Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə37/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   33   34   35   36   37   38   39   40   ...   104

 
122 
qoxu  hiss  edirlər,  şübhələnirlər,  kəndə  səs  düşür,  gedib  baxır-
lar,  bir  neçə  insan  cənazəsi  tapırlar.  Onlar  bir-birinin  üstünə 
qalaqlanıb.  Molla  Cümə  də  onların  arasındadır”.  İdris  dayı 
göstərir ki, Molla Cüməni yolun alt tərəfində şəxsən mən özüm 
bax bu əllərimlə basdırmışam. Özü də üzü aşağı yatdırılmışdı. 
Bir  neçə  yerdən  qılınc  yarası  vurulmuşdu,  sifəti  tanınmaz  ol-
muşdu,  aşığı  yalnız  paltarlarından  tanıdıq.  İdris  Mustafayev 
davam edir ki, kəndin  bu  mötəbər adamlarını aparan və  məhv 
edən o zaman müxtəli yollarla, hətta orduya belə soxulan, özü 
də əslən Şəkinin Səbətli kəndindən olan ermənilər idilər. Onlar 
Molla Cüməni tək aparmağa ehtiyat etmiş, çünki  bu  müəyyən 
şübhə doğura bilərdi, bir çox işlərin üstünü açardı, həm də xalq 
buna qətiyyən icazə verməzdi. Ona görə də kəndin ən hörmətli 
adamlarından-qocalardan bir neçəsini seçmiş və aldadıb aşıqla 
birlikdə aparıb tələf etmişlər. Beləliklə, 1920-ci ilin may ayında 
Mola Cümə vəhşicəsinə öldürülmüş, qəbri də Aşağı Layisqidə 
yolun kənarındadır. 
Şəkidə Molla Cümənin qızı Reyhan xanımın bağışladığı 
əlyazmasında bu barədə aşağıdakı sözlər yazılmışdır: “1920-ci 
ildə  bolşeviklər  Nuxaya  gəldiyi  vaxt  Nuxa,  Zaqatala  arasında 
hərbi  gedişat  sürətlənirdi.  Şuranın  gəldiyi  bütün  ətrafa,  kənd-
lərə yayılır və bütün camaat, əhali qaçmağa başlayır. Bu xəbəri 
eşidən  Aşağı  Layisqi  kəndindən  dəxi  olanlar  başlayır.  Molla 
Cüməyə bu xəbər çatınca heç yerə tərpənməyir; “getməyin, bu 
hökumət ancaq biz kəndlilərindir” deyə hərəkət göstərməyir və 
öz  qonşularını  da  qaçmağa  qoymayır.  Bundan  bir  az  qabaq 
erməni-müsəlman  ziddiyyəti  olduğu  da  məlum  idi.  Odur  ki, 
həmin  Aşağı  Layisqi  kəndinə  gəlmiş  Qırmız  Ordu  arasındakı 
ermənilər  kənddə  dayanmış  Molla  Cüməni,  təxminən  səkkizə 
qədər qaçmamış olan qonşularını tutub kənddən üç verst uzaq-
da öldürürlər ki, Molla Cümə də gözlənilmədən ağır bir ölümə 
məhkum olmuşdur”. Gətirilən  iqtibasda bir sözü oxuya bilmə-
dik, əlyazmasında demək olar ki, pozulub, bütün səylərimiz bir 
nəticə  vermədi,  yerinə  nöqtələr  qoyduq.  Bu  söz  bizcə  addır, 


 
123 
özü  də  yer  adıdır,  yəni  həmin  ermənilərin  mənsub  olduğu 
yerin-kəndin adıdır, bir az da dəqiq desək, bizcə Şəkinin ermə-
nilər yaşayan kəndlərindən birinin adıdır. Qızı Reyhan xanımın 
dilindən  atasının  ölümü  haqqında  məlumatı  biz  1962-ci  ildə 
almışıq, əlyazmasından isə bir neçə ay bundan əvvəl tapmışıq. 
Diqqət  edilərsə  o  qədər  rəvayətlər  içərisində  ən  çox  bir-birinə 
yaxın  olan  və  Reyhan  xanımla  əlyazmasında  qalmış  məlu-
matdır.  Nəhayət,  əlyazmasının  “bundan  bir  az  qabaq  erməni-
müsəlman  ziddiyyəti  olduğu  da  məlum  idi”  ifadəsinə  diqqət 
yetirək.  Aydındır  ki,  Molla  Cümə  kəndin  bir  neçə  hörmətli 
adamı  ilə  bu  ziddiyyətin  qurbanı  olmuşdur.  Əsgər  paltarına 
girmiş  ermənilər  belə  bir  fürsətdən  istifadə  edərək  intiqam 
almış, çoxdan izlədikləri görkəmli sənətkarı qətlə yetirmişlər. 
 
                                              1993-cü il 
 
 
 
BÖYÜK SƏNƏTKARIMIZA ƏBƏDİ  
HEYKƏL UCALDAQ 
 
 
Şəki  Şəhər İcra hakimiyyətinin  başçısı  Nəzir Əhmədov, 
Azərbaycan Yazıçılar Birliyi Şəki Şəhər Filialının sədri Teymur 
Xəlilov,  Azərbaycan  Respublikası  Elmlər  Akademiyası  Şəki 
etnoqrafiya  qrupunun  rəhbəri  Hacı  Sabir  Əfəndi,  “Şəkinin 
səsi”  və  “İpəkçi”  qəzetlərinin  baş  redaktoru,  respublikanın 
əməkdar jurnalisti Salis Məmmədov cənablarına 
 
Hörmətli həmyerlilərim! 
 
Ömrümün 35 ilinin böyük aşığımız, ölməz sənətkarımız 
Molla Cümənin yaradıcılığına həsr etmişəm. 1961-62-ci illərdə 
iki  il  Şəki,  Qax,  Zaqatala,  Balakən  rayon  və  kəndlərini  qarış-
qarış  gəzmişəm,  aşığın  saysız-hesabsız  şeirlərini  şifahi  dildən  
toplamışam.  Mola  Cümənin  dord  əlyazmasını  əldə  etmişəm, 


 
124 
şeirlərindən ibarət iki kitabını (1966, 1983) və aşığın həyatı və 
sənəti haqqında 20-dən çox məqalə nəşr etdirmişəm. 
 
Mən belə hesab edirəm ki, aşığın demək olar ki, bütün 
əsərləri  əlimdə  olan  əlyazmalarındandır.  Bütün  illər  ərzində 
dörd  müxtəlif  xətlə  yazılmış  (ərəb  əlifbası  ilə)  əlyazmaları 
üzərində iş aparmışam. Bəzi şeirlərinin oxunmasına 1-2 ay vaxt 
sərf  etmişəm.  Nəhayət,  35  illik  zəhmətim  başa  yetişmişdir: 
Molla  Cümənin  bütün  əsərlərini  oxuyub  başa  çatdırmış,  lüğət 
tərtib  etmiş,  mifoloji  surətlərin  mənalarını  açmışam,  otuz 
müəllif  vərəqi  həcmində  kitabı  hazırlamışam.  Böyük  zəhmət, 
əziyyətlər, maddi və mənəvi çətinlikləri dəf edərək kitabı mət-
bəədə  yığdırmışam.  O  zamandan  iki  ilə  qədər  vaxt  keçmişdir. 
İndi mən heç nə eləmək iqtidarında deyiləm, kağızın olmaması 
bəhanəsilə  kitab-mənim  otuz  beş  illik  zəhmətim  məhv  olmaq 
qorxusu  qarşısındadır.  Hər  yerdən  əlim  üzülüb,  üzümü  Sizə 
tuturam, gəlin fikirləşək: nə yolla biz bu kitabı Şəki camaatına 
çatdıra bilərik. Mən təmənnasız olaraq əlyazmamı da şəkililərə 
hədiyyə verə bilərdim. 
 
Molla  Cümənin  (qoca  yaşlarında  vəhşicəsinə  qətlə 
yetirilmiş  bu  böyük  insanın)    külliyyatı  hər  bir  şəkilinin  evini 
bəzəməlidir. Mən Sizə, Şəkinin bütün imkanlı adamlarına, xey-
riyyəçilərinə, ümumiyyətlə bütün Şəki camaatına müraciət edi-
rəm. Kağız əldə eləmək üçün vəsaiti nə yolla əldə edə bilərik? 
Gəlin, birlikdə bu kitabı məhv olmaqdan xilas edək, bu kitabın 
capı  ilə  şəkililər  elə  bil  şəhərin  mərkəzində  öz  böyük  sənət-
karlarına əbədi heykəl ucaltmış olacaqlar. 
 
Salis, əzizim, Sizə qardaş deyim, bala deyim, fikirləşin, 
məsləhətləşin-bu  işi  biz  nə  yolla  başa  çatdıra  bilərik.  Sizə 
zəhmət olmasa, mənim bu yazımı qəzetinizin səhifələrində çap 
edib  bütün  Şəki  camaatına  çatdırın.  Mən  Sizə  böyük  ümidlər 
bəsləyirəm. Mən xəstəyəm, şəhərdən çıxa bilmirəm, yoxsa gə-
lib Sizinlə görüşərəm. 
 
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.  
 
Hörmətlə: 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə