Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə32/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   28   29   30   31   32   33   34   35   ...   104

 
105 
axırlarında Molla Cümə vəhşicəsinə öldürülmüş, qəbri də Aşa-
ğı Layisqidə yolun kənarındadır. 
Həqiqət  budur  ki,  Cümə  öldürülmüşdür,  bunu  hamı  təs-
diq edir. Ancaq bəzilərinin dediyi kimi, aşıq səhvənmi öldürü-
lüb,  öldürəndən  sonramı  onun  Molla  Cümə  olduğunu  biliblər. 
Bu  məsələ  ilə  əlaqədar  biz  bəzi  digər  mülahizə  və  müşahidə-
lərimizi demək istəyirik. 
Əvvəlan, Molla Cümə həddindən artıq həssas, narahat bir 
şəxs  olub,  ədalətsizliyə,  zülmə,  özbaşınalığa  heç  vəchlə  dözə 
bilməmişdir. Xüsusilə, gözləri  ilə gördüyü, şahidi olduğu haq-
sızlıqlara o, yerindəcə cavab verirdi. Bu cəhəti biz onun həcv-
lərində  açıqcasına  görməkdəyik.  Axundlar,  əfəndilər,  mollalar 
acgözlük edirsə, min cür yalan və fırıldaqla xalqı soyursa adları 
və  ya  ləqəblərilə  Molla  Cümə  şeirinə  düşürdülər.  Aşığın 
“Molla”,  “Əfəndi”,  “Hacılar”,  “Olacaq”  və  sair  rədifli  çoxlu 
şeirləri  bu  cəhətdən  xüsusilə  diqqəti  cəlb  edir.  Zəmanənin  ən 
varlı  adamlarından  olan  Qıpcaqlı  Hacı    Kərim,  Şəkili  Cavad 
ağa,  Axsaq  Laçın,  Almalı  İsa  dəllək,  Səid  və  başqalarının 
özbaşınalığı,  yoxsullara  həqarəti, zülmü,  ikiüzlülüyü,  yalan  və 
xəsisliyi həcvlərdə birbaşa üzlərinə deyilmişdir. Əlavə edək ki, 
Molla Cümə bütün yaradıcılığı boyu həcvlər yazmışdır. Qoca-
ların, ağsaqqalların söylədiyinə görə xalqı aldadıb soyan, inci-
dən, təhqir edən varlıların, din nümayəndələrinin aşığı görməyə 
gözləri  yox  idi.  Əlbəttə,  bu  şəxslər  Molla  Cümədən  intiqam 
almaq, ona mənəvi zərbələr vurmaq, aşığı yer üzündən silmək 
üçün fürsət axtarırdılar. 
İkinci  bir tərəfdən Molla Cümə öz müasirləri olan Ələs-
gər,  Hüseyn  Bozalqanlı,  Çoban  Əfqan,  Xəyyat  Mirzə,  daha 
sonra Aşıq Bilal, aşıq Əsəd, aşıq Mirzə dünyagörüşlü sənətkar 
idi.  O,  yaşadığı  dövrdən  şikayətlənir,  bəzən  varlıları,  qoluzor-
luları ədalətə, yaxşılığa, səxavətə, alicənablığa çağırır, bir sözlə 
yoxsulları  müdafiə  edirdi.  Xüsusilə  son  dövr  şeirlərində  əda-
lətli,  sərbəst,  xoşbəxt  bir  zamanın  gələcəyinə  böyük  ümidlər 
bəsləyirdi. Nəhayət, 1917-ci ildə Böyük Oktyabrın qələbəsi və 


 
106 
onun sədalarının  Azərbaycana gəlib çatması aşığın  yeni, azad, 
ədalətli  bir  həyata  olan  inamını  birə  on  qat  artırdı.  Sevincini 
mahnılarla elə car eləməyə başladı. Bu cəhəti biz yalnız Molla 
Cümənin  yaradıcılığında  deyil,  o  zaman  bir  sıra  Azərbaycan 
aşıqlarının  da  yaradıcılığında  görürük.  1918-ci  ildə  Gəncədə 
gənc  Aşıq  Məhəmməd  Qəhrəman  oğlu  “Gəlirmi”  rədifli  bir 
mahnı qoşub oxudu və beləliklə bir çox Azərbaycan aşıqlarının 
və  xalqın  intizarını  bəyan  etmiş  oldu.  Mahnı  qadağan  olundu, 
aşıq həbs edildi. Bu mahnıda belə bir misralar var idi: “Böyük 
Lenin  bu  dünyanın  rəhbəri”,  “Qoca  Şərqin  Nərimanı  gəlirmi” 
və s. Tovuzdan Xəyyat Mirzə, Ağstafadan Mirzə Səməd, məş-
hur  şair  və  partiya  işçisi  İsmayıl  Katib  həmin  rədifdə  mahnı-
larla Aşıq Məhəmmədin səsinə səs verdilər. Bu zaman Şəkidən 
isə Molla Cümənin  səsi ümumi ansambla qoşuldu. Aşığın  nə-
vəsi  Mövlud  Əzizov  1961-ci  ildə  bizə  babasının  bir  şeirini 
təqdim etdi. Birinci bənd belə idi: 
 
Ay cammat, gəlin sizə söyləyim, 
Azadlıqdan xoş bir səda eşitdim. 
Bəylərin torpağı gedir əlindən, 
Azadlıqdan xoş bir səda eşitdim. 
 
Şeir 1968-ci ildə “Xalqın səsi” toplusunda çap olunmuş-
dur. Yenə 1961-ci ildə Qax rayonunun Ləkit kəndində olarkən 
təqaüdçü  Məcid  Əhmədov  Molla  Cümənin  “Bolşevik”  rədifli 
bir şeirini bizə oxudu: 
Başına döndüyüm qəriblər şahı, 
Miskin üçün göndəribsən, bolşevik. 
Füqarayə çox mərhəmət edibsən, 
Dərdimizə dava qılan bolşevik... 
      Şeir 1977-ci ildə “Azərbaycan” jurnalının 11-ci nöm-
rəsində çap olunmuşdur. 
Deməli, Molla Cümə Oktyabra qədər varlıları, müftəxor-
ları,  fırıldaqçı  dindarları  kəskin  həcv  edir,  dünyadan  şikayət-


 
107 
lənir.  Oktyabrdan  sonra  isə  həmyerlilərinə  inqilab  haqqında 
eşitdiklərini  sazında  çalıb-oxuyurdu.  Bütün  bunlardan  sonra 
qızı Reyhanın, dostu İdris Mustafayevin “Molla Cümə qarışıq-
lıq  vaxtı  kənddən  çıxmadı,  ailəsini  də  çıxarmadı.  Mən  aşıq 
babayam,  mənə  heç kim  heç  nə eləməz” sözlərinin  mənası  və 
əhəmiyyəti  bizə  aydınlaşmış  olur.  Ancaq  belə  bir  zamanda 
azğın  düşmənlər,  qaragüruhçular  fürsəti  əldən  verməmişlər. 
Beləliklə, həqiqət üzə çıxır. Ruhanilər, varlılar, qaragüruhçular, 
inqilab  düşmənləri,  millətçilər  zamanın  keşməkeşliyindən,  qa-
rışıqlığından istifadə edərək aşıqdan öz intiqamını almış və onu 
məhv  etmişlər,  onu  qılınc  ilə  doğrayıb,  üzü  aşağı  yolun  kəna-
rındakı meşənin içinə atmışlar. 
                                                                                                
1989. 
 
 
Molla Cümənin gözəlləri 
 
 
 
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşayıb 
yaradan  görkəmli  Azərbaycan  aşıqlarından  biri  də  Molla  Cü-
mədir.  Şəxsiyyəti,  estetik  aləmi  etibarilə  maraqlı  həyat  yolu 
keçmiş  bu  sənətkar  bizə  zəngin  ədəbi  irs  qoyub  getmişdir. 
Molla Cümə yaradıcılığının mövzu dairəsi geniş olmuşdur. 
 
Bütün ömrü boyu əkinçiliklə  məşğul olan Molla Cümə 
qış aylarında Şəki, Qax, Zaqatala, Balakən rayonlarını, Dağıs-
tanın  kəndlərini  dolaşır,  məclislər  aparır,  öz  sevincini  elin  se-
vinc və kədərinə qatırdı. 
 
Molla  Cümə  gözəllik,  məhəbbət  nəğməkarıdır,  onun 
yaradıclığının  əsas  hissəsi  məhəbbət  lirikasıdır.  Kəndlərdə, 
eldə,  obada  elin  bəzəyi  olan,  xalqımızın  ən  yaxşı  keyfiy-
yətlərini  özlərində  təcəssüm  etdirən  el  qızlarını  Molla  Cümə 
fəxrlə vəsf edirdi. Gözəllər Molla Cümənin sazına-sözünə düş-
məsilə  fəxr  edirdilər.  Əksər  şeirlərini  aşıq  kəndlərdə  şəxsən 
gördüyü,  rast  gəldiyi  gözəllərə  həsr  etmişdir.  Məsələn,  Xana-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə