Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə43/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   39   40   41   42   43   44   45   46   ...   104

 
143 
məhsuludur.  Burada  həm  də  bizim  canımız,  ruhumuz,  ürəyi-
miz,  qanımız,  gözümüzün  işığı  təcəssüm  etdirilmişdir.  Vaxtilə 
yalnız bir  neçə şeiri məlum olan bu böyük söz ustadının əksər 
əsərlərini  xalqa  çatdırmağa  nail  olmuşuq.  Bizim  ən  böyük 
daxili, mənəvi rahatlığımız da elə bundan ibarətdir. 
Nəhayət,  kitabın  tərtibi  haqqında  bir  neçə  söz.  Molla 
Cümənin aşıq poeziyasının müxtəlif şəkillərində şeirləri saysız-
hesabsızdır.  O,  çox  zaman  eyni  rədifdə  2-3  və  daha  artıq  şeir 
qoşmuşdur.  Xüsusilə  qoşma,  divani  və  müxəmməsləri  daha 
çoxdur.  Bunları  tərtib  edərkən,  düzərkən  böyük  çətinliklər 
qarşısında  qaldıq.  Çünki  saysız-hesabsız  şeirlər  təkrar  olunur, 
yaxud  unudulub  kənarda  qalırdı.  Ona  görə  də  bütün  şeirləri 
rədiflər üzrə əlifba sırası ilə düzüb kitaba daxil etdik. Bu, bizim 
işimizi müəyyən dərəcədə asanlaşdırdı.  
Kitabda  gözə  çarpan  qüsurları  göstərən,  ulu  sənətkarı-
mızın indiyə qədər məlum olmayan, kitaba düşməyən əsərlərini 
bizə göndərən oxuculara, aşıq şeiri  bilicilərinə  qabaqcadan öz 
minnətdarlığımızı bildiririk. 
                                                                          1995 
 
 
 
Qeydlər və izahlar 
Ön söz 
 
Birinci əlyazmanı 1961-ci ildə Qax rayonunun İlisu kən-
dində Yunis Təhməzovdan almışıq. Yunis dayının 80-nə yaxın 
yaşı var. Sənəti etibarilə dəmirçidir. Molla Cümənin çoxlu şeir-
lərini,  xüsusilə  müxəmməs  və  ustadnamələrini  yadında  saxla-
mışdır.  Molla  Cümənin  şeirlərini  ərəb  əlifbasında  səliqə  ilə 
yazıb saxlamışdır. Əlyazma 92 səhifədən ibarətdir. Burada aşı-
ğın 200-dən çox şeiri toplanmışdır. Əlyazma bu sözlərlə başla-
yır: “Rəhmətlik Molla Cümənin qəlbindən süzülən müxəmməs, 


 
144 
təcnis,  təxmiş,  divani,  qafiyə,  kötəlləmə,  əvvəl  axır...  həmin 
dəftərə yazıldı.  
 
 
Bunları yazdım burda qalmaq üçün, 
Oxuyanlar bir dua qılmaq üçün!. 
 
Şeirlər  şəkillər  üzrə  düzülmüş,  nömrələnmişdir.  Təcnis-
lərdən biri belə adlanır: “Təcnis, dodaqdəyməz, özü də  yedək-
ləmə, əlif əvvəl axır”. Bu, forma etibarilə çax maraqlı, müəm-
malı  şeirdir.  Şeirin  qurtaracağında  isə  bu  sözlər  yazılmışdır: 
“Afərin o adama ki, bu təcnisi oxuyub mənasın bilə, bilməyən 
qanmaza heyifdir, heyif”. 
Əlyazmanın son səhifələrində digər aşıqların şeirlərindən 
və məhəbbət dastanlarından nümunələr də vardır. Salah, Yusif, 
Heydər,  Şeyda,  Şair,  Musa,  Donu,  Ehraklı  Rəcəb,  Qax  rayo-
nunun  Zəyəm  kəndindən  olan  Camal,  Varxiyanlı  Məhəmməd 
və  digər  aşıqların  şeirləri,  “Abbas  və  Gülgəz”,  “Əsli  və 
Kərəm”,  “Novruz və Qəndab” dastanlarından  mahnılar vardır. 
Bunu biz İlisu əlyazması adlandırırıq. 
Yenə  60-cı  illərdə  fərdi  ekspedisiyaların  birində  Zaqa-
talanın  Kəpənəkçi  kəndinə  getdik.  Aşıq  Murtuzəli  ilə  tanış 
olduq.  O,  Molla  Cüməni  görmüş,  hətta  apardığı  məclislərdə 
iştirak etmişdir. O, uzun illər qoruyub saxladığı bir əlyazmasını 
bizə  təqdim  etdi.  Onun  bizə  verdiyi  əlyazması  yarımçıqdır, 
yəni bir hissəsi qopub düşmüşdür. Yalnız 16 səhifəsi qalmışdır 
ki, burada da 100-dən çox şeir vardır. Bunu Zaqatala əlyazması 
adlandırırıq. 
Bu  illərdə  ekspedisiyaların  birində  Şəkidə  baş  Göynük 
kəndində  aşığın  qızı  Reyhan  xanımın  qonağı  olduq.  Reyhan 
xanım  bizə  122  səhifədən  ibarət  bir  əlyazması  bağışladı. 
Əlyazmasının  19-cu  səhifəsində  oxuyuruq:  Bu  dəftər  yazıldı 
1333-cü  ildə.  Katibi  Molla  Cümə  İbn  Salah,  mərqum,  Aşağı 
Layisqi”. 


 
145 
Müqəddimədən  göründüyü  kimi,  Molla  Cümə  1914-cü 
ildə şeirlərinin toplusundan ibarət bir əlyazmasını oğlu Həsənə 
yadigar  verib.  Bizə  belə  gəlir  ki,  bu  dəftər  aşığın  oğluna 
yadigar  verdiyi  əlyazmasından  köçürülüb.  Bunu  da  biz  Şəki 
əlyazması adlandırırıq.  
Əlimizdə olan dördüncü əlyazması M.Ə.Sabirin 1914-cü 
ildə  İsa  bəy  Aşurbəyovun  mətbəəsində  buraxılan  “Hophop-
namə”sidir.  Kitabın  bütün  səhifələrində  ağ  yerlərə  Molla 
Cümənin şeirləri yazılmışdır. Bir sıra səhifələrdə hətta şeirlərin 
yazılma  tarixi  də  vardır  (1918,  1919  və  s.).  Müqayisələr 
göstərir  ki,  “Hophopnamə”nin  səhifələrində  olan  şeirlər  daha 
dəqiq  və  kamildir.  Bizdə  olan  bütün  əlyazmalarını  diqqətlə 
nəzərdən  keçirən  mərhum  akademik  Həmid  Araslı  da  bunu 
təsdiq etmişdir. 
Əlyazmasını  bizə  təqdim  edən  Şəkinin  Aşağı  Göynük 
kənd  orta  məktəbinin  müəllimi  Vədud  Hacıyevdir.  Vədud 
müəllimin dediyinə görə, atası Salman Rzaqov (o, 1943-cü ildə 
vəfat etmişdir) 20 ildən artıq Molla Cümə ilə dostluq etmişdir. 
S.Rzaqov  özünə  məxsus  olan  “Hophopnamə”ni  o  zamanın 
ziyalılarını, dostlarını  başına toplayıb oxuyarmış.  Molla Cümə 
də  belə  məclislərin  daimi  qonağı  imiş.  O  hər  dəfə 
“Hophopnamə”yə  qulaq  asandan  sonra  öz  əlilə  kitabın 
səhifələrindəki ağ yerlərə şeirlərindən birisini yadigar olaraq və 
həm də minnətdarlıq əlaməti kimi yazarmış. “Hophopnamə”nin 
səhifələrində  ağ  yer  qalmamış,  Molla  Cümənin  şeirləri  sanki 
Sabir  satiralarına  qaynayıb-qarışmışdır.  İndi  kitabın  səhifələ-
rində  Molla  Cümənin  150-yə  yaxın  şeiri  vardır. Həmin  əlyaz-
masını isə biz “Hophopnamə” adlandırırıq. Bütün bunlar barə-
də  institutun  elmi  şurasında  hesabat  verdim  və  əldə  elədiyim 
ilk nəticələr tezislər şəklində çap olundu. 
Dörd  əlyazması,  dörd  müxtəlif  xətt,  bəzən  bir  söz  və 
yaxud  misra  üzərində  günlərlə  iş  aparılmış,  digər  əlyazmaları 
yoxlanmış, şifahi dildən  yazıya alınan bloknotlar vərəqlənmiş, 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə