Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə34/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   30   31   32   33   34   35   36   37   ...   104

 
112 
 
Hətta  xarici  gözəlliyi,  səliqəli,  al-əlvan  geyimlərini 
təsvir edəndə də Molla Cümə gözəlin xoş rəftarını, şirin dilini, 
necə deyərlər, tərbiyəsini yaddan çıxarmırdı. 
 
Mən səndəki xoş qılığı 
Hər insanda görməmişəm... 
 
 
Ümumiyyətlə, xalq ədəbiyyatımızda, xüsusilə dastanla-
rımızda  xalq  belə  bir  ideyanı  müdafiə  edir  ki,  əsl,  düzünə, 
səmimi,  ülvi  məhəbbət  dünyada  hər  şeydən  qiymətlidir,  onu 
heç nə əvəz edə bilməz. 
 
Qara at nalı neylər, 
Qara qaş xalı neylər. 
Sən kimi yarı olan 
Dövləti, malı neylər.  
 
 
Molla  Cümə  də  öz  lirik  şeirlərində  bu  ənənəvi  xalq 
idealını çalıb-çağırmışdır. 
Aşıq eşqində sadiqdir. O, yer üzündə bircə vəfalı həmd-
əm  istəyir  və  ömür,  gününü  də  sona  qədər  onunla  keçirmək 
arzusunda yaşayır. Belə keyfiyyətlər Molla Cümə yaradıcılığını 
el  içərisində  yaymış,  özü  isə  ən  görkəmli  sənətkar  kimi 
sevilmişdir. 
 
Səndən ayrı ömür sürüb neylərəm 
Molla Cümə istər ölsün səninlə. 
 
 
Molla  Cümə  yaradıcılığında  sevinclə  kədər  qoşa  təsvir 
olunmuşdur.  Bir  də  həyatın  özü  axı,  belə  qurulmuşdur.  Molla 
Cümə  dünyadan  köçəndə  də  el  gözəllərinin  ona  yas  tutub 
ağlamasını  arzulayırdı.  Aşığın  “Ağlasın”  rədifli  qoşması  bunu 
sübut edir. 
 


 
113 
Ay ağalar, mən tək qərib öləndə, 
Səs düşsün ölkəyə ellər ağlasın. 
 
 
Ömrünün sonlarında ah və fəğan edən, özünü bu dünya-
da  qərib  və  tənha  sayan  aşıq  ömrü  boyu  gözəlliyini,  eşq  və 
səadətini  tərənnüm  etdiyi  gözəlləri  yasına  çağırır  və  bunda 
müəyyən mənada təsəlli tapırdı. 
 
Anam yox, bacım yox etsin ah-fəğan, 
Yasım tutsun Almalıda Tükəzban. 
Şotavarda Leyli, Marsanda Reyhan 
Tasmalıda o Güllüzar ağlasın. 
 
 
Adı  çəkilən  kəndlərin  hamısı  Qax  rayonundadır.  Elə 
buradaca kiçik bir ibrətamiz haşiyə: Bu əhvalatı bizə Marsanda 
ağsaqqallar (Rauf Əfəndiyev adlı) nəql etdilər. Molla Cümənin 
qız  nəvəsi  Mövlud  Əzizov  Şəki  ikiillik  müəllimlər  institutunu 
qurtarıb,  Qax  rayonunun  Marsan  kəndinə  müəllim  təyin  olu-
nub. Orada Reyhan adlı bir gözələ könül verib, evlənib Şəkiyə, 
ata  yurduna  aparmışdır.  Kim  bilir,  Mövlud  müəllimin  butası 
bəlkə  də  babasının  tərif  etdiyi  Reyhanın  nəvəsidir.  “Ağlasın” 
qoşmasının son bəndini də oxuculara çatdıraq: 
 
Cüməyə yas tutsun Güllükdə Fətmət, 
Muxaqda Asiyət, Talada Həlmət, 
Qımırda Gülsənəm, Bazarda Əmnət, 
Çobankolda bircə Nigar ağlasın. 
 
 
Aşıq  bu  qədər  el  gözəlinin  adını  dillərə  dastan  elə-
mişdir. Ancaq öz sevgilisinin adını çəkməmişdir. İsmi Pünhan 
(adı gizli) adlandırmışdır. 
 
Qax rayonunda olduğumuz zaman Molla Cüməni yaxşı 
tanıyan  və  şeirlərini    əzbərdən  bilən  dünyagörmüş  qocalardan 
biri  dedi  ki,  el  ədəbiyyatı  indiyə  qədər  gözəlin  adını 


 
114 
gizlətməmişdir. Molla Cümənin butasının adı isə pünhan olaraq 
qaldı. Niyə onun adı gizli qalıb, açılmayıb? Bu, ayrıca bir söh-
bətin mövzusudur. 
                                                                                                          
1989 
 
 
                            İsmi Pünhan kimdir 
 
İsmi Pünhan niyə məndən küsürsən, 
Dost, mehriban ya bir olar, ya iki. 
 
İsmi Pünhan görkəmli  Azərbaycan aşığı Molla Cümənin 
əksər  şeirlərində  çəkilən  addır.  “İsm  –  ad,  “Pünhan”  isə  gizli 
deməkdir.  Aşığın  şeirlərinin  əsas  hissəsi  İsmi  Pünhana  müra-
ciətlə  başlayır,  müəyyən  bir  hissəsi də İsmi Pünhanla qurtarır. 
İsmi  Pünhan  kimdir?  Ümumi  rəy  belədir:  Molla  Cümə  gənc 
yaşlarında varlı, yaxud dindar bir yerdən olan qıza aşiq olmuş, 
ancaq qızın adını çəkməyi ona qadağan etmişlər. Ona görə də 
aşıq  sevgilisinin  adını  gizlətmiş,  İsmi  Pünhan  adlandıraraq 
ömür  boyu  şeirlərində  vəsf  etmişdir.  1960-cı  illərdə  bir  neçə 
dəfə aşığın  şeirlərini toplamaq  məqsədilə Şəki, Qax, Zaqatala, 
Balakən  rayonlarında  olduq  və  bu  adla  maraqlandıq.  Çoxlu 
rəvayətlər eşitdik. Zaqatalanın Çobankol kəndində Aşıq Kazım 
dedi  ki,  İsmi  Pünhan  Qax  rayonunun  Şabalıtlı  kəndində  Şeyx 
Babanın  qızı  olmuşdur.  Bəzi  qocaların  dediyinə  görə,  İsmi 
Pünhan  Şəkinin  Aşağı  Göynük  kəndində  Hacı  İbrahim  Əfən-
dinin  qızı  imiş,  bəzilərinin  dediyinə  görə  isə,  İsmi  Pünhan 
Molla Cümənin gənc yaşlarında təhsil aldığı mədrəsə sahibinin 
qızı  olub,  hətta  əlavə  edirlər  ki,  müəlliminin  qızı  olub.  Qax 
rayonunda aşığın yaradıcılığına bələd olan qocalardan biri dedi 
ki, el ədəbiyyatında heç nə gizlədilməyib, ancaq Molla Cümə-
nin  İsmi  Pünhanı  pünhan  olaraq  qaldı.  Aşığın  yaradıcılığı  ilə 
məşğul  olduqca  aydınca  meydana  çıxır  ki,  Molla  Cümə  nə 


 
115 
varlılardan,  nə  də  din  nümayəndələrindən  qorxub  çəkinmə-
mişdir. Onun birbaşa adları – ləqəblərilə varlılara və dindarlara 
ünvanlanmış  həcvləri  bunu  aydınca  göstərməkdədir.  Bəs  niyə 
onun  sevgilisinin  adı  indiyə  qədər  məlum  olmamışdır.  Bizə 
belə  gəlir  ki,  Molla  Cümə  sevgilisinin  adını  iki  səbəbə  görə 
gizlədə  bilərdi.  Sevimli  müəlliminin  qızı  olduqda,  yaxud  da 
evi,  mülkü,  özü  el  içərisində  ziyarət  hesab  edilən  dindar  bir 
şəxsin  qızı  olduqda.  Ancaq  məsələ  burasındadır  ki,  heç  kəs 
İsmi  Pünhanın  kim  olması  haqqında  dəqiq  məlumata  malik 
deyildir.  Yəni  İsmi  Pünhanı  bir  buta  –  sevgili  –  aşiq  kimi 
tarixdə  tapmaq  mümkün  olmamışdır.  Şəkinin  Aşağı  Göynük 
kəndində  yaşı  yüzü  adlamış  İdris  Mustafayev  dedi  ki,  mən 
Molla Cümənin uşaqlıqdan ürək dostu olmuşam, çəltik əkməyə 
də bir yerdə gedərdik. Bir gün araya salıb ondan soruşdum ki, 
axı, bu İsmi Pünhan kimdir, bundan nə qədər danışırsan? Molla 
Cümə  cavab  verdi  ki,  andım  var,  mən  bu  sirri  ölüncə 
açmayacağam.  Qızı  Reyhan  xanım  da  İsmi  Pünhanın  kim  ol-
masını dəqiq deyə bilmədi, bir onu əlavə elədi ki, İsmi Pünhan 
dünyadan  nakam  getmişdir.  Bütün  bunlara  biz  bir  cəhəti  də 
əlavə  etmək  istəyirik.  Azərbaycan  aşıq  sənətində  qədimdən 
sabitləşən bir ənənə var: hər bir ustad aşığın bir sevgilisi, butası 
olub.  Bizə  belə  gəlir  ki,  Molla  Cümənin    İsmi  Pünhanı  onun 
butasıdır  və  aşıq  şeirlərinin  əksəriyyətini  də  həmin  butasına  - 
İsmi  Pünhana  həsr  eləmişdir.  Qızı  Reyhan  xanım  danışır  ki, 
anamdan  eşitmişəm  ki,  atama  buta  verilib,  özü  də  bu  hadisə 
evlənəndən  sonra  olub  (Reyhan  xanım  bu  əhvalatı  anasından 
eşitdiyi kimi təfsilatı ilə bizə nəql elədi). 
İndi gəlin, İsmi Pünhanla əlaqədar Molla Cümənin yara-
dıcılığına kiçik bir səyahət edək. Elə buradaca deyək ki, Molla 
Cümənin  şeirlərində  öz  adları  ilə  vəsf  edilən  gözəllərin  sayı-
hesabı yoxdur. O, sazının qotazını asan, gəzib dolaşdığı yerlər-
də rast gəldiyi digər el gözəllərinin hamısını öz adları ilə şeir-
lərində tərifləyir. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə