43
Molla Cümə böyük titanik sənətkardır. Onun mənalı hə-
yatı, bənzərsiz poetik aləmi sirlərlə, möcüzələrlə, problemlərlə
doludur. Mən bir kitabımın sonunda folklorşünaslara, aşıq-
şünaslarımıza, xüsusilə də cavanlara vəsiyyət eləmişəm ki, aşı-
ğın bənzərsiz sənət əsərləri üzərində 30-40 il işləyib, səliqəyə
salıb bir külliyatda toplamışam, bunların təhlil edilməsini, qiy-
mətləndirilməsini Sizə vəsiyyət eləyirəm.
Aşığımızın həyatında mövcud olan ən böyük problem-
lərdən biri İsmi Pünhanla bağlı həyat və hadisələridir. Nə üçün
böyük sənətkar ömrü, həyatı qədər sevdiyi, necə deyərlər,
butasının adını gizlətmişdir. 1962-ci ildə Qax rayonunun Zərnə
kəndində olarkən Vətən müharibəsi iştirakçısı, ağsaqqal Əzəd-
din Əskərov dedi ki, hələ indiyə qədər xalq ədəbiyyatında
tərənnüm edilən, təriflənən gözəlin adı gizlədilməmişdir.
Ancaq Molla Cümənin İsmi Pünhanı açılmamış qaldı. Molla
Cümənin yaradıcılığı ilə məşğul olandan bu problem məni
düşündürür. Ona görə də bu barədə yazılarım lazım olub. İndi
müəyyən qədər təkrar olsa da, bəzi məsələləri demək qərarına
gəlmişəm.
Molla Cümənin İsmi Pünhanı haqqında çoxlu mülahi-
zələrdən sonra mən ilk dəfə onun məhz zəmanəsinin və ölkənin
ən böyük və dindar şəxsin qızı olması fikrini söyləmişdim.
Təsəvvür edin, Molla Cümə nə qədər el gözəlini adı və xasiy-
yəti ilə vəsf eləmişdir. Molla Cümə şeirlərinin birində deyir ki,
onun sazının qotazlarını üç gözəl asmışdır. Onlar bunlardır:
Zeynəb, Tükəzban və Bədircahan. Aşıq yazır ki, o, öləndə
qəbrinin üstündə aşağıda adları olan gözəllər ağlasın. Almalıda
Tükəzban, Şotavarda Leyli, Marsanda Reyhan, Tasmalıda
Gülüzar, Güllükdə Fətmət, Muxaqda Asiyət, Talada Həlmət,
Qımırda Gülsənəm, Bazarda Əmnət, Çobankolda Nigar. Molla
Cümə kəndlərin birisində daha gözəl və daha bəzəkli bir gözələ
rast gəlir. Onun ilhamı pərvəzlanır, elə yerindəcə öz gözəl-
lərinin sırasına daxil edir. Beləliklə, gözəl, təsirli, qiymətli bir
müxəmməs oxuyur:
44
Peyda olum boyuna
Qəbul eylə minnəti.
Səni görüb unutdum,
Aynaynan Həlməti.
Təmiz yaddan çıxartdım
Nigarnan Aminəti.
İnnən belə neylərəm,
Dursun ilə Mürvəti.
Daha könlüm istəməz
Asiyəti, Fətməti
Hamısından bilginən
Sən üzübsən əlim gəl.
Molla Cümə tərif etdiyi gözəllərin adını bərk ayaqda
əbcət hesabı ilə hərflərlə demiş, yaxud da gözəlin adında olan
hərfləri şeirin vəzninə uyğunlaşdırıb söyləmişdir. Çoxlu şeir-
lərində dörd hərfin həsrəti ilə alışıb yandığını bəyan edir.
Ancaq bu dörd hərf də müxtəlif şeirlərdə müxtəlif hərflərdir.
Məsələn, əbcət hesabı ilə adın on beşdir. Burada gözəlin adı
Mədinədir. Unutma adını yazıram axtar: “iki “mim”, “rey” ilə,
“yay” üstdədir dilbər”. Burada gözəlin adı “Məryəm”dir. Cey-
ranın quzusu adın bilmişəm. “Qaf”, “ze”, “ye”, “te”, “rey”ə
bağlıdır. Burada gözəlin adı Qızyetərdir.
İki yüz bir ilə ismin söylərəm,
Görməsəm dillərin əfqan eylərəm.
Bu misalları artırmaq olar. Hər bir adı gözlənən gözəl
isə “İsmi Pünhan” ola bilməz.
Dilrüba Qiyasbəyli məqaləsində yazır. “Baş Göynükdə
Hacı İbrahim Əfəndinin mədrəsəsində Şabalıtlı kəndindən olan
Şeyx Nəsrullah da dərs deyirdi. Molla Cümə onun gözəl qızına
aşiq olur. Şeyx Nəsrullah Molla Cüməni hədələyir ki, mənim
qızımı sazla-sözlə oxuma. Ondan sonra Molla Cümə gözəlin
adını gizlədir, ancaq sevgisi sönməmiş, nəğmələri oxumuşdur”.
Dilrüba Qiyasbəyli Molla Cümənin başqa bir şeirini misal
gətirir və İsmi Pünhanın kim olduğunu yazır. O, Molla Cümə-
45
nin ilk şeirlər kitabından (1966) aşağıdakı şeiri gətirib təhlilə
cəlb eləyir.
Sey, Lam, Nun, Zeynən ismin söylərəm,
Sənnən ayrı bu cahanı neylərəm.
Mən Cüməyəm, sənə minnət eylərəm,
Hər xoryad qucmasın bellərin sənin. (1966, s.53)
D.Qiyasbəyli davam edir. “Şeirin birinci misrasından
samit hərflərə nəzər saldıqda İsmi Pünhanın təxminən Səlmi-
naz olduğunu güman edə bilərik”.
Mövlüd Yarəhmədov yazır ki, “İsmi Pünhan İbrahim
Əfəndinin qızıdır, adı da Mərziyədir. Molla Cümənin vəsf elə-
diyi gözəl Mərziyə məhz İsmi Pünhandır.” Aydın olsun ki, mən
2 il Şəki-Balakən zonasını dolaşmışam. Mərziyə adına rast
gəlməmişəm. Özü də Mərziyənin adı heç bir yerdə qeyd olun-
mamışdır. Mən yenə Molla Cümənin uşaqlıq dostu, ömrü boyu
onunla bir yerdə olduğu İdris Mustafayevin sözlərini təkrar
etmək istəyirəm. İdris dayı dedi ki, mən həm də bir neçə dəfə
çəltik əkininə də getmişəm, ayla həntdə qalmışıq. Bir gün
cəsarət edib mən ondan soruşdum. Ay Cümə, kimdi bu İsmi
Pünhan elə həmişə ondan danışırsan. Molla Cümə cavab verdi
ki, İdris xahiş edirəm, üz vurma, bu sirr açılmamalıdır.
Doğrudan da bu sirr açılmır ki, açılmır. Mən 1961-ci ildən bu
problem haqqında düşünürəm. Hələ də bir tərəfə çıxa
bilməmişəm. Qocalardan biri mənə dedi ki, İsmi Pünhan elə
Molla Cümənin özüdür. Zaqatalada Aşıq Kazım dedi ki, İsmi
Pünhan Qax rayonunda Şabalıtlı kəndində Şeyx Babanın
qızıdır. Mən Molla Cümənin qızı Reyhan xanımdan da
soruşdum. O da bu haqda bir şey bilmir. Bircə onu dedi ki,
İsmi Pünhan da dünyadan nakam gedib.
Mən bu yazdıqlarımı qabağıma qoyub hey fikirləşirəm,
bir tərəfə gedib çıxa bilmirəm. Diqqətim də heç bir
mülahizənin üstündə cəmləşmir. Hey fikirləşirəm, düşünürəm.
Dilimin ucuna Ulu Tanrımızdan bəzi fikirlər gəlir, hətta sözlər
də gəlir. Deyirəm, ey Ulu Tanrı, bəlkə İsmi Pünhan ilahi bir
Dostları ilə paylaş: |