69
Bununla əlaqədar Rəşid Mahmudovun qəbulunda olmuş, o da
vaxtilə Sizin adınıza məktub göndərmişdir.
Çox hörmətli Faiq müəllim!
Bu kitabda mənim 30 illik zəhmətim, ürəyim, əsəbim,
qanım vardır. Ona görə də Molla Cümənin bütün əsərlərinin
nəşri üçün Sizin köməyinizi xahiş edirəm.
Paşa Əfəndiyev
V.İ.Lenin adına APİ-nin Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Əmək veteranı
4/VI-1990
Azərbaycan SSR EA Nizami adına
Ədəbiyyat İnstitutuna
Paşa Şərif oğlu Əfəndiyevdən
M Ə L U M A T
Molla Cümənin ədəbi irsi ilə əlaqədar aşağıdakıları Sizin
nəzərinizə çatdırıram. Şərif İdrisov uzun illərdir ki, Molla
Cümənin şeirlərini toplayır. 1961-ci ildə aşığın şeirlərini
toplamaq məqsədilə ekspedisiyada olarkən mən onunla Baş
Göynükdə tanış olmuşam. Doğrudan da o, çox zəhmət çəkib,
çoxlu nümunələri şifahi dildən toplamışdır. O, topladığı
materialları əvvəlcə Sizin instituta təqdim edib, bu barədə rəy
də alınmışdır. Sonra mən də nəzərdən keçirib aşığın şeirlərini
tərtib edərkən oraya dastanı (“Baxış bəy və Leyli xanım”) və
bir neçə şeiri daxil etmişəm. Ş.İdrisovun şifahi dildən topladığı
şeirlərin demək olar ki, hamısı aşığın əlyazmalarında var, özü
də daha kamil və tamdır. Başqa sözlə əlyazmalarında aşığın
70
üslubu və orijinallığı daha çox özünü saxlamışdır. Madam ki,
belədir onda əlyazmalarının çap edilməsi məsləhətdir. Məncə
Ş.İdrisovun materiallarını nəzərdən keçirmək, əlyazmalarında
olmayan nümunələrdən seçib kitaba daxil etmək (əgər bəyə-
nilərsə) və həmin səhifədə toplayıcının adını qeyd etmək
məsləhətdir.
Paşa Əfəndiyev
“Yazıçı” nəşriyyatının direktoru Ə.Xanbabayev yoldaşa
ƏRİZƏ
20 ildən artıqdır ki, görkəmli Azərbaycan aşığı Molla
Cümənin (1854-1920) əsərlərini toplayıram. Dəfələrlə aşığın
anadan olduğu, gəzib dolaşdığı yerlərdə olmuş, şifahi dildən
çöxlu şeirlərini, bununla belə 4 (dörd) əlyazmasını əldə etmi-
şəm. Aşığın şeirlərindən bir qismini səliqəyə salıb 1966-cı ildə
“Azərnəşr”də çap etdirmişəm. Təxminən 15 ildir ki, Molla Cü-
mənin əlyazmaları üzərində iş aparmışam, bunlarda olan şeir-
ləri oxuyub müqayisə etmiş, dəqiqləşdirmiş, bir neçə məqalə
yazmış, “Maarif” nəşriyyatı tərəfindən buraxılan “Azərbaycan
şifahi xalq ədəbiyyatı” kitabında aşığın həyat və yaradıcılığı
haqqında ayrıca oçerk də vermişəm. “Azərnəşr”də direktor ol-
duğunuz vaxt bir neçə dəfə Sizin qəbulunuzda olmuş,
əlyazmalarını Sizə göstərmişəm (1976-cı ildə Sizin adınıza
yazdığım ərizəni də əlavə edirəm). “Yazıçı” nəşriyyatı açıldıq-
dan sonra toplayıb tərtib etdiyim kitabı ora təhvil vermişəm.
Belə olub ki, mənim kitabım 1982-ci ilin planına müəllif
Mövlud Yarəhmədovla birgə salınmışdır. Mən yalnız aşığın
şeirlərinin işıq üzü görməsi naminə onunla şərik olmağa razılı-
71
ğımı vermişəm. 1981-ci ilin təxminən oktyabrında Azərbaycan
SSR EA Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.C.
Cəfərov və professor Əziz Mirəhmədovun bilavasitə rəhbərliyi
ilə iclas keçirildi, belə məsləhət olundu ki, M.Yarəhmədov da
öz əlyazmasını nəşriyyata versin və sonra birlikdə kitabı nəşrə
hazırlayaq. (o zaman mənim əlyazmam artıq “Yazıçı” nəşriy-
yatında idi. Mən Sizin nəşriyyatınızda olan əlyazmamı elə o
günlərdə M.Yarəhmədova təhvil verdim ki, o da özündə olan
nümunələrlə birgə təcili olaraq nəşriyyata təhvil versin.
Çox hörmətli Əjdər müəllim! İndi o vaxtdan bir il keç-
mişdir. M.Yarəhmədov nəşriyyata bir səhifə də material ver-
məmişdir. Deməli, o öz bildiyini etmiş, Nizami adına Ədəbiy-
yat İnstitutunu, “Yazıçı” nəşriyyatını və bir müəllif kimi məni
də əgər təbiri caizsə aldatmışdır. Keçən bir il müddətində
mənim əlyazmamla onun necə rəftar etdiyindən də xəbərsizəm,
eşitdiyimə görə qəsdən gecikdirir ki, kitabı plandan çıxart-
sınlar. Əjdər müəllim, necə olub ki, M.Yarəhmədov indiyə
qədər nəşriyyata bir səhifə də material vermədiyi halda adı bir
müəllif kimi nəşriyyat planına düşmüşdür? O son illər özünü
çox şübhəli və qeyri-səmimi aparmış, başqa sözlə Molla Cümə-
nin əsərlərinin hazırlanmasına açıqcasına mane olmuşdur. Ona
görə də uzun illər Molla Cümənin toplayıcısı və tədqiqatçısı
kimi (Aşığın həyat və yaradıcılığına həsr etdiyim monoqra-
fiyanı tamamlamaq üzrəyəm) kitabın M.Yarəhmədovla şərikli
çap olunmasına razı deyiləm. Molla Cümənin əsərlərindən
ibarət kitabın mənim Sizə təqdim etdiyim əlyazması əsasında
çap edilməsi üçün sərəncamınızı xahiş edirəm.
Paşa Əfəndiyev
Filologiya elmləri doktoru, professor
Dostları ilə paylaş: |