Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə52/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   48   49   50   51   52   53   54   55   ...   104

 
174 
ki,  çəltiyə  çıxmağın  vaxtı  gəlib  çatmışdı.  Molla  Cümə  çəltiyə 
həmişə  mənimlə  birgə  çıxardı.  Bu  zaman  bir  neçə  ay  çöldə 
qalmaq,  çəltiyin  əkilməsi,  suvarılması  ilə  fasiləsiz  məşğul 
olmaq  lazım  idi.  Molla  Cümə  mənə  dedi  ki,  evdə  ailənin  heç 
azuqəsi  yoxdur,  bilmirəm  nə  edim.  Çox  fikirləşəndən  sonra 
aşıq  yaxın  bir  neçə  kəndi  dolaşmaq  qərarına  gəlir  ki,  bəlkə 
ailəsinə bir şey tapsın. Hər yerdən keçir, gəlib Qıpçaq kəndinə 
çıxır.  Kəndin  girəcəyində  görür  ki,  bir  araba  gəlir,  araba 
yaxınlaşır, arabada isə Hacı Kərim oturmuşdu, o, Molla Cümə-
ni  saxlayıb,  yağlı  dilini  işə  salır,  hara,  nə  məqsədlə  getdiyini 
xəbər alır.  Aşıq ona dərdini açmaq  istəmir, buna  baxmayaraq, 
Hacı Kərim ondan əl çəkmir, təkid edir (Cümə bilirdi ki, Hacı 
Kərimdən  ona  xeyir  yox,  yalnız  zərər  dəyə  bilər).  Aşıq 
məqsədini  deməyə  məcbur  olur.  Bu  zaman  Hacı  Kərim  aşığa 
deyir ki, burada heç bir çətin  iş  yoxdur, get bir araba tap qoş, 
gətir,  mən  sənə  buğda  verərəm.  Molla  Cümə  buna  inanmır, 
inad edir, nəhayət, xahiş edir ki, ona toxunmasın, o, özü başqa 
yerdən  taxıl  tapacaqdır.  Ancaq  Hacı  Kərim    elə  inandırıcı, 
mülayim danışır ki, Molla Cümə  inanmağa  məcbur  olur. Hacı 
Kərim deyir ki, axşamüstü evdə, darvazanın qabağında oturub 
səni  gözləyəcəm,  gəl  bir  tağar  buğdanı  apar.  Cümə  isə 
cavabında borcu yalnız məhsul vaxtı verə biləcəyini söyləyir. 
 
Belə  bir  vəziyyətdə,  çəltik  əkininin  qızğın  vaxtında 
Cümə  inanmasa  da,  Hacı  Kərimdən  borc  buğda  almaq  üçün 
araba  dalınca  getməli  olur.  Axşamüstü  idi.  Qıpçaq  kəndinin 
camaatı  işdən  sonra  həyətə,  yola,  doqqaza  çıxıb  dəstə-dəstə 
oturub  söhbət  edirdi.  Hacı  Kərim  də  bir  tərəfdə  papirosunu 
tüstülədir, harın-harın danışırdı. Bu zaman Molla Cümə arabanı 
sürüb  Hacı  Kərimin  darvazasının  qabağında  saxlayır.  Aşığı 
görən  Hacı  Kərim  ayağa  qalxır,  üzünü  camaata  tutub  ucadan 
deyir: “Ay camaat, doğrudan da, aşıqların ağlı olmazmış, bircə 
baxın buna, mən demişəm gəl sənə bir tağar buğda verəcəyəm, 
o  da  inanıb  mənim  üstümə  araba  sürüb  gəlibdir,  mən  taxıl 
paylayanam,  ay  Molla  Cümə,  sənin  ağlın  başındadır,  yoxsa 


 
175 
havalısan”  və  s.  Bu  sözləri  eşidən  aşıq  çox  pərt  olur,  başını 
aşağı  salır,  mənən  sarsılır.  İdris  dayı  deyir  ki,  elə  arabanın 
üstündəcə  balaca  sazını  çıxarıb  sinəsinə  basır,  camaatın  gözü 
qarşısında Hacı Kərimi həcv edir (Aşığın çox kiçik sazı varmış, 
həmişə  çuxasının  altında  gəzdirərmiş,  yeri  düşən  kimi  çıxarıb 
əlini  sazına  vura-vura  bədahətən  şeir  qoşarmış.  Qızı  Reyhan 
indi  də  həmin  sazı  saxlayır).  Həcv  dildən-dilə  düşür,  sonralar 
Hacı Kərim Molla Cümənin adını eşidəndə uzaq qaçırmış. 
 
5. “Dolana-dolana” əvvəlcə  xalq  mahnısında  işlədilmiş 
məşhur rədifdir. Mahnı belə başlayır: 
 
Göy üzünü aldı bulud 
 
Mahı dolana-dolana... 
 
 
Molla  Cümə  həmin  rədif  əsasında  21  bənddən  ibarət 
şeir  yazır. Şeirin şifahi dildən bir  neçə  variantını  yazıya  almı-
şıq. Əlimizdə olan bütün əlyazmalarında vardır. 
 
6.  “İstərəm”  rədifli  şeir  ağa  Təmraza  müraciətlə  yazıl-
mışdır.  O,  Qax  rayonunun  Zəyəm  kəndindən  olan  varlılardan 
biridir. Deyildiyinə görə, Molla Cümənin müasiri olan Zəyəmli 
aşıq  Camalın  qardaşıdır.  Molla  Cümə  Təmraza  bir  neçə  şeir 
yazıb  göndərmişdir.  Şeirlərin  hamısı  məzmunlarından  görün-
düyü kimi, xahiş, təmənna məqsədilə yazılmışdır. 
 
7. “Aşiq məşuqdan ayrılsa” misrası ilə başlayan bu şeir 
çox maraqlı quruluşa malikdir. İlk dəfə biz bu şeiri 1961-ci ildə 
Qax  rayonunun  Zərnə  kəndində  Əbdülmənaf  Əfəndiyevin 
dilindən  yazıya  almışıq.  O,  Molla  Cümənin  quruluşu  etibarilə 
ən  çətin,  mürəkkəb  şeirlərini,  bağlamalarını  çox  dəqiq  şəkildə 
yadında  saxlayırdı.  Əbdülmənaf  dayı  cuşa  gəlib,  qızışıb  aşıq 
havaları  üstündə  Molla  Cümənin  gəraylı,  qoşma,  divani, 
müxəmməslərini  oxuyurdu.  Biz  də  diqqətlə  qulaq  asırdıq.  Bir 
şeir  oxudu,  o  saat  diqqətimi  cəlb  elədi,  havası  da  şeirin 
formasına  uyğun  idi.  Əbdülmənaf  dayı  dedi  ki,  bu  sallama 
qafiyədir.  Mən  o  vaxta  qədər  belə  şeir  formasına  rast  gəl-
məmişdim. Başqa şeirlərlə birlikdə onu da yazıya aldıq. 


 
176 
 
8.  Bu  şeirin  şifahi  dildən  çoxlu  variantlarını  yazıya 
almışıq.  Ən  dəqiq  variant  1961-ci  ildə  Qax  rayonunun  İlisu 
kəndində  Cəmil  Həmzəyevdən  aldığımızdır.  Şeiri  ilk  dəfə 
H.Əlizadə  “Aşıqlar”  (1936)  kitabında  çap  etdirmişdir.  Şeir-
həcvin  dünyaya  gəlməsinin  çox  qəribə  bir  tarixi  vardır.  Bu 
əhvalatları bizə Aşıq Məhəmməd Həsrətov nəql etmişdir. Aşıq 
Məhəmmədin variantı da qeyd kitabçamızda vardır. 
 
Varlılar,  ruhanilər,  alverçilər  daim  aşığı  camaatın  gö-
zündən  salmaq,  mənən  öldürmək  üçün  əlindən  gələni  əsirgə-
mirdilər, çünki Molla Cümə onların pis əməllərini hamıdan tez 
görür,  fırıldaqlarını  açıb  göstərir,  xalqa  başa  salırdı.  Belə 
varlılardan biri də Axsaq Laçın olmuşdur. Bu adam Şəkinin ən 
varlı  adamlarından  idi,  baqqallıq  edirdi.  Axsaq  olduğu  üçün 
həmin ləqəblə də məşhurlaşmışdır. O, oğluna toy edir. Toydan 
bir qədər əvvəl  Cüməyə deyir ki, toya səni çağıracağam, evdə 
otur  gözlə,  heç  yerə  getmə.  Adam  göndərəcəyəm,  onunla 
gələrsən.  Molla  Cümə  də  Layisqidə  oturub  gözləyir  ki,  gəlib 
onu toya çağıracaqlar. 
 
Günlər  ötür,  aşıq  görür  ki,  heç  bir  səs  çıxmadı,  vədə 
vaxtı  da  keçdi.  Axsaq  Laçın  isə  Molla  Cüməni  qəsdən  kəndə 
yola  salıb  toyu  başlayır,  Şəkinin  Səbətli  kəndində  yaşayan  o 
dövrə görə məşhur Aşıq Dülgəroğlunu toya çağırır. Dülgəroğlu 
ustad  aşıqlardan  idi.  Molla  Cümənin  aşıqlıq  təcrübəsi  Dülgər-
oğlundan hələ az idi. 
 
Cümə  bir  gün  durub  Şəkiyə  gəlir.  Təsadüfən  danışıq 
əsnasında  eşidir  ki,  Axsaq  Laçın  artıq  toyu  edib  qurtarmışdır, 
özü  də  toyu  Dülgəroğlu  aparmışdır.  Axsaq  Laçının  Molla 
Cüməni aldatması, ələ salması aşığa çox pis təsir edir, bundan 
təsirlənərək o, həmin həcvi söyləyir. Həcvi biz Qax rayonunun 
İlisu  kəndində  70  yaşlı  Cəmil  Həmzəyevdən  yazmışıq.  Bu 
hadisə  Molla  Cümənin  tərcümeyi-halı  ilə  bağlı  olan  başqa  bir 
maraqlı  əhvalatla  da  əlaqədardır.  Molla  Cümə  Axsaq  Laçının 
onu  ələ  saldığını  eşidib  yaxında  olan  çayxanalardan  birisinə 
girir,  yanında  da  şagirdləri  var  imiş.  Deməzsən, toyu  qurtaran 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə