Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə53/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   49   50   51   52   53   54   55   56   ...   104

 
177 
Dülgəroğlu  hələ  kəndə  qayıtmamış,  həmin  çayxanada  çalıb-
oxuyurmuş. Təsadüfən Cümə də buraya düşür. Bu vaxta qədər 
Dülgəroğlu  Molla  Cüməni  görməmiş,  tanımayırmış,  yalnız 
adını  eşitmiş  və  bir  çox  şeirlərini  bilirmiş.  Uzaqdan  qiyabi 
surətdə  Dülgəroğlu  gənc,  istedadlı  Cüməyə  böyük  rəğbət  və 
hörmət  bəsləyirmiş,  Dülgəroğlu  Molla  Cümənin  gəlişinə  heç 
bir məhəl qoymur, əhəmiyyət vermir, hətta salamını belə almır. 
Bu əhvalatdan da Molla Cümə təsirlənir. Ayağa durur, Dülgər-
oğluna  müraciətlə  bədahətən  bir  şeir  söyləyir.  Həmin  şeir 
kitabda “Divanilər” bəhsində verilmişdir.  
 
9.  Bu  şeiri  bizə  1961-ci  ildə  Şəkinin  Baş  Layisqi  kən-
dində Molla Cümənin nəvəsi Mövlud Əzizov təqdim etmişdir. 
 
 
Qəzəllər 
 
 
İndiyə qədər Molla Cümənin üç qəzəli çap olunmuşdur. 
Bu kitaba düşənlər Şəki əlyazmasından  və  “Hophopnamə”dən 
götürülmüşdür.  Bu  bölmədə  aşığın  “Beyt”  adlandırdığı  bir-iki 
şeirini də veririk. 
 
Bayatılar 
 
Bayatıların  hamısı  Molla  Cümənin  əlyazmalarından 
götürülmüşdür. 
 
Dastanlar 
 
 
1960-cı illərdə Balakənin İtitala kəndində Aşıq Məhəm-
mədlə görüşümüz zamanı o dedi ki, Molla Cümənin iki dasta-
nını bilir: “Sayad və Səyalı” və bir də “Cümə və Aşıq Könül”. 
O zaman bu dastanları aşığın dilindən yazıya almaq imkanımız 
olmadı. Ancaq Könül ilə Cümənin deyişmələrindən də 80 bənd 
qoşmanı  Aşıq  Məhəmmədin  dilindən  götürdük.  Nəsr  hissəsi 


 
178 
barədə də ətraflı məlumatımız olmadı. Həmin dastanların möv-
cudluğu  haqqında  Molla  Cümənin  “Şeirlər”  (1966)  kitabının 
müqəddiməsində məlumat verilmişdir. İkinci  dəfə fərdi ekspe-
disiya  zamanı  “Baxış  bəy  və  Leyla  xanım”  dastanı  haqqında 
eşitdim,  bəzi  epizod  və  qoşmalarını  yazıya  ala  bildim.  Həmin 
dastan  haqqında  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  (1981) 
dərsliyimdə məlumat verilmişdir. 1982-ci ildə isə Molla Cümə-
nin  “Sayad  və  Səyalı”  və  “Baxış  bəy  və  Leyla  xanım” 
dastanları çap olundu. Hər iki dastan həmin nəşr əsasında çapa 
hazırlanmışdır
13

 
Ancaq  bizim  yazıya  aldığımız  variant  ilə  çap  olunan 
nüsxə arasında müəyyən fərqlər vardır.  
 
Çap  variantı  elə  bil  ixtisarla  verilib,  bəzi  yerləri  xülası 
səciyyəsi  daşıyır.  Bizcə  bu,  dastanı  söyləyən  aşığın  hafizə  və 
istedadının  səviyyəsilə  bağlıdır.  Burada  hadisələr  Yəməndə 
başlayır.  Molla  Hunay  Yəmən  şahı  Əmirin  sarayında  yaşayır. 
Uzun  illər  övlad  həsrətilə  yaşayan  Əmir  şahın  oğlu  və  Molla 
Hunayın  qızı  olur.  Baxış  bəy  və  Leyla  mədrəsədə  oxuyur  və 
orada  da  bir-birinə  aşiq  olurlar.  Molla  Humay  qızını  götürüb 
Tehrana  qaçır  və  Baxış  bəy  də  Leylanı  çox  çətinliklə  tapıb 
vətənə gətirir. Bizə məlum oan ikinci bir variantda isə Humay 
Türkmən  vilayətində  yaşayan  kasıb  bir  oğlandır.  Bir  parça 
çörək  dalınca  İrana  gəlir  və  Əmir  şahın  sarayında  nökər  olur. 
Öz səyi, bacarığı ilə şahın hörmətini qazanır, şah ona dini təhsil 
verir və molla sifəti ilə sarayında saxlayır. 
 
Uzun  illər  Əmir  şahın  övladı  olmurdu.  Eyni  vaxtda 
Əmir  şahın  oğlu,  Molla  Humayın  isə  qızı  olur, Molla  Humay 
hər ikisinə mədrəsədə dərs verir. Baxış bəyin və Leyla xanımın 
məhəbbətini hiss edən Molla Humay qızını götürüb vətəninə  - 
Türkmən elinə qaçır. Baxış  bəy qızın dalınca Türkmənə gəlir. 
Çox  çətinliklərlə  qarşılaşır,  nəhayət  sevgilisi  ilə  İrana  qayıdır. 
Dastanda,  daha  bir  sıra  fərqlər  də  vardır.  Burada  bir  məsələni 
                                                
13
 Bax: Məhəbbət dastanalrı. “Gənclik”, 1982 


 
179 
qeyd  etmək  lazımdır.  Molla  Cümənin  biliciləri  “Baxış  bəy  və 
Leyla  xanım”  dastanında  aşığın  tərcümeyi-halı  ilə  əlaqəli 
əhvalatların olduğunu söyləyirlər. Xüsusilə  mədrəsə  illəri, Ba-
xışın öz müəlliminin qızına aşiq olması və s. Deyildiyinə görə, 
burada  aşıq  özünün  mədrəsədə  dərs  aldığı  müəlliminin  qızına 
aşiq olduğunu və s. epizodları dastana salmışdır. 
2006 
 
 
FƏRDİ FOLKLOR EKSPEDİSİYASINDAN ETÜDLƏR 
(toplayıcı və şərhlərin müəllifi prof.Paşa Əfəndiyevdir) 
 
1960-cı illərin əvvəllərində fərdi folklor ekspedisiyasında 
oldum. Şəki, Qax, Zaqatala, Balakən rayonlarını  və  bu rayon-
ların  kəndlərini  dolaşdım.  Məqsədim  görkəmli  Azərbaycan 
aşığı Molla Cümənin şeirlərini toplamaq idi. Qocalarla, müdri-
klərlə,  Molla  Cüməni  tanıyan  və  onun  məclislərində  iştirak 
edənlərlə görüşüb çoxlu rəvayət, xatirə və şeirlər topladım. Qax 
rayonunun  Ləkit  kəndində  Əzəddin  Əsgərovla  tanış  oldum. 
Yaşı  altmışı  haqlamışdı.  O,  cavanlıqda  aşıq  şeirinin  vurğunu 
olub.  Özünün  dediyinə  görə,  ona  aşıqlıq  butası  verilib,  yəni 
Xızır peyğəmbər ona eşq camı  içirib. Əzəddin Əsgərov deyir: 
«Eşq  dünyası  ayrı  şeydir.  Bir  qıza  vuruldum,  az  qala,  dəli 
olmuşdum, məhəbbətim ona qonmuşdu». O davam edir: «Hafi-
zəm lap iti idi. Gündə on şeir əzbərləyirdim. Səhərdən axşama 
qədər  şeir  oxuyurdum.  O  zaman  aşıqların  çoxusu  şeiri  əzbər-
ləyəndə də  yadda saxlaya  bilmirdi. Məndən xahiş edirdilər ki, 
əzbərləyim  və  yadda  saxlayım.  Böyük  Vətən  Müharibəsinə 
getdim,  yaralandım, oradan qayıdandan sonra şeirlərin çoxusu 
yadımdan çıxdı. İndi bəzən radioya qulaq asıram. Aşıqlar şeir-
ləri düz oxumurlar, qarışdırırlar, dolaşdırırlar». Əzəddin Əsgə-
rov  Molla  Cümə  haqqında  bir  neçə  rəvayət  danışdı.  Kosanın 
nağılını  söylədi.  Xüsusilə  çoxlu  aşıq  şeirlərini  oxudu.  Onun 
dilindən  Molla  Cümənin  «Bu  oğlanın»,  «Duydunmu  heç», 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə