Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə44/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   40   41   42   43   44   45   46   47   ...   104

 
146 
nəhayət, əsil həqiqət üzə çıxarılmışdır. Bəzən isə bütün səy və 
axtarışlar hələlik bir nəticə verməmişdir. 
Hələ  1960-cı  illərin  əvvəllərində  “Azərbaycan  gəncləri” 
qəzetində  “Molla  Cümənin  yeni  əlyazması”  adından  (diqqət 
edin,  aşığın  adı  çoxlarının  yazdığı  kimi  Cumə  deyil,  doğru 
olaraq  Cümə  yazılmışdır)  məqalə  çap  olunmuşdu.  Məqalənin 
müəllifi  o  zaman  Əlyazmaları  Fondunun  elmi  əməkdaşı  Nəs-
rəddin  Qarayev  idi.  N.Qarayev  məqalənin  əvvəlində  1927-ci 
ildən sonra Molla Cümənin şeirlərinin çap olunduğu qaynaqları 
yada  salır.  O  yazır:  Son  illərdə  Azərbaycan  Elmlər  Akade-
miyası  Respublika  Əlyazmaları  Fonduna  Molla  Cümənin  bir 
neçə  əlyazması  daxil  olmuşdur.  Həmin  sənədlərdən  birində 
yazılır: “Bu dəftər yazıldı 1333-cü Kitabətün Molla Cümə, ibn 
Salah, mərgum Aşağı Layisqi”. Miladi tarixi ilə 1914-cü illərə 
təsadüf  edən  bu  qeyddən  məlum  olur  ki,  həmin  əlyazması 
Molla  Cümənin  avtoqrafıdır.  Oxuculara  məlum  olsun  ki,  bu, 
1914-cü  ildə  Molla  Cümənin  seçib  bəyəndiyi  şeirlərdən  ibarət 
topladığı  və  oğlu  Həsənə  yadigar  verdiyi  əlyazmasının  avtoq-
rafıdır. 
Mən  Baş  Göynükdə  olarkən  məktəbin  dil  və  ədəbiyyat 
müəllimi,  Molla  Cümənin  şeirlərini  toplamaqla  məşğul  olan 
Şərif  İdrisov  dedi  ki,  mən  əlyazmaları  fondunda  aşığın  əlyaz-
malarını  görmüşəm.  Vaxtilə  onların  şifrlərini  də  yazıb  götür-
müşəm.  Şərif  müəllimin  dediyinə  görə,  həmin  əlyazmalarının 
nüsxələrindən  bəzilərini  vaxtilə  Mövlud  Yarəhmədov  oğurla-
yıb evinə aparmışdır. 
Aşığın  bir  əlyazması  haqqında  da  Dilruba  Qiyasbəyli 
məlumat vermişdir
12
.  
Bu əlyazması da Şəkidən tapılmışdır. İlisu əlyazmasında 
olduğu kimi, burada da, aşığın qoşduğu şeir şəkillərinin adları 
sadalanır. Orada oxuyuruq:  “Ey  həzərat, mənim  bu dəftərimin 
içində yazılıbdır: Əvvəl divani və ikinci qafiyə, üçüncü dübey-
ti,  dördüncü  heçabeyt,  beşinci  kükəri  və  ərəbi,  altıncı  təcnis, 
                                                
12
 Bax: D.Qiyasbəyli. Molla Cümə. “Elm və həyat” jurnalı, 1971, № 6 


 
147 
yeddinci təxmis, səkkizinci şikəstə, doqquzuncu bayatı, onuncu 
qaraheca, on birinci dodaqdəyməz, on ikinci müxəmməs”. Çox 
maraqlıdır ki, Molla Cümə şeir şəkillərini “Divani” ilə başlayır. 
Ona görə ki, aşıqlar məclisi divani ilə, daha dəqiq desək, “Baş 
divan”  ilə  başlayırlar.  Molla  Cümənin  bütün  əlyazmalarında 
“qoşma”  adı  çəkilmir,  aşıq  qoşmaya  qafiyə  deyir.  Dübeyti, 
hecabeyt  kimi  şəkillər  gəraylı  üstündədir.  Onu  da  əlavə  edim 
ki,  bizdə  olan  çoxlu  əlyazmalarında  “kükəri  və  ərəbi”  şeir 
şəkillərinə rast gəlməmişik. Əlyazmalarında “təxmis” adı çəki-
lir.  Çox  maraqlıdır  ki,  əlyazmasında  “qara  heca”  şeir  şəklinin 
adı  çəkilir.  Bizcə  bu,  sadə,  aydın  mənalarına  gəlib  çıxır.  Özü 
də,  deyəsən,  gəraylı  üstündə  oxunur.  Molla  Cümənin  gəray-
lılarından birində belə bir bənd var: 
 
Oxuduğum qara heca, 
Çox danışmaq gəlməz vecə. 
Cümə sənlə bircə gecə 
“Yə” “əlif”ə, “te” “əlif”ə. 
 
Molla  Cümənin  şeirləri  həm  şifahi  şəkildə  və  həm  də 
əlyazmaları  şəklində  yayılmışdır.  Doğrudan  da,  aşığın  əlyaz-
maları  çox  olub,  hətta  Dağıstanda  da  onun  əlyazmaları  oldu-
ğunu  deyirlər.  Mənə  belə  gəlir  ki,  Molla  Cümənin  zəngin  və 
rəngarəng  yaradıcılığı  hələ  indicə  öyrənilməyə  başlanmışdır. 
Aşığın  anadan  olmasının  150  illiyi  münasibətilə  Azərbaycan 
Milli Elmlər Akademiyasının Folklor İnstitutunda yubiley ses-
siyası keçirilmiş, Molla Cümənin yaradıcılığı müxtəlif qütblər-
dən öyrənilmişdir. 
Oxucu  bəzi  şeirlərdə  misraların,  yaxud  sözlərin  yerində 
nöqtələr  görəcək.  Bunlar  iki  səbəbdən  belə  olmuşdur.  Əlyaz-
masında  bəzi  söz  və  misralar  pozulmuş,  axtarışlar  isə  hələlik 
bəhrə  verməmişdir.  İkincisi  isə  aşıq  bir  sıra  həcvlərdə  qəzəb-
lənərək ədəbdən kənar sözlər işlətmişdir.  


 
148 
Bizcə, Molla Cümənin elmi tərcümeyi-halını yazmaq çox 
çətindir.  Bu,  yalnız  Molla  Cüməyə  deyil.  Bütün  ustad  aşıqla-
rımızın həyatı haqqında ən səhih mənbə onların şeir və dastan-
larıdır.  Biz  bu  kitabda  Molla  Cümənin  həyat  və  fəaliyyətilə 
bağlı əldə etdiyimiz çoxlu xatirə və məlumatların müəyyən bir 
qismini  verməyi  lazım  bilirik. Bunları  biz 1960-cı illərdə  fərdi 
ekspedisiyalar zamanı toplamışıq və o zaman topladığımız şə-
kildə də kitabın qeydlər və izahlar bəhsində verməyi lazım bil-
dik. 
2.1961-ci  ildə  Qax  rayonunun  Ləkit  kəndində  Əzəddin 
Əsgərovla  görüşdük.  Yaşı  altmışı  haqlamışdı.  O,  cavanlıqda 
aşıq  şeirinin  vurğunu  olub,  özünün  dediyinə  görə, ona  aşıqlıq 
butası  verilib. Yəni Xızr peyğəmbər ona eşq camı  içirib. “Eşq 
dünyası ayrı şeydir. Bir qıza vuruldum, az qala dəli olmuşdum, 
məhəbbətim ona qonmuşdu”. Ə.Əsgərov davam edir: “Hafizəm 
lap iti idi. Gündə on şeir əzbərləyirdim. Səhərdən axşama qədər 
şeir  oxuyurdum.  O  zaman  aşıqların  çoxusu  şeiri  əzbərləyəndə 
də yadda saxlaya bilmirdilər. Mənnən xahiş edirdilər ki, əzbər-
ləyim  və  yadda  saxlayım.  Böyük  Vətən  müharibəsinə  getdim, 
yaralandım,  oradan  qayıdandan  sonra  şeirlərin  çoxusu  yadım-
dan çıxdı. İndi bəzən radioya qulaq asıram, aşıqlar şeirləri düz 
oxumurlar, qarışdırır, dolaşdırırlar. Molla Cümə ilə əlaqədar bir 
əhvalat yadıma düşdü. Molla Cümə yolnan gedirmiş. Bir cütçü 
yer əkir və onun şeirlərini oxuyur və hamısını da qarışdırır, düz 
oxumur.  Molla  Cümə  ona  yaxınlaşır  (əlbəttə,  cütçü  onu  tanı-
mırdı).  Cütü  əlindən  alır,  yeri  bir  o  yandan,  bir  də  bu  yandan 
əkir,  başqa  sözlə,  torpağı  yaralayır,  cızıqları  pozur.  Cütçü  o 
saat  dillənir  ki,  a  kişi,  sən  nə  eləyirsən?  Molla  Cümə  o  saat 
cavab  verir  ki,  sən  eləyəndən  eləyirəm.  Cütçü  səhvini  başa 
düşür”. 
S.Əsgərovun  dediyinə  görə,  Molla  Cümənin  Qax-Zaqa-
tala  zonasında  dostu  çox  olub.  S.Əsgərovun  dediklərindən: 
“İsmi  Pünhan  Molla  Cüməyə  buta  verilib,  sonra  aşıq  onu 
aşkara çıxarmamışdır. Butası isə Qax rayonunun Şabalıtlı kən-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə