Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə24/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   20   21   22   23   24   25   26   27   ...   104

 
76 
Adətən, aşıqların tərcümeyi-halını yazmaq, daha doğrusu 
bərpa etmək çox çətindir. Bunun üçün doğru, ən etibarlı mənbə 
aşığın  öz  şeirləridir.  Çünki  bu  şeirlərdə  aşıqlar  öz  həyatlarına 
dair  mühüm  hadisələri  bu  və  ya  digər  şəkildə  ifadə  etməyə 
çalışırlar.  Bu  işdə  aşığı  görən,  tanıyan,  sevən  şəxslərin  xatirə-
ləri də tədqiqatçının köməyinə çatır. Beləliklə, müəyyən şəkil-
də də olsa, aşığın tərcümeyi-halı yarana bilir. 
Molla  Cümənin  tərcümeyi-halında  ən  mühüm  məsələ 
onun anadan olma tarixidir. Sovet hakimiyyəti illərində folklor 
toplayanlar,  tədqiqatçılar,  ədəbiyyatşünaslar  Molla  Cümənin 
anadan  olma  tarixini  müxtəlif  şəkillərdə  -  gah  təxmini  (H. 
Əlizadə),  gah  da  əsərlərinə  əsasən  (F.Qasımzadə,  Ə.Axund-
zadə, P.Əfəndiyev) göstərmişlər. Aşıq özü şeirlərinin birisində 
Həsənə müraciətlə belə deyir: 
Min üç yüz otuz iki 
Tarixdədir indi sənə, 
Altmışa çatmış yaşım, 
Sevda sərdə durur yenə. 
 
Üzülüb bürcü-bədən 
Üstdən gedir gündən-günə, 
Tapşırır Molla Cümə 
Oğul, sənə dönə-dönə: 
 
Sidq ilə yaxşı tutub 
Göz yetir dəftərə, Həsən! 
Yazdığım bu dəftəri 
Saxla yadigara, Həsən! 
 
Parçada göstərilən hicri tarixi  miladiyə çevriləndə 1914-
cü illər olur. Deməli, 1914-cü ildə Molla Cümənin yaşı altmışa 
çatıbsa,  onda  aşığın  təxminən  1854-cü  ildə  doğulduğu  aydın-
laşır. Hər halda bu tarixə inanmalıyıq, burada səhv olsa da bir-


 
77 
iki  il  ola  bilər.  Başqa  bir  şeirində  aşıq  özünün  kim  olduğu 
haqqında belə bir məlumat verir: 
 
Aşıq anasıyam, şairlər kökü, 
Gəzərəm dünyada divanə təki, 
Mahalım Göynükdür, şəhərim Şəki, 
Layisqi kəndinin binasıyam mən. 
 
Binəm Layisqiyə düşübdür mehman, 
Pədərim Salahdır, madərim Reyhan, 
Vələdim Həsəndir, əxim Süleyman, 
Familim Molla Oruc ədnasıyam mən. 
Molla  Cümə  ilk  təhsilini  Aşağı  Göynük  kəndində  Hacı 
İbrahim Əfəndinin mədrəsəsində almışdır. Az müddət içərisin-
də ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Ancaq o mədrə-
sədən  tez  uzaqlaşmışdır;  gözəl  təbə,  şairlik  istedadına  malik 
gənci  şeir,  söz  daha  çox  cəlb  etmişdir.  Molla  Cümə  öz  şəxsi 
mütaliəsi  ilə  klassik  Azərbaycan  ədəbiyyatını,  onun  xüsusilə 
Vaqif, Vidadi, Zakir, Nəbati kimi sənətkarlarını, aşıq yaradıcı-
lığımızı,  xalq ədəbiyyatımızı dərindən öyrənmiş,  özü də gözəl 
bir sənətkar kimi yüksəlmişdir. 
Cümənin atası Saleh kişi əkinçiliklə məşğul olmuşdur. O, 
yeganə  oğlu  Cüməni  də  kiçik  yaşlarından  təsərrüfat  işlərinə 
alışdırmışdır.  Təbiətin  gözəl  mənzərələri  qoynunda  böyüyən 
Cümə kiçik  yaşlarından sinədən şeir qoşmağa başlamışdır. Öz 
şəxsi  bacarığı,  təbii  istedadı  sayəsində  dövrünün  tanınmış  sə-
nətkarları səviyyəsinə yüksələ bilmişdir. 
Sonralar  bütün  ömrü  boyu  Molla  Cümənin  əsas  sənəti, 
peşəsi  əkinçilik  olmuşdur.  Qax,  Zaqatala,  Balakən  varlılarının 
zəmisində  biçin  biçmiş  və  bundan  aldığı  zəhmət  haqqı  ilə 
ailəsini  dolandırmışdır.  Qızı  Reyhan  deyir  ki,  olüncə  atamın 
əlindən oraq, yaba düşməmişdir.  
Molla  Cümənin  tərcümeyi-halında  olan  ən  qaranlıq  yer-
lərdən birisi onun ölümü məsələsidir. Bu barədə müxtəlif rəva-


 
78 
yətlər  söylənir.  Bütün  bu  müxtəlif  variantda  olan  rəvayətlərin 
birləşdiyi  nöqtə  odur  ki,  Molla  Cümə  səhvən  öldürülmüşdür. 
Guya onu öldürəndən sonra tanımışlar. “Nuxa fəhləsi”
10
 Molla 
Cümənin ölümü haqqında belə bir qeyd vermiş ki, 1920-ci ilin 
may  ayının  əvvəllərində  XI  Qızıl  Ordunun  hissələri  Nuxadan 
Zaqatalaya  doğru  gedərkən,  bu  yolun  ətrafındakı  kəndlərin 
varlıları orduya müqavimət göstərmək fikrinə düşürlər. Burada 
atışma  başlayır.  Bir  çox  yoxsul  kəndli  ordu  ilə  onlara  qarşı 
çıxanların  arasında  qalır.  Molla  Cüməyə  də  bu  vaxt  güllə 
dəyir... 
Cümənin həyatından danışarkən bir cəhəti də qeyd etmək 
lazımdır:  o  da  əksər  şeirlərində  adı  çəkilən  “İsmi  Pünhan” 
məsələsidir. Məlumdur ki, bu söz gizli ad mənasındadır. Görü-
nür aşığın bir gözəlin, məşuqənin, başqa sözlə desək, öz sevgi-
lisinin  adını  gizli  saxlamaqda  bir  məqsədi  varmış.  “İsmi 
Pünhan”  Molla  Cümənin  tərcümeyi-halı,  həyatı,  fəaliyyəti  ilə 
əlaqədardır.  Bu  məsələdən  söhbət  açanlar  deyirlər  ki,  Molla 
Cümə  varlı  bir  ailədən  olan  qıza  aşiq  olmuş,  lakin  onun  adını 
çəkə bilməmiş, gizlətmişdir. 
Aşığın öz şeirləri İsmi Pünhan haqqında daha doğru fikir 
yüütməyə material verir.  
 
Necə dad etməyim, aman, ay fələk! 
İsmi Pünhan mənə zəlalət eylər! 
-beyti ilə başlanan qoşmanın son bəndi belədir: 
 
Fələk məni döndəribdi Məcnuna, 
İnsan salmaz insanı bu zülümə, 
Göynüyün ətrafın bu Molla Cümə 
Hər günü dörd yolla ziyarət eylər. 
Bu  şeir  güman  etməyə  əsas  verir  ki,  İsmi  Pünhan  məhz 
Göynükdən  olmuşdur.  Yaxud  “Axtaran”  rədifli  başqa  bir 
qoşmanın son bəndində deyilir: 
                                                
10
 “Nuxa fəhləsi”, 1961, №27 


 
79 
 
Mən cununam, kimə verim öyüdü, 
Yandım desəm, tez tökərlər nöyüdü, 
Cümə ölüb, tapılmasa meyidi, 
İsmi Pünhan obasını axtarın. 
Yaxud: 
 
Könül dönsə, bu dostluğu atarıq, 
Yol uzaqdır, özüm bihal, at arıq, 
Cümə səni sevəndəydi, a tarix, 
Min iki yüz doxsanıncı sənədə. 
Həmin  tarixi  miladiyə  çevirəndə  1873-cü  il  alınır. 
Cümənin anadan olduğu il 1854-cü il qəbul olunanda, o zaman 
İsmi Pünhanı sevəndə 19 yaşı varmış. Belə misalları Cümənin 
şeirlərindən  çox  gətirmək  olar.  Nəticə  belədir  ki,  həmin  qız 
Molla Cümənin dərs aldığı mədrəsə sahibinin, o yerin ən böyük 
dindarının qızı imiş. 
Lakin  zaan  keçdikcə  İsmi  Pünhan  məşuqə,  aşiq,  sevgili 
mənasından  kənara  çıxmış,  aşığın,  ümumiyyətlə  həyat  idealı, 
arzusu, diləkləri kimi özünü göstərmişdir.  
Molla  Cümə  incə  zövqə  malik,  insanın  daxili,  ruhi 
hisslərini gözəl,  təsirli  ifadələrlə  inikas etdirməyi  bacaran  lirik 
bir şairdir. Cümə əsil məhəbbəti, saf, təmiz insani eşqi yüksək 
tutur,  var-dövlət heç vaxt maraqlandırmır. Onun varı, dünyası 
gözəl  bir  həmdəmdir.  Aşığın  malı,  dövləti  yaxşı,  mehriban 
insanlar,  dostluq,  səxavət,  qonaqpərəstlik,  alicənablıq  olmuş-
dur.  Bu  gözəl  insani  keyfiyyətləri  aşıq  kimdə  görmüşsə,  ona 
can qurban etmiş, onu tərifləyib sevmişdir. Ona görə də Molla 
Cümə haqqında xatirə söyləyən qocalar deyirlər ki, min manat 
versəydin o insansız yerdə bir kəlmə söz oxumazdı. Cümə üçün 
əsil mənada insanlar məclisi lazım idi, onda ürəyi açılar, təklif-
siz də oxuyardı.  


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə