Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə35/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   31   32   33   34   35   36   37   38   ...   104

 
116 
Elə  ki,  müəyyən  səbəblərə  görə  tərif  məqamında  gözəl-
lərin birbaşa adını çəkmək mümkün deyil, onda aşıq ya əbcəd 
hesabı ilə, yaxud da ərəb əlifbasının müxtəlif hərfləri vasitəsilə 
o gözəlin adını şeirinə salır. 
Ceyranın quzusu, adın bilmişəm, 
Qafi, zey, yay, teyi, reyə bağlıdır. 
  
İkinci  misrada  q,  z,  y,  t,  r  hərfləri  düzülüb,  bunlar 
Qızyetər oxunur. 
Unutmaram, ismin eylərəm əzbər, 
İki mim, rey, yeyin üstündə. 
İki m, r, y hərfləri əsasında Məryəm adı alınır. 
Yaxud, əbcəd hesabı ilə: 
Altmış ilə səkkiz onu 
Cəm, eylədim əlliyə mən. 
Bu hesab içrə sənin, 
İsmini Pünhan demişəm və s.  
Birbaşa,  İsmi  Pünhan  sözlərinin  yazıldığı  şeirlərin  də 
sayı-hesabı yoxdur. Molla Cümə sevgilisinə vurulandan ömrü-
nün sonuna qədər İsmi Pünhana şeirlər qoşmuşdur. 
İsmi Pünhan dünyadan köçəndə Molla Cümə ona şeir də 
həsr eləmişdir.  
Qoşmanın  ümumi  ruhundan  aydın  olur  ki,  aşığın  butası 
çox erkən dünyadan köçmüşdür. 
İsmi  Pünhan  əhvalatı  onun  dünyadan  köçməsi  ilə  qutar-
mır, əksinə, ayrı bir məcraya düşür. İsmi Pünhan Molla Cümə-
nin bütün yaradıcılığına hakim kəsilir. Şeirlərin birisində “İsmi 
Pünhan  üstündədir  xeyri-şərim”,  deyir.  Şəkidə  qocalardan  biri 
söylədi ki, İsmi Pünhan elə Molla Cümənin özüdür. 
Aşığın əksər şeirlərində İsmi Pünhan  sevgili, buta deyil, 
Molla Cümə ilə müxtəlif münasibətlərdə bulunan şəxsiyyətdir. 
Məsələn,  şeirlərinin  birisində  aşıq  təsvir  edir  ki,  üç  insana 
dünyada onun meyli qonmuşdur: Molla Surxay, Məhəmmədəli 
və  İsmi  Pünhan.  Molla  Surxay  Qax  rayonunun  İlisu  kəndin-


 
117 
dəndir,  aşıq  ona  üç  böyük  şeir  həsr  etmişdir,  Məhəmmədəli 
Şəkilidir, aşıq ona böyük bir müxəmməs ithaf eləmişdir. Ancaq 
burada İsmi Pünhan yenə də pünhan olaraq qalır, onun şəxsiy-
yəti  aydınlaşmır.  Şeirlərin  birisində  oxuyuruq  ki,  bir  gün  aşıq 
İsmi  Pünhanın  doqqazına  gedir,  qasid  göndərib  onu  çağırır, 
onun  üçcə  kəlmə  xoş  göftarına  ehtiyac  duyduğunu  izhar  edir, 
burada o, İsmi Pünhanı “həkimi-loğman” adlandırır: 
Xubluqda əladır, kamalı cəmdir, 
O olan məclis də söhbətdir, dəmdir. 
Danışmağı hicran, gülmağı qəmdir, 
Həsrətindən canım zara gəlibdir. 
Başqa bir şeirində təsvir olunur ki, bir dəfə Molla Cümə 
xəstələnir,  İsmi Pünhan onu yoluxmağa gəlir. 
Şükür sənin birliyinə yaradan, 
İsmi Pünhan məni görmağa gəlmiş. 
... Bir heyva cibində, dörd də almaynan, 
Cümənin halını sormağa gəlmiş. 
Şeirdən-şeirə  keçdikcə  İsmi  Pünhan  aşıqdan  uzaqlaşır, 
yadlaşır.  Artıq  İsmi  Pünhan  əlçatmaz  bir  varlığa  çevrilir,  indi 
Molla Cümə yalnız ona çatmaq üçün ah-aman edir, hətta  İsmi 
Pünhan  bir  sevgili,  aşiq  olmaqdan  çıxır,  ümumiləşir  və  belə-
liklə də, aşığın həyatda çatmaq istədiyi, ömrü boyu can atdığı, 
ancaq yetə bilmədiyi həyat idealına çevrilir. 
Belə  şeirlərdə  İsmi  Pünhan  buta  deyil,  əlçatmaz,  ünyet-
məz idealdır, Məcnunun, Fərhadın, Kərəmin yetə bilmədiyi bir 
ideal. 
                                            
                                                                      1990 
 
 
 
 
 
 


 
118 
MOLLA CÜMƏNİ KİM ÖLDÜRÜB 
 
Molla  Cümə  haqqında  lap  uşaq  yaşlarında  eşitmişdim, 
hətta  bəzi  şeirlərini  də  əzbərləmişdim.  Sonra  atamın  kitab-
xanasında  Hümmət  Əlizadənin  hələ  1935-ci  ildə  çap  etdirdiyi 
“Aşıqlar”  kitabına rast gəldim. Orada aşığın şeirlərini gördüm, 
onları təkrar-təkrar oxumağı sevirdim. İş elə gətirdi ki, sonralar 
xalqın  mənəvi  sərvətinin  toplayıcısı  və  araşdırıcısı  oldum. 
1961-ci  ildə  kafedra  müdiri,  akademik  Feyzulla  Qasımzadə 
məndən həmin il üçün elmi-tədqiqat işi mövzusu istədi. Molla 
Cümə  yaradıcılığı  ilə  məşğul  olmaq  arzumu  ona  bildirdim. 
Alim  arzumu  bəyəndi  və  əlavə  etdi  ki,  Molla  Cümə  çox 
maraqlı  bir şəxsiyyət və görkəmli  sənətkar olub (F.Qasımzadə 
XIX  əsr  ədəbiyyatına  aid  dərslik  və  monoqrafiyasında  Molla 
Cümə  haqqında  yazmışdı),  əvvəlcə  onun  şeirlərini  toplamaq  
və  ondan  sonra  tədqiq  etmək  lazımdır.  Nəhayət,  1961-ci  ilin 
oktyabrın əvvəllərində pedaqoji institutumuzun direktoru Meh-
dixan  Vəkilovun  sərəncamı  ilə  bir  aylığa  Şəki,  Qax,  Zaqatala 
və Balakən rayonlarına  fərdi ekspedisiyaya  yollandım. Oraları 
gəzdim, gəzdim və nə gördüm... bu yerlərin dağı, daşı, ağacları 
da Molla Cümədən danışırdı. Şifahi dildən bir neçə bloknot şeir 
yazıya  aldım,  çoxlu  xatirələr  topladım  və  nəhayət  Molla 
Cümənin zəngin ədəbi irsini əhatə edən üç əlyazması ilə qayıt-
dım. İnstitutun böyük elmi şurasında hesabat verdim, ekspedi-
siyanın  nəticələri  elmi-tədqiqat  işlərinin  yekunlarına  həsr  edi-
lən  konfransın  tezislər  kitabında  çap  olundu.  Bir  müddətdən 
sonra  məni  gəlib  iş  yerindən  radiokomitəyə  apardılar,  gördü-
yüm  işlər  barədə  qısa  məlumat  istədilər.  Əvvəlcə  Zeynəb  xa-
nım  Molla  Cümənin  “Ya  bir  olar,  ya  iki”  şeirinə  bəstələndiyi 
mahnını məlahətli səslə oxudu və sonra mən apardığım işlər və 
aşığın  yaradıcılığı  haqqında danışdım. Molla Cümənin  şəxsiy-
yətinə, yaradıcılığına maraq artdı. Bir neçə gündən sonra İmam 
Mustafayev məni yanına çağırdı. O zaman onun rəhbərlik elə-
diyi  Genetika  və  Seleksiya  İnstitutu  Filarmoniyanın  yanında 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə