Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə38/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   34   35   36   37   38   39   40   41   ...   104

 
125 
                            Paşa Əfəndiyev, 
N.Tusi adına Azərbaycan Dövlət  
Pedaqoji Universiteti Azərbaycan  
ədəbiyyatı tarixi kafedrasının müdiri, 
 filologiya elmləri doktoru, professor. 
Ev ünvanım və telefonum: Bakı şəhəri,  
Nizami küçəsi 98, mənzil 43. 
Telefon: 98-07-73. 
1995 
 
 
 
 
MOLLA CÜMƏ  
(1854-1920) 
 
Mən  hələ  uşaq  yaşlarında  Molla  Cümə  haqqında  çox 
eşitmişdim. Yadımdadır, axşamlar tonqal qalayıb onun ətrafına 
toplaşar, müxtəlif kitablar oxuyar, nağıl danışardıq. «Koroğlu» 
dastanı, «Nizami əsərlərinin el variantları» kitablarını oxumaq-
dan doymazdıq. Yoldaşlarımız arasında hətta saz salmağı baca-
ran da var idi. Kiçik bir sazı dınqıldada-dınqıldada o oxuyardı: 
Mən necə şad olum sən ağlayanda, 
Ay miskin maralım, sən ağlayanda. 
Ay bülbül sədalım, sən ağlayanda… 
Tale  elə  gətirdi  ki,  pedaqoji  institutun  dil  və  ədəbiyyat 
fakültəsinə  daxil  oldum,  qurtaranda  aspiranturada  saxlandım 
və… 
…Xalqımızın  mənəvi  sərvətinin  –  folklorunun  arayıb  a-
xtarıcısı  oldum.  Molla  Cümə,  onun  sənətkar taleyi,  onun  haq-
qında  kənddə  eşitdiyim  rəvayətlər  və  nəhayət,  bu  böyük  saz 
ustadının  yaradıcılığı  zaman-zaman  məni  düşündürürdü.  Vax-
tilə  H.Əlizadənin  onun  bir  sıra  şeirlərini  çap  etdirdiyini  bilir-
dim.  Molla  Cümə  aşıq  sənətimiz  tarixində  ən  az  öyrənilən 


 
126 
aşıqlardan idi. 1960-cı il. Kafedramızın müdiri akademik Fey-
zulla  Qasımzadə  məni  yanına  çağırtdırıb  gələn  ilin  elmi  işi 
üçün  bir  mövzu  verməyi  tapşırdı.  Molla  Cümə  yaradıcılığı  ilə 
məşğul olmaq istəyimi professora bildirdim. 
F.Qasımzadə  Molla  Cüməyə  bələd  idi.  XIX  əsr  Azər-
baycan  ədəbiyyatını  tədqiq edəndə  onun da  əsərlərinə rast  gəl-
mişdi. O, mənim arzumu bəyəndi və əlavə etdi ki, çox maraqlı 
bir  şəxsiyyətdir,  ancaq  əvvəlcə  onun  əsərlərini  toplayıb  üzə 
çıxarıb sonra tədqiq etmək lazımdır. 
1961-ci  ilin  oktyabrında  aşığın  şeirlərini  toplamaq  məqs-
ədilə  ilk  fərdi  ekspedisiyaya  getməli  oldum.  İşə  əvvəlcə  Qax 
rayonunun  İlisu  kəndindən  başladım.  Yunis  Təhməzovu  nişan 
verdilər. Yunis dayı çox həvəslə Molla Cümədən söhbətlər etdi 
və aşığın əsərlərindən ibarət böyük bir əlyazmasını lütflə mənə 
bağışladı.  Beləliklə,  İlisudan  başlanan  yol  məni  Qaxa,  Zaqa-
talaya,  oradan  Balakənə və qayıdan  baş  aşığın  vətəni  – Şəkiyə 
gətirib çıxardı. 
Bir  ayın  müddətində  kəndləri  dolaşdım…  Nə  gördüm… 
Bu  yerlərin  torpağı,  daşı  da  Molla  Cümədən  danışırdı.  Şifahi 
dildən  aşığın  çoxlu  şeirlərini  yazıya  aldım.  Qocalarla,  ağsaq-
qallarla, aşıq şeiri həvəskarları ilə və nəhayət aşıqlarla görüşüb 
söhbətlər apardım. Xatirələr yazdım. 
İkinci  dəfə  fərdi  ekspedisiyada  oldum,  bəzi  məsələləri 
dəqiqləşdirdim, yenə şifahi dildən şeirlər yazıya aldım. Hazırda 
əlimdə  aşığın  şifahi  dildən  yazıya  aldığım  şeirlərindən  ibarət 
ona  qədər  bloknot  vardır.  Əsas  nəticə  bu  oldu  ki,  Molla 
Cümənin şeirlərindən ibarət dörd əlyazması ilə geri qayıtdım. 
Bizcə Molla Cümənin elmi tərcümeyi-halını yazmaq çox 
çətindir.  Bu,  yalnız  Molla  Cüməyə  deyil,  bütün  ustad  aşıql-
arımıza aiddir. Ustadlarımızın həyatı haqqında ən səhih mənbə 
onların  şeir  və  dastanlarıdır.  Biz  bu  kitabda  Molla  Cümənin 
həyat  və  fəaliyyətilə  bağlı  əldə  etdiyimiz  çoxlu  xatirə  və 
məlumatların  müəyyən  bir  qismini  verməyi  lazım  bilirik. 
Bunları 60-cı  illərdə  fərli ekspedisiyalar zamanı toplamışıq  və 


 
127 
o  zaman  topladığımız  şəkildə  də  kitabın  qeydlər  və  izahlar 
bəhsində verməyi lazım bildik. 
Molla  Cümənin  anadan  olma  tarixi  indiyə  qədər  təxmini 
qeyd  edilmişdir. S.Mümtaz,  H.Əlizadə, H.Araslı, F.Qasımzadə 
bu barədə zaman-zaman yazmışlar. 
Əsrimizin əvvəllərində aşıq əldə olan  bütün şeirlərini bir 
yerə  yığıb  səliqə  ilə  köçürmüş  və  oğlu  Həsənə  yadigar 
vermişdir.  Bunu  sənətkarın  aşağıdakı  müxəmməsindən  aydın 
görmək olar: 
Min üç yüz otuz iki 
Tarixdədir indi sənə. 
Altmışa çatmış yaşım, 
Sevda sərdə durur yenə. 
Pozulub bürcü-bədən 
Üstdən gedir gündən-günə. 
Tapşırır Molla Cümə 
Oğul, sənə dönə-dönə, 
Sidqnən yaxşı tutub 
Göz yetir dəftərə, Həsən. 
Yazdığım bu dəftəri 
Saxla yadigara, Həsən. 
Şeirdən aydın olur ki,  Molla  Cümə  hicri tarixilə  1332-ci 
ildə, miladi tarixi  ilə 1914-cü ildə 60  yaşına çatıbmış. Demək, 
ulu  söz  ustadı  1854-cü  ildə  doğulmuşdur.  Savadlı,  bilikli 
olduğu  üçün  ona  Molla  demişlər.  Vaqifə,  Vidadiyə  deyildiyi 
kimi.  Qax  rayonunda  aşıq  Məhəmməd  bizə  danışdı  ki,  Molla 
Cümə «Mən» rədifli qoşma – vücudnaməsini tərəkəmə aşıqları 
ilə  mübahisə  zamanı  bədahətən  söyləyib.  Bu  şeirdən  Molla 
Cümənin özü, yaşadığı yeri, ailəsi haqqında səhih məlumat ala 
bilirik: 
Aşıq anasıyam, şairlər kökü, 
Gəzərəm dünyada divanə təki, 
Mahalım Göynükdür, şəhərim Şəki, 
Layisqi kəndinin binasıyam mən. 


 
128 
 
Binəm Layisqiyə düşübdür mehman, 
Pədərim Salahdır, madərim Reyhan. 
Vələdim Həsəndir, əxim Süleyman, 
Familim Molla Oruc, ədnasıyam mən. 
Aşığın  şeirlərindən  onun  mükəmməl  mədrəsə  təhsili 
alması,  ərəb,  fars  dillərini  dərindən  bilməsi  aydın 
görünməkdədir: 
Aşnayam, gedərəm doğru yolunan, 
Bülbüləm söhbətim olur gülünən, 
Danışsalar yetmiş iki dilinən, 
Ol qədər arifəm, qanasıyam mən. 
 
Oxuram, ustaddan almışam dərsi, 
Oxumuşam ərəb, türkinən farsi, 
Fikrim seyr edər, ərşinən kürsü, 
Dərin kitabların mənasıyam mən. 
Molla  Cümə  1920-ci  ilin  may-iyun  aylarında  vəhşicəsinə 
öldürülmüşdür. O, Şəkinin ətrafında olan Qax, Zaqatala, Bala-
kən  rayonlarını,  bu  yerlərdə  olan  kəndləri  dolaşmış,  məclis-
lərdə  çalıb  oxumuş,  gördüyü  gözəllərin  şəninə  gözəlləmələr 
qoşmuşdur. 
Deyildiyinə görə, Molla Cümə əsasən əkinçiliklə məşğul 
olmuşdur.  Çox  zaman  o,  taxıl  məhsulunun  yetişdiyi  dövrdə 
ətraf rayon və kəndlərə getmiş, varlıların zəmisində biçinçiliklə 
məşğul  olmuş,  ondan  aldığı  zəhmət  haqqı  ilə  güzəranını 
keçirmişdir. Qızı Reyhanın dediyinə görə ölüncə onun əlindən 
oraq  düşməmişdir.  Sonralar  ehtimal  ki,  onun  kiçik  sahədən 
ibarət  torpağı  olmuş,  buranı  özü,  öz  arvadı  ilə  birlikdə  əkib 
becərmişdir.  Aşığın  gəlib  bizə  çatan  «Arvad»  və  «Sərçələr» 
adlı iki şeiri fikrimizə əyani sübutdur. 
«Sərçələr» şeirində deyilir: 
Fəqir dostum cəfa çəkib əkibdir, 
Kərim dostum toxumunu tökübdür, 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə