Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə48/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   44   45   46   47   48   49   50   51   ...   104
    Bu səhifədəki naviqasiya:
  • TÜTÜN

 
160 
 
Adın yazıb aça bilməm, 
Dost-düşməni seçə bilməm, 
Götürüb mən qaça bilməm, 
Aparım hayana, Ceyran? 
 
Hacıbalanı gəl dindir, 
Dayan qarşımda, bax, güldür, 
Kəs başımı, məni öldür, 
Ya da yetir cana, Ceyran! 
 
               TÜTÜN  
 
Zəhmətinən yer üzünə düzülür, 
Yarpağı döşənir torpağa tütün. 
Əvvəlinci dib yarpağı üzülür, 
Nazınan qoyulur damağa tütün. 
 
Hər növündə ayrı tam, ləzzət olur, 
Dostlar arasında keyf-izzət olur, 
Qədrini bilməyən kəs bədzad olur, 
Qutuynan çıxarsan qabağa tütün! 
 
Al-əlvan açılıb başında güllər, 
Ətrini əks edir düzənli çöllər. 
Dəstə-dəstə dərir qızlar, gəlinlər, 
Oxşayırsan göyçək yanağa tütün! 
 
Toy-məclisində bəxtəvvərlərin, 
Yanan ürəklərin eyləyir sərin, 
Hacıbala fikri olmasın dərin, 
Dönübsən şəkərə, qaymağa tütün. 
 


 
161 
3.  Şəki  əlyazmasının  əvvəlində  bu  barədə  belə  bir  qeyd 
vardır:  “Molla  Cümə  həyatında  bir  dəfə  belə  olsun,  Mollalıq 
etməmişdi.  Yazı  bilmiş  olduğu  üçün  Molla  Cümə  deyərək 
adlandırmışlar. O, heç bir vaxt mollalara verilən zəkat, xüms və 
başqa  vergilərə  ömründə  yaxın  durmamışdır.  İbaxlıda  (Qax 
rayonunda kənd) bir molla xalq qarşısında öz  dolanacağından 
şikayət  edir.  Molla  Cümə  bunu  eşidir,  ona  buğda  vəd  edir. 
Molla  gəlib  aşığın  evindən  onu  aparanda  Molla  Cümə  onu 
danlayır. Belə işlərin əsil din xadiminə yaraşmadığını söyləyir. 
4.  Əlbəttə,  biz  onun  şeirlərini  toplamaq  üçün  ekspe-
disiyaya  gedərkən  bu  məsələ  barədə  də  maraqlandıq  və  çoxlu 
rəvayətlər  eşitdik.  Onlardan  bəzilərini  burada  gətirmək  istə-
yirik.  Hələ  uşaq  vaxtı  mən  eşitmişdim  ki,  Molla  Cüməni  öz 
həyətlərində öldürüblər. O zaman həyətə soxulan kənar adam-
lar özbaşınalıq etmiş, aşıq gəlib işə qarışmış, azğınlaşmış şəxs-
lər  isə  onu  öldürmüşlər.  Təxminən  belə  bir  rəvayəti  biz  Qax 
rayonunun Zərnə kəndində aşığın  yaradıcılığının  gözəl  bilicisi 
olan  Əbdülmənaf  Əfəndiyevdən  də  eşitdik:  “Arvadı  və  qızı 
çörək  bişirirlərmiş,  şübhəli  adamlar  gəlib  həyətə  doluşur, 
qarışıqlıq  salırlar.  Bu  zaman  aşıq  yaxınlaşır,  dözə  bilmir, 
acıqlanır, o zaman onu doğrayırlar”.  
1961-ci  ildə  Şəkidə  ekspedisiyada  olarkən  internat  mək-
təbinin dil və ədəbiyyat müəllimi Cahangir Qazıyevlə tanış ol-
duq.  O,  bir  neçə  il  idi  ki,  aşığın  şeirlərini  toplamaqla, 
tərcümeyi-halını  öyrənməklə  məşğul  idi.  C.Qazıyev  o  zaman 
“Şəki  fəhləsi”  qəzetində  Molla  Cümə  haqqında  dərc  etdirdiyi 
bir məqaləsini lütflə bizə təqdim etdi. Məqalədə Molla Cümə-
nin  ölümü  haqqında  aşağıdakı  sözlər  yazılmışdı.  “1920-ci  ilin 
may  ayının  əvvəllərində  XI  Qızıl  Ordunun  hissələri  Şəkidən 
Zaqatalaya  doğru  gedərkən  bu  yolun  ətrafındakı  kəndlərin 
varlıları orduya müqavimət göstərmək fikrinə düşürlər. Burada 
atışma  başlayır.  Bir  çoxu  yoxsul  kəndli  ordu  ilə  orduya  qarşı 
mübarizə  aparanların  arasında  qalır.  Molla  Cümə  də  yoxsul-
ların yanında idi. Bu vaxtı ona güllə dəyir”.  


 
162 
Şəkinin  Baş  Göynük  kəndində  olan,  sənəti  etibarı  ilə 
feldşer olan Yaqub Əkbərov doğma dayısı Mahmud müəllimin 
hekayətini  olduğu  kimi  bizə  nəql  elədi.  Mahmud  o  zaman 
Aşağı  Layisqidə  müəllimlik  edirmiş.  Şəki,  Zaqatala  tərəfdə 
qarışıqlıq  düşən  vaxtı,  yəni  sovet  hakimiyyətinin  qurulmasına 
qarşı  Zaqataladan  olan  Hafiz  Əfəndinin  düzəltdiyi  müqavimət 
və  mübarizə  zamanı  məhz  burada,  Aşağı  Layisqidə  qaçhaqaç 
düşür (Aşağı Göynük, Aşağı Layisqi Şəki ilə Qaxın arasındakı 
yolun üstündəki kəndlərdir). Çünki XI Qızıl Ordunun əsgərləri 
ilə  Hafiz  Əfəndinin  adamları  arasında  atışma  olur.  Camaat 
dağlara  çəkilir.  Bu  zaman  Mahmud  müəllim  də  qaçırmış,  özü 
də atnan qaçırmış. O, danışır ki, atnan gedirdim. Bir də gördüm 
ki, Molla Cümə çiynində də saz yol ilə çox sakitcə yeriyir. Nə 
qədər təkid etdim, gəl min ata qaçaq, razı olmadı, cavab verdi 
ki,  mən  aşıq  babayam,  mənə  heç  kim  heç  nə  eləməz,  heç  bir 
yerə  qaçmıram,  qonşu  kəndə  gedirəm.  Mən  atla  uzaqlaşandan 
sonra güllə səsi eşitdim. Məncə bu güllə Molla Cüməyə dəydi. 
Hər  halda  bu  rəvayətlərdə  müəyyən  həqiqət  ünsürü  olsa  da, 
xalq  arasında  tez-tez  təkrar  olunan  danışıqlardır.  Çoxlu  rəva-
yətlər təxminən bu məzmuna gəlib çıxır. 
Molla  Cümənin  qızı  Reyhan  xanım  atasının  ölümü  haq-
qında belə danışır: “Əvvələn, atam nə özü kənddən çıxıb, nə də 
ailəsini heç yerə qaçmağa qoymamışdır. O zaman Aşağı Layis-
qi  kəndinin  əksər  camaatı  dağlara  qaçmışdı.  Ancaq  Molla 
Cümə ailəsi ilə birlikdə kənddə qalıb. Onda elə bir qənaət olub 
ki, sənətkar adamdır, ona heç kim heç nə eləməz”.  
Qızı  Reyhanın  yadında  qaldığına  görə,  axşam  çağı  kən-
din  bir  neçə  hörmətli  adamı  ilə  birlikdə  Molla  Cüməni  də 
evindən aparıblar. Ondan sonra aşıqdan bir xəbər çıxmamışdır. 
Bir  neçə  gündən  sonra  meşədən  meyidi  tapılmışdır.  Reyhan 
xanım dəqiq bilmir ki, atasını çağırıb aparan adamlar kim olub, 
onu  qəsdənmi  öldürüblər,  yoxsa  səhvən,  birdən  qarışıqlığamı 
düşüb, atışma zamanı ona güllə dəyib və s. 


 
163 
Şəkinin  Aşağı  Layisqi  kəndində  yaşı  yüzə  çatmış  İdris 
Mustafayev  (O,  Molla  Cümənin  uşaqlıqdan  dostu  olmuşdur) 
söyləyir ki, doğrudan da, ordunun hücumu kəndə, camaata çox 
zərər  vurdu.  Bu  atışma  zamanı  səhvən  çox  adamlara  güllə 
dəydi.  Onlar  da  yaralandı,  yaxud  da  öldülər.  İ.Mustafayev 
davam  edir:  “Təxminən  mayın  axırları  idi,  nisbətən  ara 
sakitləşmişdi. Bir də yolun kənarında olan kolluqdan nəsə ağır 
bir qoxu hiss edilir, camaat şübhələnir, gedib baxırlar, bir neçə 
insan  cənazəsi  tapırlar.  Molla  Cümənin  meyidi  də  onların 
arasındaydı”.  İdris  dayı  göstərir  ki,  Molla  Cüməni  yolun  alt 
tərəfində şəxsən mən özüm bax bu əllərimlə basdırmışam, özü 
də  üzü  aşağı  yatırılmışdı.  Bir  neçə  yerdən  qılınc  yarası  vurul-
muşdu,  sifəti  tanınmaz  olmuşdu,  aşığı  yalnız  paltarından  tanı-
dıq. İdris Mustafayev davam edir ki, kəndin bu mötəbər adam-
larını  aparan  və  məhv  edən  o  zaman  müxtəlif  yollarla  hətta 
orduya  belə  soxulan,  özü  də  əslən  Şəkinin  Səbətli  kəndindən 
olan  ermənilər  idilər.  Onlar  Molla  Cüməni  tək  aparmağa 
ehtiyat etmiş, çünki bu, müəyyən şübhə doğura bilərdi, bir çox 
işlərin  üsütünü  açardı,  həm  də  xalq  buna  qətiyyən  icazə 
verməzdi.  Ona  görə  də  kəndin  ən  hörmətli  adamlarından  – 
qocalardan bir neçəsini seçmiş və aldadıb aşıqla birlikdə aparıb 
tələf  etmişlər.  Beləliklə,  1920-ci  ilin  may  ayının  axırlarında 
Molla Cümə vəhşicəsinə öldürülmüş, qəbri də Aşağı Layisqidə, 
yolun  kənarındadır.  Bütün  bu  dediklərimizi  Şəki  əlyazmasının 
əvvəlində  verilən  aşağıdakı  qeydlərdə  tamamlayırıq:  “1920-ci 
ildə  bolşeviklər  Nuxaya  gəldiyi  vaxt  Nuxa,  Zaqatala  arasında 
hərbi gedişat sürətləşirdi. Şuranın gəldiyi  bütün ətraf kəndlərə 
yayılır  və  bütün  bir  çox  camaat,  əhali  qaçmağa  başlayır.  Bu 
xəbəri  eşidən  Aşağı  Layisqi  kəndindən  də  olanlar  qaçmağa 
başlayır, Molla Cüməyə bu xəbər çatınca heç yerə tərpənməyir. 
“Getməyin, bu hökumət ancaq biz kəndlilərindir” – deyə hərə-
kət  göstərməyir  və  öz  qonşularını  da  qaçmağa  qoymayır. 
Bundan bir az qabaq erməni – müsəlman ziddiyyəti olduğu da 
məlum  idi.  Odur  ki,  həmin  Aşağı  Layisqi  kəndinə  gəlmiş 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə