatı tədarük idarəsinin sədri olmuşdur (P.Ə.). 
Vəli dayı D.Qiyasbəyliyə aşağıdakı sözləri demiş: “1917-1918-
ci illər olardı. O vaxt mənim 22-23 yaşım olardı. Şəkidən gəlir-
dim.  Yolda,  Əmbərcay  kəndinə  gedən  yolun  ağ-zında  Molla 
Cümə ilə rastlaşdım. O, çox kefsiz idi. Çox qocalmışdı. Mənim 
kim  olduğumu  soruşdu.  Atamı  tanıdı.  O,  dostu Molla  Surxay-
dan çox giley elədi. Dedi ki, çox xəstə oldum, yanıma gəlmədi. 
Xəbər də göndərdim. Qoca könlü kövrək olar. O, köksünü ötü-
rüb  dedi:  “Yazı,  pozu  bilirsənmi?  Dedim  bəli.  O,  Molla  Sur-
xaya  dediyi  üç  qoşmasını  mənə  yazdırdı.  Aşıq  dedi  ki,  şeir 
tapşırması  ilə  birlikdə  üç  olur”.  D.Qiyasbəyliyə  görə,  Molla 
Cümənin  Molla  Surxaya  həsr  etdiyi  şeirlər  “Dünyadır”,  “Bala 
mən”  və  bir  də  “Sonra”  rədifləri  ilədir.  “Dünyadır”  şeiri  bila-
vasitə Molla Surxaya ünvanlanıb. Mən  o biri şeirləri öz əlyaz-
malarımda  axtardım.  “Sonra”  rədifli  şeiri  tapdım.  Nə onda  və 
nə də  “Bala mən” şeirlərində Molla Surxaya aid heç bir nişanə 
tapa bilmədim. “Dünyadır” rədifli şeirindən bir bənd: 
Çoxlarına tər bənəfşə iylədir, 
Çoxlarını gecə-gündüz göynədir, 
Çoxlarını dırnaq üstdə oynadır, 
Çoxlarına tambur çalan dünyadır. 
Ancaq Molla Cümənin Molla Surxaya  həsr elədiyi digər 
şeirləri də var. “İnsandır”, “Üç insan”, “Molla Surxay”. Həmin 
şeirlər  bilavasitə  Molla  Surxayla  bağlıdır.  Üç  insan  isə 
bunlardır:  Molla  Surxay,  Məhəmməd  və  İsmi  Pünhan.  Bu 
şeirlər  içərisində  xüsusilə  “Molla Surxaydır”  müxəmməsi diq-
qət  cəlb  edir.  Müxəmməs  öz  dərin  məzmunu  ilə,  el  dilinin 
möcüzələrinə  bələdliyi  ilə  gözəl  bir  poemadır.  Bəzi  bəndlərin 
son iki misralarını misal gətirmək istəyirəm: 
Nə qədər dostlarım varsa, 
Qabağı Molla Surxaydır. 
 


 
19 
Cənnətdə sərvi Tubanın, 
Budağı Molla Surxaydır. 
 
Xudağının dünyada əziz 
Qonağı Molla Surxaydır. 
Abi Zəmzəm, Abi Kövsər, 
Bulağı Molla Surxaydır. 
 
Çox da olsun uca dağlar 
Tur dağı Molla Surxaydır. 
Muştuluq Adəm Ataya 
Ondan qalmış bir fərzəndə. 
Diqqət edin, Molla Cümə ən məşhur, ən dərin məzmunlu 
mifoloji  qaynaqlardan  istifadə  edərək  əziz  ostunu  tərifləyir, 
qiymətləndirir.  Baxın  Tuba  cənnətdə  müqəddəs  ağacdır.  Tur 
dağı  Musa  peyğəmbərin  Allah  Taala  ilə  danışdığı  dağıdır. 
Zəm-zəm, Abi Kövsər cənnətin əbədi həyat bəxş edən  müqəd-
dəs sulardır.  
Molla Cümənin  “Usta” rədifli  başqa bir qoşması  da var. 
Orada aşıq Məhəmməd adlı İlisudan olan bir ustanı tərif edir.  
Məskənin İlisu familin Eldar 
Elmdə  mahirsən  gün  kimi  aşkar  –  deyərək  nadir,  gözəl 
insani  keyfiyyətlərə  malik  7  bəndlik  qoşmada  tərif  olunur. 
Oxucum, təkrar edirəm, böyük sənətkarın İlisu ilə bağlı motiv-
ləri  üzə  çıxarıb  yazmaqda  məqsədim  Molla  Cümənin  İlisulu-
lara və İlisuya rəğbət və məhəbbətim aşkarlamaqdır. 
Ekspedisiyanın  birinci  ayında  Aşağı  Göynük  kəndində 
İdris  Mustafayevlə  tanış  oldum.  Yaşı  yüzü  keçmiş  İdris  dayı 
dedi  ki,  mən  1917-ci  ildən  bolşevik  idim.  Məni  bir  bəhanə 
tapıb  Sibirə  göndərmişdilər.  Məni  Sibirdən  Sovet  höküməti 
qaytardı.  1923-cü  ildə  partiyada  təmizlənmə  aparıldı,  məni  də 
partiyadan  çıxartdılar.  Sonra  daha  ərizə  vermədim.  İdris  dayı 
çox yorğun görünürdü. O, ömür yoldaşı Mariya xalanı Sibirdən 
gətirmişdi. Çox mehriban dolanırdılar. İdris dayı dedi ki, Molla 


 
20 
Cümənin  uşaqlıq  yoldaşı  olub.  İdris  dayı  haqqında  az  da  olsa 
yazmışam. İndi onu demək istəyirəm ki, Molla Cümə haqqında 
onda çoxlu xatirələr var idi. Ikinci ili onunla görüşə bilmədim. 
Çünki  dünyasını  dəyişmişdi.  İdris  dayı  nəql  edir  ki,  1895-ci 
ildə İlisudan Xəlil bəyin oğlu Aşağı Layisqiyə gəlmişdi. Kəndə 
yüzbaşı seçmək istəyirdi. Xəlil bəyin oğlu məhz Molla Cümə-
nin  namizədliyini  irəli  sürür,  Molla  Cüməni  yüzbaşı  seçmək 
istəyir. Bizcə, çox ibrətamizdir. İlisulu bu şəxs xüsusi tapşırıqla 
gəlmişdi. Camaat razılaşmışdı, hamısı Molla Cüməni istəyirdi. 
Sonda Molla Cümə ayağa durdu və danışdı, dedi  ki, mən aşıq 
babayam,  kəndləri  gəzirəm,  məclislər  aparıram.  Məndən  yüz-
başı olmaz. Onun sözlərini qəbul elədilər. Molla Cüməni azad 
elədilər.  
Görünür  Molla Cümə İlisuda olub, özü də bir neçə dəfə, 
nə qədər olub demək çətindir. Düzü bu problemlə bərabər İli-
suda  sorğu  apara  bilmədim.  Ancaq  aşığın  İlisuya  həsr  elədiyi 
qoşmanı  axtarıb  tapmışam,  yoxlayıb  aşığın  külliyatına  daxil 
eləmişəm. 
İlisi kəndindən 7 kilometr aralı “Ağçay” çayının mənbə-
yində iyli, qoxulu bir su var. Həmin su zirvəsi görünməyən sal 
qayalardan, şırıltı ilə axıb tökülür. 37 dərəcə istisi var, kükürd 
qoxusu verir. Müalicə  xarakterlidir. Molla  Cümə burada olub. 
İlisulular oraya hamam deyirlər. Aşıq oranı seyr eləyib, gəlib-
gedən insan axınını diqqətlə öz gözləri ilə görüb, bir qoşma da 
demişdir. Budur qoşma: 
İlisunun hamamına varanda, 
Kəndin gözəlləri mənə tuş oldu. 
Görən təki məndə aman qalmadı, 
Əqil getdi başdan, lap bihuş oldu. 
 
Kimisi gəlmişdi, keyfə, damağa, 
Kimisi də yatıb qaldı sabaha, 
Canım qurban ayna kimi qabağa 
Ağ üzündə xalı qələm qaş oldu. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə