Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə51/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   47   48   49   50   51   52   53   54   ...   104

 
171 
İçində var fisti-fəsad 
Batırdı şeytan Göynüyü. – 
Molla  Cümə    burada  o  zaman  camaatın  danışdığına-
yozduğuna  işarə  edir  ki,  guya  bu,  iblis,  şeytan  işidir.  Kənd 
əhlindən kiminsə işlətdiyi  çox ağır günahların cəzasıdır.  
5. Ən yaxın dostlarından biri, cavan yaşlarında vəba xəs-
təliyindən  ölən  Mustafaya  dediyi  müxəmməsdir.  1961-ci  ilin 
oktyabrında Qax rayonunun Qaxbaş sakini, 70 yaşlı Aşıq Rəfi-
nin dilindən yazıya alınmışdır. “Hop-hopnamə”də var.  
6. “Hünü” rədifli müxəmməsi 1961-ci ildə Baş Göynük-
də  olduğumuz zaman  Molla Cümənin nəvəsi  Mövlud Əzizov 
bizə təqdim etmişdir. Bizdə olan əlyazmalarında da var.  
7. Müxəmməsi ilk dəfə 1935-ci ildə H.Əlizadə əlyazması 
əsasında çap etdirmişdir.  
8. Müxəmməsi ilk dəfə 1935-ci ildə H.Əlizadə əlyazması 
əsasında çap etdirmişdir.  
 
                            
DEYİŞMƏLƏR 
 
1.Aşıq  Könül  ilə  deyişmə  Molla  Cümə  yaradıcılığında 
mühüm  yer  tutur.  Aşığın  dünyagörüşünün,  poetik  aləminin 
açılmasında  bu  nümunələrin  müəyyən  dərəcədə  əhəmiyyəti 
qeyd  edilməlidir.  Molla  Cümənin  bu  deyişməsi  ilə  əlaqədar 
müəyyən  rəvayətlər  də  dolaşır.  Rəvayətin  birində  deyilir  ki, 
Dağıstanın  Qadrux  kəndində    Könül  adlı  bir  aşıq  olmuşdur. 
Aşıq  Könül  Zaqatalada  ikən  Molla  Cümənin  də  bu  rayonda 
olduğunu eşidir və təsadüfən Carbazar kəndindən,  çayxanadan 
gələn Cümə ilə rastlaşır. Qayda belədir, iki aşıq  harda qarşılaş-
sa deyişməlidirlər. Beləliklə, Aşıq  Könül deyişmək niyyətində 
olduğunu  bildirir.  Elə  oradaca  əlavə  edir  ki,  hətta  evinə  gedib 
Molla Cüməni orada tapmamışdır. Onun sorağı ilə buraya gəlib 
çıxmışdır.   


 
172 
Aşıqlar çayxanaya gəlirlər. Cavanlar Cümədən deyişməyi 
xahiş  edirlər.  Aşıqlar  deyişirlər.  Molla  Cümə  üstün  gəlir. 
Könülü  çayxanada  qoyub  çıxıb  gedir.  Bu  hadisə  Aşıq  Könülə 
bərk  təsir  edir.  O  biri  tərəfdən  cavanlar  da  Könülü  qınayır  və 
qızışdırırlar.  Aşıq  Könül  təzədən  faytona  minir  və  Aşağı 
layisqiyə  Molla  Cümənin  evinə  gəlir.  Böyük  sənətkar    bir  az 
bundan əvvəl üstün gəldiyi  qonaq kimi qəbul edir və hörmətini 
əsirgəmir.  Aşıq  Könül  məqsədini  bəyan  edəndə  Molla  Cümə 
hər  şeyi  anlayır  və  yarışa  hazır  olduğunu  bildirir.  Meydan 
yenidən qızışır. Bu dəfə də Molla Cümə Aşıq Könülü bağlayır, 
adəti üzrə sazını əlindən alır. Aşıq Könül, axı, qonaq olduğuna 
görə də Molla cümə sazını ona qaytarır və qonaq kimi də onu 
yola  salır.  Zaqatala  əlyazmasının  əvvəlində  belə  bir  qeyd 
vardır:  “Aşıq  Könül  gəlir  Layisqiyə,  Molla  Cümə  ilə  deyiş-
məyə,  Cümə  də  çəltik  bağlamaqdan  gəlirmiş.  Elə  doqqazın 
qabağında  da  deyişirlər”.  Həmin  deyişmə  əlimizdə  olan  iki 
əlyazmasında vardır. İlisu və Zaqatala əlyazmalarında. Hər iki 
əlyazmanı  diqqətlə  oxuyub  nəzərdən  keçirmiş,  müqayisələr 
aparmış  və  yoxlamışıq.  1961-ci  il  Balakən  rayonunun  İtitala 
kəndində  olarkən  Aşıq  Məhəmməd  Həsrətovun  dilindən  də 
deyişmənin müəyyən hissəsini yazıya almışıq. 
2. Molla Cümə ilə Xəyyat Mirzənin deyişməsində Molla 
Cüməyə  aid  olan  müxəmməs  1930-cu  ildə  H.Əlizadə  tərəfin-
dən çap etdirilimişdir. Bu həmin müxəmməsin ikinci nəşridir.  
3. Qafiyə və təcnis. Şeirin  müyyən  bəndlərini  H.Əlizadə 
“Aşıqlar”  (1936)  kitabında  vermişdir.  Həmin  şeir  İlisu,  Şəki 
əlyazmalarında  “Hophopnamə”də  vardır.  Biz  son  əlyazması 
əsasında  çapa  hazırladıq.  Orada  belə  bir  qeyd  verilmişdir: 
“Göftarı – Molla Cümə”. Bu da bir qəribə sözdür ki, bir bəndi 
qafiyə  (qoşma-P.Ə.) bir bəndi təcnis. Oxuyan arif bundan çox 
mətləb  götürər,  amma  hərif  bir  şey  qanmaz”.  Sonda  isə 
aşağıdakı  sözlər  yazılmışdır:  “Bu  əlli  bir  bənd  qafiyə-təcnisi 
oxuyub qədrin bilən ona bir dilcavabı rəhmət oxunsa sağ olsun, 
oxumasa...” 


 
173 
4.  Qızla  gəlin.  İlk  dəfə  Nurəddin  Hacızadə  tərəfindən 
toplanmış  və  “Azərbaycanı  öyrənmə  yolu”  məcmuəsində 
(1930)  çap  edilmişdir.  Sonra  H.Əlizadənin  “Aşıqlar”  (1936)  
kitabında verilmişdir. Şəki və İlisu əlyazmalarında vardır. 
 
 
 
MÜXTƏLİF ŞEİRLƏR 
 
1. Şeir 1961-ci  ildə Qax rayonunun  mərkəzində Diniyev 
Nəbinin dilindən yazıya alınmışdır. 
2.  “Bax”  rədifli  şeir  1961-ci  ildə  Qax  rayonunun  Zərnə 
kəndində Əbdülmənaf Əfəndiyevin dilindən yazıya alınmışdır. 
Sonra əlyazması nüsxəsilə tutuşdurulub dəqiqləşdirilmişdir.  
3.  Şərti  olaraq  “Vəsiyyət”  adlandırdığımız  bu  şeir  çox 
maraqlı quruluşa malikdir. Şeir ilk dəfə 1961-ci ildə Qax rayo-
nu İlisu kəndində Cəmil Həmzəyevin dilindən  yazıya almışıq. 
Əlyazması nüsxələri də vardır. 
4. “Hacı Kərimi həcv” şeirini biz 1961-1962-ci illərdə bir 
neçə variantını yazıya almışıq, variant fərqləri yoxlanıb dəqiq-
ləşdirilmişdir.  Bu  şeirin  çox  qəribə  bir  tarixi  vardır.  Bu  tarixi 
bizə  Balakəndə  Aşıq  Məhəmməd  və  Şəkinin  Aşağı  Layısqi 
kəndində 100 yaşlı İdris Mustafayev danışmışdır. 
Qax  rayonunun  Qıpçaq  kəndində  Hacı  Kərim  adlı  bir  
varlı olmuşdur. Bu adam çox xəsis, zalım və kinli imiş. Molla 
Cümənin  xalq  içərisində  nüfuzu,  xususilə  həcvləri  onu  çox 
narahat  edirdi.  Hacı  Kərim  özünü  aşığa  üzdən  dost  kimi 
göstərir, camaatın yanında guya ona hörmət etdiyini söyləyirdi. 
Ancaq  onun  bütün  bu  zahiri  hərəkətləri  müqabilində  aşıqdan 
nəinki tərifli şeir, hətta bircə dənə xoş kəlmə də ala bilməmişdi. 
Çünki onun daxili simasını Molla Cümə çox yaxşı bilirdi. 
Nəhayət,  aşıqdan  intiqam  almaq  üçün  onun  əlinə  fürsət 
düşür. Cüməni  biabır etmək, ona  mənəvi zərbə  vurmaq qərar-
ına  gəlir.  Bu  əhvalatın  şahidi  olan  İdris  Mustafayev  nəql  edir 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə