Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə49/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   45   46   47   48   49   50   51   52   ...   104

 
164 
Qırmızı  Ordu  arasındakı...  ermənilər  kənddə  dayanmış  Molla 
Cüməni  və bir neçə qaçmamış olan qonşularını tutub kənddən 
üç  verst  uzağa  bir  quru  yerə  aparır,  təxminən  səkkizə  qədər 
adam  öldürürlər  ki,  Molla  Cümə  də  gözlənilmədən  ağır  bir 
ölümə məhkum olmuşdu”. 
 
 
GƏRAYLILAR 
 
1.  Molla  Cümə  bir  sıra  şeirlərində  ərəb  əlifbasının 
hərflərindən  istifadə  edir.  Bu  hərfləri  elə  işlədir  ki,  şeirlərin 
qafiyə,  rədiflərinə  uyğun  olsun,  həm  də  hərtərəfli  işlətməklə 
onlar vasitəsilə müəyyən müəmmalı sözlər də söyləyir. Həmin 
gəraylıların misralarında – rədiflərində aşağıdakı sözlər işlədil-
mişdir: ata, sata, bata, yata; məsələn: 
“Əlif”, “əlifə”, “te”, “əlifə iki”, “əlif” və bir “tey” hərfi  – 
ata oxunur, eləcə də başqa misralar. 
2.  Biz  Molla  Cümənin  şeirlərini  toplamaq  üçün  Şəkinin 
kəndlərini  gəzərkən  aşığın  həyat  və  yaradıcılığına  bələd  olan 
qocalardan biri belə bayatı söylədi: 
Yazı yazan olumu, 
Yazıb – pozan olumu?! 
Aşiqlərdə Cümətək 
Qaynar qazan olumu? 
 
Axtarışlar nəticəsində bu mövzuda bir gəraylı əldə edildi. 
Deməli, Molla Cümənin həmin gəraylısı əsasında xalq arasında 
belə bir bayatı yaradılmışdır. 
 
 
QOŞMALAR 
 
1.  Bu  qoşmanı  ilk  dəfə  1961-ci  ildə  Qax  rayonunun 
mərkəzində aşıq Məhəmməddən yazıya almışıq. Aşıq Məhəm-


 
165 
məd  qoşmanı  söyləməzdən  əvvəl  bir  qeyd  də  verdi:  “Molla 
Cümə  yaxın  tanışı,  özünü  dost  kimi  göstərən  Məhəmməd  ilə 
yol  gedirmiş,  birdən  yolun  kənarında  bir  uzunqulaq  anqırır. 
Məhəmməd eyhamla deyir ki, bir aşıq oxumağa başladı. Bu söz 
Molla  Cüməyə  bərk  toxunur,  onu  hirsləndirir,  çünki  elin 
sənətkarı  olan  aşıq  haqqında  belə  söz  deyən,  onu  təhqir  edən 
adam heç vaxt Molla Cümənin dostu ola bilməzdi.  
2.  Bizcə,  bu  şeir  aşığın  tərcümeyi-halı  ilə  əlaqədardır. 
Sevgilisi  İsmi  Pünhanın  nakam  dünyadan  köçməsi  rəvayət-
lərinə işıq salır. 
3.  Molla  Surxay  Qax  rayonunun  İlisu  kəndində  olub, 
Molla  Cümənin  ən  əziz  dostlarından  biridir.  Həmin  şeiri  ilk 
dəfə  H.Əlizadə  çap  eləmişdir  (“Aşıqlar”,  1935,  səh.165-166). 
Ancaq  dörd  bənddən  ibarətdir.  Sonra  Dilruba  Qiyasbəyli  şeiri 
şəxsən yazıya alıb tam şəkildə çap etdirmişdir (“Elm və həyat”, 
1971, №6). Şeirlə əlaqədar onun belə bir qeydi də vardır:  “Bu 
şeirin  qəribə  bir  tarixçəsi  vardır.  Qoşma  Qax  rayonunun  İlisu 
kənd sakini Vəli Balay oğlu Qocayevdən yazılmışdır (Vəli dayı 
bir  neçə  il  İlisu  kəndində  kənd  soveti  sədri  işləmişdir.  Mən 
şəxsən onu çox yaxşı tanıyıram – P.Ə.). O, bu şeirin tarixçəsini 
belə  nağıl edir:  “1917- 1918-ci  illər olardı. O vaxt mən 22-23 
yaşında idim. Mən Şəkidən gəlirdim. Yolda, Ənbərçay kəndinə 
gedən  yolun  ağzında  Aşıq  Molla  Cüməyə  rast  gəldim.  O,  çox 
kefsiz  idi.  Çox  qocalmışdı.  Mənim  kim  olduğumu  soruşdu. 
Atamı tanıdı. O, dostu Molla Surxaydan çox giley elədi. Dedi 
ki,  çox  xəstə  oldum,  yanıma  gəlmədi.  Xəbər  də  göndərdim. 
Qoca  könlü  kövrək  olar.  O,  köksünü  ötürüb  dedi:  “Yazı-pozu 
bilirsənmi?”  Dedim:  “Bəli!”  O,  Molla  Surxaya  dediyi  üç 
qoşmasını  mənə  yazdırdı...  Aşıq  dedi  ki,  şeir  tapşırması  ilə 
birlikdə üç olar”. D.Qiyasbəyliyə görə, Molla Cümənin Molla 
Surxaya  həsr  etdiyi  şeirlər:  “Dünyadı”,  “Bala  mən”  və  bir  də 
“Sona” rədifləri ilədir. Əlavə edək ki, Molla cümənin indi bəhs 
etdiyimiz şeirindən başqa, burada adı çəkilənlərin Molla Surxa-
ya  həsr  olunmasını  təsdiq  edən  elə  bir  əlamət,  fakt  yoxdur. 


 
166 
Ancaq  bizim kitablarımızda aşığın  Molla Surxaya həsr elədiyi 
“Molla Surxaydır” və “İnsandır” rədifli müxəmməsləri ilk dəfə 
çap  olunur.  Bundan  başqa,  Molla  Cümə  “Meylim  qonub  üç 
insana”  kəlamını  işlətdiyi  digər  bir  müxəmməsində  də  əziz 
dostu Molla Surxaydan böyük hörmət və izzətlə söhbət açır. Üç 
insan isə Məhəmməd, Molla Surxay və bir də İsmi Pünhandır. 
4.  Molla  Abdulla  Cümənin  dostlarından  biridir.  Bir  gün 
o,  oğluna  sünnət  toyu  eyləyir,  dostu  Molla  Cüməni  də  dəvət 
edir.  Ancaq  o  vaxt  Molla  Cümənin  əlində  heç  nə  olmur  ki, 
dostunun  toyuna  pay  aparsın,  ona  görə  gedə  bilmir.  Sonra 
eşidir  ki,  Molla  Abdulla  giley-güzar  eləmişdir,  onda  həmin 
qoşmanı deyib ona göndərir. Şeir 1961-ci ildə Balakən rayonu-
nun  İtitala  kəndində  Aşıq  Məhəmmədin  dilindən  yazıya  alın-
mışdır. Bu əhvalatı da bizə o nəql eləmişdir. 
5.  Bu  mövzuda  bir  çox  Azərbaycan  aşıqları  şeirlər 
yazmışlar.  İnsanların  xasiyyətinə  görə  fərqləri  haqqında  xalq 
arasında  qədimdən  bəri  məşhur  məsəllər  dolaşmaqdadır. 
Məsələn: 
 
Adam var ki, adamların naxşıdır, 
Adam var ki, heyvan ondan yaxşıdır, 
Adam var ki, dindirərsən, can deyər, 
Adam var ki, dindirməsən yaxşıdır. 
XVII  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  məşhur  Azər-
baycan aşığı Abbas Tufarqanlı özünün “Bəyənməz” rədifli qoş-
masının bir bəndində deyirdi: 
Adam var ki, gəzir səhranı, düzü, 
Adam var döşürər gülü, nərgizi, 
Adam var geyməyə tapammaz bezi, 
Adam var al geyər, şalı bəyənməz. 
 
Molla Cümə də həmin şeirini xalqdan götürdüyü bu möv-
zu əsasında yazmışdır. 


 
167 
Şeirin  xalq  arasında  dolaşan  bir  neçə  variantını  toplayıb 
əlyazması əsasında çapa hazırlamışıq. Üçüncü bəndin xalq ara-
sında belə bir variantı da vardır. 
Adam var, danışar eldən ötəri, 
Adam var, danışar dildən ötəri, 
Adam var, fitnəylə feldən ötəri, 
Dostu oda salar, dəryaya atar. 
6. Molla Cümənin tərcümeyi-halı ilə bağlı vücudnamədir. 
Ondan  sonra  həmin  şeir  uzun  illər  ixtisarla  çap  edilmişdir. 
Nəhayət,  bu  səhv  Molla  Cümə  əsərlərinin  1983-cü  il  nəşrində 
düzəldilmişdir.  H.Əlizadə  əlyazmasında  şeirin  üçüncü  bəndin-
də olan “əxim” sözünü “adım” kimi oxumuş, sonrakı nəşrlərdə 
də  belə  getmişdir.  Bu  səhv  də  1983-cü  il  nəşrində  düzəldil-
mişdir.  “Əxim”  –  qardaşım  sözünü  Molla  Cümə  bizcə  şeirdə 
vəzn xatirinə işlətmişdir. Əlyazmalarının birində “əxim” sözü-
nün  qənşərində  izahat  məqsədilə  “qardaşı”  sözü  yazılmışdır. 
Həm  də  bənddə  “pədər”,  “madər”,  “vələd”  sözlərindən  sonra 
“əxim”  deyilməsi  təəccüb  doğurmur.  Molla  Cümənin  adı 
Süleyman deyil, Süleyman aşığın qardaşının adıdır. 
7.  Bu  şeirə,  el  arasında  “təknə-tabaq”  deyirlər.  Özü  də 
şeirin  adı  gələndə  gülüşürlər.  Çünki  bu  şeirin  maraqlı  bir 
yazılma tarixi vardır. Bu əhvalatı bizə Balakən rayonunda Aşıq 
Məhəmməd nağıl elədi.  
Molla Cümənin Həsən adlı bir oğlu olmuşdur. Həsən şən, 
məzəli, nikbin bir oğlan idi. Bir gün dostları ilə evə gəlir, evdə 
isə təmir getdiyinə görə yoldaşlarını qonaq edə bilmir. Həyətdə 
olan  ata  minib  kənddən  çıxır.  Nə  qədər  axtarırlar,  onu  tapa 
bilmirlər. Evdə hamı narahat olur, hər yerə soraq salırlar, ancaq 
gördüm  deyən  olmur.  Bir  neçə  gündən  sonra  xəbər  gəlir  ki, 
Həsəni  Balakəndə çayxanada çay  içən  vaxtı görüblər. Deməz-
sən,  o,  atı  minib  Şəki,  Qax,  Zaqatala,  Balakən  rayonlarını, 
kəndlərini gəzir. Bir gün pulu qurtarır. Atı satıb özünə arxalıq, 
ayaqqabı alır və s. Oğlunun bu sərgüzəştini Molla Cümə həmin 
şeirində  təsvir  edir.  Şeirin  birinci  variantını  biz  1961-ci  ildə 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə